Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə45/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   41   42   43   44   45   46   47   48   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
93 
çoxmənalılıq deyil. Çünki polisemiya hadisəsində sözlər bir-
birinə yaxın, oxşar bir neçə anlayışı ifadə etməyə başlayır və 
sözün əsas mənası həqiqi, törəmə mənaları isə məcazi məna 
adlanır: insanın qolu, ağacın qolu, çayın qolu və s. Çoxmənalı 
söz nominativ məna əsasında formalaşır. V.P.Danilenko yazır: 
“Polisemiya adı altında sözün eyni vaxtda sinxron planda bir 
neçə məna bildirməsi, obyekt, hadisə, atribut və münasibətlərin 
müxtəlif tipləri nəzərdə tutulur” [111,s.6]. Beləliklə, 
polisemiyada sözün əlavə mənası əsas məna ilə birbaşa bağlı 
olur. “Polisemiya, həmçinin sözün paradiqmatik əlaqələrindən, 
onun əsas nominativ mənaya görə aid olduğu sahədən asılıdır. 
Müəyyən sahələrə daxil olan sözlərin eynitipli, oxşar 
əlaqələnmə imkanı çoxmənalılığın genişlənməsinə yardım 
edir”[114,s.32]. Sözlər arasında məna əlaqələrinin olması 
onları çoxmənalı söz hesab etməyə əsas vermir, çünki sözün 
çoxmənalı olması üçün eyni zamanda anlayış oxşarlığı və 
yaxınlığı olmalıdır. Bir qrup ümumişlək sözlərin terminə 
çevrilməsi prosesində isə məna əlaqələri olsa da, anlayış 
oxşarlığına rast gəlinmir, məsələn: güzəşt sözü ümumişlək söz 
kimi “başqasının xeyrinə olaraq bir şeydən və ya öz fikrindən 
əl çəkməyə razılaşma, əl çəkmə” deməkdir [160,s.317]
Maliyyə sahəsində isə güzəşt sözü “sözü hər hansı subyektin 
müəyyən qaydalardan, öhdəliklərdən qismən və ya tam azad 
edilməsi, yaxud digərlərinə nisbətən ona əlavə imkanların 
verilməsi” mənasını bildirən termindir [147,s.130]. Göründüyü 
kimi, sözlər arasında məna yaxınlığı olsa da, anlayış oxşarlığı 
yoxdur. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
94 
Ümumişlək söz yeni məna qazanaraq hər hansı sahədə 
terminləşdikdə 
semantik 
cəhətdən 
yenidən 
qurulur. 
A.A.Potebnya sözün leksik mənasında olan ən xırda dəyişikliyi 
sözün mahiyyəti üçün böyük anlam kəsb etdiyini qeyd edir 
[124,s.110]. Həqiqətən də milli dil imkanları əsasında termin 
yaradıcılığı prosesində yeni anlayışlarla yanaşı yeni mənalı 
sözlər yaranır. Bu baxımdan, P.Y.Kobrin və B.N.Qolovin, 
İ.İ.Çirinov terminologiyanı ümumi leksika səviyyəsində 
öyrənməyi vacib bilir, çünki bir çox terminlər həm ümumişlək, 
həm də terminoloji səviyyədə çıxış edirlər [107,s.114]. Əgər bu 
və ya digər söz ümumi ədəbi dildə müxtəlif mənaları ifadə edə 
bilirsə, müəyyən terminoloji sistemə düşdükdə o, birmənalılıq 
kəsb edir. Məsələn, dəyər sözü ədəbi dildə “qiymət, baha”, 
“qiymət, əhəmiyyət, ləyaqət, keyfiyyət” mənalarında işləkdir. 
İqtisadi sahədə bu söz “əmtəə istehsalına sərf edilən və bu 
əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı”, 
maliyyə termini kimi isə “hər hansı aktivin pul ilə ifadə 
olunmuş qiyməti”, “istehsal olunmuş aktivin məcmusu 
xərclərin özündə əhatə edən ödənilmiş və ya razılaşdırılmış 
qiyməti” deməkdir [152,s.607], [147,s.87]. Göründüyü kimi
sözün “qiymət” mənası terminləşmişdir. Yaxud da, sirr sözü 
“başqalarından gizli saxlanılan, başqalarına bildirilməyən, 
deyilməyən, hamının bilməli olmadığı söz, iş”, “hələ 
açılmamış, dərk edilməmiş, öyrənilməmiş bir müəmma kimi 
qalmış şey” mənalarında ümumişlək sözdür, maliyyə sahəsində 
isə “müəmma, başqalarından qorunan gizli məqamlar, 
məlumatlar” mənasında termindir [155,s.126]. 
İstər hər hansı bir sözün, istərsə də terminin yaranması 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin