Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə44/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   40   41   42   43   44   45   46   47   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
91 
saxlayaraq əlavə məna variantları da qazanır. Yəni söz bir-
birinə yaxın, oxşar anlayışı ifadə etməyə başlayır” [70,s.67]. 
Terminologiyada isə terminin çoxmənalılığı qəbul olunmur və 
onun mahiyyətinə ziddir. 
Terminologiyada ümumişlək sözlərin məna derivasiyası 
əsasında terminləşməsi prosesinin əsas səbəbi ümumişlək 
sözün çoxmənalı lüğəvi semantikaya malik olması ilə bağlıdır. 
Bu proses sözün mənasının çoxalması, genişlənməsi ilə baş 
verir. Ümumişlək sözlərin terminləşməsi prosesi dedikdə, 
sözlərin mənasının dəyişməsi nəticəsində yeni vahidlərin 
meydana gəlməsi nəzərdə tutulur. “Azərbaycan dilinin ən 
müsbət xüsusiyyətlərindən biri də eyni səs tərkibinə malik olan 
sözün bir neçə leksik mənaya malik olmasıdır” [51,s.53]. Dilin 
lüğət tərkibində artıq mövcud olan sözlərin səs tərkibini, for-
masını saxlamaq şərti ilə onlardan əlavə bir mənanın, yəni 
terminoloji mənanın ifadəsi üçün istifadə edilməsi semantik 
hadisədir. Bu prosesin əsas mahiyyəti sözlərə yeni məzmunun 
əlavə olunmasıdır. Bu tip sözlər terminləşdikdə terminoloji 
sahələr üzrə yeni məna kəsb edir və beləliklə, sözlərin əvvəlki 
mənalarına daha bir məna əlavə olunmuş olur. Bu tip 
terminləşən sözlərin əvvəlki mənası ilə yeni mənası arasındakı 
münasibət 
müxtəlifdir. 
Ümumişlək 
sözlər 
hesabına 
terminləşmə prosesi terminoloji leksikanın inkişaf istiqamətləri 
arasında həmişə mühüm rol oynamışdır. S.Sadıqova bu prosesi 
iki istiqamətdə qruplaşdırır: “1. Ümumişlək söz heç bir 
dəyişikliyə uğramadan terminoloji leksikada termin kimi 
işlənir; 2. Ümumişlək söz qrafik və morfoloji cəhətdən 
dəyişiklik edilərək, ya da ümumişlək söz başqa sözə qoşularaq 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
92 
yeni terminoloji anlayışı ifadə edir” [83,s.115]. Göründüyü 
kimi, bu proses bir neçə istiqamətdə baş verir. Bu tip termin 
yaradıcılığı prosesində ümumişlək söz məna əlaqəsini saxlaya 
da bilər, saxlamaya da. Bu baxımdan, ümumişlək sözlərin 
terminləşməsi prosesində mənanın inkişaf istiqamətlərini 
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Ümumişlək məna ilə birgə terminləşən sözlər; 
2. Ümumişlək mənasını qismən itirərək terminləşən 
sözlər; 
3. Ümumişlək mənasını tam itirərək terminləşən sözlər;
Qeyd etdiyimiz kimi, ümumişlək sözün çoxmənalı lüğəvi 
mənaya malik olması onun terminoloji leksikada terminə 
çevrilməsinə əsas səbəbdir. Ancaq bu terminin çoxmənalı ol-
ması demək deyil. Çünki bir çox halda ümumişlək sözün 
terminləşməsi zamanı söz əvvəlki məna əlaqələrini itirir və 
beləliklə, terminə xas xüsusiyyətləri özündə əks etdirmiş olur. 
Məsələn, boşanma sözü ümumişlək söz kimi “boşanmaq-
ərindən ayrılmaq” mənalarını verir [152,s.337]. Hüquq termini 
kimi “nikahın ləğv edilməsi nəticəsində kəbin birliyinin 
dayandırılması” prosesini təyin edir [181,s.77]. Ümumişlək söz 
kimi feil, termin kimi isə isim funksiyasındadır. Ümumişlək 
olan və daha sonradan terminləşmiş söz fərqli nitq hissələridir. 
Çoxmənalı sözlər isə bir qayda olaraq eyni nitq hissəsinə aid 
olurlar. Bundan əlavə, çoxmənalı sözün yaranmasında 
məcazlaşma mühüm rol oynayır ki, qeyd olunmuş nümunədə 
məcazlaşma hadisəsinə rast gəlinmir. 
Göründüyü kimi, qeyd olunan nümunədə sözün əvvəlki 
mənası ilə birgə terminləşmə prosesi çoxmənalılığa oxşasa da, 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin