Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə43/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   39   40   41   42   43   44   45   46   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
89 
II FƏSİL 
TERMİNOLOJİ LEKSİKANIN İNKİŞAFINDA
 
ÜMUMİŞLƏK SÖZLƏR 
 
2.1. Ümumişlək semantika əsasında terminləşmə prosesi 
 
Dil və təfəkkür qarşılıqlı əlaqədədir. Biz dildə mövcud 
olan söz və ifadələri öz fikirlərimizə, düşüncələrimizə uyğun 
olaraq istifadə etməklə qarşı tərəflə ünsiyyət qururuq. Söz 
sadəcə səslərdən, müəyyən fonetik quruluşdan ibarət məfhum 
deyildir. Özündə müəyyən şüur aktını cəmləşdirən səs 
kompleksinə malik dil faktıdır. Təfəkkür inkişaf etdikcə 
yeniliklər baş verir. Bu yeniliklərin nəticəsi olaraq yeni anlayış, 
məfhum və bunun müqabilində yeni sözlər yaranır. Sözün bir 
neçə məna kəsb etməsi sayəsində konkret mənalar müstəqil 
sözlərlə ifadə olunur. Dildə mövcud olan sözlərin yeni məna 
ifadə etmə hadisəsi semantik derivasiya adlanır. Sözün yeni 
məna ifadə etməsi onun əşya, anlayış arasında mövcud olan 
assosiativ əlaqələri əsasında baş verir. Beləliklə, yeni 
terminlərin formalaşmasında dilin daxili imkanları hesabına 
yaranan terminlər də üstünlük təşkil edir. Milli dil əsasında 
termin yaradıcılığı daim aktual məsələlərdən biri olub. Çünki 
ana dilinin saflığı, xəlqiliyi əsas prinsip hesab edilməli və onun 
həlledici rolu nəzərə alınmalıdır. M.Qasımov yazır: “Elm və 
texnikanın müxtəlif sahələrində meydana gələn yeni 
anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana 
dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkanlarından 
səmərəli istifadə etmək lazımdır. Ana dilinin lüğət tərkibi 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
90 
əsasında termin yaratmaq üçün yalnız mövcud söz yaradıcılığı 
modellərindən istifadə etmək kifayətdir” [48,s.8].  
Müasir Azərbaycan dilinin terminoloji leksikasında 
terminlərin ümumişlək sözlər hesabına formalaşma prosesinə 
müxtəlif elm sahələrində rast gəlinir: informatika sahəsində
cavab, daxiletmə, xidmət, imkan, ünvan, axın, yığın, bənzətmə, 
böcək; logistika sahəsində-yığma, tələb, növbə, qutu, qalıq, 
azalma, tullantı, tutqac; iqtisadi sahədə-enmə, gəlir, bölmə, 
məhsul, ödəmə, izləmə, işəsalma; tibb sahəsində- ağızcıq, baş-
cıq, bığcıq, boğulma, cücərmə, çürümə; politologiya sahəsində
birlik, seçki, seçici, işğal; texnika sahəsində-rəqqas, yeyilmə, 
üfürmə, tərəzi, tüstü; nəqliyyat sahəsində- açar, damcı, dilçə, 
səpinti, sıçrayış və s. 
Dilin daxili imkanları əsasında termin yaradıcılığı 
prosesində ümumişlək sözlərin terminləşərək yeni mənalar 
ifadə etməsi daha çox rast gəlinən hadisədir. Bütün yeni 
mənalar yeni anlayış və məfhumların adlandırılması məqsədilə 
meydana çıxmışlar. Sözün məna yükünün artması milli dilin 
lüğət tərkibinin kəmiyyətcə artmasının qarşısını alır, beləliklə 
də eyni leksik vahidin müxtəlif anlayışları ifadə etməsinə 
imkan yaradır. Bu hal ümumişlək sözün mənasının 
genişlənməsi-polisemiya prosesinə bənzəsə də, lakin fərqli 
hadisədir. Belə ki, çoxmənalılıq leksik-semantik hadisə hesab 
olunur. Eyni zamanda çoxmənalılıq dilin obrazlılığını, 
emosionallığını təmin edən əsas məsələlərdən biridir. Əslində, 
çoxmənalılıq bir deyil, bir neçə məna çalarını ümumiləşdirən 
anlayışlar, ifadələr sisteminin ümumi adıdır. “Sözün mənasının 
və ya məna variantının çoxalmasında söz əvvəlki mənasını 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin