Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə47/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   43   44   45   46   47   48   49   50   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
97 
Terminə yanaşma dilçilikdə iki cürdür. Belə ki, normativ 
yanaşmaya əsasən termin təkmənalı, kontekstdən asılı olaraq 
hər hansı emosionallıq, sinonimlik və çoxmənalılığa malik 
olmamalıdır. Deskriptiv yanaşmaya əsasən termin sözdür, lakin 
xüsusi məna kəsb edən sözdür. Fikrimizcə, terminlər elmi 
səciyyə daşıyan sözlərdir və hər iki bəndin xüsusiyyətlərini 
özlərində əks etdirirlər. Çünki elm ümumbəşəridir. Bu isə 
terminin sərhədlərini daha da genişləndirir. Belə ki, dilin öz 
sözləri dilin öz sərhədləri daxilində anlaşılan və istifadə 
olunandırlarsa, terminlər daha geniş miqyaslı hesab olunurlar.
Terminlər dildə digər sözlərlə müqayisədə daha dinamik və 
dəyişkəndirlər. Bu da onların aid olduqları elm sahələrinin 
inkişafı və sürətli qloballaşması ilə bağlıdır. Bu baxımdan 
T.L.Kandelaki terminologiyanın inkişafında iki məsələni əsas 
götürür: 
1. Fonetik kompleksin anlayışı, məfhumu lazımınca ifadə 
edə bilmə qabiliyyəti; 
2. Anlayışın və ya mənanın köhnəldiyi an yeni fonetik 
kompleksin yaranması prosesi [114,s.48]; 
Ümumişlək sözlər hesabına termin yaratma prosesində 
eyni fonetik tərkibə malik sözlər bir çox hallarda müxtəlif 
mənalar ifadə edərək omonimləşirlər. Amma bu omonimləşmə 
leksikologiyada olduğu mahiyyəti kəsb etmir. Belə ki, leksik 
omonimlərin hər ikisi ad bildirirlər, amma ümumişlək sözlərin 
terminləşməsi prosesində terminləşmiş ümumişlək söz əlavə 
olaraq definitiv funksiyası qazanır. O artıq hər hansı anlayışı və 
ya məfhumu həm adlandırır, həm də anlayışa təhkim olunur. 
Son dövrlər bu hadisəni adlandırmaq üçün dilçilikdə 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
98 
konversiya terminindən istifadə olunur. Konversiya- sözün sin-
fini dəyişməklə yeni sözlər düzəltmək prosesidir [146,s.140]. 
Türkologiyada bu haqda ilk dəfə A.Qulyamov bəhs etmişdir. 
O, bir nitq hissəsindən başqasına keçidi söz yaradıcılığının bir 
üsulu hesab edərək onu leksik üsul adlandırmışdır. Bu üsul 
vasitəsilə formalaşan birləşmə termini ümumişlək söz kimi 
“birləşdirmək”, “yapışdırmaq”, “bir-birinə calamaq”, “bir neçə, 
yaxud bir çox şeyi bir araya toplamaq”, “aralarında vəhdət, 
birlim 
yaratmaq”, 
“uyğunlaşdırmaq, 
uzlaşdırmaq, 
əlaqələndirmək, bağlamaq” deməkdir [152, s.319]. Hüquq 
termini kimi birləşmə sözü “onun nəticəsində bir hüquqi 
vahidin yox olması və onun bütün fəaliyyət növləri və istehsal 
vasitələrinin digər hüquqi vahidə birləşməsi ilə müşahidə 
olunan demoqrafik hadisə”ni təyin edir [181,s.72]. Birinci 
halda birləşmə sözü hərəkət, müəyyən akt bildirirdisə, ikinci 
halda hadisənin adını bildirir. Bu tip keçid proseslərində sözün 
vəzifə dəyişməsindən daha çox sözlərin semantikasında olan 
dəyişiklik nəzərə çarpır. Sözün termin kimi xüsusi sahədə ifadə 
etdiyi məna əvvəlki mənasına nisbətdə daha az işləkdir. Yaxud, 
dönmə sözü ümumişlək söz kimi “cinsini, nəslini dəyişmiş, 
dönmüş”, “dinini, məzhəbini, əqidəsini dəyişmiş” mənalarında 
işlənir [152, s.681]. İdman termini kimi isə dönmə sözü 
“güləşçi ayaq üstə olmaqla arxası və yaxud yanı rəqibə dönmə 
prosesi” deməkdir [171,s.84]. Sağalma sözü xəstəlikdən 
qurtarıb ayağa durmaq, yaxşılaşmaq, şəfa tapmaq, sağlamlığını 
qaytarmaq mənasını ifadə edir [155,s.14]. Sağalma sözü termin 
kimi xəstəlikdən sonra orqanizmin həyat fəaliyyətinin bərpa 
olunması mənasında xüsusiləşmişdir [177,s.44]. Bu halda 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin