Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
100
olaraq terminoloji leksikada sabitləşiblər. Terminoidlər keçid
mövqeyində dayanırlar. Fikirimizcə, terminoid xüsusi mənalı
sözdür və eyni
zamanda terminoid termindir, çünki bir çox
hallarda işlənmə məqamına görə onlar definitiv funksiya
qazanaraq terminə çevrilirlər. Həqiqətən də ilkin mənasını
özündə saxlayaraq terminləşən ümumişlək sözlərdə məna
fərqləri nəzərə çarpmır. Həmçinin bir çox məqamlarda onların
ümumişlək mənası terminoloji mənasından daha işlək və
aktivdir. Terminoidlər terminoloji leksikanın inkişafında sözün
termin kimi formalaşmasında ilkin mərhələnin göstəricisidir.
Müəyyən sahələrə aid olan anlayışları
ifadə edən, məna və
anlayış əlaqələri sabitləşən, mütəmadi olaraq işlək olan
terminoidlər müəyyən vaxt keçdikdən sonra terminə çevrilirlər.
Məhz bu zaman onlar hər hansı konteksdən asılı olmur və
xüsusi definitiv məna qazanmış olurlar. Məsələn,
çıxarılma
sözü ümumişlək söz kimi “bir
şeyi bir yerdən kənar etmək,
xaric etmək”, “bir şeyin içərisində olan başqa bir şeyi oradan
götürmək”, “işdən, vəzifədən, məktəbdən xaric etmə”
deməkdir, amma
hüquq sahəsində terminləşdikdə
çıxarılma
sözü “əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə onun ölkəni
tərk etməli olduğu haqda verilən qərar” anlamını
verir
[152,s.473], [181,s.20]. Göründüyü kimi,
çıxarılma sözünün
termin kimi qəbul olunması üçün ilk növbədə onun müəyyən
elmi sahəyə aid olması və burada hər hansı anlayışı ifadə
etməsi
vacibdir.
Çünki
termin
müəyyən
sahənin
terminologiyasında mövcud olur.
Terminologiyadan kənarda
həmin termin mövcud deyil. Termini təyin edən ünsür onun de-