Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
112
onunla birbaşa bağlılıq əsasında deyil,
əlavə olaraq yeni
definitiv, xüsusi məna qazanaraq formalaşır. Bu zaman sözdə
məna çaları artmır, söz nominativ məna ilə yanaşı definitiv
məna qazanır. Bundan əlavə, bu tip sözlər müxtəlif semantikalı
sözlərlə əlaqələnərək müvafiq vəzifə daşıyır, eyni bir mənanın
göstəricisi kimi işlənir. İ.Məmmədov yazır: “Sözün yeni
semantika qazanması potensial mənanın üzə çıxması üçün
onun tamamilə başqa məzmunlu leksemlərlə əlaqələnməsi
tələb
olunur. Söz o zaman yeni semantik vahidə çevrilir ki, öz
paradiqması üçün normal olmayan,
qeyri-adi sintaqmatik
qabığını dəyişmədən motivləşən sözə çevrilir, nitqdə üzə çıxan
yeni məna qazanır” [70,s.60]. Qeyd olunan ikinci hal
terminləşmiş ümumişlək sözlərə xasdır. Beləliklə, yuxarıda
qeyd etdiyimiz terminləşmiş
ümumişlək sözlərin hər biri
müəyyən elmi sahələrdə xüsusi mənalı sözə çevrilmiş və
onların mənası hər hansı digər sözlə əlaqədən asılı deyildir.
Çünki ümumişlək sözlərin terminləşməsi prosesində söz hər
hansı məna çaları yox, əlavə məna qazanır. Beləliklə,
deyilənləri ümumişləkdirsək, belə qənaətə gəlirik ki,
bu tip
ümumişlək sözlər terminləşən zaman yeni vahidə çevrilsə də
mənasını qoruyub saxlayırlar. Belə ki, söz işləndiyi zaman
mahiyyətcə dəyişirsə, o, yeni vahid kimi qəbul oluna bilər.
Beləcə, ümumişlək sözün mənasında
əmələ gələn dəyişiklik
onu başqa sözə-xüsusi mənalı termin sözə çevirir.
Dostları ilə paylaş: