Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə97/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   93   94   95   96   97   98   99   100   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
195 
alınan məna dildə ehtiyac olunan sahədə yer alaraq sa-
bitləşəcəkdir. Bəzən alınan söz donor dildə nomenklatur və ya 
jarqon olur. Məsələn, lazer, skayner, modem, printer kimi 
internet terminləri E.Şeyqala görə ingilis dilində jarqon 
leksikasına aiddirlər. Ekran, prosessor kimi sözləri 
araşdırdıqda, əslində, onların donor dildə sinekdoxa olduğunun 
şahidi oluruq. Belə ki, onlar mənbə dildə bütövü müəyyən 
hissə ilə əvəz edirlər. E.Şeyqal isə bu sözlərin nomenklatur 
olduğunu qeyd edir [133,s.128]. 
Alınma termin dilə daxil olduqdan sonra onun semantik 
tutumu reallaşır, terminoloji sistemdə məntiqi semantik yerini 
tapır və məzmun faktı olaraq qavranılır. Daha sonra milli dilin 
leksik və qrammatik vahidləri ilə əlaqələnir, nəhayət, 
kommunikativ dəyəri müəyyənləşir. Deməli, termin xüsusi 
sintaktik sferadan dinamik sferaya çıxır və yeni bir mexanizm 
elementinə çevrilir. Terminin ünsiyyət faktına çevrilməsi onun 
funksional səviyyədə ki, fəaliyyətindən asılıdır.
Alınma söz və terminlərin iki və daha artıq mənası 
mənimsənildikdə isə həmin sözlərin mənaları arasında əlaqə 
itir və onlar dildə omonim kimi qəbul edilir. Terminologiyada 
omonimlik hadisəsinin meydana çıxma səbəbini belə izah 
edirlər: “Terminologiyada belə omonimlik hadisəsinin 
meydana çıxması səbəbini iki cür əsaslandırmaq olar. Birincisi, 
yeni istiqamətin yaranması prosesində sahənin terminlərindən 
istifadə etmək nəticəsində sözün əvvəlki mənasının 
dəyişdirilməsi, ikincisi, terminlərin tərcüməsi zamanı omonim 
variantın qəbul edilməsi” [85,s.65-66]. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
196 
Bu hadisə transterminləşmə ilə oxşayır, yəni bəzən alınan 
terminin bir neçə mənası işlək olur. İşlək olan mənalar arasında 
heç bir əlaqə olmadığından onları bəzən omonim terminlər 
hesab edirlər. Əslində, semantik mənimsəmə tarix və cəmiyyət 
ilə bağlı olan hadisədir, belə ki, sözün bir neçə mənası dilə 
daxil olur, zaman keçdikcə bu mənalardan hansısa və 
hansılarsa zərurət və tələb olduğu üçün dildə işləkliyini 
qorumaqla dilin lüğət tərkibində özünə yer edir. Sözlərin 
omonim və ya çoxmənalı olub-olmaması onların leksik-
frazeoloji və leksik-sintaktik fərqlənməsi ilə bağlı məsələdir. 
Heç bir dil bütün anlayışları fərqli sözlərlə ifadə edə bilməz. 
Ən zəngin dilin belə söz ehtiyatı və resursları müəyyən həddə 
bitir. Beləliklə, müəyyən mənalı söz yeni anlayışı ifadə edən 
məna ilə yaxınlaşır və beləcə söz müxtəlif mənalara malik olur. 
Bununla da bir mənanın sərhədləri hüdudunda yeni mənalar 
yaranmış olur. Buna görə də terminlər semantik, struktur, kom-
munikativ, praqmatik xarakteristikası diaxronik və sinxronik 
aspektlərdən araşdırılmalıdır. 
Semantik mənimsəmə iki istiqamətdə baş verir. Birinci 
halda, sözün bir neçə mənası dilə daxil olur, amma müəyyən 
vaxtdan sonra yalnız biri dildə sabitləşə bilir. Məsələn, brifinq 
(ing. briefing qısa təlimat) – kütləvi informasiya vasitələri 
nümayəndələrinin qısa müddətli müşavirəsi. Müşavirədə 
hökumətin mövqeyi və ya beynəlxalq danışıqların gedişi 
tərəflərin baxışları və s. haqqında informasiya verilir 
[192,s.139], [194,s.29]. İngilis dilində bu söz məclis, görüş
müşavirə, konstruksiya kimi mənalarda işləkdir. Azərbaycan 
dilində isə yalnız yuxarıda qeyd etdiyimiz məna işləkdir. 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin