Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə100/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   96   97   98   99   100   101   102   103   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
201 
minimum) – yaşayış minimumundan əhalinin aztəminatlı 
təbəqələrinə 
dövlət tərəfindən ünvanlı sosial yardım 
göstərilməsi 
sisteminin 
formalaşdırılmasında, 
dövlət 
proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin 
qiymətləndirilməsində və proqnozlaşdırılmasında istifadə 
olunur 
“Sözalma” probleminin qoyuluşu ilə bağlı qarşıya çıxan 
məsələlərdən biri kalkaların alınmalara aid edilib edilməməsi 
məsələsidir. Belə ki, dilçilərdən bəziləri kalkaların sözalmanın 
xüsusi bir növü kimi izah etmişlər. V.M.Jirimunskiy yazır: 
“Əcnəbi sözün leksik cəhətdən mənimsənilməsinin daha tam 
formasını tərcümə üsulu ilə alınmalar (kalkalar) təşkil edir. 
Tərcümə yolu ilə sözlər alınan zaman dil materialının köməyi 
ilə əcnəbi sözün mənası, sözyaratma prinsipləri, semantik 
quruluşu, necə deyərlər, daxili forması mənimsənilir” 
[112,s.360]. Kalkalar hərfi tərcümə adlandırılsalar da yalnız 
məna və struktur baxımından alınmalar hesab olunurlar. 
Məqsəd yalnız yeni məna əsasında dilin daxili imkanları 
vasitəsi ilə yeni söz yaratmaqdır. Kalkalar olduqları kimi heç 
bir dəyişiklik olunmadan edilən hərfi tərcümə prosesidir. 
Kalkalardan fərqli olaraq tərcümə öz mürəkkəb konstruksiyası 
ilə fərqlənir və olduğu kimi tərcümədə dəqiqlik əsas şərtdir. 
Burada elementlər və eləcə də konstruksiya dəyişmir. Bu tip 
tərcümə olunmuş sözlər dilin öz daxili imkanları əsasında 
yaranan sözlərdən mürəkkəb strukturu və dilə xas olmayan 
konstruksiyaları ilə fərqlənirlər. Məsələn: kompüterləşdirilmiş 
audit metodları (computer-assisted audit techniques) 
kompüterdən audit aləti kimi istifadə etməklə audit prosedurla-


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
202 
rının tətbiq edilməsi )həmçinin CAAT adlandırılır); maliyyə 
hesabatlarının dərc olunma tarixi (date the financial 
statements are issued) – Auditor hesabatının və yoxlanılmış -
maliyyə hesabatlarının üçüncü tərəfin istifadəsinə verildiyi 
tarix;
Tərcümə üsulu ilə alınan terminlərə baxış dilçilikdə 
müxtəlifdir. R.F.Brandta görə, alınma terminlərin tərcümə 
üsulundan bacardıqca qaçmaq lazımdır, çünki bəzi hallarda tər-
cümə pis və yöndəmsiz alınaraq orijinal formadan qat-qat pis 
səslənir və fərqlənir [103,s.412]. E.F.Karski isə qeyd edir ki, 
terminlərin tərcümə məsələsi mürəkkəb prosesdir və termini 
tərcümə edərkən təkcə tərcümə olunan dilin normalarını nəzərə 
almaq kifayət deyil, donor dilin də qayda-qanunları, normaları 
eyni dərəcədə əhəmiyyətlidir. Yalnız bu halda terminin əsas 
məzmunu tam ifadəsini tapa bilər [115,s.39]. 
Fikrimizcə, terminlərin tərcümə üsulu müasir dildə vacib 
məsələlərdən biridir. Qloballaşma və inteqrasiya prosesləri və 
bunların nəticəsində dilə daxil olan alınma terminlərin 
çoxluğunu nəzərə alsaq, bu üsul müasir Azərbaycan dilinin 
xəlqiliyinin, saflığının qorunması üçün yararlıdır. Bəzən 
tərcümə düzgün olmadıqda terminin mürəkkəb mahiyyəti 
olduğundan çox bəsit formada göstərilə bilər. Bu zaman 
tərcüməyə əsas yoxdur və alınma terminin olduğu kimi dilə 
qəbul olması daha labüddür. D.S.Lotte əlavə edir ki, hal-
hazırda dildə işlətdiyimiz, amma ilkin və ya əvvəlki mənası ilə 
maraqlanmadığımız kifayət qədər termin var. Tərcümə o 
zaman uğurlu sayılır ki, sözün mahiyyəti qorunaraq tərcümə 
olunur. Kalka zamanı isə tərcümə olunan sözün formasını 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin