Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
204
məlumatlar məbləğlərdən və iqtisadi subyektin birdən çox dövr
üçün maliyyə hesabatlarında aşkara çıxarılmış müvafiq
məlumatlar;
Tərcümə zamanı terminlərin ardıcıllıq
prinsipini mütləq
gözləmək lazımdır. Çalışmalıyıq ki, termin və onun törəmələri
həmişə eyni dildə və eyni köklü sözlə ifadə olunsun.
Bu
baxımdan, təsviri tərcümə kalkadan fərqlənir və bu üsul kalka
olunmayan termin-söz və söz birləşmələrinin təsvirinə deyilir.
Bu zaman şübhəsiz, həmin sözlərin leksik-morfoloji
xüsusiyyətləri də nəzərə alınmalıdır. Başqa sözlə,
təsviri
tərcümə ingilis mənşəli alınma termin-sözün daha ətraflı izahı,
açıqlanmasıdır. Bu üsuldan lüğətlərdə və konkret mətnlərdə
istifadə etmək olar. Belə ki, tərcümə prosesi zamanı bəzən
sözün müəyyən hissəsi dilə tərcümə olunsa da digər hissə
olduğu kimi saxlanılır:
interküy- (internoise)- təbii səslər
[192,s.109];
sözsüz film- (silent film)–kinematoqrafiyanın
təşəkkülünün ilk illərində qəbul olunmuş adı [192,s.260];
videosıra- videorow [192,s.310]
, videosiqnal-video signal,
[192,s.311]
videokitab- video book [192,s.308]
, videomətn- vi-
deotext [192,s.309]
və s.
Tərcümənin daha dolğun və dəqiq alınması üçün
tərcüməçinin
linqvistik problemləri, dillərin müxtəlif struktura
malik olmalarını və iki dilin özəlliklərini nəzərə alması vacib
şərtlərdən hesab olunur. Həmçinin tərcümə prosesi zamanı
dillərin kommunikativ məqsədlərini nəzərə almaqla elə üsul
seçmək lazımdır ki, dilin semantik və sintaktik faktorları
düzgün ifadə olunsun. “Tərcümə
dil əlaqələrinin spesifik
forması və leksik alınmaların dilə gətirilməsinin əsas