Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə104/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   100   101   102   103   104   105   106   107   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
209 
deyilir. Kalkada sözün forması, onun səslənməsi yox, ifadə 
etdiyi məna götürülür” [58,s.393]. 
Əslində, kalka ekvivalenti olmayan sözü təşkil edən 
morfemlərin onların hərfi qarşılıqları ilə əvəz olunmasıdır. 
Başqa bir mənbədə kalka və kalkaetmə anlayışları bir-birindən 
fərqləndirilərək belə izah olunur: “Hər hansı bir dilin 
elementlərindən istifadə etməklə başqa bir dilin leksik-
frazeoloji və sintaktik modeli əsasında yeni söz və ifadələrin 
yaradılmasıdır” [17,s.161]. 
Kalka alınmalar və məna tərcümə terminlərlə həm oxşar, 
həm də fərqli cəhətlərə malikdirlər. Kalkalar mənşə nöqteyi 
nəzərindən alınma hesab olunsalar da nəticə etibarı ilə onlar 
dilin öz vahidləri hesabına yaranmış sözlərdirlər. Tərcümə ilə 
fərqli məqam ondan ibarətdir ki, tərcümə prosesində yalnız 
məna tərcümə olunursa, yəni yalnız məna alınması halı 
müşahidə olunursa, kalkaetmə prosesində həm məna, həm də 
struktur alınır. Məhz bu səbəbdən dilçilikdə kalkaetmə bəzən 
ayrıca bir bölüm kimi araşdırılır.
Kalka üsulu ilə terminlər yaradılarkən həmin dilin 
qrammatik quruluşu əsas rol oynayır və terminlər dilin daxili 
qanunları əsasında yaradılır. Kalkalar haqqında daha az mə-
lumata rast gəlirik, nəinki leksik alınmalara. Bu iki səbəblə 
bağlıdır. Əvvəla, kalkalar dildə alınma sözlərə nisbətən 
azdırlar. İkinci səbəb kalkanı müəyyən etmək çətindir. Belə ki, 
onu gah alınma, gah da dilin daxili imkanları əsasında yaranan 
söz kimi qəbul edənlər var. Məsələn, yaşıl işıq- green light- 
зеленый свет nəqliyyat, yol işarəsi bildirən söz birləşməsi 
olmaqla yanaşı, bəlkə dildə əvvəldən mövcud olan yaşıl işıq 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
210 
sözünün məcazlaşması da ola bilər kimi fərziyyələr buna 
sübutdur. 
Kalka haqqında Arapova, Dann, Zaliznyak, Pfandl kimi 
dilçilər də araşdırma aparmışlar. X.Pfandl yazır: “Əlbəttə, 
problemin həlli üçün ilkin mənbə yetərli deyil və beynəlmiləl 
və ingilis mənşəli alınmaları ayırmaq həmişə asan deyil.” 
X.Pfandla görə kalka linqvistik və ekstralinqvistik təsirlərin 
nəticəsində daxili sözyaratmadır [117,s.87]. 
Kalkaetmə prosesi bütün dünya dillərində mövcuddur. 
Kalka üsulunun mahiyyəti haqqında dilçilik ədəbiyyatında 
müxtəlif fikirlər irəli sürülmüşdür. Kalka üsulu ilə yeni ter-
minlər yaradılarkən tərcümə olunan bu və ya digər söz həmin 
dildə eyni mənanı verən sözlərlə, yaxud söz və sözdüzəldici 
şəkilçilərlə ifadə edilməlidir. Buna görə də tərcümə olunan 
sözün tam semantik qarşılığı müəyyənləşdirilməlidir. Əks 
halda, onu kalka adlandırmaq olmaz və bu zaman anlayış və 
məfhumların daha dəqiq ifadəsi də mümkün olmaz.
Fikrimizcə, kalkalar alınma terminlərin mənimsəmə 
üsullarından biridir. Mənimsəmə prosesi zamanı kalkalar 
tərcümə olunur və reseptor dildə mənbə dildəki strukturu ilə 
mənimsənilir. Göründüyü kimi, mənimsəmə prosesinin əsasını 
tərcümə təşkil edir. Amma tərcümə təkcə mənanın və 
mahiyyətin tərcümə olunması ilə məhdudlaşmır. Bu proses 
sonradan sözün quruluşunun və struktur sabitliyinin 
köçürülməsi ilə başa çatır. Kalka üsulu ilə dilimizdə bir çox 
terminlər 
yaradılmışdır. 
Linqvistik 
təhlillərə 
əsasən 
Azərbaycan dilində kalka üsulu ilə yaradılan terminlərin əsas 
hissəsi isimlərdir və onlar öz quruluşuna görə müxtəlif olmaqla 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin