Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
205
üsullarından biridir. Tərcümə yolu ilə dilə keçmiş leksik
alınmaların tədqiqi zamanı tərcümənin formaları və növləri
nəzərə alınmalıdır. Tərcümə vasitəsilə alınmaların tədqiqi
zamanı yalnız realiyaların araşdırılması ilə kifayətlənmək
olmaz [9, s.139].
Alınmaların mənimsənilməsi prosesində tərcümənin
yerinin müəyyən olunması, tərcümənin adekvatlığı və onunla
bağlı praqmatik adaptasiya məsələləri aktual olmalıdır.
Tərcümənin
əsas nəzəri anlamı onun adekvatlılığını
şərtləndirilir. Adekvat tərcümə zamanı tərcümə olunan dilin
norma və qanunauyğunluqları qorunmalı və məzmunu dəyişdi-
rilməməlidir. Adekvatlıq real təcrübəyə əsaslanır. Bəzən isə
təcrübə olsa da tərcümənin bütün mümkün imkanlarından
istifadə edilmir, lakin mətnin və ya cümlənin ifadə tərzinin
kommunikativ-funksional məzmunu düzgün ötürülür. Kütləvi
informasiya daşıyıcılarının "dili"ndə müşahidə olunan yeni
alınmaların praqmatik adaptasiyası baş verməlidir, yəni tər-
cümə olunan hər bir yeni söz və ifadə, söz birləşməsi və ya
cümlə ilk öncə məqsədli auditoriya tərəfindən qəbul
olunmalıdır. Bu, baş vermirsə, demək, tərcümənin adekvatlığı
və ekvivalentlik səviyyəsi prosesdə əsas kommunikativ
funksiyasını yerinə yetirə bilmir. “Yeni termin-söz və söz
birləşmələrinin tərcüməsi zamanı bəzən ingilis dilli, yaxud
ingilis mənşəli ifadələrin praqmatik imkanlarının oxucuya
ötürülməsində çətinliklər meydana gəlir. Çox vaxt bu, reklam
mətnlərində və televiziya verilişlərində tərcümə mətninin və
yaxud tərcümə olunan ifadə və sözün məna tutumunun düzgün
dərk edilməməsi səbəbindən baş verir”[79,s.93].
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
206
Alınma terminlərə təkcə sosial tərəqqi ilə zərurət üzündən,
ehtiyacdan doğan anlayışların ifadəsi kimi yox, həm də lüğət
tərkibinin inkişafı kimi baxmaq lazımdır. Təcrübə göstərir ki,
kütləvi informasiya vasitələrində işlənən yeni termin-söz və
ifadələrin tərcüməsi zamanı məhz sosial-linqvistik amillər
müəyyənedici rol oynayır. Bəzi alınma sözlərin ya latınca, ya
da ingiliscə deyiliş tərzi tamamilə saxlanılır, transkripsiya
edilir, nəticədə Azərbaycan dilinin qaydaları pozulur. Bu
zaman nəinki tərcüməçilər, həm də çoxsaylı kütləvi
informasiya vasitələri çətinlik çəkirlər. Eyni zamanda müasir
dövrdə tərcümə prosesində vacib məsələlərdin biri məna ilə
məfhum münasibətidir. Məna məfhumdan geniş olduğuna görə
tərcümə olunarkən bir sıra problemlərlə üzləşirik. Bu səbəbdən
terminlərin tərcümə məsələsinə daha diqqətlə yanaşmaq
lazımdır.
Elmi-texniki tərcümənin özəlliyi odur ki, o, dəqiq
informasiya və məlumatı çatdırmalıdır. Elmi-texniki mətnlərin
tərcümə prosesi zamanı vacib problemlərdən biri terminoloji və
qeyri-terminoloji
leksikanın
qarşılıqlı
münasibətidir.
Tərcümənin əsas məqsədi lazımi informasiyanın oxucuya
aydın, səlis və dəqiq çatdırmaqdır. Bu isə öz növbəsində
linqvistik, texniki, bədii, metodik biliklərə malik olmağı tələb
edir.
Dilimizdə çoxsaylı komponentlərdən ibarət olan tərcümə
terminlər xeyli saydadır. Bu tip terminləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Üç sözdən ibarət tərcümə termin söz birləşmələr:
internal set-up time-daxili quraşdırma vaxtı , dunnage- daxili
|