13
xidmətlərin müvafiq keyfiyyətini və onlara mali olmaq imkanlarını,
səmərəli
təşkilini, sosial sferanın bütün fəaliyyət sahələrini inhisarlaşdırmaq ideyasından
dövlətin imtina etməsini təmin etməlidir. Sosial sferanın milli hüquqi bazasının
formalaşdırılmasında, zamanın süzgəcindən keçmiş beynəlxalq normaların əsas
müddəaları da nəzərə alınmalıdır. İnsan hüquqları sahəsində hamı tərəfindən qəbul
edilmiş beynəlxalq norma və standartlar, İnsan hüquqları Ümumi
Bəyannaməsində, Beynəlxalq vətəndaş və siyasi hüquqlar Paktında, Beynəlxalq
iqtisadi, sosial və mədəni hüquqlar Paktında, Qadınlara münasibətdə bütün ayrı-
seçkilik formalarının aradan qaldırılması Konvensiyasında, Uşaq hüquqları
Konvensiyasında və Uşaqların sağ qalmasını, müdafiəsini və inkişafını təmin edən
Ümumdünya Bəyannaməsində, İnsan hüquqları üzrə ümumdünya Konfransında
(Vyana 1993-cü il) qəbul edilmiş Vyana
Bəyannaməsində və Fəaliyyət
proqramında, Əlillərə bərabər imkanların yaradılmasının Standart Qaydalarında,
Qocalıq problemlərinə dair Beynəlxalq Fəaliyyət Planında və bir sıra digər
sənədlərdə şərh edilmişdir. Məhz bu beynəlxalq sənədlər, keçid iqtisadiyyatlı
ölkələrdə
sosial sferanın milli hüquqi rejiminin yaradılmasının və
təkmilləşdirilməsinin əsasını təşkil edir.
Sosial hüquqların tənzimlənməsinin əsas aspektləri, qəbul edilmiş və qəbul
edilməyə hazır olan Vətəndaşların sağlamlığının mühafizəsinə
dair Azərbaycan
Respublikasının qanunvericiliyi Əsaslarında, Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, Nigah və ailə Məcəlləsində, "Təhsil haqqında", "Əhalinin
məşğulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Yaşayış minimumu
haqqında", "Sosial sığorta haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında",
"Qaçqın və məcburi köçkünlərin statusu haqqında" və bir sıra digər qanunlarda
təsbit edilmişdir. Bununla yanaşı, yalnız sosial sferanın iri sahələrinin fəaliyyətini
tənzimləyən
qlobal aktlar deyil,
eyni zamanda, sferanın fəaliyyətini
reqlamentləşdirən xüsusi qanunlar və ya qanuna əlavə aktlar da lazımdır. Milli
Məclisdə sosial siyasət daimi komissiyası yaradılmışdır ki, sosial siyasət daimi
komissiyası dövlətin sosial siyasətinin formalaşdırılması və həyata keçirilməsinə
14
dair qanun və qərar layihələri üzrə aparıcı daimi komissiyadır. Sosial siyasət daimi
komissiyası:
sosial inkişaf, əmək,
məşğulluq, insanların, xüsusilə qaçqın və məcburi
köçkünlərin sosial problemləri, ailə, qadın və uşaq məsələləri, gənclər,
bədən tərbiyəsi və idman, turizm, səhiyyə,
sanitariya, sosial təminat və
sığorta sahələri üzrə, sağlamlığın mühafizəsi sahəsində dövlət siyasətinin
formalaşdırılmasına aid qanun layihələrini hazırlayır və ya təqdim olunmuş
qanun layihələrinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası
Milli Məclisi sədrinin tapşırığı ilə qanun və
qərar layihələrində sosial
müdafiə məsələlərinə dair rəy verir.
Dostları ilə paylaş: