4.Sosial siyasətin iqtisadi və hüquqi əsasları
Dövlətin sosial siyasəti
cəmiyyətin həyat fəaliyyətinin sosial-iqtisadi şərtlərinin tənzimlənməsinə
yönəldilən tədbirlər kompleksindən ibarətdir. O, gəlirlərin bölgüsündəki
bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatı şəraitində cəmiyyət üzvlərinin
gəlirlər və mülkiyyət sahəsində fərqlərinin zəiflədilməsinə, bazar iqtisadiyyatı
sistemində əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən
dərəcədə aradan qaldırılmasına, əhalinin bütün təbəqələri üçün eyni başlanğıc
10
şərtlərinin təmin edilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasındaa ziddiyətlərin
yumşaldılmasına yönəldilmişdir.
Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı
əlaqə mövcuddur. Birincisi, iqtisadi inkişafın məqsədləri birbaşa və dolayısı yolla
sosial siyasətdə cəmləşir. Belə ki, iqtisadi fəaliyyət cəmiyyətin bütün üzvləri üçün
əlverişli yaşayış şəraitinin yaradılması naminə həyata keçirilir. İkincisi, sosial
siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onları
reallaşdırması üçün yönəldə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü,
sosial siyasətə iqtisadi artımın mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi
inkişaf xalqın həyat səviyyəsinin yüksəldilməsinə təsir etmirsə, insanların istehsal
fəaliyyəti ilə məşğul olmasına, iş qüvvəsinin keyfiyyətinin artırılmasına maraq
azalmış olur, cəmiyyətdə sosial gərginlik artır.
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə
dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş
ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa
ayırmaq olar. Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət
tam həyata keçirə bilmədiyi funksiyaları yerinə yetirir. Bu öz miqyası və əhatə
dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensasiyalaşdırıcı
(bərpaedici) xarakter daşıyır. Belə sosial siyasətin nəzəri əsasları liberal bazar
iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi
bazarın amerikan modeli ola bilər.
İkinci qrup - institutsional sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti
əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi
institutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən
bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial-
demokratik ideologiyanın böyük təsiri vardır. Buna tipik nümunə kimi sosial
dövlətin İsveç modelini göstərmək olar. Hər iki qrup arasındakı fərq bu və ya digər
amillərin hansının olub-olmamağında deyil, onlar arasında mövcud olan
nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində
iştirakından asılıdır.
11
Bütün bazar iqtisadiyyatı ölkələrində sosial siyasət bu iki qrup arasında
yerləşir. Skandinaviya ölkələrinin sosial siyasəti əsasən sosial-demokratik modeli
olsa da, bu ölkələrdə dövlətin sosial siyasətində liberal elementlərdən də istifadə
edilir. Bütün Avropa ölkələrində sosial yönümlü bazar iqtisadiyyatı həm liberal,
həm də sosial-demokratik elementlərin təsiri əsasında inkişaf edir.
Sosial inkişaf, sosial problemlər, sosial tədbirlər və proqramlar sosial
siyasətin əsas ideyası olub, respublikanın iqtisadi inkişafı, onun mövcud islahatlar
şəraitində tələbatının ödənilməsi və sosial müdafiəsinin konkret yolları ilə reallaşır.
Respublikanın iqtisadi inkişafının sosial nəticələri, əhalinin həyat səviyyəsinin
yüksəldilməsində, yeni iş yerlərinin açılması və sosial ehtiyacların konkret
ödənilməsi yolları ilə müəyyən olunur. Sosial tədbirlər mikrosəviyyədə tələbatın
ödənilməsi imkanları, onların amilləri və təşkilati idarəetmə tədbirlərin məcmusu
kimi formalaşır. Mikroiqtisadi sosial araşdırmalar, sosial siyasətin reallaşma
obyektləri, sosial idarəetmə orqanlarının strukturu, həmçinin ərazi, sahə və özünü
idarəetmə metodlarının sistemi ilə təmin olunur. Sosial siyasətin hüquqi bazası
mövcud qanunvericiliklə hər bir iqtisadi qanunun sosial nəticələrini tənzimləməklə
idarə olunur. Sosial siyasətin tənzimlənməsi , iqtisadi, təşkilati və hüquqi əsasların
təminatı sosial sahələrin ümumi cəhətlərini özündə əks etdirən qanunlar sistemi,
xüsusi qanunlar və normativ aktlar vasitəsi ilə həll olunur. Sosial sahələrin
qanunları həmin sahələrin hüquqi və iqtisadi təminatı sistemində münasibətlərin
tənzimlənməsinə yönəlir. Hər bir sosial sahənin maliyyə əsasları dövlət büdcəsinin
təsdiqi ilə həyata keçirilir. Sosial inkişaf, həmçinin bazar iqtisadiyyatı şəraitində
xüsusi vəsaitlər, yerli (bələdiyyə) büdcələri və əhalinin vəsaitləri hesabına da təmin
olur. Dövlət büdcəsinin sosial yönlülüyü onun xərclərindəki sosial sahələrə ayrılan
vəsaitlə müəyyən olunur.
Sosial sahələrin tənzimlənməsi dövlət sosial siyasətin və iqtisadiyyatın əsas
istiqamətləri üzrə həyata keçirilir. Sosial dövlət haqqında maddələr daxil edilmiş
Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan, layiqli həyatın və
insanların azad inkişafı üçün şəraitin formalaşmasına istiqamətlənmiş siyasətli,
sosial dövlət elan edilmişdir. İnsan hüquqlarına və ləyaqətinə hörmət, məqbul
12
həyat və əlverişli əmək şəraitinin təmin edilməsi, iqtisadi sabitliyin yüksəldilməsi,
sosial ədalətin əsas elementlərini təşkil edirlər. Belə ki, sosial ədalət olmadan, nə
hər hansı bir ölkədə, nə də planet üzərində bütövlükdə, dinclik və əmin-amanlıq
mümkün olmaz. Sosial dövlətin ayrılmaz funksiyaları aşağıdakılardır:
➢
Dostları ilə paylaş: |