9
səviyyədə tənzimlənməsi, sosial problemlərin həllində dövlət məsuliyyətinin
yüksək olması, ümumən, əhalinin güclü sosial müdafiə ilə əhatə olması aid edilə
bilər. Mənfi cəhətlərinə isə sosial sfera sahəsində mərkəzləşmənin yüksək olması
nəticəsində iştirakçılar üçün seçim azadlığında müəyyən məhdudiyyətlərin olması,
yüksək vergiqoymanı göstərmək olar.
3) Sosial rifahın dövlət modeli:
Tipik bazar iqtisadiyyatı modeli olmaqla
dövlətin vətəndaşlarının sosial sabitlik şəraitində yaşamasını öz üzərinə götürməsi
və çoxlu sayda sosial xidmətlərin mövcudluğu modelin müsbət cəhətləridir. Mənfi
cəhət kimi xərclərin yüksək olması, minimal standartların ölkə üzrə orta
göstəricilərə yaxınlaşdırılması çıxış edir.
4) Sosial istiqamətlənmiş bazar təsərrüfatı modeli.
Bazar rəqabəti
prinsiplərinə və şəxsiyyətin formalaşdırılaraq inkişafına istiqamətlənən bu model
vətəndaşların dövlət tərəfindən yüksək səviyyədə sosial müdafiəsini əks etdirir.
Dövlət sosial siyasətini hüquqi təminat, vergi siyasətini sərvətlərin yenidən
bölgüsü vasitəsilə reallaşdırır. Dövlət tərəfindən çoxlu sayda amortizasiyalardan
istifadə olunur ki, bu da əhalinin kasıblıq səviyyəsindən aşağı düşməsinə imkan
vermir. Mənfi cəhət kimi dövlətin öz üzərinə hədd ən artıq yükün götürməsi çıxış
edir ki, bu da dövlətin vətəndaşlarının özləri həll edə biləcəyi problemi öz üzərinə
götürməsində öz əksini tapır.
5) Bazar sosial modeli:
Onun əsas prinsipi sosial sferanın tənzimlənməsində
birbaşa metodlara nisbətən iqtisadi metodlara üstünlük verilməsi olmasıdır. Əsasən
sosial sfera sahələrinin dövlətsizləşdirilməsi, dövlətin dotasiya və subsidialarının
minimuma çatdırılması onun xarakterik cəhətlərindəndir.
Dostları ilə paylaş: