Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə66/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   62   63   64   65   66   67   68   69   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

a
 
 
72 
Azərbaycan postmodern romanının obrazları 
Obraz anlayışı müasir dövrdə birmənalı qarşılanmır. 
Bu istiqamətdə bir çox elm sahələrində (sənətşünaslıq, dil-
çilik, ədəbiyyatşünaslıq, fəlsəfə, estetika, psixologiya və 
s.) müxtəlif tədqiqatlar aparılmış və fikirlər irəli sürülmüş-
dür. Rus ədəbiyyatşünaslığında bu anlayış B.Q. Ananyev, 
A.L. Andreyev, K. Qoranov, N.K. Qey, P.V. Paliyevski, 
V.İ. Tyupa, M.B. Xrapçenko kimi tədqiqatçılar tərəfindən 
araşdırılmışdır. Qərb nəzəriyyəsində S.D. Lyuisin «Poetik 
obraz», K. Spurceonun «Şekspirin obrazları və onlar bizə 
nə deyir», P.N. Furbankın «Yazılı «obrazlar»da refleksi-
ya», M. Henrinin «Poetika və ritorika lüğəti» əsərləri ma-
raq doğurmuşdular. Azərbaycan ədəbiyyatşünaslığında ob-
razların işlənilməsi və tədqiq edilməsi sahəsində Y. Qara-
yevin «Faciə və qəhrəman», N. Paşayevanın «İnsan bədii 
tədqiq obyekti kimi», İ. Vəliyevin «Ədəbi portret və xa-
rakter», B. Babayevin «Bədii ədəbiyyatda tipiklik» və di-
gər bu kimi sanballı tədqiqat işləri və monoqrafik tədqiqat-
lar meydana çıxmışdır. 
Bədii obraz özündə estetik dəyər təmsil edərək insan 
həyatının real lövhələrinin bədii təsviridir. Bədii obraz an-
layışında bədii əsərin ünsür və ya bədii bir hissəsi başa dü-
şülür ki, belə bir fraqment, müstəqil həyat və məzmuna 
malik olur: insan obrazı, təbiət obrazı, əşya obrazı, hiss ob-
razı, obraz-təfərrüat və s. Obraz bədii əsərdə müəllif ideya-
larının və bədii təfəkkürünün təzahür formalarından biri-
dir. Obraz varlığın mahiyyətini, əşyaların vəziyyətini və ya 
mövcud üsullarını, əşyaların dinamikası və ya bir qrup əş-


Çağdaş Azərbaycan postmodern romanı 
73 
yaların bir-birilərinə qarşılıqlı meyl etməsini ifadə edir. 
Obrazı yaratmaq üçün müəllif müəyyən qrup insanlara, əş-
yalara və proseslərə xas xüsusiyyətlərin ümumiləşdirilmiş 
şəkildə əks etdirilməsinə cəhd edir. Obraz fərdi cizgiləri 
ilə başqa obrazlardan fərqli cəhət və fərdi xüsusiyyətlərini 
əks etdirməlidir. İlk növbədə, estetik kateqoriya olan obraz 
sənətə xas mənimsəmə yollarını və həqiqətə çevrilməni 
xüsusilə səciyyələndirir. Yazıçı təbiət hadisələrinə və 
müxtəlif insanlara münasibətini məhz obraz vasitəsilə bil-
dirməyə nail olur. 
Obraz anlayışı məhdud və geniş mənada işlənir. Obraz 
məhdud mənada konkret və eyni zamanda ümumiləşdiril-
miş şəxs bildirir, yalnız konkret personajları və ya ədəbi 
qəhrəmanları əks etdirir. Bizim fikrimizcə, «bədii obraz»ın 
belə anlaşılması bu terminin daralmasıdır. Obrazın geniş 
mənada işlənməsini isə mənfi və müsbət obrazlarda, insan 
obrazında, əşya obrazında və s. rast gəlirik. 
Bu kontekstdə L.A. Şestakın obrazlar təsnifatı xüsusi 
əhəmiyyət kəsb edir. Şestak obrazları mikroobraz, makro-
obraz, meqaobraz kimi bölgülərə bölür. «Mikroobraz» bə-
dii əsərlərin ən kiçik vahidi olaraq, ədəbi dilin ifadəli xü-
susiyyətləri ilə əlaqəlidir. «Makroobraz» ifadəsi altında isə 
ədəbi qəhrəman obrazı başa düşülür. «Meqaobraz» isə bu 
kainatın dünyanın və insanın obrazıdır. Meqaobraza müəl-
lif yaradıcılığının və ya bütöv ədəbi istiqamət çərçivəsində 
obrazlar kompleksini təkrar edən motivləri aid etmək olar. 
Bu təsnifat fransız ədəbiyyatşünaslığına xas təsnifat ilə ox-
şardır. Fransız ədəbiyyatşünaslığında mücərrəd obraz, ifa-
dəli obraz, əlaqəsiz obraz və plastik obraz seçilir. Mücər-
rəd obraz ümumi termindir. Mücərrəd obraz dedikdə, var-
lığın mahiyyətini ifadə edən üsul, əşyaların vəziyyəti, 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin