Çağdaş Azərbaycan postmodern romanı 75
arxetiplər adlandıra bilərik. Belə ümumbəşəri obrazlar
həm mifologiya, həm də incəsənətin bütün inkişaf mərhə-
lələrində özünü büruzə verir.
Müasir dövrdə postmodern romanların yayılması ilə
əlaqədar olaraq, əvvəlki obrazlardan fərqlənən obraz qale-
reyası yaranmağa başladı. Postmodern romanlara xas ob-
razlardan bəhs etmək təbii ki, bir qədər çətindir. Əsərin
quruluşu, əsərin tərkib hissələrinin düzülüşü, əsərdəki su-
rətlərin əlaqə və münasibətlərinin təşkili, bir-biri ilə bağlı
olan, başlanğıcdan nəticəyə qədər ardıcıl surətdə inkişaf
edən və həyat hadisələrinin təsviri qaydaları postmodern
romanlarda özünü başqa aspektdə göstərir. Bununla belə
qeyd etmək lazımdır ki, postmodern romanlarda obrazlar
bədii məkanın formalaşdırılması zamanı geniş istifadə olu-
nur. Postmodernizmdə dekonstruksiya olunmuş tarixi şəx-
siyyətlərin obrazlarından, həmçinin mifik obrazlardan və
arxetiplərdən geniş istifadə edilir. Postmodern romanların
əksəriyyətində ənənəvi həyat və dəyərlər sisteminin böhra-
nı fonunda marginal sosial dairələrə aid mənfi obrazlar ya-
radılır. Postmodern romanlarda obrazların açıqlanması za-
manı metanəsrdən («metafiction») istifadə edilir. Bəzi hal-
larda obrazlar vasitəsilə digər bədii nümunələr ilə inter-
tekstual əlaqələr açıqlanır.
Postmodern romanlarda əşya obrazları bədii məkanın
yaradılmasında geniş istifadə edilir. Postmodern romanla-
rında geniş yayılmış əşya obrazlarından şəhər obrazını xü-
susi qeyd etmək olardı. Məsələn, Anarın «Ağ qoç, qara
qoç»
39
romanında Bakı şəhəri bədii obraz kimi təsvir olu-
nur. Bakı obrazı əsərin mövzusu və ideyası ilə səsləşməli-
39
Anar. Ağ qoç, qara qoç. Bakı: Azərnəşr, 2003. 184 s;