Əqli (zehni) tərbiyə. Əqli tərbiyə dedikdə, insanın elmi
biliklərə, zehni qabiliyyətlərə yiyələnməsinə, yaradıcı düşünmə
bacarıqlarının inkişafına yönələn təlim-tərbiyə prosesi və onun
nəticəsi başa düşülür. Əqli tərbiyə gənclərin dünyagörüşünün
formalaşmasında həlledici rol oynayır.
Gənclik dövrü dünyanı dərk etmək, elmlərə daha intensiv
yiyələnmək, intellektual həyatda özünü təsdiq etmək dövrüdür.
Tələbə gənclər əqli əməyin gözəlliyini dərk etməli, təhsil onlar
üçün sevinc mənbəyi, intellektual zənginlik mənbəyi olmalıdır.
187
Bu isə müəllimdən, onun elmi hazırlığından, erudisiyasından,
elmi maraqlarının zənginliyindən, habelə tələbə qrupunun in-
tellektual həyatının zənginliyindən, oradakı intellektual fondan
(qrupdakı tələbələrin böyük qisminin təlimə fəal münasibə-
tindən, elmi hazırlığından) çox asılıdır. Təcrübə göstərir ki,
tələbə qrupunda intellektual fon nə qədər yüksək, intellektual
həyat nə qədər zəngindirsə, tələbələr bir o qədər zehni cəhətdən
fəal olurlar; hər kəs zehni əməkdə özünü təsdiq etməyə çalışır,
elmi bilikləri əldə etməyə hərislik göstərir. Tək-tək zəif oxuyan
tələbələr də belə zəngin intellektual həyatın təsiri ilə təlimə səy
göstərirlər.
Tələbələrin fəal zehni işə cəlb edilməsi təlimin səmərəli
təşkilindən, təlimdə axtarıcılıq, tədqiqatçılıq situasiyasının ya-
radılmasından çox asılıdır. Müəllim tələbələri zehni və əməli
problemlərin həllinə, yaradıcı tapşırıqlara, elmi diskussiyalara
geniş cəlb etməklə tədqiqatçı vəziyyətinə sala bilər. Axtarıcılıq,
tədqiqatçılıq işi tələbəyə öz qüvvəsi ilə yeni elmi biliklər əldə
etmək, elmi problemləri həll etmək sevinci – kəşf sevinci bəxş
edir. Bu isə onda özünə hörmət, özünütəsdiq və iftixar hissləri
yaradır. Təlimdə tədqiqatçılıq ünsürü – gənclərin zehni və
mənəvi yüksəlişinin vacib şərtidir.
Əqli (zehni) tərbiyə tələbələrin müstəqilliyinə əsaslanır.
V.A.Suxomlinskinin sözləri ilə desək, biliklərə müstəqil yiyə-
lənmək həvəsi olmadan tam qiymətli mənəvi həyat, yaradıcı
həyat yoxdur. Müəllim öz yetirmələrində elmi bilikləri daim ar-
tırmağa tələbat tərbiyə etməlidir. Belə tələbat isə təbiət və cə-
miyyətdə gedən proseslərə maraq və həvəs əsasında, elmi prob-
lemlərin həlli və biliklərin yaradıcı tətbiqi əsasında yarana
bilər.
Əqli tərbiyənin çox mühüm bir vəzifəsi gənclərdə yüksək
mənəvi keyfiyyətlər, nəcib hisslər formalaşdırmaqdan ibarətdir.
Bunun üçün təlimin tərbiyəedici funksiyasını reallaşdırmaq
vacib şərtdir. Gələcək mütəxəssis hansı peşə-ixtisas sahəsində
çalışmasından asılı olmayaraq bir şəxsiyyət-Vətəndaş kimi ye-
188
tişməlidir. Hər bir müəllim həm elmi tədris edən, həm də tər-
biyəçi kimi öz funksiyalarını yüksək səviyyədə yerinə yetir-
məlidir.
Dostları ilə paylaş: |