M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə39/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Tədrisetmə (öyrətmə) – müəllimin təlim məqsədlərini 
həyata keçirməyə yönəlmiş fəaliyyət prosesidir. Təhsilalma 
(öyrənmə) – tələbənin (şagirdin) təlim materialı üzərində müs-
təqil çalışması, biliklərə yiyələnməsi, öz zehni, psixi və mənəvi 
inkişafını təmin etməsi prosesidir. 
Nəzərdən keçirilən kateqoriya və anlayışlar vasitəsilə 


70 
didaktik hadisə və proseslər, nəzəri məsələlər şərh və izah 
edilir, ümumiləşdirmələr aparılır.
Ali məktəb didaktikası qarşısında bir sıra vəzifələr durur. 
Onları bir neçə qrupda birləşdirmək olar: 
1. Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: 
nə məqsədlə öyrətmək və öyrənmək? Bu suallara cavab tap-
madan didaktika təlim və təhsilin digər məsələlərini həll edə 
bilməz.
2. Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öy-
rətmək və öyrənmək? Bu məsələlər “Təhsilin məzmunu” möv-
zusunda nəzərdən keçirilir. 
3. Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: 
necə öyrətmək və öyrənmək?. Bu məsələlər “Təlim metodları və 
vasitələri”, “Təlimdə nəzarət və qiymətləndirmə” mövzularında 
nəzərdən keçirilir. 
4. Təlimin səmərəli təşkili formalarını müəyyənləşdir-
mək: hansı formada öyrətmək və öyrənmək?. Didaktikanın təd-
qiqat sahələrindən biri də təlimin optimal formalarını müəy-
yənləşdirməkdən ibarətdir: təlimdə hansı halda hansı formadan 
istifadə edilməlidir ki, qarşıya qoyulmuş məqsədin həyata 
keçirilməsi, nəzərdə tutulmuş məzmunun mənimsənilməsi daha 
yaxşı təmin olunsun? Bu məsələlər “Təlimin təşkili formaları” 
mövzusunda nəzərdən keçirilir. 
Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli 
olduğu problemləri kompleks halda, qarşılıqlı əlaqə və 
asılılıqda götürmək mühüm şərtdir. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin