M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə46/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Möhkəmlətmə mənimsəmənin zəruri ünsürlərindən bi-
ridir. O, qazanılmış biliklərin hafizədə uzun müddət saxlanma-
sını, daha da dərinləşməsini təmin edir. Əks halda keçilən bilik-
lər unudulur, təlim mənasız bir işə çevrilir. Möhkəmləndirmə-
nin səmərəsi üçün mexaniki və məntiqi yaddasaxlamanı uzlaş-
dırmaq, uzun müddətə yaddasaxlama yönəlişliyi (ustanovkası) 
yaratmaq, əvvəllər öyrənilən bilikləri yeni biliklərlə əlaqələn-
dirmək, müqayisələr aparmaq, təkrarı tətbiqetmə ilə uzlaşdır-
maq, tələbələrin zehni və əməli fəallığını, müstəqilliyini artır-
maq lazımdır. 
Tətbiqetmə təlimin çox mühüm ünsürü olub, bir tərəf-
dən, bacarıq və vərdişlərin yaranmasına, digər tərəfdən isə 
nəzəri biliklərin möhkəmlənməsinə və onlara inamın artmasına 
xidmət edir. Bu mənada “tətbiqetmə biliyin anasıdır” fikrinə 
haqq qazandırmaq olar (çoxsaylı təkrarlar isə yeknəsək olub 
yorucu xarakter daşıyır; buna görə təkrar biliyin “anası” yox, 
“ögey anası” sayıla bilər). 
Biliklərin tətbiqi mürəkkəb prosesdir. Əgər qavrama və 
anlamada tələbənin fikri konkret faktlardan ümumiləşdirmələrə, 
yəni xüsusidən ümumiyə gedirsə (induktiv yol), tətbiqetmə za-
manı isə ümumiləşdirmədən konkret hallara – ümumidən 
xüsusiyə gedir (deduktiv yol). 


81 
Tətbiqetmənin səmərəsi tətbiq olunacaq nəzəri biliklərin 
düzgün yada salınmasından, çalışmaların rəngarəngliyindən, tə-
ləbələrin yaradıcı xarakterli tapşırıqlara daha çox cəlb edilmə-
sindən, əvvəllər keçilmiş biliklərlə yeni biliklərin birgə tətbi-
qindən asılıdır.
Biz biliklərin mənimsənilməsinin psixoloji təbiətini 
nəzərdən keçirdik. Göründüyü kimi, bu mürəkkəb proses olub, 
qavrama, anlama, möhkəmlətmə və tətbiqetmə mərhələlərini 
özündə birləşdirir. İdrak prosesinin pillələrindən hər hansı bi-
rinə etinasızlıq göstərmək mənimsəmənin nəticəsinə mənfi təsir 
edir: qavramasız anlama, anlamasız digər ünsürlər mümkün de-
yildir. Anlama olmadan şüurlu mənimsəmə baş tutmaz; 
mexaniki öyrənmə təlimdə formalizm, əzbərçilik yaradır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin