M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Təlimin həyatla əlaqələndirilməsi prinsipi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə48/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   142
Ali mekteb pedaqogikasi-kitab

Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip 
təlimi təkcə kitab üzrə deyil, həyatla sıx əlaqəli şəkildə qurmağı 
nəzərdə tutur. Belə əlaqə təlimə şüurlu xarakter verir, fənnin 
həyati əhəmiyyətinin başa düşülməsinə kömək edir, ona marağı 
artırır. Bu prinsipin əsasında belə bir qanun durur: təlim prosesi 
cəmiyyətin tələbatı və həyatla nə qədər düzgün və dolğun əla-
qələndirilirsə, təlimin səmərə və keyfiyyəti bir o qədər yüksək 
olur. 


83 


84 
Prinsipin tətbiqi aşağıdakı qaydalara əməl etməklə bağ-
lıdır: 
- fənnin, mövzunun həyati əhəmiyyətini başa salmaq; 
- təlimin məzmununu həyatla əlaqələndirmək; 
- keçilən mövzuları tələbələrin təsəvvürləri, müşahidələri, 
həyati təcrübələri ilə əlaqələndirmək
- bilikləri müxtəlif növ praktik işlərə tətbiq etmək. 
Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici 
prinsipi. Bu prinsip təlimdə öyrətmə, tərbiyə və psixi inkişaf 
vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Təlim 
özlüyündə birbaşa tərbiyəedici və inkişafetdirici təsir göstərmir
bu məqsədlə təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəl-
lim təlimin imkanlarından (məzmun, metod, təşkili forması və 
s.) istifadə edərək tələbələrdə ideya-mənəvi keyfiyyətlər, nəcib 
hisslər aşılamaq, psixi prosesləri inkişaf etdirmək qeydinə 
qalmalıdır. 
Bu prinsip belə bir qanuna əsaslanır: təlimdə təhsil, tər-
biyə və şəxsiyyətin inkişafı qarşılıqlı əlaqədə aparıldıqda on-
ların hər birinin səviyyəsi daha da yüksəlir. Təhsil tərbiyə və 
inkişafa kömək etdiyi kimi, onlar da, öz növbəsində, təlimə 
müsbət təsir göstərir. 
Bu prinsipin tətbiqi üçün müəyyən qaydalara əməl etmək 
lazımdır: 
- təlimdə biliklərin keyfiyyətinə (sistemliliyinə, dərk 
olunmasına) diqqət yetirmək
- keçilən bilikləri bir-birilə əlaqələndirmək (fəndaxili, 
fənlərarası əlaqələr); 
- yeni biliklərə tələbat, maraq yaratmaq; 
- təlimin imkanlarından tərbiyə və psixi inkişaf üçün 
səmərəli istifadə etmək. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin