LİZİren tabletlər lisiren beynəlxalq patentləşdirilməmiş adı



Yüklə 197,56 Kb.
Pdf görüntüsü
tarix09.02.2017
ölçüsü197,56 Kb.
#8230

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün) 

 

 



LİZİREN tabletlər 

LISIREN 


 

 

Beynəlxalq patentləşdirilməmiş adı: Lisinopril 

 

Tərkibi 

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq və ya 20 mq lizinopril (lizinopril dihidrat) vardır. 

Köməkçi maddələr: jelatinləşdirilmiş nişasta, qarğıdalı nişastası, kalsium-hidrofosfat, susuz mannitol, susuz 

kolloidal silisium 4-oksid, maqnezium-stearat. 

 

Təsviri 

Tabletlər: bir tərəfində tableti dörd hissəyə bölən bölgü xətti olan, ağ rəngdə girdə, yastı silindrik tablet. 

 

Farmakoterapevtik qrupu 

Angiotenzinçevirici fermentin (AÇF) inhibitoru 



АТС kodu: C09AA03 

 

Farmakoloji xüsusiyyətləri 

Lizinopril - orqanizmdə arterial təzyiqi və maye və duz balansını tənzim edən dərman maddəsidir. Lizinopril 

damarları genişləndirməklə damarların ümumi periferik müqavimətini aşağı salır və  tədricən arterial təzyiq 

enir; bu zaman ürək ritminin sürəti artmır. Lizinopril ürəyin həddən artıq yüklənməsinin qarşısını alır və 

miokardın funksional imkanlarını artırır. Preparat işemiyaya uğramış miokardın qan təchizatını yaxşılaşdırır. 

 

İstifadəsinə göstərişlər 

Arterial hipertenziya (o cümlədən simptomatik); 

Xroniki ürək çatışmazlığı (üskükotu preparatları və/və ya diuretiklər qəbul edən xəstələrin müalicəsi zamanı 

kombinəedilmiş terapiyanın tərkibində); 

Hemodinamik göstəricilər stabil olan kəskin miokard infarktının ilkin müalicəsi (ilk 24 saat ərzində); 

Normal arterial təzyiqli insulindən asılı  xəstələrdə  və hipertenziyalı insulindən asılı  xəstələrdə diabetik 

nefropatiya. 

 

Əks göstərişlər 

Lizinoprilə, digər AÇF inhibitorlarına və ya dərman maddəsinin hər hansı  tərkib komponentlərinə qarşı 

hiperhəssaslıq. AÇF inhibitorları ilə terapiya fonunda anamnezdə angionevrotik ödem, irsi və ya idiopatik 

angionevrotik ödem, aortal və ya mitral stenoz və ya hipertrofik kardiomiopatiya, böyrək arteriyalarının 

ikitərəfli stenozu və ya yeganə böyrək arteriyalarının stenozu, hamiləlik, laktasiya dövrü. 



Əgər sizdə yuxarıda sadalanan vəziyyət  və  ya xəstəliklərdən biri vardırsa, dərman maddəsini qəbul 

etməzdən əvvəl bu haqda həkiminizə məlumat verin. 

 

Xüsusi göstərişlər 

Ürəyin işemiyası və ya serebrovaskulyar xəstəliklər zamanı, dekompensə olunmuş xroniki ürək çatışmazlığı 

olan xəstələrə lizinopril təyin edən zaman xüsusi ehtiyatlılıq tələb olunur (arterial hipotenziya, miokard 

infarktı, insultun baş verməsi mümkündür). Xroniki ürək çatışmazlığı olan xəstələrdə arterial hipotenziyanın 

baş verməsi böyrək funksiyalarının pisləşməsinə  gətirib çıxara bilər. Arterial təzyiqi aşağı salan dərman 

maddələrinin qəbul edilməsi zamanı, geniş  cərrahi  əməliyyata məruz qalmış  xəstələrdə  və ya anesteziya 

zamanı lizinopril angiotenzin II-nin (reninin kompensator ifraz olunmasına münasibətdə ikincili olan) əmələ 

gəlməsini blokadaya ala bilər. Müalicəyə başlamazdan əvvəl maye və duz itkisini kompensə etmək lazımdır. 

 

Ehtiyat tədbirləri 

Böyrək funksiyalarının aşkar pozğunluqları, böyrəklərin transplantasiyasından sonrakı durum, böyrək 

çatışmazlığı, azotemiya, hiperkaliemiya, hemodializ, aorta dəliyinin stenozu, birincili hiperaldosteronizm, 

arterial hipotenziya, serebrovaskulyar xəstəliklər (o cümlədən beyin qan dövranının çatışmazlığı) ürəyin 

işemiya xəstəliyi, koronar çatışmazlıq. Birləşdirici toxumanın autoimmun sistem xəstəlikləri (o cümlədən, 

sklerodermiya, sistem qurdeşənəyi) sümük iliyində qanyaranmanın tormozlanması, qidada natriumun 

məhdudlaşdırılması ilə pəhriz, hipovolemik durum (o cümlədən diareya, qusma nəticəsində) qoca yaşlarda 

preparatdan ehtiyatla istifadə olunmalıdır. 

Yaşlı insanlarda həmin doza preparatın qanda daha yüksək dərəcədə toplanmasına gətirib çıxarır, buna 

görə də, dozanın təyin edilməsi zamanı xüsusi ehtiyatlılıq tələb olunur. 


Aqranulositozun  əmələ  gəlməsinin potensial riskini istisna etmək mümkün olmadığından qan dövrü olaraq 

yoxlanılmalıdır. Poliakril-nitril-membran ilə dializ zamanı preparatdan istifadə etdikdə anafilaktik şok 

meydana çıxa bilər və buna görə  də dializ üçün ya digər tip membrandan istifadə olunması, ya da digər 

antihipertenziv dərman maddələrinin təyin edilməsi tövsiyə olunur. Uşaq profilaktikasında (18 yaşına qədər) 

lizinoprildən istifadə olunmur, belə ki, bu yaşlar üçün preparatın təhlükəsizliyi və effektivliyi müəyyən 

edilməmişdir. 

Nadir hallarda AÇF inhibitorlarının istifadəsi xolestatik sarılıqla başlayan və qaraciyərin ildırımvarı nekrozuna 

inkişaf edən (və bəzən ölümlə nəticələnən) hallarla əlaqəli olmuşdur. Lizinopril qəbul edən şəxslərdə sarılıq 

və ya qaraciyər fermentlərinin  əhəmiyyətli dərəcədə qalxması müşahidə olunarsa, dərmanın qəbulunu 

dayandırmaq və müvafiq tibbi tədbirlər aparmaq lazımdır. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Diuretiklər və digər hipotenziv dərman vasitələri: Lizinoprilin hipotenziv təsirini gücləndirir. Kaliumqoruyucu 

diuretiklərlə (spironolakton, triamteren, amilorid), kaliumla, xörək duzunun kalium tərkibli  əvəzediciləri ilə 

birlikdə istifadə olunduqda hiperkaliemiyanın inkişaf riski artır (xüsusilə də, böyrək funksiyaları pozulduqda). 

Qeyri-steroid iltihabəleyhinə və ağrıkəsici preparatlar (indometasin və s.) estrogenlər və adrenostimulyatorlar 

Lizinoprilin hipotenziv təsirini aşağı salır. 

Lizinopril litium preparatlarının xaric olmasını ləngidir. 

Anesteziya vasitələri, narkotik dərman maddələri və yuxugətiricilər arterial təzyiqin aşkar şəkildə enmə riskini 

yaradır. 

Antasidlər və kolestiramin: mədə-bağırsaq traktında lizinoprilin sorulmasını zəiflədir. 

Mielotoksiki dərman maddələrindən və lizinoprildən birlikdə istifadə etdikdə sümük iliyində qanyaranmanın 

aşkar şəkildə tormozlanması baş verir. 

Lizinoprilin  şəkərli diabetin müalicəsində istifadə olunan peroral preparatlarla və ya insulinlə 

kombinəolunmuş şəkildə istifadəsi: lizinopril hipoqlikemik effekti yüksəldir. 

Əgər siz hər hansı digər dərman maddəsi qəbul edirsinizsə, Lizinopril preparatı  qəbul etməzdən  əvvəl bu 

haqda həkimə məlumat verin. 

Alkoqol preparatın təsirini gücləndirir. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik zamanı lizinoprildən istifadə əks göstərişdir. 

Hamiləlik təsdiq olunduqda preparatın qəbulunu mümkün qədər tez dayandırmaq lazımdır. Hamiləliyin II, III 

üçaylıqlarında AÇF inhibitorlarının qəbul edilməsi dölə  mənfi təsir göstərir (Arterial təzyiqin xeyli dərəcədə 

aşağı düşməsi, böyrək çatışmazlığı, hiperkaliemiya, kəllənin hiperplaziyası, bətndaxili ölümün baş verməsi 

mümkündür). Preparatdan hamiləliyin I üçaylığında  istifadə ediməsi zamanı dölə  mənfi təsir göstərməsi 

haqqında məlumatlar yoxdur. AÇF inhibitorlarının bətndaxili təsirinə məruz qalan yenidoğulmuş və südəmər 

uşaqlar üzərində arterial təzyiqin  əhəmiyyətli dərəcədə  aşağı düşməsini, oliquriyanı, hiperkaliemiyanı 

vaxtında aşkar etmək üçün diqqətlə müşahidə aparmaq lazımdır. 

Lizinopril ciftdən keçir. Lizinoprilin ana südünə keçməsi haqqında məlumatlar yoxdur. Preparatla müalicə 

müddətində ana südü ilə qidalandırma dayandırılmalıdır. 

 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Lizinoprillə müalicə zamanı  həssas xəstələrdə hipotenziya nəticəsində başgicəllənmənin meydana çıxması 

mümkündür (xüsusilə də, diuretik dərman maddələri qəbul edən xəstələrin başlanğıc doza qəbul etməsindən 

sonra). Bu hallarda nəqliyyat vasitələrini idarə etmək, həmçinin riskli işlər görmək tövsiyə olunmur. 

 

İstifadə qaydası və dozası 

Qida qəbulundan asılı olmayaraq, gündə 1 dəfə daxilə qəbul olunur. 

Arterial hipertenziya zamanı digər hipotenziv dərman maddələri qəbul etməyən xəstələrə gündə 1 dəfə 2,5-

10 mq təyin olunur. Effekt alınmadıqda doza arterial təzyiqin aşağı düşməsindən asılı olaraq artırılır. Adi 

gündəlik dəstəkləyici doza 40 mq-dır. Tam effekt müalicəyə başlanandan adətən 2-4 həftə sonra inkişaf edir 

ki, bunu da dozanın artırılması zamanı  nəzərə almaq lazımdır.  Əgər xəstə qabaqcadan diuretiklər qəbul 

etmişdirsə, onda bu cür preparatların qəbulunu lizinoprilin qəbuluna başlamamışdan 2-3 gün əvvəl 

dayandırmaq lazımdır.  Əgər bu mümkün deyilsə, lizinoprilin başlanğıc dozası gündə 5 mq-dan artıq 

olmamalıdır. Bu halda birinci doza qəbul edildikdən sonra bir neçə saat ərzində həkim nəzarətinin aparılması 

lazımdır (maksimum təsirə təxminən 6 saatdan sonra nail olunur), çünki arterial təzyiqin xeyli dərəcədə aşağı 

düşməsi baş verə bilər. 

Renovaskulyar hipertenziya və ya renin-angiotezin-aldosteron sisteminin aktivliyinin artmış olduğu digər 

vəziyyətlərdə  də, gücləndirilmiş  həkim nəzarəti altında (arterial təzyiqə, böyrəklərin funksiyalarına, qan 

zərdabında kaliumun konsentrasiyasına nəzarət) aşağı başlanğıc dozanı - gündə 2,5-5 mq təyin etmək 

məqsədə uyğundur. Dəstəkləyici dozanı, ciddi həkim nəzarətini davam etdirməklə dinamikadan asılı olaraq 

təyin etmək lazımdır. 



Böyrək çatışmazlığı zamanı, lizinopril böyrəklərlə xaric edildiyindən başlanğıc doza kreatinin klirensindən 

asılı olaraq təyin edilməlidir, sonra reaksiyaya uyğun olaraq böyrək funksiyalarına, qan zərdabında kaliumun, 

natriumun səviyyəsinə tez-tez nəzarət edilməsi şəraitində dəstəkləyici dozanı müəyyən etmək lazımdır. 

 

Kreatinin klirensi ml/dəqiqə Başlanğıc doza mq/gün 



30-70 5-10 

10-30 2,5-5 

10-dan az 

2,5 


 

(hemodializlə müalicə olunan xəstələr də daxil olmaqla) 

Maksimal gündəlik doza - 40 mq/gün–dən çox olmamaq şərtiylə. 

Ürək çatışmazlığı zamanı - bir dəfəyə 2,5 mq doza ilə başlayır, sonradan doza adi dəstəkləyici dozaya 5-10 

mq-a qədər tədricən artırılır. Adətən 20 mq/gündən yüksək doza təyin olunmur. Lizinoprillə müalicəyə 

başlayana qədər və müalicə müddətində  həkim nəzarətinin aparılması (arterial təzyiqə, böyrəklərin 

funksiyalarına, qan zərdabında kaliumun, natriumun səviyyəsinə nəzarət) tövsiyə olunur, çünki arterial təzyiq 

xeyli dərəcədə enə və böyrək funksiyaları pisləşə bilər. 

Kliniki effekt kifayət dərəcədə olmadıqda preparatın digər hipotenziv dərman maddələri ilə kombinasiya 

edilməsi mümkündür. 

Kəskin miokard infarktı (kombinəedilmiş terapiyanın tərkibində) 

İlk simptomatikadan 24 saat keçəndən sonra və yalnız stabil hemodinamika zamanı müalicəyə başlamaq 

olar. İlk günlər daxilə 5 mq, sonra günaşırı 5 mq, iki gündən sonra 10 mq və gündə 1 dəfə 10 mq qəbul edilir. 

Kəskin miokard infarktlı xəstələrdə preparat 6 həftədən az olmamaq şərtilə qabul edilir. 

Müalicənin başlanğıcında və ya kəskin miokard infarktından sonrakı ilk 3 saat ərzində sistolik arterial təzyiqi 

aşağı olan xəstələrə (120 mm c.süt və ya daha aşağı) aşağı doza (2,5 mq) təyin etmək lazımdır. Arterial 

təzyiqin azalması zamanı (sistolik arterial təzyiq 100 mm c.süt və ya ondan aşağıdır) 5 mq gündəlik dozanı 

əgər lazım gələrsə müvəqqəti olaraq 2,5 mq-a qədər azaltmaq olar. Arterial təzyiqin uzun müddət  ərzində 

əhəmiyyətli dərəcədə aşağı düşməsi zamanı (sistolik arterial təzyiq bir saatdan artıq müddətdə 90 mm c.süt-

dan aşağı olduqda) lizinoprillə müalicəni dayandırmaq lazımdır. 



Diabetik nefropatiya 

İnsulindən asılı olmayan şəkərli diabetli xəstələrdə gündə 1 dəfə 10 mq lizinopril təyin olunur. Oturaq 

vəziyyətdə diastolik arterial təzyiqin 75 mm c.süt-dan aşağı düşməsinə nail olmaq üçün dozanı, lazım 

gələrsə, gündə 1 dəfə 20 mq-a qədər artırmaq olar. 

İnsulindən asılı şəkərli diabetli xəstələrdə oturaq vəziyyətdə diastolik arterial təzyiqin 90 mm c.süt-dan aşağı 

olmasına nail olmaq üçün həmin doza təyin olunur. 

Yaşlı xəstələrdə tez-tez arterial təzyiqin daha uzun müddətli əhəmiyyətli dərəcədə aşağı düşməsi müşahidə 

olunur ki, bu da lizinoprilin xaricolma sürətinin azalması ilə bağlıdır (müalicəyə 2,5 mq/gün doza ilə başlamaq 

tövsiyə olunur). 

 

Əlavə təsirləri 



Ümumi  əlavə  təsirləri:  yorğunluq,  əhval-ruhiyyənin pisləşməsi, asteniya, qızdırma, qızarma, anafilaktik 

reaksiyalar, döş qəfəsində xoşagəlməz hissiyyatlar, mialgiya, artralgiya, vaskulitlər. 



Ürək-damar sisteminə: arterial təzyiqin azalması, aritmiyalar, döş  qəfəsində  ağrılar, stenokardiya, nadir 

hallarda - ortostatik hipotenziya, başgicəllənmə, taxikardiya, ürək döyüntülərinin artması, miokard infarktı, 

beyinin tranzitor işemiyası və insult, atrioventrikulyar keçiriciliyin pozulması. 

Sidik-cinsiyyət sisteminə:  böyrək funksiyalarının pozulması, oliquriya, anuriya, kəskin böyrək çatışmazlığı, 

uremiya, proteinuriya. 



Tənəffüs sisteminə:  quru öskürək, boğazda iltihab, xırıltılı  səs və bronxit, nadir hallarda - dispnoe, sinusit, 

rinit, bronxospazm/astma, ağciyərlərdə infiltrat, stomatit, qlossit və ağızda quruluq, ayrı-ayrı hallarda - dilin, 

qırtlaqüstünün və/və ya qırtlağın angionevrotik ödemi, allergik alveolit. 

Həzm sisteminə:  bəzən – ürəkbulanma, qarında ağrılar, dispepsiya, nadir hallarda - qusma, iştahanın 

azalması, ishal, qəbizlik. Nadir hallarda hepatosellülar və ya xolestatik sarılıq, hepatit. Tək-tək hallarda -

pankreatit, bağırsaq obstruksiyası. 

Dəri örtüklərinə:  bəzən – məxmərək, dəri qaşınması, üzün, dodaqların və/və ya ətrafların angionevrotik 

ödemi. Nadir hallarda dərinin ağır reaksiyaları (pemfiqus, multiformalı eritema, eksfoliativ dermatit, Stivens-

Conson sindromu və toksiki epidermal nekroliz) ayrı-ayrı hallarda alopesiya, fotosensibilizasiya, tər ifrazının 

artması, onixolizis və Reyno sindromunun kəskinləşməsi təsvir edilmişdir. 



Sinir sisteminə:  bəzən başağrısı  və yorğunluq; nadir hallarda yuxululuq, depressiya, yuxunun pozulması, 

potensiyanın zəifləməsi, tarazlığın pozulması, paresteziyalar, əzələlərin qeyri-iradi dartılması,  əhval-

ruhiyyənin labilliyi, huşun dolaşıqlığı, qulaqlarda küy, görmə pozğunluqları, dadın dəyişilməsi və müvəqqəti 

olaraq itirilməsi. 



Qanyaradıcı orqanlara: leykopeniya, trombositopeniya, neytropeniya və ya eozinofiliya, aqranulositoz, 

anemiya (hemoqlobinin azalması, eritrositopeniya); çox nadir hallarda sümük iliyinin depressiyası, hemolitik 

anemiya, limfadenopatiya, autoimmun xəstəliklər. 


Metabolizm və qidalanma pozğunluqları: çox nadir hallarda hipoqlikemiya. 

Reproduktiv sistem və süd vəzilərinin pozğunluqları: nadir hallarda ginekomastiya. 

Endokrin pozğunluqlar: antidiuretik hormonun ifrazının pozulması. 

Laborator göstəricilər:  hiperkaliemiya, hiponatriemiya, sidik cövhərinin və kreatininin səviyyəsinin artması; 

nadir hallarda "qaraciyər" transaminazalarının aktivliyinin artması, hiperbilirubinemiya. 

Əgər sizdə bu cür və ya yuxarıda qeyd edilməyən simptomlar meydana çıxarsa, dərman maddəsinin 

qəbulunun davam etdirilməsi haqqında həkiminizlə məsləhətləşin! 

 

Doza həddinin aşılması 

Simptomları:  arterial təzyiqin  əhəmiyyətli dərəcədə  aşağı düşməsi,  şok, bradikardiya, elektrolit balansının 

pozulması və böyrək çatışmazlığı. 



Müalicəsi:  simptomatik terapiya, venadaxilinə mayelərin yeridilməsi, arterial təzyiqə, kreatinin səviyyəsinə, 

su-elektrolit balansına nəzarət və sonuncunun normallaşdırılması.  Əgər doza həddinin aşılması yaxın 

zamanlarda baş vermişdirsə, mədə yuyulmalı, adsorbent və natrium sulfat yeridilməlidir. Lizinopril 

orqanizmdən hemodializ yolu ilə xaric edilə bilər. 

Dərman maddəsinin doza həddinin aşılması zamanı təcili olaraq həkiminizə müraciət edin! Əgər siz dərman 

maddəsinin növbəti dozasını qəbul etməyi unutmusunuzsa, təcili olaraq preparatı qəbul edin. Əgər növbəti 

qəbul vaxtı yaxınlaşırsa, buraxılmış dozanı qəbul etməyin. Dərmanın qəbulunu həkimin göstərişlərinə uyğun 

olaraq davam etdirin və dozanı ikiqat artırmayın. 

 

Buraxılış forması 

Blisterdə 10 tablet. 2 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

 

Saxlanma şəraiti 

25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır. 

 

Yararlılıq müddəti 

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Resept əsasında buraxılır. 

 

İstehsalçı 

AC HELCOR 

Dr. Victor Babesh küç. 50, Baia Mare, Maramures, Rumıniya 



 

Yüklə 197,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin