A. M. Allahverdiyev m.İ. Bağirova



Yüklə 19,77 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix13.02.2017
ölçüsü19,77 Mb.
#8384
  1   2   3   4   5   6   7   8   9   10
8384

A.M .ALLAHVERDİYEV
M.İ.BAĞIROVA
QANIN LABORATOR 
TƏDQİQİNİN KLİNİK-
DİAQNOSTİK
ƏHƏMİYYƏTİ
( D ə r s   v a s a i t i )
BAKI -  2003

Elm i redaktor:  professor  S.Ə.Cavadov
RəWçildr:  Azoıbaycan MEA-nın müxbir üzvü, prof TAAğayev
professor  A.M. Əfəndiyev
Aüahverdiyev  A.M.,  Bağırova  M.İ.  QANIN  LABORA- 
TOR TƏDQİQINİN  KLİNİK-DİAQNOSTİK  ƏHƏMİYYƏTİ. 
- B a k ı, 2002,134 səh.
Kitab  qanın  klinik-laborator  analizlərinin  diaqnostik  əhə- 
m iyyətinə  həsr  edilmişdir.  Burada  qanın  analitik  göstəriciləri- 
nin m ənşəyi  və  fizioioji roiu haqqında mə'lumat və bu  göstəri- 
cilərin  orta  normal  göstəricilərdən  fərqlənm əsinə  səbəb  olan 
patoloji  proseslərin  siyahısı  verilmişdir.  Kitabda  verilən 
mə'İumatlar  analitik  göstəricilərdən  diaqnostikada  istifadə 
edilməsi  üçün  zəmin  yaradır.  Kitab  həkim lər,  biokimyaçılar, 
patofizioloqlar  və  tibb  təhsili  alan  tələbələr  üçün  nəzərdə  tu- 
tulmuşdur.
АхэгЬаусап Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasımn 
25 dekabr 2002~ci il tarixli (protokol N°4}) qəran ilə çap edilir.
  4702060202 

Ə -------------------- “Səda’  nəşrıyyatı
M 653(07)2003
ISBN  5-8020-1652-4

MÜQƏDDİMƏ
X əstəliklərə  qısa  m üddətdə  və  dəqiq  diaqnoz  qoymaq  hər 
bir həkim in  qarşısmda duran ən raühüm problem lərdən biridir. 
Çünki  həkim in  seçdiyi  müalicə  taktikasmın  effektivliyi  ilk 
növbədə  xostəliyin  diaqnozunun  düzgünlüyündən  asılıdır. 
A dətən həkim  xəstəlikiərə  ilkin diaqnoz qoymaq üçün ilk növ- 
bədə müayinə  zamanı  aşkara çıxan  klinik əlam ətlərə əsaslamr. 
Lakin  çox  vaxt  ümumi  raüayinə  üsulları  (vizual  müayinə,  per- 
kussiya,  palpasiya,  auskultasiya və  s.) zamanı  müşahidə  edilən 
klinik  əlam ətlər  dəqiq  diaqnostika  üçün  kifayət  etmir,  b ə ’zən 
isə  buna  həkimin  səriştəsizliyi  mane  olur.  Bundan  əlavə,  bir 
sıra  xəstəliklərin  atipik  keçməsi  də  diaqnozun  müəyyənləş- 
dirilməsi sahəsində əlavə çətinlikler törəde bilər.  Bütün bunla- 
ra  görə,  klinik  analizlərin  nəticələrindən  istifade  etmək  diaq- 
nostikanın  olduqca  mühüm  və  m əs’uliyyətli  m ərhələlerindən 
biri  hesab  edilməlidir.  Юinik  analizlər  diaqnostikaya  yardım 
göstərm əklə  bərabər,  həm  də  müalicənin  nəticələrinə  və 
sağalma prosesinin  intensivliyinə  nəzarət etm əyə  imkan  verən 
çox  mühüm  vasitələrdir.  Bu  üsuliardan  yetərincə  istifadə  edil- 
məsi  isə  təkcə  həkim dən  deyil,  həm   də  onun  sərəncamında 
olan  klinik-diaqnostik  labaratoriyanın  təchizat  səviyyəsindən, 
eləcə də  kadrpotensiahndan asılıdır.  Biz,  bütün bunlan nəzərə 
alaraq, qanm   analitik göstəricilərinin diaqnostik əhəm iyyətinə 
dair  m ə ’lumatları  toplamağı  və  kitab  şəkİində  çap  edərək  hə~ 
kimlərin  m ühakim əsinə  verməyi  qərara  aldıq.  Bu  kitabda  qa­
nm  m üxtəlif  göstəricilərinin  analizi  zamam  əldə  edilən  nə- 
ticələr,  bu  nəticələrin  orta  normal  göstəricilərdən  fərqlənm ə- 
sinə  səbəb  olan  xəstəlik  və  patoloji  proseslər  haqqmda 
m ə ’Iumat  vermişik.  Kitabda  qanın  formalı  elementlərinin,  qan 
zülallanm n  (proteinlərin),  enzimlərin  (fermentlərin),  hormon- 
larm,  immunoqlobulinlərin,  vitaminlərin  və  bir  sıra  digər  gös- 
təricilərin  artmasına  və  azalmasına  səbəb  olan  xəstəliklərin 
siyahısı  verilmişdir.  Ümid  edirik  ki,  bu  kitab  xəstəliklərin  di- 
aqnostikasında  mövcud  olan  problemlərin  bir  qisminin  aradan 
qaldınlmasmda  həkim lərə  yardımçı  olacaq.  Kitabın  yazılması

zamanı  m üxtəlif dillərdə  (ingilis,  ras,  türk  və  Azərbaycan  dil- 
ləri)  nəşr  edilmiş  ədəbiyyat  m ənbələrindən  istifadə  etraiş  və 
uzun  iliərdən  bəri  elmi  və  praktik  fəaliyyətim izdə  əldə  et- 
diyimiz  təcrübələrə  esaslanmışıq.  Azərbaycan  eiminin  dünya 
elminə  inteqrasiyasmı  nəzərə  alaraq,  kitabda  beynəlxalq  ter- 
m inlerə üstüniük vermişik.
Kitabdan  istifadə  edəcək  hörmətli  oxuculara  vacib  bir  mə- 
qamı  da  çatdırmaq  istəyirik.  Burada  qamn  m üxtəlif göstərici- 
ləri  üzrə  verilən  normativlər  m üxtəlif labaratoriyalarda,  müx- 
te lif metodlar vasitəsilə  əldə edilmiş və bir-birindən fərqlənən 
vahidlərlə  ifadə  edilmişdir.  Buna  görə  oxuculanm ız  kitabda 
verilən  normativləri  raütləq  göstərici  kimi  qəbul  etmeməli, 
yeri  gəldikdə  öz  çahşdıqlan  müalicə  ocaqlanm n  labaratoriya- 
lannda alınmış orta göstəricilərə əsaslanmalıdırlar.
Kitab  geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutuimuşdur.  Bu 
kitabdan  nəzəri  tibb  sahəsində  çalışan  m ütəxəssislər,  həkim- 
lər,  tələbələr və  eləcə də, öz sağlamlığı  ilə  raaraqlanan h ər bir 
şəxs istifadə edə bilər.
Oxuculann  kitab  haqqında  təklif və  tenqidi  qeydləri  müəl- 
liflər tərəflndən böyük məmnuniyyətlə qebui ediləcəkdir.
A.M.Allahverdiyev, M.İ.Bağırova

QANIN ÜMUMİ  KLİNİK ANALİZİ 
V Ə  DİGƏR ÜMUMİ GÖSTƏRİCİLƏRİ
Formalı  elementlərin (qan  hüceyrələrinin)  m iqdannın  tə'yin 
ediiməsi  qanm  ümumi  analizinin  əsas  mərhələsidir.  Umumi 
analizə qamn  m üəyyən həcm  vahidində olan  hüceyrə  element- 
lərindən  eritrositlərin  (və  eritroid  toxumaya  aid  olan  digər  hü- 
ceyrələrin),  leykositlərin  ve  trombositlərin  saymm  m üəyyən- 
ləşdirilm əsi  aiddir.  Bunlardan  əlavə,  qanın  ümumi  a^alizinə 
hemoqlobinin  qatılıgmın  müəyyənləşdirilməsi,  leykositar  düs- 
turun  (y ə’ni  m üxtəlif leykosit  növlərinin  faizlə  m iqdannın  he- 
sablanması) və  eritrositlərin çökmə sür'ətinin (EÇS)  təyin edii- 
məsi  daxildir.
A dətən  ümumi  analiz  üçün  labaratoriya  praktikasmda  sol 
əlin  dördüncü  (adsız)  barmağının  yumşaq  toxumasından  və  ya 
qulaq  sırğalığından  götürülən  kapillyar  qandan  istifadə  edilir, 
lakin  xüsusi  analizatorlarla  aparUan tədqiqat zamanı  dirsək ve- 
nasmdan  götürülən  venoz  qandan  da  istifadə  etm ək  olar.  ICa- 
pillyar  qanı  götürmək  üçün  skariflkatorlardan  istifadə  edirlər. 
Bu m əqsədlə əvvəllər tətbiq edilən  frank i>^əiərindən hazırda 
istifadə  edilmir.  Ə vvəllər  skarifikatorlan  istifadə  edildikdən 
sonra yuyub,  sterilizatorda  qaynadır və  2  saat  180”  С  tempera- 
turda quruducu  şkafda  saxlayırdılar.  Son vaxtlarda  isə  birdəfə- 
lik istifado  edilən skarifıkatorlar işlədilir.
Q an  g ö tü rm o k   ü çü n   sol  o lin   dördım cü  b a rm a ğ m ın   u c   hissosinin 
dorisi  spirtlo  isladılm ış  p a m b ıq la   silinir  v ə   sk arifık ato r  y u m ş a q  
toxıım anın  2-3  m m   d o n n liy in ə   yeridilir;  bu  z a m a n   b a n n a q   orta 
xotdon  bir  q ə d o r   aralıdan  d c şilm o lid ir.  Çiinki  bu  s a h o d ə   kapilyar 
ş o b ə k o si  d a h a   six  olur.  Y a ralan m ış  sah o d o n   q a n   s ə r b ə s t  g ə lm ə lid ir. 
B u n d an   ö t m   barm ağı  sıx d ıq d a  götüriilon q a n a   to x u ın a  m a y e si  q a rışa 
b ilər;  bu  iso   a n a liz d ə n   alın an   n o tic o lə rin   t ə h r i f   o lım m a s ın a   s ə b ə b
Ф
olur.
Analiz  üçün  qam  fıziki  (və  ya  zehni)  gərginlikdən,  fiziote- 
rapevtik  müalicə  üsullannın tətbiqindən,  dərman maddələrinin 
parenteral  yolla  yeridilməsindən,  rentgenoloji  m üayinədən  və 
orqanizmin  fizioloji  halma tə'sir göstərə  bilən  digər prosesiər- 
dən  sonra  götürmək  m əsləhət  göriilmür.  M üayinələri  yalmz 
günün eyni  saatlannda təkrarlamaq  lazımdır.  Çünki qanm mor- 
foioji  və  biokimyəvi  tərkibi  gün  ərzində  dəyişikliklərə  uğraya 
bilər.

1.  QANIN MORFOLOJİ ELEMENTLƏRİ
1.1.  ERİTRO SİTLƏ R
Fizioloji rolıı: 
qanın  formalı  elementlərinin  əsas  kütləsini 
eritrositlər  təşkil  edir.  Eritrositlərin  əsas  funksiyası  onlann  si- 
toplazmasmda  olan  hemoqlobindən  asılıdır.  Hemoqlobin  at- 
mosfer  havasından  qəbul  edilən  oksigeni  özünə  birləşdirərək, 
ağciyərlərdən  toxumalara  daşıyır,  toxumalarda  metabolizm 
nəticəsində  əm ələ  gələn  karbon  qazmm  (CO
2
)  bir  hissəsi  isə 
ağciyərlərə  karbhemoqlobin  (karbon  qazının  hemoqlobinlə 
birləşm əsi)  şəklində  nəql  edilir  və  ağciyər  vasitəsilə  orqa- 
nizmdən  xaric  edilir.  Lakin  karbon  qazının  böyük  hissəsi  to- 
xumalardan  ağciyərlərə  eritrositlərin  sitoplazmasında  və  qan 
plazmasında  hidrokarbonat  (НСОз"^)  ionlan  şəklində  nəql  edi­
lir.  Toxumalardan  qana keçən karbon  qazınm  su  ile reaksiyaya 
girərək,  hidrokarbonat  anionuna  çevrilməsi,  ağciyərlərdə  isə 
hidrokarbonat  anionunun  yenidən  karbon  qazına  və  suya  par- 
çalanması  xüsusən  eritrositlərdə  olan  katalaza  fermentinin  fə- 
alhğı  ilə  əlaqədardır;  eritrositlərdə  olan hemoqlobin  bufer xas- 
səsinə  malik  olrhaqla,  qanın  turşu-qələvi  müvazinətinin  tənzi- 
mində də iştirak edir.
Eritrositlərin yaşama müddəti  110-130 gündür.
N orm al göstəriciləri:
Qadınlarda -  3,8-5,2 milyon/mm^
K işilərdə -  4,2-5,4 milyon/mm^
Yenidoğulmuşlarda -  4,8-7,1  milyon/mm^
E ritro sitlə rin   sayının  artm ası  (eritrositoz)  m üxtəlif  sə- 
bəblərlə  əlaqədar ola bilər.  Bu  göstericinin  çox  yüksək  səviy- 
yəyə  qalxması  (6,5-10^- 8,5-10Vmm‘^)  eritremiya  (Vakez)  xəs- 
təliyinin  əsas  əİamətidir.  Başqa  hemoblastozlann  (subley- 
kemik mieloz,  xronik mieloleykoz və  s.)  başlanğıc  dövrlərində 
də yüksəksəviyyəli eritrositoz müşahidə edilə bilər.
İkincili  (simptomatik)  eritrositozlar  m üxtəlif  proseslərin 
elam əti  kimi  meydana  çıxır;  bu  eritrositozlan 
2
  qrupa  bölm ək 
olar. 
1

mütiəq 
(eritropoezin  sür'ətlənməsi  ilə  olaqədar  olan)

və 
2
)  nisbi  (qamn  qatılaşması və  hecmimn  azaiması  ilə  əlaqə- 
dar  olan)  eritrositozlar.  Mütləq  eritrositozlar  ağciyərlərin  xro- 
nik  obstruktiv  xəstəlikləri,  anadangəlmə  ürək  çatışmazlığı,  il- 
kin  ağciyər  hipertenziyası,  irsi  hemoqlobinopatiyalar,  Pikvik 
sindromu,  beyincik  hemangioblastoması,  bə'zi  hormonal  aktiv 
şişlər,  böyrək  arteriyasımn  daralması,  hipemefroid  xərçeng, 
hepatoma kimi xəstəlik  və  patoloji  proseslər zamanı  müşahidə 
edilir;  yüksək  dağ şəraitində y a ş ^ a n   şəxslərdə  atmosfer hava- 
sında  oksigenin  parsial  təzyiqinin  azhğı  nəticəsində  fızioloji 
olaraq,  m ütləq  eritrositoz  törənə  bilər.  İkincili  nisbi  eritrosi­
tozlar isə qanm  maye hissəsinin äzalması və qatıhğının  artması 
ilə  əlaqədar  olan  proseslər  (şiddətH  tərləm ə,  qusma,  ishal  və
s.) zamanı müşahide edilir.
Qanda  erifrositlərin  sayınm  azalması  (eritrositopeniya) 
anemiyalann  əsas  əlam ətlərindən  biridir.  Laİdn  anemiyalann 
m üxtəlif klinik  formalannda  eritrositopeniyamn  səviyyəsi  ge- 
niş  hüdudda  dəyişir.  M əsələn,  xronik  qanitirm ələr nəticəsində 
törənən dəm ir çatışmazhğı  anemiyası  zamanı  qanda eritrositlə- 
rin  sayı  normal  və  ya yüngül  dərəcədə  azalmış  ola  bilər.  Kəs- 
kin qanitirmƏj B
, 2
 vitamini  çatışmazhğı, hipoplastik və hemoli- 
tik  anemiyalar  (böhran  dövründə)  zamanı  isə  periferik  qanda 
eritrositlərin sayı  I  mln/mm^-na qədər enə bilər.
1.1.1.  Hemoqlobin
HemoqlobİTi  (Hb)  -   eritrositlərin  daxilində  yerləşən  xro- 
moprotein  təbiətli  mürəkkəb  zülaldır.  Bıı zülahn prostetik qru- 
punu  tərkibinə  ikivalentli  dəmir  ionu  daxil  olan  protoporfirin 
(hem) təşkil  edir.  H ər bir hemoqlobin molekulu 4 hem dən ve 4 
polipeptid  zəncirindən  ibarətdir.  Bu  polipeptidləre  «qlobin» 
adı verilmişdir.  İnsan hemoqlobininin ümumi  kütləsinin  98%-ə 
qədərini  A  tipli  hemoqlobin  təşkil  edir;  hemoqlobinin  bu 
növünün  tərkibində  2  ədəd    və  2  edəd  p-  qlobin  olur.  Bət- 
ndaxili  inkişaf dövründə  olan  insanm  hemoqlobini  A  tipli  he- 
moqlobindən  qlobin  zəncirlərinin  aminturşu  tərkibinə  görə 
fərqlonir.  Hemoqlobinin  polipeptid  zəncirlərində  törənən  irsi

dəyişikliklər  onun  oksigendaşıma xassesinin  də  deyişraəsi  ile 
m üşayiət  edilir.  Hemoqlobinin  əsas  funksiyaian  haqqm da yu- 
xanda m ə'lum at verilmişdir.
Normal göstericiləri:
K i ş i l ə r d ə - 14,2-17,4 q/dl
Q ad ın la rd a- 12,8-15,9 q/dl
Uşaqlarda:  12 yaşdan aşağı -   10,7-14,4 q/dl
12 yaşdan y u x a n -   10,4-16,7 q/dl
1.1.2.  Hematokrit
Qanın  formah  elementlərinin  həcminin  ümumi  qamn  həc- 
minə  nisbətinin  faizlə  ifadəsi  hematokrit  (Ht)  adlanır.  For­
mal!  elementlərin  əsas  kütləsi  eritrositlərdən  ibarət  olduğuna 
görə,  hematokrit göstəricisinə  əsaslanmaqla qanda  olan  eritro- 
sitlərin  sayı  və  hemoqlobinin  miqdan  haqqında  dolayı  yolla 
mühakimə  yürütmək  mümkündür;  hematoİcritin  tə'yinedilmə 
üsulunun  nisbətən  sadə  və  daha  e’tibarlı  olması  bu  üsulun  di- 
aqnostik  əhəm iyyətini  artınr.  Hematokrit  ədədinin  hər  1%-i 
təxm inən  107000 eritrositə müvafiq gəlir.
Normal göstəriciləri:
Kişilərdə -  42-52%
Qadmlarda -  36-46%
Yenidoğulmuşlarda -  52-60%
Eritrositlərin,  Hb-nin  və  Ht-nin  artmasına  səbəb  olan 
hallar:
B ə’zi  hemoqİobinopatiyalar  (HbS,  HbS-in  talassemiyaya- 
bənzər anemiyalarla kombinasiyası, HbC, HbSC)
Xronik ağciyer xestəlikləri 
Hepatoma
Eritremiya (polisitemiya)
0
ağ yerlərində yaşama 
Ü rək xəstələri (sianoz forması)
Böyrək arteriyasmm daralması 
Sidik axannın tutulması 
Qadınlarda fıbromioma

Hipemefroma 
Pikvik sindromu
Beynin bə'zi şişləri (qlioblastoma, astrositoma, angioblastoma) 
Orqanizmin dehidratasiyası (diarreya, qusma və tərləm ə) 
Stress nəticəsində baş verən polisitemiyalar 
Autoimmun hemolitik anemiyalar 
Damardaxili hemoliz 
Azalmasma səbəb olan hallar:
Entrositlərin strukturunun pozulması
Eritrositlərm lizisi
Kəskin və xronik qanitirmələr
1.1.3.  Eritrositlərin  çökmə sür'əti
Qan  elementləri  plazmaya  nisbətən  ağır  olduğuna  görə, 
kapillyarborucuqda saxlanıldıqda aşağı  hissəye çökürlər. Buna 
eritrositlərin  çökmə reaksiyası  (EÇR)  deyilir.  EÇR  100 mm-Iik 
kapillyar  bonıcuqda 
1
  saat  saxlanılan  (limon  turşusunun  natri­
um  duzu  vasitesilə  sabitiəşdirilmiş)  qanda  eritrositlərin  neçə 
millimetr  çökməsi  ilə  ifadə  edilir.  Bu  göstərici  eritrositlərin 
çökmə  sür’əti  (EÇS)  adlamr  və  mm/saat-la  ifadə  edilir.  EÇS 
m üxtəlif xəstəliklərin (xüsusən  gizli  şəkildə  gedən xəstəliklə- 
rin)  aşkar  edilməsində  və  oniann  patogenezinin  öyrənilməsin- 
də mühüm rolu olan qeyri-spesifik əlam ətlərdən biridir.
Kapillyar  borucuqda  saxlanılan  qamn  tərkibində  ə w ə lc ə  
bir-birilə əlaqəsi olmayan  eritrositlər çökür;  bundan  sonra  erit- 
rositlər  aqqlütinasiyaya uğrayır  və  onların çökməsi  sür'ətlənir. 
EÇS-ə  m üxtəlif  amillər  tə'sir  gösterə  bilər.  Qan  plazması 
zülallarımn  kəm iyyət  və  keyfıyyət  dəyişiklikləri  EÇS-ə  tə'sir 
göstərən ən mühüm  amillərdir.  Plazmada  iridispersli  zülallann 
(qlobulinlər,  fibrinogen)  artması  EÇS-in  artmasına,  onlann 
azalması  ve  xırdadispersli  zülallann  (aibuminlər)  artması  isə 
EÇS-in  azalmasma  səbəb  olur.  Güman  edilir ki,  fibrinogen  və 
qlobulinlər  eritrositlərin  aqreqasiyasma  şərait  yaradır,  bu  isə 
EÇR-i  sür’ətləndirir.  Plazmada  xolesterin/fosfolipid  nisbətinin 
dəyişməsi  də  EÇS-ə  tə'sir göstərir.  Öd  piqmentləri  və  Öd  tur- 
şuları  EÇS-i  ləngidir.  Bunlardan əlavə, qanm özlülüyü artdıqda

EÇR  sür'ətlənir;  qan  plazmasının  tuxşu-qələvi  müvazinəti  də 
EÇS-ə  tə'sir  göstərə  bilir;  qanda  turşuluq  artdıqda  (asidoz) 
EÇS  azalır, qələviliyin artması  (alkaloz)  isə  EÇS-in artması  Uə 
m üşayiət edilir. Beləliklə, EÇS m üxtəlif  amillərdən asılıdır və 
bu  am illərin  qarşıhqlı  münasibətinin  sabitliyi  EÇS-in  sabitliyi- 
nin tə'min oİunmasında mühüm rol  oynayır.
Normal  halda  qadınlarda  EÇS  kişilərdəkine  nisbəten  bir 
qedər yüksək olur.  Bu, qadınlarm qanında fibrinogen və qlobu- 
linlərin qatılığmın  artıq olması ilə əlaqədardır.
Normal  göstəriciləri:
Kişilərdə “ 2-10 т ш /saat 
Qadmlarda -  2-15  mm/saat 
Artmasına səbəb olan  hallar:
M üxtəlif infeksion xəstəliklər (xüsusen vərəm  və bakterial 
m ənşəli infeksiyalann böyük bir qismi)
Kəskin və xronik hepatit 
Bakterial m ənşəli endokardit 
Miokarditin kəskin forması 
Revmatizm
Revmatik artritin kəskin forması və artritlərin diger formalan
Menstruasiya
Hamiləliyin birinci üç ayı
U rəkdə cərrahi oməiiyyatdan sonrakı vəziyyət
Hipotiroidizm
Hipertiroidizm
Hemorroy  (babasil) xəstəliyinin kəskin forması 
Nefrozlar
Hemoblastozlar (kəskin leykoz,  limfoqranulematoz,  mielo-
ma xəstəliyi)
M üxtəlif  m ənşəli  anemiyalar,  xüsusen  hipoxrom  (dəmir 
çatışmazlığı)  ilə əlaqədar olan anemiya 
Limfoma
Bağırsaq karsinoması 
Döş vəzisinin karsinoması 
Arsen və qurğuşunla zəhərlənm ələr 
Kəskin appendisitin birinci günü

Infeksion mononukleoz
B ədən temperaturunun qəflətən yüksəlməsi
Stenokardiya
Allergik proseslərin kəskin dövrü 
M ə'də  xorası xəstəliyi
«Psevdo» 
v9 ya «yalan» olaraq azalntasma S9bəb olan hallar:
Qaraciyər parenximasının nekrozu 
Eritremiya (Vakez xəstəliyi)
İkinciii polisitemiya 
O rağabənzer hüceyrəli anemiya 
İrsi sferositoz 
Kaxeksiya
Bə'zi nevroz xəstəlikləri 
Epilepsiya
Anafılaktik  şok  (qanın  fıziki-kimyəvi  xassəiərinin  dəyiş- 
məsi  nəticəsinde fıbrinogenin m iqdanm n azalması).
1.1.4.  Eritrositar indekslər
Anem iyalann  müxtəHf növlərinin diaqnostikasmda  eritro- 
sitlərin  hesablama  yolu  ilə  m üəyyənləşdirilən  m üxtəlif göstə- 
ricilərinin  böyük  əhəm iyyəti  vardır.  Bunlara  eritrositar  in- 
dekslsr deyilir.  Eritrositar indekslərdən  ən geniş  istifadə  edilə- 
ni  rəng göstəricisidir.  Bundan  əlavə,  klinik  praktikada  eritro- 
sitlərdə  hemoqlobinin  orta  miqdan  və  orta  qatıhğı,  həmçinin 
eritrositlərin  orta  həcmi  və  orta  diametri  kimi  param etrlərdən 
istifadə edilir.
Rəng göstəricisi  eritrositlərdə hemoqlobinin  nisbi miqdan- 
nı  əks  etdirir.  Sağlam  şəxslərdə  rəng  göstəricisi  0,86-dan  1,05-ə 
qəder ola bilər.
Rəng göstəricisinin ifadəliHk dərəcesinə görə,  anemiyalan 
3  qrupa  bölürlər:  l)  hipoxrom',  2)  normoxrom  ve  3)  hiperxrom 
anemiyalar.  B ə'zən  bir  xəstədən  götürülmüş  qanda  hemoqlo- 
binlə  zənginliyine  görə  bir-birindən  fərqlənən  eritrositlərə  te- 
sadüf edilir. Buna  a n i z о x г 
0 m i у а  deyilir.

Eritrositlərdə  hemoqlobinin  orta  m iqdan  normal  halda 
24-33  pq-yə  bərabərdir.  Bu  göstərici  ya  hesablama  yolu  ilə 
(hemoqlobinin  miqdannı  eritrositlərin  sayma bölm əklə),  ya  da 
nomoqramlara görə (Mazon üsulu) müəyyənləşdirilir.
1
  eritrositdə  olan  hemoqlobinin  orta  miqdarmın  azalması 
hipoxromiyanın  əiam ətidir  və  çox  vaxt  dəm ir  çatışmaziığı  ilə 
əlaqədar olan  anemiyalar zamanı müşahidə  edilir;  bu  göstərici- 
nin  artmasma  isə makrositar və  xüsusən  meqalositar anemiya­
lar zamanı təsadüf edilir.
Eritrositlərin  orta  həcmini  hesablamaq  üçün  hematokrit 
edədini 
1
  mm^ qanda  olan  eritrositlərin  ümumi  miqdarma  bÖ- 
lürlər.  Normal  halda eritrositlərin orta həcmi  75-95  mkm’’  olur. 
Bu  göstəricinin  artması  irsi  makrosferositoz,  makrositar  və  ya 
meqalositar  anemiyalar  üçün  səciyyəvidir.  B,,  vitamini  çatış- 
mazlığı  iiə  əlaqədar  olan  anemiyalar  zamanı  eritrositlərin  orta 
həcmi  xüsusilə  böyük  (130 mkm^  və  daha  artıq)  ola  bilər.  Qa- 
raciyərin  diffuz  zədələnm ələri  və  alkoholizm  də  eritrositlərin 
həcminin artması  ilə müşayiət  edilir.  Mikrositar anemiyalar və 
talassemiya  zamanı  isə  eritrositlerin  həcmi  normal  göstərici- 
lərdən kiçik olur.
I. Norraoxrom anemiyaların əm ələgəlm ə səbəbləri:
Endokrin xəstəlikləri;  xüsusən, hipotiroidizm
Hemolitik anemiyalar
Qanitirmə
Leykoz,  limfoma, mieloma, mielofıbroz
Hamiləlik
II. Hipoxrom anemiyalann əm ələgəlm ə səbəbləri:
D əm ir çatışmazlığı anemiyası 
Talassemiya
Infeksiya m ənşəli xronik anemiyalar 
Qurğuşun zəhərlənm ələri 
Piridoksin çatışmazlığı 
Sideroaxrestik anemiyalar
III.  Hiperxrom  anemiyalann əm ələgəlm ə səbəbləri:
B
, 2
 vitamini  və ya fol turşusu çatışmazlığı 
DNT sintezinin patologiyası

Hemolitik anemiyalar; hipoplastik və aplastik anemiyalar 
Miksodem xəstəliyi
Qaraciyər  və  öd  yollanm n  xəstəlikləri,  xüsusən  öd  yolla-
nnın tııtulması
Splenektomiya
1.1.5.  Hemolitik anemiyalı xəstələrdə 
erltrositlərin yaşama  müddəti
Eritrodiarezin  (eritrositlərin  lizisi)  sür'ətlənm əsi  nəticesin- 
də  törənən  qanazhğınm  m üxtəlif  formalan  hemolitik  anemi­
yalar adı  altmda  birləşdirilir.  Bunları  əm ələgəlm ə  sebəblərinə 
görə 
2
 qrupa bölm ək olar:
1.  Eritrositlərin  və  ya  hemoqlobinin  irsi  patologiyası  nəti- 
cəsində  inkişaf  edən  hemolitik  anemiyalar  (eritrositiərdə  irsi 
ferment  çatışmazlıqlan,  membran  stnıktunınun  və  funksiya- 
larmm  irsi qüsurian,  hemoqlobinopatiyalar);
2.  Eritrositdənkənar  amillərin  törətdiyi  hemolitik  reaksi- 
yalar (toksik və  immım mənşoli  hemolitik anemiyalar).
Eritrositlərin  yaşama  müddəti  110-130  gündür.  Hemolitik 
anemiyaiann  m üxtəlif növiəri  bu  müddətin  m üxtəlif dərəcədə 
dəyişm əsinə səbəb olur.

Yüklə 19,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin