Microsoft Word 00 KeyNote Speakers Materiallar


QEYRI-NEFT SEKTORUNUN INKIŞAFINDA XARICI



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə112/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   108   109   110   111   112   113   114   115   ...   148

QEYRI-NEFT SEKTORUNUN INKIŞAFINDA XARICI 

INVESTISIYALARIN ROLU 

 

Sona SADIQZADƏ  

Qafqaz Universiteti 



sona_sadiqzada@yahoo.com 

AZƏRBAYCAN 

 

 Dünyanın hər bir yerində iqtisadi fəaliyyətin mövcud olması,  əhalinin və dövlətin gəlir 



mənbəyinin formalaşmasında investisiya yatırımlarının çox böyük əhəmiyyəti vardır. Xarici kapital, 

bir ölkənin qarşılığını müxtəlif formalarda gələcəkdə ödəmək üzrə, başqa ölkələrdən təmin edərək qısa 

müddətdə və ya uzun dönəmdə iqtisadi gücünə əlavə edə biləcəyi maliyyə və ya texnolojik qaynaqlar 

olaraq tərif edilməkdədir. Xarici investisiyalar birbaşa (Foreign Direct İnvestment) və portfel 

investisiyaları olaraq təsnifatlaşdırılırlar. Birbaşa investisiyanın mahiyyəti ondadır ki, investor pulunun 

yönəldiyi obyektin idarə edilməsində, ona nəzarətin həyata keçirilməsində bilavasitə hüquqa malik 

olur. Bura xarici sərmayədarlar tərəfindən yeni tikintiyə, yenidənqurma və genişləndirmə üzrə tikinti 

işlərinə, maşın və avadanlıqların  əldə edilməsinə  sərf edilən investisiyalar aiddir. Buraya həmçinin 

tikinti işlərində istifadə edilmiş xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına istifadə 

edilmiş investisiyalar da daxildir. Beləliklə birbaşa xarici investisiyalar xarici sahibkar kapitalının 

ölkədə uzunmüddətli kapital qoyuluşunu təmsil edən investisiya formasıdır və özü ilə birlikdə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

606



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

texnologiya, menecment bilgisi və  sərmayədarın kontrol səlahiyyətini də  bərabərində  gətirən 

investisiyalardır. Birbaşa xarici investisiyaların bu şəkildə izahının verilməsindən sonra aydın olur ki 

qısa müstəqillik tarixi olan Azərbaycan Respublikasının inkişafında xüsusilədə, inkişafını neft və qaz 

sənayesinin hesabına əldə etmiş ölkə iqtisadiyyatında bu investisiyaların əhəmiyyəti təkzib edilməzdir. 

Beləki indiki iqtisadi vəziyyət, bütün dünya ölkələrinin valyutalarının dollar qarşısında dəyərdən 

düşməsi, eyni zamanda neft qiymətlərinin kəskin  şəkildə azalması Azərbaycan iqtisadiyyatına da 

təsirsiz ötüşmədi və 2015-ci ilin sonlarından başlayan neft qiymətlərinin düşməsi fonunda gəlirlərin 

azalması və nəticədə milli valyutamız- manatın Fevral və Dekabr aylarında müvafiq olaraq 34 və 47 

faizlik devalvasiya prosesi baş verdi və ölkədə istehlak olunan məhsulların böyük nisbəti xarici 

məhsullar olması səbəbindən idxal infilyasiyasına məruz qalaraq kəskin qiymət artımı ilə nəticələndi, 

bir sıra sektorların inkişafında durğunluq dövrü başladı. Sadalanan bu proseslərdən sonra 

iqtisadiyyatda qeyri-neft sektorunun inkişafının nə dərəcədə əhəmiyyətli olduğu bir daha ortaya çıxdı. 

Qeyri –neft sektorunun inkişafında uzun illər təcrübəsi olan və külli miqdarda kapitala sahib olan 

xarici investorlara ehtiyac vardır.  

 Birbaşa xarici investisiyalara ehtiyac olduğunu vurğuladıqdan sonra onların mənfi və müsbət 

cəhətərini, ölkə iqtisadiyyatına gətirmiş olduğu və bu ölkədə  dəyişdirəcəyi dəyərlər və istiqamətlər 

haqqında bilgilərə ehtiyac vardır. İqtisadi fəaliyyətlə məşğul olunduğu zaman bu fəaliyyətdən mənfəət 

və səmərəlilik əldə olunduğu kimi onun yan təsirlərindən də xilas olmaq hər zaman mümkün olmur. 

Xarici investisiyaların da yatırıldığı ölkə  və eyni zamanda investisiyanın gəldiyi ölkə baxımından 

üstün və çatışmayan cəhətləri vardır. Üstün cəhətlərə iqtisadi artıma (ÜDM-nin artımı) müsbət 

isqiqamətdə  təsiri, məşğulluq səviyyəsinin artımı, gəlir səviyyəsinin atrımını aid etmək olar, mənfi 

cəhətlərə isə ekologiyanın korlanması- xüsusi ilə də birbaşa xarici investisiyaların təsiri ilə və ölkədən 

valyuta axınları nəticəsində tədiyyə balansında mənfi saldonun yaranmasını aid etmək mümkündür. 

 Bibaşa xarici investisiyaların səbəb olduğu üstün cəhətlərin qısa şəkildə icmalı: 

 İqtisadi inkişafın stimullaşdırılması- yerli sənaye və investorlar üçün daha əlverişli  şərait 

yaradaraq investisiya yatırılan ölkənin iqtisadi inkişafına stimul yaradır. 

 Asan beynəlxalq ticarət – ümumilikdə hər bir ölkənin idxal tariffləri vardır və bu səbəbdən bu 

ölkələrlə ticarət əməliyyatları həyata keçirmək çətin olur. Eyni zamanda elə istehsal sahələri vardır ki, 

öz satışlarını realizə etmək və məqsədlərə nail olmaq üçün onlar beynəlxalq bazarlarada iştirak tələb 

edir. Birbaşa xarici investisiyalar bu sahələr üçün imkanlar yaradır.  

 Məşğulluq və iqtisadi canlanma ( milli gəlirin artması)- birbaşa xarici investisiyalar özü ilə 

birlikdə yeni iş yerləri, yeni şirkət, yeni imkanlar gətirir. Bütün bunlar əhalinin gəlir səviyyəsinin 

artmasına və alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olur. 

 İnsan kapitalı resurslarının inkişafı - ən mühüm müsbət təsirlərdən biri birbaşa görülməsədə 

insan kapitalının inkişafında müsbət təsir yaratmasıdır.  İnsan kapitalı  işçi qüvvəsinin bilik və 

bacarıqlarının artırılması ilə performansının yüksəlməsidir. Təcrübələrin bölüşdürülməsi və  təlimlər 

vasitəsilə işçilərin təhsilinin artması ümumilikdə ölkədə insan resurslarının inkişafına zəmin yaradır.  

 Vergi stimulları- şirkətlər xarici investisiya yatırmaqla əlavə təcrübə, texnologiya və məhsul əldə 

edəcəklər. Xarici investor kimi məşğuliyyət sferasında vergi güzəştləri  əldə etmək imkanları yarana 

bilər ki, buda şirkətin maliyyə cəhətdən xeyirinədir.  

 Gəlir və xərclər arasında uyğunsuzluğun azaldılması- istehsal xərclərinin aşağı salınması xarici 

bazarlara çıxış vasitəsilə satışların həyata keçirilə bilmə imkanları bu istiqamətdə müsbət təsirə 

malikdir.  

 Bibaşa xarici investisiyaların səbəb olduğu mənfi yan təsirlər: 

 Xarici investisiya yatırımlarının əsas özəlliyi müəssisə rəhbərliyi üzərində birbaşa nəzarət təmin 

edir. Bu baxımdan bir plana bağlı olmadan qəbul edilən investisiyalar ana sektorları  ələ keçirərək 

iqtisadiyyatı  nəzarət altına ala bilər. Bu isə ölkənin iqtisadi və siyasi müstəqilliyini təhlükəyə atar. 

Xarici investisiya yatırımlarının həcmi nə qədər artarsa bu risklər o qədər böyüyər.  

 Valyuta  məzənnəsi üzərində neqativ təsir- ölkəyə valyuta axınları  və valyuta çıxışları 

məzənnələrə mənfi təsirə malikdir. Xarici sərmayə yatırımları gömrük tariffləri və idxalat qadağaları 

kimi qoruyucu sədlərin aşılmasına imkanlar yaradır. Xarici ticarət məhdudiyyətləri bəzi qoruyucu 

məqsədlərə görə həyata keçirilirlər. Halbuki xarici investisiyalar ilə bu mallar ölkə daxilində istehsal 

olunacağından istehlak azalmaz. Eyni zamanda istehsal da ümumilikdə beynəlmiləl xarakter daşımaz. 

Çünki  əksər hallarda gedilən ölkədə istehsalın  ən son mərhələsi həyata keçirilir, xammal və 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

607



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

yarımfabrikat məsulları idxalat yoluyla xaricdəki ana mərkəzdən qarşılanar. Bu isə yerli istehsalı 

xaricdən asılı edər və istehsalın valyuta rezervləri üzərində böyük bir təzyiq yaradar. 

 Aşağıdakı  cədvəldə 2005-2014 –cü illər üzrə iqtisadiyyata yatırılmış xarici investisiyalar 

göstərilmişdir. 

Xarici investisiyalar 

(Mln manat) 

 

2005 

 

 



2006 

 

2007 

 

2008 

 

2009 

 

2010 

 

2011 

 

2012 

 

2013  

 

2014 

 

Ümumi 

iqtisadiyyata* 

4628.5 4514.2 5727.2 5625.8 4395.1 6619.7 6849.8 8102.7 8269.3 9175.7 



Sənaye səhələrinə** 

3350 3045 2676 2011 1403 1917 2125 2668 3996 4269 

 

 

 



FƏRQLİ OLMAĞIN İKİ YOLU – İNNOVASİYA VƏ MARKALAŞMA 

 

Əliqulu MEHDIYEV 

Veysəloğlu MMC 



aliqulu_mehdiyev@hotmail.com 

AZƏRBAYCAN 

 

80-ci illərlə birlikdə sürətlənən qloballaşma prosesi, özü ilə  bərabər ciddi rəqabət  şərtlərini də 



gətirmiş oldu. Dünya üzrə  məlumatların və  məhsulların mübadilə prosesi artdıqca və sürətləndikcə 

məhsullar və xidmətlər də get-gedə bir-birinə  bənzəməyə başladı. Nəticə etibariylə yaşanan rəqabət 

şəraitinin gedərək daha da çətin bir hala gətirirdi. Qiymət, qablaşdırma, dizayn, məhsullar hətta 

şirkətlər də bir-birinə bənzədiyi üçün istehlakçılar üçün monoton olmağa başladı. Bu vəziyyəti yaradan 

şirkətlər üçün də ayaqda qalmaq bir o qədər asan deyil. Hazırda bir-birini izləyən, təqlid edən 

şirkətlərin ayaqda qala bilməsi də  çətinləşdi. Yeni bir ruha ehtiyac duyulur və bu ruhu öz şirkətinə 

tətbiq edən müəssisə sahibləri rəqabətdə üstün olmağı  təmin etməklə yanaşı bazarda fərqli olmağı 

bacarır. Cek Trout-un fikrincə: “Ya fərqliləş, ya da öl”. Peter Druker-ə görə isə, biznes iki əsas 

funksiyadan meydana gəlir, bunlar marketinq və innovasiyadır. Schumpeter isə bildirmişdirki, 

innovasiya, ticari olaraq istifadə edilən məhsullarda yeni kəşflər edəcək inkişaflar üçün fəaliyyət 

göstərməkdir. Göründüyü kimi, fərqli olmaq üçün görünən yol innovativ olmaq və markalaşma üçün 

addımlar atmaqdan ibarətdir. Bu addımlar təbii ki strategiya olaraq qəbul edilib şirkətin bütününə xitab 

edilib tətbiq edilməlidir.  

İnnovasiya nə elmdir nə  də texnologiya deyil, bir dəyərdir.  İnnovasiyanın ölçüsü mühit 

üzərindəki təsir gücündədir. Biznesin açar rolu oynayan innovativ fəaliyyətlər daima bazar mər-

kəzlidir. Şirkətə rəqabət gücü qazanmaq və bu gücü qoruya bilmək innovativ fəaliyyətlərin mövcud-

luğundan asılıdır. İqtisadi və ictimai dəyərlər yaratmaq üçün məhsullarda, xidmətlərdə və işi görmək 

metodlarında edilən dəyişiklik, fərqlilik və yeniliklər “innovasiya” olaraq adlandırılmaqdadır.  İnno-

vasiya, dəyişmək, yaradıcılıq, inkişaf və risk almaq ilə bütünləşmiş uzun müddətli bir performans 

göstəricisidir.  İnnovasiyanın idarə edilməsi isə, bütün innovasiya ünsürlərinin (məhsul, xidmət, 

təşkilati, marketinq) və elmi, texnolojik və idari proseslərin bütünün idarə edilməsini bildirir. Şirkətlər 

uzun müddətdə mövcudluğunu daimi etmək üçün yeniliyə ehtiyac duyurlar. Rogersə görə yenilik, 

yaradıcılığın yeni bir proseduru, dizaynı, sistemi və əşyası olan fayda təmin edən bir məhsuldur. Bütün 

yaradıcı məhsul və xidmətlər yenilik deyildir. innovasiyanın təmin etdiyi güc, bir ölkənin əlindəki ən 

əhəmiyyətli və ən güclü rəqabət silahıdır. Şirkət cəhətdən texnolojik yeniliklərin bərabərində gətirdiyi 

əhəmiyyətli üstünlüklər rəqabət üstünlüyü olaraq ifadə edilir. Mövcud məhsul üzərində yaratdığı 

innovasiya ilə, istehsal maya dəyərini aşağı endirərək bazara daxil olduqda, aşağı maya dəyərləri 

şirkətin rəqabət gücünü yüksəldir. Artan rəqabət gücü artan bazar payı olaraq müəssisəyə geri dönər. 

İnnovasiyanın növləri fərqli dəyərləndirilməkdə  və bölünməkdədir. Oslo Manual innovasiyanı belə 

sinifləndirmişdir – məhsul, proses, marketinq və təşkilati yenilik.  

Marka, müəyyən bir məhsulun istehlakçı fikirlərini dəyişə bilər, bazar mövqeyini əhəmiyyətli 

dərəcədə inkişaf etdirə bilər və bu sadəcə yenilikçiliklə mümkün olar.Marka, istehlakçılara seçim 

edərkən seçim prosesini asanlaşdıran və onların beynində yer etməyə, mövqelənməyə kömək edən 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

608



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

xüsusi addır. Markalaşmaq isə bu prosesi dəstəkləyən, tətbiq edən və davamlı olması üçün idarə edilən 

bir prosesdir. Markalaşmaq, maddi ünsürlər qədər maddi olmayan psixolojik ünsürləri də istifadə 

edərək əlaqələr qurmaq yolu ilə bir şirkətin, məhsul və xidmətlərini bazarda fərqliləşdirmək prosesidir. 

Kotler-ə görə, markalaşmaq sadəcə bir marka adına sahib olmaq demək deyildir. İlk öncə bir marka 

üçün adın seçilməsi, bunun ardınca marka kimlik prosesi həyata keçirilərək bu marka adının üzərinə 

müxtəlif mənalar və vəədlər inşa edilir. Maykl Porterə əsasən, markalaşma fərqliləşdirməyə əsaslanan 

rəqabət strategiyasının bir ünsürüdür. Müxtəlif  şəkillərdə  nəzəriyyələr olabilər, dizayn və mark, 

texnoloji, xüsusiyyətlər, müştəri xidmətləri, marketinq, məhsul fərqlilikləri və ya bazara ilk girən 

şirkət olmaq fərqliləşməyi və müştəri sədaqəti qazanmağı təmin edir.  

Markalaşma və yenilikçiliyin ortaq xüsusiyyətlərindən biri hazırda firmaların markalaşma və 

immovasiyanı ən əhəmiyyətli funksiyalarından biri olaraq görməyi lazımdır. Bu iki anlayış bir-biriylə 

yaxından əlaqəlidir. Markalaşma, yenilikçi şirkətlərin təmin edə biləcəyi bir uğurdur və innovasiyada 

markalaşmağı artırmaqdadır. Markalaşmağı təmin etməklə şirkətlər nəinki daxili bazarda hətta xarici 

bazarda da özləri üçün tələb və bazar yaratmış olurlar. Markalaşmağı özü üçün təmin etmiş şirkət öz 

böyümə mərhələsində innovasiyadan da yararlanmış olur. Dünyada baş verən yenilik və markalaşma 

proseslərini daima nəzərdə saxlayan, innovativ texnologiyaları  tətbiq edən  şirkətin bazarda uğursuz 

olması mümkün deyil. Marka idarə edilməsində  və  həqiqətən də “marka” olmaq arzusunda olan və 

buna cəhd edən şirkət, loyal müştərilərini artırmaqla yanaşı onların beynində əvəzedilməz bir yer tutur. 

Marka olmağı  şirkətin bütününə  tətbiq etməklə markalaşma prosesi həyata keçirilir və innovativ 

texnologiya ilə yanaşı innovativ idarə etmə sistemləri də tətbiq edilir. Beynəlxalq bazarda uğurlu olan 

qlobal şirkətlərin yeni bazara daxil olma və ya mövcud bazarda möhkəmlənmə, lider və öncül olma 

strategiyalarını analiz etdikdə müşahidə edilirki, bu strategiyalar, marka olmaq üçün atılmış 

addımlardır və istər xidmət istərsə də məhsul istehsalı zamanı innovativ metodlardan istifadə edilmiş 

və şirkət olaraq mənimsənilmişdir  

 

 



AZƏRBAYCANDA YERLİ ŞİRKƏTLƏRİN BEYNƏLXALQ 

BAZARLARA ÇIXIŞ PROBLEMLƏRİ VƏ PROBLEMLƏRİN HƏLLİ 

ÜÇÜN TƏKLİFLƏR 

 

Təyyar MUSTAFAYEV 

Qafqaz Universiteti 



teyyarm@qu.edu.az 

AZƏRBAYCAN 

 

Əliqulu MEHDIYEV 

Qafqaz Universiteti 



Aliqulu_mehdiyev@hotmail.com 

AZƏRBAYCAN 

Hər bir ölkənin inkişaf etməsində  və iqtisadiyyatın tənzimlənməsində ixracat əhəmiyyətli rol 

oynayır. İxracatı təmin etməklə ölkə, öz iqtisadi göstəricilərini yaxşılaşdırmış, daxili bazarda daha da 

möhkəmlənmiş, idxaldan asılılığı azaltmış olur və nəticədə inkişaf etməkdə olan ölkələr arasında yer 

almağa başlayır. Bu o demək deyil ki ölkə ancaq ixracatla məşğuldur, təbii olaraq müəyyən səviyyədə 

idxal fəaliyyətlərini də həyata keçirmiş olur. Keçmiş SSRİ dağıldıqdan və müstəqillik əldə edildikdən 

sonra Azərbaycanda da yerli şirkətlər yaranmağa başladı  və bunlar əsasən, ilkin mərhələdə kiçik və 

orta müəssisələr halında fəaliyyət göstərdi. Daha sonra isə böyüyərək holdinqlərə çevrilən şirkətlər də 

oldu və ölkənin iqtisadiyyatını güclənməsini təmin etdilər. Lakin buna baxmayaraq hazırda da davam 

edən yerli müəssisələrin xarici bazarlara açılmaq problemləri yaşanır, ixrac göstəriciləri idxaldan 

dəfələrlə azdır və bu problemlər yeni müstəqillik  əldə etmiş ölkəmizdə  aşağıdakı  şəkildə müşahidə 

edilməkdədir: 

-  Şirkət rəhbərlərinin və ixracata, marketinqə  məsul  şəxslərin məsul olduğu işlərə yanaşması 

problemi – bir çox şirkət rəhbərləri, marketinq müdirləri stratejik düşüncəyə malik deyillər. Əsasən, 

qısa müddətli hədəflər müəyyən edilir və  həmin hədəflərə çatdıqda  şirkət öz məqsədinə nail olmuş 

olur. Uzun müddətli planlar müəyyən edilmir və  şirkətin gəlirliliyinin təmin edilməsi qısa müddət 

ərzində təmin edilməsi şirkət rəhbərləri tərəfindən tələb edilir. Şirkətin missiya və vizyonun, şirkətin 

nəyə görə  fəaliyyət göstərməsi, məqsədlərin, siyasətin nədən ibarət olması barədə dolğun  şəkildə 

müəyyən edilməməsi sayəsində şirkət qısa müddətli qazancları düşünərək fəaliyyət göstərir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

609



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

-  Beynəlxalq bazarlara çıxmaq üçün hər ölkə  və ya təşkilat tələb etdiyi müəyyən məhsul və 

idarəetmə sertifikatları mövcuddur (məs,  İSO, BRC, Kosher). Bu standartlar, sertifikatlar olmadan 

həmin məhsulları müvafiq ölkələrə ixrac etmək mümkün olmur. Bu sertifikatların əldə olunması üçün 

məhsulun keyfiyyətini standartlara uyğun  şəkildə istehsal edildiyi və müəssisənin istehsal fəaliyyə-

tinin,  şəratinin həmin standartlara uyğun olması  təmin edildiyi halda həmin sertifikatlar beynəlxalq 

təşkilatlar tərəfindən təqdim edilir.  

-  Keyfiyyətli məhsul istehsal etmək üçün lazım olan avadanlıqların çatışmazlığı nəticəsinə bir 

çox istehsal sahələri hələ  də keyfiyyət cəhətdən problemlər yaşamaqdadır. SSRİ dövründən qalmış 

maşınlar və avadanlıqlarla, hətta istehsal prosesi və  qəliblərlə  məhsullar istehsal edilməkdə davam 

edir. Bu isə birbaşa olaraq hazır məhsulun keyfiyyətinə  təsir göstərir. Texnologiya cəhətdən 

çatışmazlıq ixracdan öncə ölkədaxili bazara öz təsirini göstərir.  Şirkətlərin  əksəriyyətinin məhdud 

texnologiya ilə pərakəndə və kiçik formada fəaliyyət göstərməsi istehsal gücünün az olmasına gətirib 

çıxarır. Təbii ki, ixracla məşğul olan şirkətin istehsal gücü də daxili bazarla yanaşı xarici bazarın da 

tələbini qarşılama gücünə malik istehsal potensialına malik olmalıdır. 

-  İxracı həyata keçirəcək hazır mütəxəssislərin əsasən xaricdən cəlb olunması ölkədə bu sahədə 

qıtlığın olduğunu biruzə verir. Bu sahədə yaranmış problem ixracat prosesinin ləngiməsinə  gətirib 

çıxarır. Bu həm də ölkənin ixrac təcrübəsinin az olmasından qaynaqlanır. 

-  Ölkədə istehsal edilən hazır məhsulların istehsal edilməsində daxili tədarüklə yanaşı idxal 

olunan xammaddələr, yarım fabrikatlar da təşkil edir. İdxal olunan bu yarım məhsulların gömrük 

vergisi ödənir və istehsalatda istehsal edilən hazır məhsul istifadəyə hazır olduqda isə ixrac edilir. Bu 

zaman da gömrük vergisi ödənmək məcburiyyətində qalınır. Beləliklə, istehsal edilən hazır məhsul 

ixrac olunduğu zaman 2 dəfə gömrüklənmiş olur. Bu da ixrac olunan məhsulun maya dəyərini bir o 

qədər də artırmış olur.  

-  Yerli məhsulların markalaşmaq yolunda atdığı yanlış  və ya heç atmadığı addımlar ixracatla 

yanaşı daxili bazarda da satışı  çətinləşdirir.  Şirkətlərin innovasiyaya, markalaşmağa açıq olmaması 

beynəlxalq bazarlarda rəqiblərlə mübarizə aparmaq üçün heç bir şans vermir.  

-  Marketinq araşdırmasının aparılmaması da ixracat prosesini ləngidir, zəiflədir və ya heç ixrac 

edilməməsinə gətirib çıxarır. SWOT analizin aparılmaması, mikro və makro mühitin analiz edilmədən 

müəyyən ölkəyə ixracın başlaması, elə başladığı kimi də bitmiş olur. 

Qeyd edilən problemlər həll edilə bilən problemlərdir. Bunun üçün isə  aşağıdakı  təkliflər 

mövcuddur: 

-  Rəhbərlərin, marketinq müdirlərin işə yanaşma tərzləri, fikirləri dəyişdirilməlidir.  Şirkətin 

konkret olaraq missiyası, vizyonu, strategiyası, siyasəti müəyyən edilməli və o istiqamətdə addımlar 

atılmalıdır.  İlk öncə  məqsəd təyin edilməli və bütün fəaliyyətlər onun üzərində qurulmalı  və davam 

etdirilməlidir. Uzun müddətli planlar qurulmalı  və davamlı  gəlirlilik, rəqabət üstünlüyü barədə 

düşünülməlidir. Hər hansı bir strategiya təşkil edib tez bir zamanda mənfəət barədə düşünmək 

strategiyanın yanlışlığını, strategiya olmadığını bildirəcəkdir. 

-  Keyfiyyətin qiymətdən asılılığı azaldılmalı  və beynəlxalq standartlara cavab verə biləcək 

məhsullar istehsal etmək üçün tədbirlər görülməlidir. Bununla yanaşı istehsal müəssisələri özləri 

bilavasitə maraqlı olmalıdırlar bu sertifikatların  əldə olunmasında. Keyfiyyəti yaxşılaşdıraraq həm 

sertifikatlar  əldə edilmiş olar, həm iş  şəraiti yaxşılaşdırılar həm də müştəri məmnuniyyəti hər iki 

mühitdə təmin edilmiş olar. 

-  İstehsal avadanlıqlarının yeniləri ilə əvəz olunması təşkil edilməli, müəyyən fondlar yaradılsa 

və ya cəlb olunsa maşınlar yenilənmiş olar və bu da məhsulun keyfiyyətinə, maya dəyərinə, iş 

prosesinə, ixracına müsbət mənada təsir etmiş olar. Qeyd etmək lazımdır ki, bu yaxınlarda istehsal 

avadınlarının idxalında gömrük vergisi ləğv edilmişdir. 

-  İxracat mütəxəssislərinin yetişdirilməsində  şirkətlər maraqlı olmalıdırlar. Bunun üçün 

universitet vaxtlarından bu potensiala malik tələbələr seçilməli, lazım gəldikdə  təhsil xərcləri 

ödənilməli və ixracat mütəxəssisi kimi yetişməsində, təlim və seminarlarda, beynəlxalq tədbirlərdə 

iştirak etməsində və şirkətə dəyərli olmasında yaxından iştirak etməlidir.  

-  İstehsal edilən hazır məhsulların idxal edilən hissələrinin idxalı  və ya hazır məhsulun ixracı 

zamanı ixracın təşviq olunması üçün gömrük vergisinin sadələşdirilməsi və ya müəyyən müddətədək 

ləğv edilməsi ixracı birbaraşa yüksəldə biləcək qərarlardan biridir. Bu zaman ixraca maraq artır, 

məhsulun maya dəyəri aşağı düşür, hazır məhsulların müştərilər üçün qiymətləri münasib vəziyyətə 

gəlir və şirkətin istehsal gücü artır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

610



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

-  Marka olmaq üçün konkret olaraq keyfiyyətli məhsul istehsal edilərək müştəri məmnuniyyəti 

təmin edilməli və markalaşmaq yolunda addımlar atılmalıdır. Müştəri ilə münasibət qura bilən məhsul 

və markalar yaradılmalıdır.  İnnovativ metodlardan-reklam, qablaşdırma, dizayn və s. metodlardan 

istifadə edilərək müştəriyə yaxın olaraq marka olmağa çalışmaq, məhsula tələb oyatmaq və bu tələbi 

ölkə xaricinə daşımaq, işdə, idarəetmədə innovasiyaya açıq olmaq lazımdır. 

-  Bir məhsulu istehsal etmədən öncə marketinq araşdırmasına ehtiyac duyulduğu kimi ixraca 

başlamadan da bu araşdırma həyata keçirildiyi təqdirdə ixrac üçün üstünlük əldə edilmiş olur. Həmin 

ölkədə müştəri tipləri, istehlakçı davranışları, mədəniyyəti, din və adətləri, rəqiblər, tədarükçülər, 

siyasi, iqtisadi, ekoloji mühit analiz edilməlidir.  

Bu addımlar atıldığı təqdirdə ixracın qarşısında olan əngəllər ortadan qalxmış və yerli şirkətlərin 

beynəlxalq bazarlara çıxışı təmin edilmiş olar. 

 

 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin