Microsoft Word 00 KeyNote Speakers Materiallar



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə109/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   105   106   107   108   109   110   111   112   ...   148

Method of the research: The conceptual analysis of the paper will be based on the distinction 

between the power of the EU trade (i.e. agreements, resources, institutions and values), the EU 

external trade policy activities, trade regulation and its effects. EU ultimately relies on the ability to 

change norms, beliefs, rules and regulations in partner countries what raises a question – How this 

changes affect Georgia’s trade and what can be possible outcomes from deeper trade cooperation.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

591



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

While presenting the theoretical framework for understanding the regulation of international trade 

using comparative methodology, it will be possible to draw parallels between regulation and policy 

formulation of trade, at national and international levels. Based on the statistical data, using qualitative 

and quantitative analysis, along with existing literature, reports and results of surveys conducted and 

reviewed by government agencies, donors, international organizations etc., will create an image about 

the EU external trade relations and existed policy in its meaning and development prospects, see 

positive and negative sides of the trade policy and problems that developing countries collide, while 

trading with the European Union.  

Results and conclusions: A successful result depends on finding the ways of bridging the gap 

between developed and developing countries. And here raises another question - How the EU plays a 

constructive role in bringing the parties together?  

The EU trade policy mostly developed because a pressure of the WTO rules, which tend to 

minimize restrictions on trade, by eliminating or reducing trade barriers. Tariffs in the EU are mostly 

eliminated or reduced, but there are regulatory instruments like rules of origin, technical and non-tariff 

barriers, anti dumping, anti subsidy and safeguard measures, sanitary and phyto-sanitary standards, as 

well as production, transportation, labeling (so-called “Euro standards”) and storage requirements etc. 

what cause serious impediments and make it harder to access the EU single market. 

On the other hand standards and regulations have quite important functions. They establish 

cooperation between buyers and sellers while introducing them common trading language, by 

promoting convergence of rules, standards, testing and certification practices, ensuring public safety 

by the protection of the environment and health of society. And because trade does not stimulate 

growth in economies with excessive regulation, it is important to make afford towards minimizing 

unnecessary regulation costs. The core question here to answer is - How existing external trade 

regulations affect the EU economic and third parties? How is it possible to draw the line between 

protection (of workers, consumers, the environment, the rights of others), while using non-tariff 

barriers and protectionism? And how should be balanced free trade and fair trade? 

Researching new tendencies and priorities will lead to find the best solutions for better 

cooperation in trade related issues, address specific problems occurring in this sphere, while providing 

background, analysis, recommendations and perspectives, trying to evaluate possible changes and 

important steps towards positive outcomes. And as the WTO and the EU play very important role in 

the international trade system, it will be more than interesting to research how all this work and affect 

developing countries like Georgia.  

 

 

 



TƏHSİLİN İNKİŞAF ÜZƏRİNƏ BİRBAŞA TƏSİRLƏRİ 

 

Bəxtiyar BAYRAMOV 

Qafqaz Universiteti 



bakhtiyar8888@gmail.com 

AZƏRBAYCAN 

 

Cəmiyyət üzvlərinin ehtiyaclarını qarşılamaq üçün qurulan bir sistem olan təhsil təşkilatın, 



ölkənin bacarıqlı və ixtisaslı insan gücünü hazırlayan bir vasitədir; həm fərdin həm də cəmiyyətin rifah 

və xoşbəxtliyinin təmin edilməsində əhəmiyyətli bir rola malikdir.  

Ölkələrin iqtisadi inkişafı baxımından  əhəmiyyət kəsb edən faktorlardan biri də  hər cəhətdən 

ixtisaslaşmış  və yetişmiş insan gücünün olmasıdır. Yetişmiş  və keyfiyyətli insan gücünün artmasını 

təmin edəcək ən əhəmiyyətli vasitə isə təhsil olaraq qəbul edilməkdədir. Ölkələrin inkişaf səviyyələri 

adam başına düşən milli gəlirlə yanaşı, ölkələrin sahib olduğu ixtisaslaşmış insan gücü nisbətiylə izah 

edilməyə başlanmışdır. Ölkənin inkişafında fundamental olan iqtisadiyyat və  səhiyyə faktorları ilə 

bərabər, bunlar qədər  əhəmiyyət qazanan, hətta bunların qaynağı olan təhsil faktoru əsas inkişaf 

göstəricilərindən biridir. Son illərdə ölkələrin inkişaf səviyyələri açıqlanarkən sahib olunan ixtisaslı iş 

qüvvəsi nisbətləri da istifadə edilməkdədir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

592



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Təhsil insanlar və iqtisadiyyat üzərində çox ölçülü bir təsirə malikdir. İxtisaslı iş qüvvəsi iqtisadi 

inkişaf üzərində müsbət təsirlərinin yanında, ölkənin yerli və xarici investisiyaları üçün siyasi, iqtisadi 

və ictimai ətraf mühiti də təmin etməkdədir. 

Bir ölkənin inkişafı  həmin ölkə insanların yüksək səviyyədə  və davamlı bir təhsil almaları  və 

bununla qazandıqları bilik, bacarıqla iqtisadi böyüməyə müsbət təsirlərini göstərəcəkdir.  İnkişafın 

təməli olan fərdin formalaşması üçün axtarış, çalışma, öyrənmə və düşünmə istəyi ilə təchiz edilməsi 

lazımdır. Bunun görə  də, sosial-iqtisadi inkişafın  ən  əhəmiyyətli gücü və  səmərəlilik artımının  ən 

əhəmiyyətli amili, cəmiyyətin və işçi qüvvəsinin təhsil səviyyəsi olaraq qarşımıza çıxmaqdadır. 

İxtisaslı insan gücü tələbatının ödənilməsi beynəlxalq rəqabət gücü qazanmağa səy içində 

göstərən iqtisadiyyatlar üçün böyük əhəmiyyət kəsb edir. 

Təhsilin insan resurslarının bacarıq və  məhsuldarlıq həcmini inkişaf etdirmək yolu ilə  əmək 

məhsuldarlığını artıraraq iqtisadi böyüməni sürətləndirdiyi, iqtisadi böyümənin də gəlir artımı yolu ilə 

səhiyyə, təhsil, sosial xərcləri artıraraq insani inkişaf səviyyəsini yüksəltdiyi fikri əhəmiyyət 

qazanmışdır. Ümumi olaraq, təhsil və ümumbəşəri kapital ikilisi fərdin inkişaf etdirilməsi nöqteyi-

nəzərdən özünü göstərməkdədir.  Əlavə olaraq, bu əlaqə  bəşəri ölçüdən sosial, mədəni və iqtisadi 

ölçüyə çataraq güclü bir inkişaf dinamikasını meydana gətirməkdədir. 

İnkişaf etmiş ölkələr üçün məqsəd fiziki sərmayədən daha əhəmiyyətli olan insan kapitalı və onu 

inkişaf etdirmək olmuşdur. Çünki sənaye və informasiya cəmiyyəti halına gələ bilmək üçün ən 

azından fiziki sərmayə  qədər bəşəri sərmayəyə  də  əhəmiyyət verilməsinin zəruri olduğu ortaya 

çıxmışdır. Bu baxımdan insan kapitalının inkişaf baxımından araşdırılması  bəşəri sərmayəni də göz 

önünə gətirir. 

İxtisaslı əməyi təmsil edən bir anlayış olaraq qarşımıza çıxan bəşəri sərmayə müxtəlif şəkillərdə 

izah edilməkdədir. Bu anlayış ilk dəfə iqtisadi ədəbiyyata A.Smith, Mill və Marshallın çalışmaları ilə 

daxil edilmişdir. Daha sonra bu fikirlərin davamı olaraq indiki vaxtda istifadə edilən bəşəri sərmayə 

anlayışı ortaya çıxmışdır. 

İqtisadçılar ümumi olaraq üç istehsal faktoru üzərində dayanırdılar. Bunlar, torpaq, iş gücü və 

fiziki sərmayədir. Zamanla bu faktorlardan əmək getdikcə daha əhəmiyyətli hala gəlmişdir. 

Keyfiyyətli əməyə qarşı ödənilən yüksək əmək haqqı insan bacarıqlarının və fərdi inkişafın artmasına 

səbəb olmuşdur. Bu vəziyyətdə  bəşəri sərmayə anlayışını ortaya çıxmışdır. Bəşəri sərmayə  fərdi və 

ictimai inkişafı  təmin edən və iqtisadi rifahın artmasına imkan verən insan gücü tərəfindən sahib 

olunan məlumat və bacarıq mənasına gəlməkdədir. 

Bəşəri sərmayə (human capital), iş qüvvəsinin malik olduğu məlumat və bacarıqların cəmi olaraq 

izah edilməkdədir. Digər bir ifadə ilə istehsalı reallaşdıran fərdin sahib olduğu və ümumi mənada 

insanın xüsusiyyətini vurğulayan bilik bacarıq, təcrübə  və dinamiklik kimi müsbət dəyərlər bəşəri 

sərmayə olaraq qəbul edilməkdədir. Bu dəyərlər həm yeni texnologiyaların inkişaf etdirilməsinə, həm 

də mövcud istehsal faktorlarının daha məhsuldar bir şəkildə istifadə edilməsinə imkan yaradır. Bəşəri 

sərmayə ümumiyyətlə  təhsil və  təhsildə keçən ümumi müddətin bir nəticəsidir. Beləcə  məhdud bir 

həyat müddətində fərd bəşəri sərmayəsini sərhədsiz şəkildə artıra bilməkdədir.  

İnkişaf iqtisadiyyatının  əsas mövzusu, ölkələrin inkişafı üçün lazımlı olan istehsal faktorlarını 

müəyyən etmək və bunların necə istifadə ediləcəyini ifadə etməkdir. Ölkələrin inkişafını təmin edəcək 

ən  əhəmiyyətli faktorların başında insan faktoru gəlməkdədir. Bu faktor, iqtisadiyyat ədəbiyyatında 

"bəşəri sərmayə" anlayışı ilə adlandırılmaqdadır. Dövrümüzdə bəşəri sərmayə, sürətlə dəyişən, inkişaf 

edən və qloballaşan dünyanın  ən  əhəmiyyətli istehsal faktoru halına gəlmişdir. Məcmu bir şəkildə 

artan texnoloji inkişaflar və buna bağlı olaraq gün keçdikcə müasirləşən, yaşayış  səviyyəsi artan 

cəmiyyətlərin demək olar ki, hamısı gəldikləri bu vəziyyəti, bəşəri sərmayənin artması üçün qoyulan 

investisiyalara borcludurlar. Fiziki sərmayəyə qoyulan investisiyalar nə  qədər  əhəmiyyət daşıyırsa 

bəşəri sərmayəyə edilən investisiyalar da ölkələrin inkişafı baxımından daha böyük əhəmiyyət kəsb 

edir. 

Bəşəri sərmayə ilə iqtisadi inkişafın nəzəri səviyyədə müzakirə edilməyə başlandığı illərdə 



Birləşmiş Millətlər Təşkilatının İnkişaf Təşkilatı (UNDP), ölkələrin inkişaf səviyyələrini ölçmək üçün 

Bəşəri  İnkişaf  İndeksi (HDI Human Development İndex) adı altında araşdırmalara başlamışdır. Bu 

araşdırmalarda iqtisadi inkişaf səviyyəsi yalnız böyümə sürəti ilə deyil həyat səviyyəsini və inkişafı 

göstərən digər göstəricilərlə birlikdə ifadə edilməkdədir.Bəşəri inkişaf indeksi olaraq adlandırılan 

anlayış  hər il Birləşmiş Millətlər  İnkişaf Proqramı  tərəfindən nəşr olunur. Əslində  bəşəri inkişafın 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

593



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

sonsuz sayda göstəricisi var. Ancaq ölçmədəki çətinliklər səbəbiylə bu göstəricilərlə ölçmələr məhdud 

sayda aparılır. 

Bəşəri inkişaf indeksinə görə  dəyərləri 0,800-in üzərində olan ölkələr yüksək bəşəri inkişaf 

qrupuna daxil olan ölkələri təmsil edir. Dəyərləri 0,500-0,800 arasında olan ölkələr orta bəşəri inkişaf 

qrupuna daxil olarkən, dəyərləri 0,500 ün altında olan ölkələr isə  aşağı  bəşəri inkişaf qrupuna daxil 

edilir. 

 

 



 

 

MƏCMU TƏKLIF YÖNÜMLÜ IQTISADI ARTIM PROBLEMLƏRI: 



ABŞ VƏ YAPONIYA IQTISADIYYATLARININ MÜQAYISƏSI 

 

Ülvin ÖMƏROV 

Qafqaz Universiteti 

bymako@mail.ru

 

AZƏRBAYCAN 

 

 

Dünya təsərrüfatı sisteminə daxil olan ölkələrin milli iqtisadiyyatları çox da mürəkkəb 



olmayan, bəzən dinamik, bəzən də stabil və daim dəyişəndir. Bütün bu tip dəyişikliklər birbaşa 

ölkələrin iqtisadi siyasətlərindən qaynaqlanan proseslərdir. Bu proseslərə  təsir edən isə daha çox 

ölkələrin daxili və xarici tələb və  təklif istiqamətli iqtisadi davranışlarıdır. Müasir dövrdə dünya 

iqtisadiyyatına  əhəmiyyətli dərəcədə  təsir gücünü göstərən, eyni zamanda dünya bazarında yüksək 

keyfiyyətli əmtəə və xidmətlərlə özünə məxsus yer tutan hegemon iqtisadiyyata malik olan ölkələrin 

iqtisadi inkişafı  və siyasəti tənzimləyən, bazar qiymətini tarazlayan vasitələrdən biri kimi: təklif 

yönümlü araşdırılması məqsədəuyğundur. Son zamanların aktual müzakirə mövzularından olan ABŞ 

və Yaponiya iqtisadiyyatlarının təklif yönümlü müqayisəsi həmin ölkələrin həm daxili, həm də xarici 

bazarlarını (işçi qüvvəsi, kapital, ərzaq, mineral resurslar), iqtisadi artım və keyfiyyətlərini, bu 

ölkələrdə sosial vəziyyətin əsas məsələlərinin mövcud vəziyyətini, beynəlxalq bazarlarda mövqelərini, 

onların xüsusiyyətlərini, ayrı-ayrı ölkələrlə beynəlxalq iqtisadi-ticarət və digər vəziyyətini nəzərdən 

keçirdiyi və onları təhlil etdiyi üçün vacib hesab edilir.  

Ölkələrarasında baş verən bir sıra dəyişikliklər, problem və proseslər: investisiya təminatı, 

beynəlxalq ticarət, sosial yardımlar, TMK-ın və bankların inkişaf tempi və s. məhz ölkələrarası 

beynəlxalq iqtisadi münasibətlərinin öyrənilməsi, təhlil edilməsi və müqayisə edilməsi ilə  aşkara 

çıxarılır. Eyni zamanda ABŞ və Yaponiya iqtisadiyyatlarının artım tempinin məcmu təklif istiqamətli 

müqayisəsi bu ölkələrin milli təsərrüfatlarının imkanlarını, ixrac potensialını ortaya çıxara bilir. Məhz 

buna görə də bu ölkələrin təklif baxımından iqtisadiyyatlarının araşdırılması və tədqiq edilməsi aktual 

hesab edilir. 

ABŞ  və Yaponiyanın ayrı-ayrı promlemləri bir çox iqtisadçı alimlərin elmi əsərlərinə  əsasən 

tədqiq edilmişdir. Lakin, araşdırmalar daha çox məcmu  şəkildə beynəlxalq  əməkdaşlıq, milli 

iqtisadiyyatların inkişaf strukturu və s. üzrə aparılmışdır. Qeyd etmək istəriyəm ki, bu ölkələrin təklif 

yönümdə funksional fəaliyyəti, inkişaf prinsip və qanunauyğunluqları, formalaşması və inkişafına təsir 

edən amillər, onların inkişafı və təkmilləşdirilməsi istiqamətləri bu işdə kompleks tədqiq olunmuşdur. 

Məqalənin məqsədi bazar münasibətləri  şəraitində yuxarıda adları  çəkilən ölkələrin 

iqtisadiyyatlarının öyrənilməsi  əsasında onların müasir vəziyyətlərini və  səviyyələrini müəyyən və 

müqayisə etmək və  gələcək inkişaf istiqamətlərinə dair təklif və tövsiyyələr işləyib hazırlamaqdan 

ibarətdir. 

Məqalənin məqsədinə uyğun olaraq qarşıya aşağıdakı vəzifələr qoyulmuş və məntiqi ardıcıllıqla 

araşdırılmışdır: 

-  bazar iqtisadiyyatı şəraitində ABŞ və Yaponiya iqtisadiyyatlarını tədqiq etmək; 

-  Həmin ölkələrin ÜDM-lərinin mövcud vəziyyətini təhlil etmək və qiymətləndirmək; 

-  Təklif baxımından hər iki ölkənin iqtisadi artım problemlərini araşdırmaq və mövcud 

vəziyyətlərini müqayisə etmək; 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

594



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

-  ABŞ  və Yaponiyanın dövlət sərhədlərindən kənara, xarici bazarlara əmtəə  və xidmətlərin 

təklifinin inkişafına təsir edən amilləri araşdırmaq və iqtisadi artımın ixcarın inkişafına təsirinin 

gücləndirilməsi amillərini göstərmək; 

-  ABŞ  və Yaponiyanın iqtisadiyyatlarının təkmilləşdirilməsi və iqtisadi artım problemlərinin 

həlli istiqamətlərini müəyyən etmək. 

Məqalənin obyekti istehlak, investisiya, işsizlik yaxud məşğulluq, davamlı tarazlıq, dövlət 

xərcləri və ən əsası xalis ixraca, bir sözlə ÜDM-ə və məcmu tələbə təsir edən təklifdən ibarətdir.  

Məqalənin yeniliyi aşağıdakılardan ibarətdir: 

  ABŞ  və Yaponiya iqtisadiyyatlarını  təşkil edən ÜDM-də investisiya təminatını, ixracı, 

monetar və fiskal siyasətlərin inkişaf strukturlarını  və  məşğulluğu təkmilləşdirmək üçün təkliflər 

verilmişdir; 

  Araşdırılmış  və sistemləşdirilmiş statistik göstəricilər nəticəsində dünya təcrübəsinə uyğun 

səmərəli mexanizmin yaradılmasının vacibliyi əsaslandırılmışdır; 

  ÜDM-lərin subyektlərinin inkişaf proqnozları verilmişdir; 

  Iqtisadi artımın ÜDM-ə təsiri istiqamətləri müəyyən edilmiş və ölkələrin iqtisadiyyatlarının, 

həmçinin ÜDM-in təkmilləşdirilməsi üçün konkret təklif və tövsiyələr hazırlanmışdır. 

 

 



 

FAİZSİZ BANKÇILIQ VƏ TÜRKİYƏ  

İQTİSADİYYATINA TƏSİRLƏRİ 

 

Sübhan HÜMMƏTOV 

Qafqaz Universiteti 



subhan_hummatov@hotmail.com 

AZƏRBAYCAN 

 

İnsanların müəyyən ehtiyaclarını ödəməsi üçün borc verilən pulun müqabilində qazanılan gəlirə 



faiz deyilir. Başqa sözlə borc müqaviləsinin satışı  nəticəsində  əldə olunan gəlir dərəcəsidir.İstifadə 

olunan kreditin mənfəətlə yekunlaşıb yekunlaşmayacağından asılı olmayaraq,mənfəət qazanılsa belə 

bu mənfəətin miqdarı əvvəlcədən müəyyən edilməməsinə rəğmən,faiz nisbətinin əvvəlcədən müəyyən 

edilməsi,tərəflərin arasındakı ədalətin aradan qalxmasi ilə tərəflərdən birinin istər borc alan istər borc 

verən olsun,mütləq  şəkildə  zərərə  uğraması  və  zərərin heç bir şəkildə geri ödənməsi mümkün 

olmadığından islam dinində faiz haram buyurulmuşdur.İslam bu tip ədalətsizliyin qarşısını almaq üçün 

faiz yerinə mənfəət-zərər ortaqlığı və ya ticarət əsaslı fəaliyyətin daha faydalı olacağını buyurmuşdur. 

Beləki  əvvəlcədən mənfəətə  və  zərərə ortaqlıq payı müqavilə  əsasında müəyyən edilir.Bu halda 

sonradan yaranan dəyişikliklərdən heç bir tərəf təsirlənməyəcəkdir.  

Orta şərq ölkələrində toplanan neft dollarlarının Amerika və ya Avropada dəyərləndirmək yerinə 

öz ölkələrinin və digər müsəlman dövlətlərinin inkişafında istifadə edilməsini təmin etmək üçün bu 

ölkələrdə faizsiz bankçılıq sisteminin yaranması  zərurəti ortaya çıxmışdır.Həmin ölkələrdə, eləcə  də 

Türkiyədə  də faizin haram buyurulması  səbəbi ilə yastıq altında toplanan gizli pul fondlarının 

iqdisadiyyata cəlb edilməsilə ölkənin inkişafını təmin etmək məqsədilə 80-ci illərdə faizsiz bankçılıq 

sistemi yaranmışdır. Digər məqsədlər isə ölkədə dini inanclarına görə faizdən qaçan əhalinin  əlində 

olan yığımları real iqdisadiyyata qazandırmaq,Türkiyənin İslam ölkələri ilə əlaqələrini genişləndirmək 

və neft zəngini olan İslam ölkələrindən Türkiyəyə pul axınını təmin etməkdir.  

 Faizsiz  bankların maliyyəsi bir neçə  mənbədən formalaşır,bunlardan birincisi özəl hesablardır 

ki,bu hesablar Türkiyə lirəsi və ya digər valyutalarla açıla bilər.İstənilən anda hissə hissə  vəya tam 

olaraq müştəri tərəfindən geri alına bilər.Əsas məqsəd pulun güvənliliyidir.İkinci mənbə  iştirak 

hesablarıdır ki, faizsiz banklara TL və ya başqa valyutalarla yatırılan vəsaitlərin bu banklarda istifadə 

edilməsindən yaranan mənfəət ve zərərə ortaqlıq nəticəsi verən,lakin hesab sahibinəəvvəlcədən 

müəyyən edilmiş  hər hansı faiz mənfəət payı-gəlirin ödənməməsi,hətta  əsas pulun tamamının geri 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

595



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

ödənişinin qarantiyası olmayan bir hesabdir.İştirak hesab sahibleri faiz yox ortaqlıqdan pay 

almaqdadırlar.Sonuncu mənbə isə digər mənbələrdən, xüsusilə, körfəz ölkələrindən neft gəlirlərinin 

cəlb edilməsidir. 

 Faizsiz banklar özəl ve iştirak hesabları vasitəsilə toplanmış pul vəsaitlərindən istifadə edərək 

müxtəlif kredit məhsulları  təklif edirlər. Bu təkliflər bəzən ortaqlıq yoluyla, bəzən də ehtiyac olan 

malın və ya avadanlığın alışı eləcə də icarəsi yolu ilə həyata keçirilir: 

 1.Mudarebe(Əmək ilə kapitalın ortaqlığı)-əmək sahibinin əməyi ilə kapital sahibinin kapitalının 

birləşdiyi ortaqlıq növüdür başqa sözlə, kapitalı bir başqasına təslim etməkdir.Bu yolla da hər hansı 

sahədə ixtisaslı lakin kapitalı olmayan insanlar iqtisadiyyata cəlb edilir. 

 2.Musareke (Mənfəət-zərər ortaqlığı)-firma və bankın hər hansılahiyəyə və ya mövcud biznesə 

birlikdəkapital və  əmək qoyaraq əvvəlcədən razılaşdırılmış nisbətdə  mənfəət və  zərər payına uyğun 

kredit növüdür. Burada əsas fərq hər iki tərəfin həm kapital, həm də əmək sərf etməsidir. 

 3.Musareke Mutanakisa- ilk mərhələləri mənfəət-zərər ortaqlığı krediti ilə eynidir, lakin 

sonradanmüştərinin istəyilə dəyişə bilər. Belə ki, müştəri qurulmuş biznesin tək sahibi olmaq istəyirsə 

bu zaman bankın hissələrini satın ala bilər. Hissələri azalan bankın mənfəət ve ziyandakı hissələri 

dəzaman keçdikcə azalmaqdadır. Müştəri bütün hissələri aldıqdan sonra bankın biznes üzərində 

hüquqları bitmiş olur. 

 4.Murabaha (istehsala dəstək)- hər hansı mala ehtiyacı olub lakin lazımlı vəsaiti olmayan müştəri 

faizsiz banka müraciət edir və  həmin malın alınmasını istəyir. Faizsiz bank da bu malı nağd olaraq 

satın aldıqdan sonra,müəyyən bir mənfəət payınıüzərinə  gələrək müştərinin ödəmə gücünə görə 

müddətli bir şəkildə satmaqdadır.Malın qiyməti və bankın  əldə edəcəyi mənfəət marjasıəvvəlcədən 

müştəri ilə razılaşdırılır və sənədləşdirilir. 

 5.İcarə (Leasing)-uzun müddətli kredit növüdür,müştərinin tələb etdiyi hər hansı avadanlıq,bina, 

avtomobil kimi vəsitələrin bank tərəfindən satın alınaraq müştəriyə icarəşərtləriylə verilməsidir.Malın 

sahibi faizsiz bank, faydalanan isə müştəridir. 

 6.İcarə  və iktina-faizsiz bank hər hansı bir avadanlığı müəyyən bir dövr üçün icarəyə verir. 

İcarəyə götürən bu dövr ərzində icarə ilə birlikdə malın mülkiyyətini qazandıran məbləğləri də 

ödəyir.İcarə sonunda malın mülkiyyətiicarəyə götürənəkeçir.Göründüyü kimi heç bir kredit növündə 

müştəri və bank arasinda pul münasibətləri gərçəkləşmədi.Bütün kredit növlərində münasibətlər pulun 

yox,ticarət, istehsal,biznes fəaliyyətinin üzərində qurulmaqla faiz əldə olunmasının qarşısı alınır. 

 Faizsiz  bankçılıq real iqdisadiyyatdan kənarda qalmişəhalidə olan yığımları iqdisadiyyata 

qazandırır.Əldə olan yığımların investisiyaya çevrilməsi nəticəsindəölkə iqdisadiyyatının inkişafına bir 

başa təsir edir.Türkiyə kimi inkişafda olan iqdisadiyyata malik ölkədə yığım dərəcələrinin aşağı olması 

böyük bir problemdir.Belə ki,Türkiyədə dini inanclardan dolayı ənənəvi banklarda deposit yaratmayan 

ciddi bir potensialın olduğu təxmin edilir ki,məhz faizsiz banklar bu yığımların böyük bir qismini 

iqdisadiyyata qazandırmışdır.Faizsiz bankların Türkiyədəki aktiv fəaliyyəti ilə yanaşı,müsəlman 

ölkələri ilə  dəəlaqələr də genişləndirilmişdir.Bununnəticəsində  də körfəz ölkələrindəki neft gəlirləri 

faizsiz banklar vasitəsilə Türkiyə iqtisadiyyatına gətirilmişdir.Faizsiz banklar böhranlardan 

ənazziyanla çıxmğı bacarmışdır.Çünki dövlət mənbələrindən heç bir şəkildə yararlanmadığıüçün 

hətta,belə bir dəstəyə heç bir ehtiyacı olmadığından böhranlardan çıxmağı bacarmışdır.Bu banklar 

məşğulluğatəsir göstərməkdədir.Türkiyədə fəaliyyətdə olan faizsiz banklar,bu illər ərzindəşöbələrinin 

sayını artıraraqyeni işçiləri cəlb etməkləölkədəki ümumi işsizliyin azalması  və  məşğulluğun 

artmasında böyük rola malikdir. 

 

 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin