Microsoft Word 00 KeyNote Speakers Materiallar



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə105/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   101   102   103   104   105   106   107   108   ...   148

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

570



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

REGİONAL İNKİŞAFDA DÖVLƏT İNVESTİSİYALARININ ROLU 

 

Aliyə DADAYEVA 

Qafqaz Universiteti 



aliya.dadayeva@gmail.com 

AZƏRBAYCAN 

 

Təbii və iqtisadi resursların ölkə coğrafiyası üzərindəki paylanması mütləq mənada bərabərlik 



təşkil etmədiyindən, inkişaf da mütləq mənada tarazlı baş vermir. Dinamik bir quruluşa sahib olan 

inkişaf prosesinə istiqamət verən sosial-iqtisadi faktorların coğrafiya üzərində  fərqli sıxlıqlarda 

paylanması regionlararası inkişaf fərqliliklərinin səbəbi olaraq ortaya çıxmaqdadır və bu fərqliliklərin 

aradan qaldırılması üçün edilən işlər və  həyata keçirilən siyasətlər regional inkişafın  əsasını  təşkil 

etmişdir.  

Regionlar arasındakı bu fərqliliklərin yaranmasının 3 əsas səbəbi mövcuddur. Bunlar təbii və 

coğrafi tarazsızlıq, iqtisadi tarazsızlıq və sosial tarazsızlıq amilləridir.  

Mövcud tarazsızlıqlar və problemlər regional inkişafa istiqamətli siyasətlərin yaradılması 

vacibliyini də meydana gətirmişdir.  İqtisadiyyatın və eyni zamanda regionların böyümə sürətlərini 

artırmaq, məşğulluq və  gəlir ilə  əlaqədar problemləri aradan qaldırmaq və bu həlli sabit saxlamaq, 

iqtisadi resursların regionlar arasında tarazlı və nisbi olaraq bərabər dağılımını təmin etmək və bununla 

da regionlar arasındakı gəlir və rifah səviyyələrinin tarazlaşdırılması, regionların sağlam iş və yaşam 

şərtlərinə sahib olmalarını təmin etmək regional inkişaf siyasətinin əsas məqsədlərindəndir. 

Regional inkişaf siyasətində regionlararası inkişaf fərqliliklərinin aradan qaldırılmasına yönəlmiş 

bir sıra vasitələrini qeyd etmək olar. Bunlardan biri də dövlətin regionların inkişafına yönləndirdiyi 

investisiyalardır. Bunlar dövlət investisiyaları  və infrastruktur investisiyaları olaraq nəzərə alınır. 

Şübhəsiz heç bir iqtisadi fəaliyyətin olmadığı az inkişaf etmiş regionlarda sənayeləşmənin başla-

dılması üçün o regiona ilk öncə dövlətin getməsi qaçılmaz bir zərurətdir. Dövlət regiondakı istehsal 

potensialını hərəkətə keçirmək üçün zəruri addımlar atmalıdır. Hər bir ölkədə dövlət az ya da çox ama 

mütləq iqtisadiyyata müdaxilə etmək, hətta bəzi sənayeləri də şəxsən nəzarəti altına almaqdadır. Geri 

qalmış bir regiona dövlətin istehsalçı kimi gedib orada canlılıq yaradacaq investisiyalar yatırması 

günümüzdə bazar iqtisadiyyatı  tətbiq edən ölkələrdə  də görülür. Dövlət siyasətinin eyni məqsədə 

xidmət edən vasitələrindən olan dövlət investisiyalarının və subsidiyaların (inkişaf və təşviq fondları, 

faizsiz ya da aşağı faizli kreditlər, dövlət zəmanəti, gömrükdən azad edilmə  və s.) ortaq istifadəsi 

regional inkişafdakı müvəffəqiyyətin təsir sahəsini daha da genişləndirir. Mövcud dövlət siyasətləri 

yüksək bacarıq təcrübəsinə sahib insan resurslarının yetişdirilməsi, araşdırma-inkişaf etdirmə (R&D) 

və  iş  həyatına istiqamətli digər infrastrukturların keyfiyyəti, rabitə  və  nəqliyyat imkanlarının təmin 

edilməsi,  şirkətlərin quruluşu və  işləyişinə bağlı sadə  və proqnozlaşdırıla bilən tənzimləmələr, vergi 

yükündəki asanlıqlar və digər təşviq mexanizmləri və dövlət investisiyaları ilə müəyyən bölgələri 

investor baxımından daha cazibədar hala gətirmək gücünə malikdir.  

Respublikamızda son illər qəbul edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 

inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-

cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində regionlara xeyli investisiyalar 

qoyulmuşdur. Bu proqramların uğurlu icrası ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək 

artıma səbəb olmuş, sosial-iqtisadi inkişaf sahəsində qeyd olunmuş  tədbirlərin həyata keçirilməsi 

əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.  

Ötən 10 il ərzində həyata keçirilən regional inkişaf siyasəti ölkənin makroiqtisadi göstəricilərinin 

sürətlə yaxşılaşmasına səbəb olmuşdur. Belə ki Ümumi Daxili Məhsul 3,2 dəfə, adambaşına ÜDM-in 

həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmışdır və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil 

etmişdir. Xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri- neft ixracı isə 4,7 dəfə 

artmışdır.  

"Qlobal Rəqabət Qabiliyyəti  İndeksi 2013-2014" hesabatına  əsasən Azərbaycan iqtisadiyyatı 

rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş  və ilk dəfə dünyanın "yuxarı orta 

gəlirli" və "yüksək insan inkişaflı" ölkələri qrupuna daxil olmuşdur. "Fitch Ratings", "Standart & 

Poor's" və "Moody's" kimi nüfuzlu reytinq agentlikləri Azərbaycana investisiya kredit reytinqi vermiş 

və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

571



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

2003-cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin yalnız 26,8 faizi 

daxili mənbələrdən maliyyələşirdisə, artıq 2013-cü ildə ölkə iqtisadiyyatına qoyulan daxili investi-

siyaların xüsusi çəkisi artaraq 62,5 faizə çatmışdır. 

Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 

2004-2013-cü illərdə daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə 

artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.  

Hal-hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı 

Dövlət Proqramı" çərçivəsində  tədbirlər həyata keçirilir. Regional inkişafın stimullaşdırılmasına 

yönəldilən tədbirlərin icrası ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya 

qoyuluşunun artmasına, qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin 

və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin açılmasına və 

açılmış yeni iş yerləri nəticəsində  əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin 

azaldılmasına təkan verir.  

Regional siyasətlərin həyata keçirilməsində mövcud idarəetmə  təşkilatının bu siyasətin ehti-

yaclarına cavab verə bilməsi ümumiyyətlə asan deyildir. Bu səbəblə, regional inkişaf planlarının 

hazırlanması  və  həyata keçirilməsi üçün yeni bir regional təşkilatlanmağa getmək lazımdır. Bir çox 

ölkələrdə olduğu kimi regional inkişaf planlarını hazırlamaq və  həyata keçirmək, regionun rəqabət 

gücünü artırmağa istiqamətli işlər görmək, regionun infrastrukturunu inkişaf etdirmək, regiona 

investisiya çəkmək, məşğulluğu və  işçi qüvvəsinin məhsuldarlığını artırmaq, davamlı inkişafa töhfə 

vermək üçün regional təşkilatların, agentliklərin yaradılması zəruridir.  

 

 



 

 

RƏQABƏT MÜHITINDƏ TOXUCULUQ MÜƏSSISƏLƏRININ  



INKIŞAF PERSPEKTIVLƏRI 

 

Ceyhun VƏLIYEV

 

Sumqayıt Dövlət Universiteti

 

semed26@gmail.com

 

AZƏRBAYCAN 



 

Rəqabət və rəqabət gücü anlayışlarının iqtisadi ədəbiyyatda çox sayda tərifi olmasına baxmayaraq 

ortaq bir yanaşmaya rast gəlinmir. Ümumiləşdirilmiş  şəkildə  rəqabət, iqtisadi fəaliyyətlərin səmərəli 

şəkildə davamı üçün lazımlı olan və strateji əhəmiyyətə malik olan bir ünsür kimi xarakterizə olunur. 

Əslində rəqabətə məhdud resursların daim artan ehtiyacları qarşılama vəziyyəti səbəbiylə ortaya çıxan 

bir hadisədir. Rəqabət gücü isə firma, yaxud müəssisənin milli ya da beynəlxalq bazarlarda rəqabət 

gücünə sahib olması, yerli və  ya  xarici  rəqiblərə qarşı qiymət, keyfiyyət, vaxtında çatdırma və satış 

sonrası xidmət kimi amillər baxımından hal - hazırda və gələcəkdə onlara bərabər və ya onlardan daha 

üstün olma vəziyyətidir. Başqa cür desək, rəqabət gücü ölkələrin sərbəst və yerləşmiş bazar şərtləri 

daxilində real gəlirlərin artırılması, məhsul və xidmətləri beynəlxalq bazarlara çıxara bilməsi və bu 

proseslərdə müvəffəqiyyətli ola bilməsidir. Rəqabət gücünün əldə edilməsində ən əhəmiyyətli məqsəd, 

ölkə  vətəndaşlarının real gəlirlərini artıraraq müəyyən bir həyat səviyyəsinə çatmalarının təmin 

edilməsidir. Ölkələrin rəqabət gücü Ar-Ge fəaliyyətlərinin inkişaf səviyyəsinə, yüksək texnologiyalı 

məhsul istehsalına və potensial insan gücünə bağlı olaraq dəyişir. Bir ölkənin beynəlxalq bazarlarda 

rəqabət gücü qiymət rəqabəti və struktur elementləri tərəfindən müəyyənləşdirilir. Qiymət rəqabəti, 

real məzənnələr, nisbi mövqe inkişafları, vahid ödənişlər və ixrac mənfəəti margin ilə ölçülür, struktur 

elementləri məhsuldarlıq, makroiqtisadi imkanlar ilə satış sonrası xidmətlər və uyğun standartlar kimi 

keyfiyyət amillərindən ibarət olur.  

Hazırda bazarlarda rəqabət gücünü təyin edən ən əhəmiyyətli amillər arasında xərclər, keyfiyyət 

və marketinq fəaliyyətləri yer almaqdadır. Qiymət xarici rəqabətdə dar mənada keyfiyyətə əsaslanan 

rəqabət olaraq adlandırılmaqdadır. Xarici bazarlarda ixrac edə bilmək üçün xərclər qədər keyfiyyətli 

mal istehsalı da zəruridir. Çünki dünya bazarlarında artan rəqabətin ortaya çıxardığı  ən  əhəmiyyətli 

məsələlərdən biri də keyfiyyətdir. Xarici bazarlarda keyfiyyətli məhsullar satmaq istəyən müəs-


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

572



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

sisələrin beynəlxalq təşkilatlardan keyfiyyət standartları alması da əhəmiyyət verilməsi lazım olan 

istiqamətlərdən biridir. Keyfiyyətin artırılması daha yaxşı və daha çox ixtisaslı əmək, texnologiyalar 

və istehsal səviyyəsində daha üstün təşkilatları  tələb edir. Ən yaxşı  məhsul və proseslərin təqlid 

edilməsinin yanında araşdırma və inkişaf etdirmə ilə yenilik və ixtiralar keyfiyyətin  ən  əhəmiyyətli 

qaynağıdır. Keyfiyyət amili ilə ölkələrin inkişaf səviyyəsi, məhsulların keyfiyyətilə qiyməti, xərci, 

məhsuldarlığı, ixrac imkanları, bazar payı kimi xüsuslar arasında əlaqə var. Bu baxımdan ixrac edilən 

məhsulun satışında marketinq xüsusilə əhəmiyyət kəsb edir. İxrac edən firmalar, reklam, sərgi, təslim 

sonrası xidmətlər və s. bu xidmətə aiddir.  

Marketinq fəaliyyətlərini sıx olaraq istifadə edənlər rəqiblərlə  rəqabət etməkdədirlər. Xarici 

bazarlarda rəqabət gücünün artırılmasında daha səmərəli marketinq strategiyalarının hazırlanması 

vacibdir, əks halda məhsullar keyfiyyətli olsa da onu tanıtma fürsəti olmayacaq.  

Toxuculuq sənayesi məhsulları dünya bazarında ciddi rəqabətlə üzləşən və iqtisadi inkişafda 

özünəməxsus yeri olan ən mühüm sahələrdən biridir.Bu sahə məhsulları müxtəlif lif növlərinin əvvəl 

iplik halına gətirilməsi, ardından da müəyyən naxışlarda və rənglərdə birləşdirilməsi sayəsində parça 

və son məhsul  əldə edilməsi mərhələlərindən ibarət olan dünyadakı  ən köhnə istehsal fəaliyyət-

lərindəndir. Toxuculuğun yüngül sənayenin bir qolu olaraq ortaya çıxması  sənaye inqilabı ilə 

İngiltərədə başlamışdır. Toxuculuq hazır geyim, dəri və  dəri məhsullarının istehlakçıya çatdırılma-

sında bir-birilə yaxın olan proseslərlə əlaqəlidir. Toxuculuq xüsusilə hazır geyim sektorunun tədarük 

zəncirində iştirak edərək onun mühüm bir hissəsi olmuşdur. Hər iki sfera çox zaman toxuculuq sektoru 

olaraq tək bir ad altında qiymətləndirilməkdədir.  

Toxuculuq və geyim ticarətində gedərək artan beynəlxalq rəqabət səbəbiylə, sahib olduqları bazar 

paylarını qorumaq istəyən inkişaf etmiş ölkələr, yeni tutum artımı yaratmadan istehsal proseslərinin 

modernləşdirilməsinə istiqamətlənən investisiya qoyuluşu həyata keçirməkdədirlər.  İnkişaf etmiş 

ölkələr reallaşdırdıqları sərmayələrlə bir tərəfdə istehsalın məhsuldarlığının artımını təmin edir, digər 

tərəfdən isə Ar-Ge fəaliyyətləri nəticəsində toxuculuq məhsullarının elastiklik, yanmazlık, asan 

ütülənəbilən kimi xüsusiyyətlərini inkişaf etdirərək  əlavə  dəyəri yüksək olan məhsulların istehsalına 

nail olurlar. 

Qeyd edilənlər baxımından rəqabət gücü anlayışı bütün sektorlarda olduğu kimi toxuculuq və 

hazır geyim sənayesində  də son dərəcədə  əhəmiyyətlidir. Toxuculuq və hazır geyim sektorunda 

rəqabət gücünü bol xammal və sıx, ucuz əmək müəyyən edir. Xüsusilə də hazır geyim sektorunun sıx 

iş gücünə ehtiyac duyması və ölkədən ölkəyə dəyişən işçi ödənişlərinin səviyyəsi bu sahədəki rəqa-

bətin istiqamətini müəyyən edir. Bu amillərin yanında istehsal xərclərinə  təsir edən digər təməl 

göstəricilərdən biri də enerji istehlakı  xərcidir. Toxuculuq məhsulları istehsalında bol miqdarda su 

istehlakı, ölkədən ölkəyə  dəyişən su istehlakı qiyməti də istehsal xərclərinə ciddi təsir etməkdədir. 

Toxuculuq istehsalında göstərilən təməl xərclər xaricində ölkədən ölkəyə dəyişən torpaq qiymətləri və 

tikinti xərcləri dolayı da olsa rəqabət gücünə təsir edir .Toxuculuq və hazır geyim sektorunda rəqabət 

gücünü birbaşa ya da dolayısı ilə  təsir edən  əsas maya dəyəri ilə birlikdə  çıxarılan məhsulun key-

fiyyəti, texnoloji səviyyəsi, moda və markaların yaradılması, fabrik təşkilatı, ixtisaslı  işçi saxlama, 

iplik hamarlıq və keyfiyyət, bazar şərtlərinin yaxşı tanınması, marketinq və bazara yaxınlıq sektordakı 

rəqabət güclərinə  təsir edən digər  əhəmiyyətli amillər təşkil edir. Odur ki, beynəlxalq rəqabət 

mühitində hər bir amilin nəzərə alınması şərtilə toxuculuq sferasında müsbət və səmərəli nəticələr əldə 

etmək mümkündür. 

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

573



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

ŞƏKİ-ZAQATALA REGİONUNUN EKOLOJİ-İQTİSADİ 

PROBLEMLƏRİ 

 

Nəsimi ƏHMƏDOV 

AMEA İqtisadiyyat İnstitutu 



nasimi_akhmedov@yahoo.com 

AZƏRBAYCAN 



 

Müasir dövrdə ölkədə ekoloji təhlükəsizlik təmin olunmaqla ətraf mühitin çirklənməsinin 

minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə 

mütərəqqi üsulların tətbiq edilməsi, indiki və  gələcək nəsillərin tələbatını ödəmək məqsədilə  təbii 

sərvətlərdən səmərəli istifadə etmək, alternativ, tükənməyən enerji mənbələrindən yararlanmaq və 

enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə  tələbatların qiy-

mətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla  əlaqələrin genişləndi-

rilməsi, eləcə də milli potensial imkanlardan istifadənin təmin edilməsi Azərbaycanda dövlətin ekoloji 

siyasətinin əsas istiqamətlərini təşkil edir. 

Ölkədə iqtisadiyyatın inkişafı  və  əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, 

təbii ehtiyatlardan səmərəli istifadə  və ekoloji tarazlığın qorunması  məqsədilə Azərbaycan Respub-

likasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına 

dair Milli Proqramlar, bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair milli strategiya və 

fəaliyyət planı təsdiq edilmişdir. Bu proqramların və Azərbaycanda həyata keçirilən ekoloji siyasətin 

əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistem-

lərin, iqtisadi potensialın qorunması  və  təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə davamlı 

inkişafın təmin edilməsindən ibarətdir. 

Yeraltı və yerüstü sərvətlərdən istifadə etməklə özünün maddi tələbatını təmin edən cəmiyyətdə 

ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi mühüm vəzifələrdən biridir. 

İnsanlar tərəfindən tam dəyişdirilmiş antropogen landşaftlarda təbiətin mühafizəsi daha vacibdir. 

Əlverişli relyef və iqlim şəraiti ilə  əlaqədar olaraq Şəki-Zaqatala iqtisadi rayonunda Qanıx-Əyriçay 

vadisindəki təbii landşaftların xeyli hissəsi təsərrüfat fəaliyyəti nəticəsində antropogen landşaftlara 

çevrilmişdir. Buna baxmayaraq, Böyük, Qafqazın cənub yamacındakı bu bölgə Azərbaycanda antro-

pogen təzyiqə qismən az məruz qalmışdır. Azərbaycanın Böyük Qafqaz rayonunun havanı oksi-

genləşdirmə imkanı ildə 30 mln tondur. Burada geniş sahəli meşələrin olması, atmosferi çirkləndirən, 

təbiətə  və insana ziyan yetirə bilən sənaye müəssisələrinin çox az fəaliyyət göstərməsi mühüm rol 

oynayır. 

Ötən  əsrin ikinci yarısında Balakən və Zaqatala rayonlarının dağlıq hissələrində geniş geoloji-

kəşfiyyat işlərinin aparılması nəticəsində ətraf təbii mühitə xeyli ziyan vurulmuşdur. Filizçay, Kasdağ, 

Katex, Saqator və Kasmalada bu işlər qısa müddət  ərzində başa çatdırılmış olsaydı, bu yataq və 

təzahürlərin sahəsində  təbii landşaftların transformasiyası baş verməz, texnogen-sənaye landşaftların 

belə  mənzərəsi yaranmazdı. Burada təbii landşafta mənfi təsir edən  əsas amillərdən biri dağ-mədən 

qazmalarının ağız hissəsinin  əsasən uçurulmuş olmasıdır. Bu şəraitin gərginləşməməsi və daha da 

yaxşılaşması üçün kompleks tədbirlərin görülməsi vacibdir. Regionda nisbətən intensiv çirklənmələr 

yataq sahələrində  əmələ gəlmişdir. Böyük ehtiyata malik olan Filizçay kolçedan-polimetal yatağının 

istismarının ətraf mühitə neqativ təsirlərinin qarşısının alınması, mümkün çirklənmələrin azaldılması 

şərti ilə onun yaxın gələcəkdə işlədilməsi mümkün ola bilər. 

Şəki-Zaqatala iqtisadi rayonunun ən mühüm tükənməyən sərvətlərindən biri olan meşələrin 

mühafizəsi  ən vacib məsələlərdəndir. Meşələr biosferin əsas komponenti kimi ətraf mühitin 

sabitləşdirilməsi və yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir.  

Ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd kimi qarşısına qoyan Azərbaycan 

Respublikası Beynəlxalq Konvensiyalara qoşulmaqla bu sahədə əsas hədəfləri müəyyənləşdirmişdir. 

Regionda torpaqqoruyucu, sutəmizləyici, iqlimsaflaşdırıcı  əhəmiyyətə malik olan yaşıllıqların, 

meşə zolaqlarının nəinki daha sərfəli olan geniş massivlərdə, həmçinin  əhalinin sıx məskunlaşdığı 

yaşayış məntəqələrində də salınması mühüm əhəmiyyət kəsb edir. 

Tədqiqatlar göstərir ki, Şəki-Zaqatala rayonunda qədim dövrdə indiki düzənliklər, dərə-yarğanlar, 

çay vadilərinin ərazisində geniş sahəli ağaclıq-kolluqlar və otlaqlar mövcud olmuşdur. Dağ yamacları 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

574



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

və dağətəyi düzənliklərdə rast gəlinən palıd, qovaq, qarağac, göyrüş, dağdağan və digər bitkilərin 

itirlməsinin qarşısının alınması lazımdır. 

Hələ yaxın keçmişə  qədər Qanıx-Həftəran vadisində üstünlük təşkil etmiş meşələrdən hazırda 

ayrı-ayrı kiçik sahələr qalmışdır. Burada nisbətən hündür yerlərdə uzunsaplaq palıd meşələri qruplar, 

vadinin cənub hissəsində işə qızılağac və yalanqoz qrupları bitir. Bəzi yerlərdə təbii dəmirağacına da 

rast gəlinir. Şəki-Zaqatala regionunda olan qiymətli ağac növlərindən palıd, qoz, şabalıd, fıstıq, və s. 

maddi qazanc əldə etmək və istilik enerjisinin alınması  məqsədilə müxtəlif dövrlərdə  qırılmış  və 

sayları sürətlə azalmışdır.  

Ərazinin yeraltı su mənbələrindən istifadənin onun torpaq sahəsinə, qrunt sularının səviyyəsinə, 

yerüstü bitki örtüyünə, çaylara mənfi təsir göstərməsi mümkündür. Regionda olan çayların qidalandığı 

yeraltı su ehtiyatları həm də Oğuz-Qəbələ su kəmərinə sərf olunur. Son illərdə bölgədəki Əlican çayı 

qurumuşdur. Eyni zamanda, burada baş vermiş  təbii dağıdıcı hadisələr, xüsusilə  zəlzələlər də su 

ehtiyatlarının azalmasına, kəhrizlərin qurumasına səbəb olmuşdur. 

Regionda ekoloji tarazlığa və təbii landşaftlara antropogen təsirlərlə yanaşı, təbii proseslər də təsir 

göstərir. Sellər və daşqınlar sürüşmələrə və uçqunlara, dərələrin dərinləşməsinə, yeni dərələrin və su 

şırımlarının yaranmasına, torpaqların eroziyasının sürətlənməsinə  səbəb olur. Balakən-Zaqatala filiz 

rayonunda güclü dərə-yarğan və yamac müstəvisi boyu torpaqların eroziyası prosesləri baş verir. 

Meşələrin kütləvi qırılması  nəticəsində torpaq eroziyası prosesi inkişaf edir ki, bu da təsərrüfat 

sahələrinə ciddi ziyan vurur. İqtisadi rayonda meşə zolağının yayıldığı sahələrdə eroziyaya uğramış 

torpaqlar 45-50% təşkil edir. Şəki, Qax, Qəbələ, Oğuz rayonlarında meşələr intensiv qırılmağa məruz 

qaldığına görə, bu rayonlarda torpaq eroziyası prosesi daha geniş yayılmışdır. Tədqiqatlar göstərir ki, 

regiondan keçən Əyriçay hər il Mingəçevir gölünə 8 mln ton çöküntü gətirir. 

Böyük Qafqazın cənub yamacında 140 hektar sahəyə malik olan dağ otlaqlarının, yaşıllıqların 

istifadəsi zaman mal-qaranın otarılma normalarının pozulması nəticəsində ərazinin 100 min hektardan 

çox hissəsi daşlı-çınqıllı, qayalı-çılpaq  ərazilərə çevrilmişdir. Onlar yüksək ekoloji gərginliyə malik 

olan sahələr kimi kənd təsərrüfatı dövriyyəsindən çıxarılmışdır.  

Son illərdə meşələrin intensiv qırılması  nəticəsində alçaq dağlıq  ərazilərdə sel ocaqları 

formalaşmışdır. Eroziya proseslərinin qarşısının alınması üçün torpaqlardan səmərəli istifadə edilməli, 

qoruq rejimi tətbiq olunmalıdır. Regionda eroziya prosesi ən çox Qax rayonunda (117,5 min ha) və ən 

az Zaqatala rayonunda (102,6 min ha) təşkil etmiş, şiddətli eroziyaya məruz qalmış torpaqlar ən çox 

Şəki və Qəbələ rayonlarının (130,8 min ha) payına düşmüşdür. İqtisadi rayonda su eroziyası daha çox, 

külək eroziyası isə ən az yayılmışdır.  

Araşdırmalara görə, son illərdə regionun çay hövzələrində antropogen təsir nəticəsində eko-

hidroloji  şərait dəyişmiş, sel axınlarına qarşı  səmərəli mübarizə aparılmamışdır. Kəskin düşmə 

əmsalına malik olan dağ çaylarının kinetik enerjisindən istifadə etməklə kaskad sel anbarları  və Su 

Elektrik Stansiyaları yaratmaqla regionda qiymətli meşələrin qırılmasının qarşısını almaqla yanaşı, 

alternativ təbii sərvətlərdən enerji əldə etmək və sel təhlükələrinin vurduğu zərəri aradan qaldırmaq 

olar.  

Beləliklə,  Şəki-Zaqatala regionunda təbii sərvətlərdən istifadənin səmərəliliyinin yüksəldilmə-



sində, davamlı inkişafın təmin edilməsində onun təbii sərvət və ekoloji potensialı mühüm əhəmiyyət 

kəsb etdiyindən, gələcəkdə iqtisadi və ekoloji problemlərin həlli istiqamətində kompleks tədbirlərin 

həyata keçirilməsi bölgənin inkişafına imkan yarada-caqdır. 

 

 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin