IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
565
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Azərbaycanda iqtisadi inkişafın müəyyən olunmuş prioritet istiqamətləri, onların həyata keçmə
mexanizmləri və mütərəqqi üsullarla tədqiqatların aparılmasına ciddi ehtiyac vardır.
Müasir dövrdə, kadr potensialında dünya standartlarına uyğun struktur dəyişiklərinin həyata
keçirilməsi və s. mövcud problemlərin aradan qaldırılması zəruri hala çevrilmişdir. Bu baxımdan,
ETKP-ın tədqiqinin əhəmiyyəti ondan ibarətdir ki, bu sahədə əldə olunan nəticələr və irəli sürülmüş
təklif və tövsiyələr, Azərbaycanın kadr potensialının yenidən qurulmasında, ölkədə işsizlik və
yoxsulluq problemin həll olunmasında əhəmiyyətli hesab olunam bilər.
STRATEJI PLANLAŞDIRMA SISTEMIN IDARƏETMƏ
MƏRHƏLƏSI KIMI
Şəlalə MƏMMƏDOVA
Sumqayıt Dövlət Universiteti
rrufet1979@mail.ru
AZƏRBAYCAN
Hər hansı təsəərrüfatın və ya təşkilatın fəaliyyət prosesi qarşıda duran məqsədin dəqiq müəyyən
edilməsi, məqsədə nail olmaq üçün fəaliyyətin planlaşdırılması və fəaliyyəti reallaşdıran subyektlərin
motivasiyası, həmçinin fəaliyyət üzərində daimi nəzarətin həyata keçirilməsi ilə müşaiyət olunur. Bu
proseslərin reallaşması isə daim bu və ya digər qərarın qəbul edilməsi zərurətini yaradır. Fəaliyyətin
son nəticəsi isə, əksər hallarda, mümkün variantlardan hansının qəbul edilməsindən çox asılı olur.
Beləliklə, təşkilatın qarşıya qoyduğu məqsədi müəyyən etmək və ona nail olmaq üçün planlaşdırma,
təşkilati, motivasiya və nəzarət proseslərini ardıcıl olaraq həyata keçirmək zərurəti yaranır. Məhz bu
fəaliyyətlərin ardıcıl yerinə yetirilməsi idarəetmə prosesində reallaşır. İdarəetmənin əsas mahiyyəti
ondan ibarətdir ki, mövcud ehtiyatlardan səmərəli istifadə edilərək qoyulan məqsədə nail olunsun.
Nəzərə alaq ki, “idarəetmə” anlayışı son dövrlərdə iqtisadi ədəbiyyatlarda geniş yayılan “menecment”
anlayışından daha genişdir. Başqa sözlə desək, menecment konkret nəticə əldə etmək üçün sosial-
iqtisadi və sosial-texniki sistemlərin idarəedilməsidir. Başqa sözlə desək, “menecment” sosial
sistemlərin idarəedilməsidir.
İdarəetmənin birinci funksiyası, yəni planlaşdırma vasitəsilə təşkilatın əsas fəaliyyət məqsədi və
bu məqsədə nail olmaq üçün vasitələr və səmərəli metodlar müəyyən edilir. Planlaşdırma
funksiyasının əsas elementləri sırasında gələcək inkişafın mümkün variantlarının proqnozlaşdırılması
və strateji planın hazırlanması da var. Planlaşdırma mərhələsində təşkilat müəyyən etməlidir ki, hansı
real nəticələr əldə edə bilər, onun zəif və güclü tərəfləri hansılardır. Məhz bu mərhələdə təşkilatı əhatə
edən ictimai, siyasi, sosial, ekoloji və sair mühitin real vəziyyəti nəzərə alınmalıdır.
İdarəetmənin ikinci-təşkilatlanma funksiyası qarşıya qoyulan məqsədə nail olmaq üçün zəruri
olan strukturun yaradılmasından ibarətdir. Bu funksiya təşkilatın normal fəaliyyəti üçün zəruri olan
kadrlarla, istehsal vasitələri ilə, maliyyə və materiallarla və sair ilə təminatı nəzərdə tutur. Bu funksiya
idarəetmənin birinci, yəni planlaşdırma mərhələsində nəzərdə tutulan proqnozlaşdırma və strateji plana
tam uyğun olmalıdır.
İdarəetmənin üçüncü-motivasiya funksiyası təşkilatın qarşıya qoyduğu məqsədə nail olması üçün
kadrların fəaliyyətinin səmərəliliyini artırmağı və onları daha aktiv fəaliyyətə sövq etməyi nəzərdə
tutur. İdarəetmənin bu funksiyası işçilərin sosial vəziyyətinin daim diqqətdə saxlanılmasını, onların
bilik və bacarıqlarının artırılması üçün səylərin göstərilməsini, hüquq və azadlıqlarına hörmət
edilməsini, aktiv fəaliyyət göstərən işçilərin digərlərindən maddi və mənəvi cəhətdən fərqləndiril-
məsini nəzərdə tutur.
İdarəetmənin dördüncü- nəzarət funksiyası təşkilatın fəaliyyətinin səmərəliliyinə və nəticələrə
necə nail olmağa nəzarət edir. Bu funksiya çərçivəsində təşkilatın rəhbərliyi ümumi fəaliyyətə müəy-
yən korrektələr edir. Hətta lazım olanda əvvəlki mərhələlərdə görülməsi nəzərdə tutulan fəaliyyətlərdə
müəyyən dəyişikliklər edilir. Bu funksiya çərçivəsində standartların müəyyən edilməsi, əldə edilən
nəticələrin hesablanması, nəticələrin nəzərdə tutulan planla uyğunluğu və sair həyata keçirilir. Bu
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
566
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
funksiya əvvəlki üç funksiyanın bir yerdə toplanaraq qiymətləndirilməsinə və qəbul edilən qərarların
qarşıya qoyulan məqsədə nə dərəcədə uyğun olmasını dəyərləndirməyə imkan verir.
Beləliklə, idarəetmə bir-biri ilə üzvü şəkildə bağlı olan dörd əsas funksiyanı reallaşdıran
prosesdir. Bu prosesdə idarə olunan (idarəetmənin “obyekti”) və idarə edən (idarəetmənin “subyekti”)
var. İdarəetmənin subyekti idarəetməni reallaşdıran fərd (rəhbər) və ya hər hansı kollegial orqan ola
bilər. Nəzərə almaq lazımdır ki, hər hansı səviyyədə idarəetmənin subyekti daha yüksək səviyyəli
idarəetmənin obyekti ola bilər. Məsələn, hər hansı institutda müxtəlif şöbələr mövcuddursa və şöbənin
rəhbəri öz şöbəsinin idarə edilməsində “subyektdirsə”, o, daha yüksək səviyyəli idarəetmədə, yəni
institutun rəhbərliyi səviyyəsində olan idarəetmədə idarəetmənin “obyektidir”. Lakin bütün hallarda
idarəetmənin subyekti idarəetmənin hər hansı səviyyəsində yuxarıda qeyd etdiyimiz funksiyalarının
yerinə yetirilməsinə səlahiyyəti olan fərd və ya kollegial orqandır.
Təşkilatın miqyasından asılı olaraq onun idarəedilməsinin strukturu dəyişir. Şübhəsiz ki, böyük
təşkilatların idarəedilməsi ilə bir neçə nəfərdən ibarət təşkilatın idarəedilməsi strukturu eyni deyil.
Məsələn, transmilli şirkətlərin idarəedilməsi çox ciddi idarəetmə strukturunun yaradılmasını tələb edir.
Belə idarəetmə strukturunda əmək bölgüsü şaquli və üfiqi hissələrə bölünür. İdarəetmədə üfiqi əmək
bölgüsü zamanı eyni idarəetmə funksiyası eyni səlahiyyətli subyektlər arasında bölünür. İdarəetmə
sahəsində əməyin şaquli bölgüsündə isə idarəetmənin ierarxiyası qurulur. Aşağı səviyyədə olan
idarəetmə subyektləri yuxarı səviyyədə olan idarəetmə subyektləri tərəfindən idarə edilir. Hər iki tip
əmək bölgüsündə idarəetməyə rəhbərlik edən fərdlər və ya kollegial orqan olur.
Təşkilatın yüksək idarəetmə səviyyəsində olan rəhbərlər orta və aşağı idarəetmə səyyəsində olan
rəhbərlərə nisbətən say hesabı ilə xeyli azdırlar. Lakin daha yüksək səlahiyyətli olaraq daha çox
məsuliyyət daşıyırlar. Onlar təşkilatın strategiyasının hazırlanmasını və bu strategiyanın həyata
keçirilməsi üçün qərarların qəbulunu həyata keçirirlər. Məsələn, hər hansı bir nazirlikdə nazir,
universitetlərdə rektor, hər hansı şirkətin prezidenti və sair yüksək idarəetmə səviyyəsində rəhbərliyi
həyata keçirirlər. Onlar hər hansı bir müstəqil təşkilatın fəaliyyətinə tam cavabdehlik daşıyırlar. Onlar
konkret təşkilat çərşivəsində qərar qəbulu prosesinə tam rəhbərlik edirlər.
İdarəetmənin obyekti deyəndə ayrı-ayrı fərdlərdən və qruplardan ibarət olan və idarəetmə təsirinə
məruz qalan müxtəlif strukturlu birliklər nəzərdə tutulur. Adətən hər hansı səviyyədə idarəetmə
prosesində idarəetmənin “obyekti” və “subyekti” bir–birindən fərqlənir və aydındır. Lakin elə
idarəetmə formaları da vardır ki, orada “obyekt” və “subyekt” fərqlənmir. Daha doğrusu, “obyektin”
idarə edilməsini reallaşdıran “subyekt” elə obyekti təşkil edən fərdlərdən və ya qruplardan ibarət olur.
Buna partisipativ idarəetmə deyilir. Belə idarəetmə metodunda hər bir səviyyədə reallaşan idarəetmə
prosesində idarə olunanlar həm də idarə edirlər. Belə idarəetmə metodunın “vertikal idarəetmə”
metodundan üstünlüyü ondan ibarətdir ki, bütün səviyyələrdə “idarəetmə obyekt” kimi iştirak edən
fərdlər istehsal prosesindən təcrid olunmurlar və qərar qəbulu prosesində iştirak edərək istehsalın
səmərəli olmasında maraqlı şəxsə çevrilirlər. Deməli, idarəetmə prosesinin həm obyekti, həm də subyekti
insanlardır. Odur ki, idarəetmənin daha səmərəli olması insanların rəftarının, psixoloji durumunun, müxtəlif
şəraitdə bir-biri ilə münasibətinin və sair məsələlərin dərindən öyrənilməsini tələb edir.
Digər tərəfdən, idarəetmə prosesinə cəlb edilən fərdlər ayrıca fərd kimi deyil, məhz hər hansı
təşkilat, institut, təsərrüfat və sair kimi idarəetmə obyektinə çevrildiyindən bu obyektə “sistem” kimi
yanaşılmalıdır. Beləliklə, hər hansı sahənin idarə edilməsindən danışanda bu sahəni sistem kimi
təsəvvür etmək zəruridir. Odur ki, həcmindən və ya miqyasından asılı olmayaraq istənilən sahənin
idarə edilməsində ümumi cəhətlər var. Kiçik ailədən tutmuş böyük dövlətə və ya bir neçə dövləti əhatə
edən beynəlxalq birliklərə qədər bütün sistemlərdə idarəetmənin özünəməxsusluğu ilə yanaşı ümumi
xüsusiyyətləri də var. Əlbəttə, sistemlər onları xarakterizə edən xüsusiyyətlərə görə müxtəlif cür təsnif
oluna bilər:
Sadə sistemlər. Belə sistemlərdə onların elementləri və elementlər arasındakı əlaqələr mə-
lumdur və müşahidə edilə bilir. Ona görə də belə sistemlərin idarə edilməsi prosesində ele-
mentlərin vəziyyətində və ya onlar arasındakı əlaqələrin mahiyyətində hər hansı dəyi-
şiklikləri ölçmək nisbətən asan olur;
Adi sistemlər.Belə sistemlərdə elementlər və onlar arasındakı əlaqələr sadə sistemlərdə ol-
duğundan daha mürəkkəb struktura malik olur. Lakin konkret elemetlərdə baş verən dəyi-
şikliklərin sistemdə hansı dəyişikliklər yaradacağını əvvəlcədən hesablamaq mümkün olur;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
567
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Böyük sistemlər. Belə sistemlərdə həm elementlərin sayı, həm də əlaqələr daha çox olur.
Elementlər bir neçə səviyyədə altsistemlərdə birləşə bilir. Böyük sistemlərdə sistemin
strukturunu müxtəlif vasitələrlə, məsələn, çoxölçülü statistika vasitəsilə təsvir etmək müm-
kündür;
Mürəkkəb sistemlər. Belə sistemdə sistemin elementləri və onlar arasındakı əlaqələr dəyi-
şəndir, sistemin strukturu mürəkkəbdir və qeyri-müəyyəndir. Belə sistemlərdə sistemdaxili
proseslər qeyri-xətti xarakter daşıyır.
Hər bir sistem digər sistemlərdən iki mühüm cəhətlə fərqlənir: Birincisi, sistemin yaranması ilə,
ikicisi isə onun idarəedilməsi ilə. Adətən sadə hesab edilən sistemlər yaradılan sistemlər olur və
onların mənşəyi bəlli olur. Sistemlər mürəkkəbləşdikcə onların mənşəyi də mürəkkəbləşir. İradəetmə
nöqteyi-nəzərindən də sadə sistemlərin idarə edilməsi mürəkkəb sistemlərin idarəedil-məsindən daha
asandır. Sistemlərin idarəedilməsi onların yaradılmasındakı əsas məqsədlə bağlı olur. Belə məqsədlər
sistemin mövcudluğunu, inkişaf və təkmilləşməsini təmin edən məqsədlərdir və bəzən onlara ontoloji
məqsədlər də deyilir. Qeyd edək ki, əksər hallarda sistemlərin “yaşaması” və ya mövcudluğu zaman
keçdikcə onun elementlərinin və elementlər arasındakı əlaqələrin dəyişməsi nəticəsində baş verir. Belə
hallarda, sistemin yaşaması üçün resurslar (məsələn, maddi resurslar, enerji, informasiya və sair) tələb
olunur. Adətən sistem belə resursları kənardan qəbul edirsə, açıq sistem hesab edilir. Qapalı sistem-
lərdə isə sistemin kənar mühitlə əlaqəsi olmadığından mübadilə idarəetmə nöqteyi-nəzərindən mövcud
olmur. Belə hallarda sistem öz mövcudluğunu təmin etmək üçün daxili tarazlığını qotumağa çalışır və
daxili idarəetmə həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, həm açıq, həm də qapalı sistemlərdə
mövcudluğun və fəaliyyətin təmin edilməsi daxili müxtəlifliyin artması ilə nəticələnir. Bunun
universal ölçüsü kimi entropiya çıxış edir.
AZƏRBAYCANDA İQTİSADİ BÖHRAN TƏDBİRLƏRİ
Yusif ABAYEV
APDU – nin Quba filialı
yusifabayev@mail.ru
AZƏRBAYCAN
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Heydər Əliyev.
Son bir ildə neftin qiymətinin bir neçə dəfə ucuzlaşması neft ixrac edən ölkələrinin iqtisadiyyatına
ciddi təsir göstərdi. Xam neft istehsal edən ölkələr günlük neft hasilatın həcmini artırmağa və iqtisadi
böhrandan çıxmaq üçün əlavə alternativlərin və tədbirlərin tətbiqinə başladılar. Dünyada baş verən
iqtisadi böhran, dünyanın bir hissəsi olan Azərbaycana da öz təsirini göstərdi. Azərbaycan dövləti
böyük neft hasil edən dövlətlərdən olmasada dövlət büdcəsinin formalaşmasında, gəlirlərini təşkilində
və xərclərin ödənilməsində neftdən gələn gəlirlərdən daha çox asılı idi. Dünya bazarında neftin
qiymətində baş verən enişlər Azərbaycan iqtisadiyyatına təsiri birbaşa və daha tez hiss olunmağa
başlandı. Xarici ticarət əlaqələrində ixracda xam neft, neft məhsulları, təbii qaz, idxal olunan
məhsulların həcmində isə ərzaq məhsulların, maşın mexanizimlərin, aparatlar və əczaçılıq
məhsullarının xüsusi çəkisinin üstünlük təşkil etməsi böhrandan aslılığını bir daha artırmış olur.
Azərbaycanda mövcud maddi və təbii resurslara nəzərən aqrar sektorun zəif inkişaf etməsi ərzaq
təhlükəsizliyi təminatında problemlərin yaranmasına ilə nəticələndi. Digər bir tərəfdən də neft sektoru
yüksək sürətlə inkişaf etsədə, qeyri neft sektorun ölkə iqtisadiyyatının əsas aparıcı sektoruna çevirə
bilməmiş və mövcud bəzi problemlər məsələn özəlləşməyə verilən sənayə və aqrar-emal müəssisələrin
çoxsunun, xüsusəndə regionlarda yerləşən müəssisələrin fəaliyyətlərinin dayandırılması və ya tam güci
ilə işləməməsi, kənd təsərrüfatına yaralı torpaqların təyinatı üzrə düzgün istifadə olunmaması, və ya da
normadan artıq yüklənməsi ölkə iqtisadiyyatının səmərəliyini azaldır.
Statistik məlumatlara görə 2015-ci ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi
54.4 milyard manat olmuş, iqtisadiyyatın qeyri neft sektoruda 37.7 milyard manatlıq əlavə dəyər
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
568
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
istehsal olunmuş, onun ÜDM – də xüsusi şəkisi 69.3 faizədək yüksəlmişdir. Ümumi pay bölgüsüdə
qeyri neft sektoru çəkisi, ümumi daxili məhsulun 33.93 faizini sənayədə, 12.14 faizini tikintidə, 10.00
faizi ticarət və nəqliyyat vasitələrin təmiri, 6.23 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və
qalan hissəsini 37.7 faizini isə nəqliyyat, turizm, ictimia iaşə, informasiya və rabitə sahələrindir. Kənd
təsərrüfatının xüsusi çəkisinin az olması və bu sahə daim sənayə sahəsi ilə qarşılıqlı inkişafda olan bir
sahə olduğunda, yəni birinin inkişafı və ya zəifləməsi bir başa olaraq o biri sahəyədə təsir edir. Kənd
təsərrüfatı məhsuların qıtlığı qida, yüngül və yeyinti sənayəsinin zəiflənməsi ilə nəticələndiyi kimi,
yerli sənayə sahəsində də, maşın, traktorlar, mexanizimlər, avadanlıqlar, yanacaq və sürtgü yağları
materialları, mineral gübrələr, nəqliyyat vasitələri və onların hissələri istehsalı olmadıqda aqrar
sahənin inkişafına mənfi təsiri olur. Beləliklə sənayənin bir sıra sahələri kənd təsərrüfatının
inkişafından asılıdır. Ölkə daxilində fəaliyyət göstərən sahibkarlıq subyektlərin də, 90 % - ə yaxını
ticarət, xidmət və tikinti sektoru üzrə, qalan faizini isə sənayə və kənd təsərrüfatı üzrə fəaliyyət
göstərir. Belə bir nəticəyə gəlmək olar ki, sahibkarlar çoxu, az əmək sərf etməklə qısa müddətə gəlir
gətirən sahələrə inestisiya yatırmaqda maraqlıdırlar. İnkişafı uzun müddətə istiqamətlənmiş daha çox
maliyyə vəsaiti tələb edən, prespektivli və səmərəli bəzi sənayə və kənd təsərrüfatı sahələrindən
kənarda qalmağa çalışırlar.
Son bir ay ərzində ölkə prezidenti cənab İlham Əliyev tərəfində sahibkarlıq fəaliyyətində
yoxlamaların ləğv olunması, vergi dərəcələrinin azaldılması, bəzi vergi növlərinin müəyyən müddətə
ləğvi, istehsal vasitələri avadanlıqlarının kömrük ixracatından azad olunması, sahibkarlıq fəaliyyəti
üçün lisenziyalarının sayının azaldırılması, lisenziyalarının alınmasının sadələşdirilməsi, sahibkarların
hüquqlarının müdafiəsi üçün apilyasiya şuralarının yaradılması və qəbul olunan digər qərar və
sərəncamlar iqtisadi böhrandan minimum zərərlə çıxmaq üçün yeni imkanlar yaradacaq. Daxili
bazarda strateji cəhətdən əhəmiyyətli ərzaq məhsulların qıtlığının aradan qaldırılması üçün atılan
addımlar qısa müddət ərzində öz effektini verməkdədir. Regionların Sosial iqtisadi inkiaşfı proqramın
icrasına uyğun olaraq ölkə daxilidə bir neçə rayonda sənayə texnoparkları yaradılmışdır, bu
Azərbaycanda qeyri neft sektorunun inkişafı üçün yeni imkanlar yaratdı. Biz bu fəaliyyəti imkan
daxilində respublikanın bütün iqtisadi rayonların inkişaf prespektivlərini, maddi resurslarını və təbii
sərvətlətini nəzərə alaraq davam etdirməliyik. Bölgələrdə sənayə klasterlərini yaratmaqla da iqtisadi
rayonların qarşlıqlı sürətdə inkişafını təmin etmiş olarıq. Və həmçinin də daxili tələbatı yerli istehsal
hesabına və yüksək keyfiyyətli məhsullarla hesabına ödəmək iqtidarına nail olacağıq.
Merkanistlər üçün dövlətin varlı, əhalinin gəlirli olması, ixracatın idxalı üstələməsinə başqa sözlə,
xarici ticarətin sürətli olmasına söykənirdi. Büdcəni doldurmaq üçün daha çox məhsul ixracatını təşkil
etmək daha çox satıb, daha az almağa üstünlük verirdilər. Azərbaycan da böhranda çıxmaq üçün
ixracatı artırmaq və idxalı azaltmalıdır. İxracatı artırmaq üçün isə ilk növbədə bütün daxili maddi
resurslarını səfərbər etmək, yeni sahikbarlıq subyektlərini yaratmaq, hasilatla yanaşı emalı da inkişaf
etdirməlidir. İxracatı artırmaq üçün dünya bazarında rəqabətə davamlı məhsullarla çıxış etməliyik.
Bazarda baş verən dəyişikliklərə tez uyğunlaşan və müasir texnologiyalarla təchiz olunmuş kiçik və
orta sahibkarlığın inkişafına xüsusi önəm verilməlidir. Ölkə iqtisaiyyatından kiçik və orta
sahibkarlığın inkişafı rəqabətin yeni müstəvidə formalaşmasına, məhsul çeşidin müxtəlifliyinə və
bolluğuna səbəb ola bilər. Bildiyimiz kimi zəif inkişaf etmiş ölkə vətəndaşlar gəlirlərin azlığından
daha şox məhsulun keyfiyyətinə yox, qiymətinə üstünlük verməklə çox məhsul əldə etmək istəyində
olduğu halda, inkişaf etmiş ölkə vətəndaşalrı isə məhsulun keyfiyətinə və faydallığına üstünlük
verərək qiyməti ikinci dərəcəli hesab edirlər. Xarici bazarlarda məhsulların çoxusunun genetik tərkibi
dəyişdilirmişdir və inkişaf etmiş ölkə vətəndaşları tərəfindən bu hal xoş qarşılanmır. Azərbaycanda
hələ bu texnologiya inkişaf etmədiyindən istehsal olunan məhsulların hamısı genetik cəhətdən sağlam
və keyfiyyətli olduğundan xarici bazarlarda rəqabətə davamlı olmaqla çoxlu alıçı kütləsinin özünə cəlb
edə bilər. Sadəcə olaraq ilk növbədə yerli məhsullarımızı dünya bazarı səviyyəsində tanıtmaq,
beynəlxalq keyfiyyət sertifikarlarının alınmasını təmin etməliyik. Daxili və xarici bazarlarda mütəmadi
olaraq sərgilər və yarmarkalar təşkil etmək, bunula da yerli məhsullarımız həm reklam olunmuş olac
həm də məhsulumuz üçün yeni müştərilər tapılacaq. Həmçinin böhranda qısa vaxt ərzində minimum
ziyanla çıxmaq üçün bir neçə qabaqlayıcı addımlar atılmalıdır.
Əhalinin strateji cəhətdən əhəmiyyətli ərzaq məhsullarına olan təlabatını yerli istehsal
hesabına həyata keçirmək.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
569
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İstehsal müəssisələri avtomatlaşdırılmalı və müasir innovasiya yönümlü istehsal avadanlıqları
ilə təchiz olunmalı.
Iqtisadi infrastruktur layihələrin icrasına dah çox üstünlük verilməli.
Sahibkarlar üçün mütəmadi olaraq marifləndirmə tədbirləri təşkil etmək.
İqtisadi rayonların maddi təbii resurslarını nəzərə alaraq məhsul istehsalı üzrə ixtisaslaş-
dırılmalıdır.
ŞƏHƏR ƏHALİSİNİN SAYININ ENERJİ İSTEHLAKINA
TƏSİRLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ:AZƏRBAYCAN
NÜMUNƏSİ
Rəsul RƏSULOV
Qafqaz Universiteti
rasulrasulov01@gmail.com
AZƏRBAYCAN
Müasir dövrdə urbanizasiya prosesi enerji tələbatını günü-gündən artırır.Urbanizasiya geniş
mənada sənayeləşmə və iqtisadi inkişafa paralel olaraq,şəhərlərin kəmiyyətcə artması və böyüməsi
nəticəsində cəmiyyətdə sürətli təşkilatlanma,əmək bölgüsü və ixtisaslaşma yaratmaqla,əhalinin
davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir.Sözsüz
ki,əhalinin sayının artması enerji istehlakının geniş vüsət almasına səbəb olacaqdır.
Enerji insan həyatı üçün ən əhəmiyyətli amillərdən biridir. İnsan həyatını enerjisiz təsəvvür
etmək qeyri-mümkündür .İqtisadiyyatın inkişaf etdirilməsi enerji resurslarına olan tələbi artırır.Dünya,
artan əhalinin tələbatlarını ödəmək üçün təhlükəsiz və qısa bir vaxtda əldə edilməsi mümkün olan
enerji resurslarının axtarışındadır.Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən,2030-cu ildə
qlobal enerji tələbi 50 % artacaqdır.Bu böyük bir göstəricidir.Əlbətdə,tələb artımını tamamilə ənənəvi
enerji resursları (bərpa olunmayan enerji resursları) ilə təmin etmək mümkün olmaz. Bu səbəbdən
dünya ölkələri alternativ enerji mənbələrinin tədqiqi və inkişafı uğrunda çalışmalıdırlar. Bu
yolla,dünya ölkələri artan əhalinin enerji tələbatlarını ödəyə bilər.
Enerji istehlakı ilə bağlı araşdırmalarda iki əsas istiqamət vardır: enerji-əhali və enerji-rifah,hansi
ki,bunları vahid bir modeldə birləşdirmək olar. Modelimizdə enerji sektorunun əhali rifahı üzərindəki
təsirlərini bir neçə istiqamətdən qiymətləndirmək olar:
- Birincisi, iqtisadi artımın və əhalinin rifah səviyyəsinin davamlı inkişafının təmin edilməsi üçün
enerji resurslarına ehtiyac duyulur.Lakin bərpa olunmayan enerji resurslarından geniş miqyasda
istifadə etməklə,paralel olaraq ətraf mühiti də çirkləndirmiş oluruq.Ətraf mühitin çirklənməsi əhali
arasında xəstəlik hallarının artmasına və ölümə səbəb olur. Beləliklə, bərpa olunmayan enerji
resurslardan istifadə etməklə,eyni zamanda ətraf mühitə və urbanizasiya prosesinə mənfi təsir
göstərmiş oluruq.
- İkincisi, istehsal prosesində alternativ və təmiz enerji resurslarından istifadə edə bilərik.Bununla
ətraf mühitin qorunmasında əvəzsiz rol oynamış olarıq. Təmiz ətraf mühitin olması sağlam əhalinin
olması deməkdir.Bu isə əhalinin fərdi həyat keyfiyyətlərinin və sosial rifahın səviyyəsinin artması
deməkdir.Bu da paralel olaraq,urbanizasiya prosesinə müsbət təsir göstərmiş olacaqdır.
Hazırda dünyada istehlak edilən enerji mənbələrinin 80 %-dən çoxu bərpa olunmayan enerji
növlərindən ibarətdir.Müəyyən bir zamandan sonra bərpa olunmayan enerji resursları tükənəcək və
artan dünya əhalisinin enerji tələbatını ödəmək mümkün olmayacaqdır.Belə olan halda, alternativ
enerji mənbələrinin inkişafı və istehlakı daha məqsədəuyğun və perspektivlidir.
Dostları ilə paylaş: |