Microsoft Word 00 KeyNote Speakers Materiallar



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə101/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   97   98   99   100   101   102   103   104   ...   148

Cədvəl. Azərbaycan və sərhədyanı ölkələr üzrə səhiyyə xərcləri 

Ölkələr Adambaşına düşən 

səhiyyə xərcləri ($) 

Səhiyyə xərclərinin ÜDM-də 

xüsusi çəkisi (%) 

Dövlətin səhiyyə xərclərinin ümumi 

səhiyyə xərclərində xüsusi çəkisi (%) 

2011 2012 2013 2011  2012  2013  2011 

2012 

2013 


Azərbaycan 

359 402 436 5.0  5.4 5.6 21.6 22.6  20.8 

Gürcüstan 

310 333 350 9.4  9.2  9.4  18.1  18.0 

21.5 

Türkiyə 


556 569 608 5.3  5.4  5.6  79.6  76.8 

77.4 


Ermənistan 

127 150 159 3.7  4.5  4.5  52.2  41.8 

41.7 

Rusiya 


895 913 957 6.7  6.5  6.5  53.6  51.1 

48.1 


Qazaxıstan 

474 539 580 4.1  4.3  4.3  56.0  55.8 

53.1 

Türkmənistan  113 128 158 2.0  1.9  2.0  64.0  63.5 



65.5 

İran 


479 485 432 6.3  6.6  6.7  43.1  40.4 

40.8 


Mənbə:www.data.worldbank.org – məlumatları əsasında cədvəl müəllif tərəfindən hazırlanmışdır. 

Səhiyyə xərclərində dövlətin böyük paya malik olması ümumən səhiyyə  xərclərinin çox olması 

demək deyil. Cədvəldən göründüyü kimi, Gürsüstan (21.5%) və Türkmənistandan (65.5%) başqa 

qalan ölkələrdə dövlətin səhiyyə  xərclərinin ümumi səhiyyə  xərclərində xüsusi çəkisində azalma 

müşahidə olunur. Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri isə 2011-ci illə müqayisədə 2013-

cü ildə artaraq 436 ABŞ dolları olmuşdur. Türkmənistan (158 ABŞ dolları) və Ermənistanda (159 

ABŞ dolları) adambaşına düşən səhiyyə xərcləri ən aşağıdır, Azərbaycanla (436 ABŞ dolları) müqa-

yisədə 2.8 dəfə  aşağıdır.  Ən yüksək göstərici Rusiya (957 ABŞ dolları) və Türkiyədədir (608 ABŞ 

dolları).  

Ölkəmizdə əhaliyə götərilən tibb xidməti ildən-ilə yaxşılaşaraq, onun maddi-texniki bazası həm 

dövlət vəsaiti və  həm də sahibkarlar tərəfindən  əsaslı  şəkildə möhkəmlənir. Lakin regionlarımızda, 

əsasən də kənd yerlərində tibbi xidmət sahəsində önəmli işlər aparılmalıdır. Buna əsaslanaraq bölgə-

lərdə özü hərəkət edən tibb kompleksinin sayının çoxalmasına ehtiyac duyulur. Bölgələrin tibb kadr-

ları ilə təmin edilməsi hələ  də problem olaraq qalmaqdadır. Ona görə də tibb kadrlarının bölgələrdə 

işləmələrini təmin edən həvəsləndirici maddi və sosial tədbirlərin həyata keçirilməsi tələb olunur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

550



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Ölkəmizdə səhiyyə xərclərinə ayrılan vəsaitin məbləği dünya səhiyyə təşkilatlarının tövsiyələri səviy-

yəsindən xeyli aşağıdır. Bakı şəhərinin inzibati rayonlarında özəl tibb xəstəxanalarının və ambulator-

poliklinik müəssisələrin mərkəzi hissədə cəmləşdirilməsi ətraf rayonların və kəndlərin əhalisinin tibbi 

xidmət almalarına mənfi təsir göstərir. Ona görə də dövlət tibbi xidmətlərə əlçatanlığın ərazicə bərabər 

paylanmasını təmin etməlidir. Dövlət səhiyyə müəssisələrində qeyri-rəsmi ödənişlərin aradan qaldırıl-

ması üçün iqtisadi və  təşkilati mexanizmlər tətbiq etməlidir. Tabeçilikdə olan iri tibb müəssisələri 

özünümaliyyələşdirmə sisteminə keçirilməli, onlara maliyyə müstəqilliyi verilərək idarəetmə təkmil-

ləşdirilməlidir.  

 

 



 

AZƏRBAYCANDA YERLİ ŞİRKƏTLƏRİN BEYNƏLXALQ 

BAZARLARA ÇIXIŞ PROBLEMLƏRİ VƏ PROBLEMLƏRİN HƏLLİ 

ÜÇÜN TƏKLİFLƏR 

 

Əliqulu MEHDİYEV 

Veysəloğlu MMC 



aliqulu_mehdiyev@hotmail.com 

AZƏRBAYCAN 

 

Hər bir ölkənin inkişaf etməsində  və iqtisadiyyatın tənzimlənməsində ixracat əhəmiyyətli rol 



oynayır. İxracatı təmin etməklə ölkə, öz iqtisadi göstəricilərini yaxşılaşdırmış, daxili bazarda daha da 

möhkəmlənmiş, idxaldan asılılığı azaltmış olur və nəticədə inkişaf etməkdə olan ölkələr arasında yer 

almağa başlayır. Bu o demək deyil ki ölkə ancaq ixracatla məşğuldur, təbii olaraq müəyyən səviyyədə 

idxal fəaliyyətlərini də həyata keçirmiş olur. Keçmiş SSRİ dağıldıqdan və müstəqillik əldə edildikdən 

sonra Azərbaycanda da yerli şirkətlər yaranmağa başladı  və bunlar əsasən, ilkin mərhələdə kiçik və 

orta müəssisələr halında fəaliyyət göstərdi. Daha sonra isə böyüyərək holdinqlərə çevrilən şirkətlər də 

oldu və ölkənin iqtisadiyyatını güclənməsini təmin etdilər. Lakin buna baxmayaraq hazırda da davam 

edən yerli müəssisələrin xarici bazarlara açılmaq problemləri yaşanır, ixrac göstəriciləri idxaldan 

dəfələrlə azdır və bu problemlər yeni müstəqillik  əldə etmiş ölkəmizdə  aşağıdakı  şəkildə müşahidə 

edilməkdədir: 

-  Şirkət rəhbərlərinin və ixracata, marketinqə  məsul  şəxslərin məsul olduğu işlərə yanaşması 

problemi – bir çox şirkət rəhbərləri, marketinq müdirləri stratejik düşüncəyə malik deyillər. Əsasən, 

qısa müddətli hədəflər müəyyən edilir və  həmin hədəflərə çatdıqda  şirkət öz məqsədinə nail olmuş 

olur. Uzun müddətli planlar müəyyən edilmir və  şirkətin gəlirliliyinin təmin edilməsi qısa müddət 

ərzində təmin edilməsi şirkət rəhbərləri tərəfindən tələb edilir. Şirkətin missiya və vizyonun, şirkətin 

nəyə görə  fəaliyyət göstərməsi, məqsədlərin, siyasətin nədən ibarət olması barədə dolğun  şəkildə 

müəyyən edilməməsi sayəsində şirkət qısa müddətli qazancları düşünərək fəaliyyət göstərir. 

-  Beynəlxalq bazarlara çıxmaq üçün hər ölkə  və ya təşkilat tələb etdiyi müəyyən məhsul və 

idarəetmə sertifikatları mövcuddur (məs,  İSO, BRC, Kosher). Bu standartlar, sertifikatlar olmadan 

həmin məhsulları müvafiq ölkələrə ixrac etmək mümkün olmur. Bu sertifikatların əldə olunması üçün 

məhsulun keyfiyyətini standartlara uyğun  şəkildə istehsal edildiyi və müəssisənin istehsal fəaliyyə-

tinin,  şəratinin həmin standartlara uyğun olması  təmin edildiyi halda həmin sertifikatlar beynəlxalq 

təşkilatlar tərəfindən təqdim edilir.  

-  Keyfiyyətli məhsul istehsal etmək üçün lazım olan avadanlıqların çatışmazlığı nəticəsinə bir 

çox istehsal sahələri hələ  də keyfiyyət cəhətdən problemlər yaşamaqdadır. SSRİ dövründən qalmış 

maşınlar və avadanlıqlarla, hətta istehsal prosesi və  qəliblərlə  məhsullar istehsal edilməkdə davam 

edir. Bu isə birbaşa olaraq hazır məhsulun keyfiyyətinə  təsir göstərir. Texnologiya cəhətdən çatış-

mazlıq ixracdan öncə ölkədaxili bazara öz təsirini göstərir.  Şirkətlərin  əksəriyyətinin məhdud 

texnologiya ilə pərakəndə və kiçik formada fəaliyyət göstərməsi istehsal gücünün az olmasına gətirib 

çıxarır. Təbii ki, ixracla məşğul olan şirkətin istehsal gücü də daxili bazarla yanaşı xarici bazarın da 

tələbini qarşılama gücünə malik istehsal potensialına malik olmalıdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

551



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

-  İxracı həyata keçirəcək hazır mütəxəssislərin əsasən xaricdən cəlb olunması ölkədə bu sahədə 

qıtlığın olduğunu biruzə verir. Bu sahədə yaranmış problem ixracat prosesinin ləngiməsinə  gətirib 

çıxarır. Bu həm də ölkənin ixrac təcrübəsinin az olmasından qaynaqlanır. 

-  Ölkədə istehsal edilən hazır məhsulların istehsal edilməsində daxili tədarüklə yanaşı idxal 

olunan xammaddələr, yarım fabrikatlar da təşkil edir. İdxal olunan bu yarım məhsulların gömrük 

vergisi ödənir və istehsalatda istehsal edilən hazır məhsul istifadəyə hazır olduqda isə ixrac edilir. Bu 

zaman da gömrük vergisi ödənmək məcburiyyətində qalınır. Beləliklə, istehsal edilən hazır məhsul 

ixrac olunduğu zaman 2 dəfə gömrüklənmiş olur. Bu da ixrac olunan məhsulun maya dəyərini bir o 

qədər də artırmış olur.  

-  Yerli məhsulların markalaşmaq yolunda atdığı yanlış  və ya heç atmadığı addımlar ixracatla 

yanaşı daxili bazarda da satışı  çətinləşdirir.  Şirkətlərin innovasiyaya, markalaşmağa açıq olmaması 

beynəlxalq bazarlarda rəqiblərlə mübarizə aparmaq üçün heç bir şans vermir.  

-  Marketinq araşdırmasının aparılmaması da ixracat prosesini ləngidir, zəiflədir və ya heç ixrac 

edilməməsinə gətirib çıxarır. SWOT analizin aparılmaması, mikro və makro mühitin analiz edilmədən 

müəyyən ölkəyə ixracın başlaması, elə başladığı kimi də bitmiş olur. 

Qeyd edilən problemlər həll edilə bilən problemlərdir. Bunun üçün isə  aşağıdakı  təkliflər 

mövcuddur: 

-  Rəhbərlərin, marketinq müdirlərin işə yanaşma tərzləri, fikirləri dəyişdirilməlidir.  Şirkətin 

konkret olaraq missiyası, vizyonu, strategiyası, siyasəti müəyyən edilməli və o istiqamətdə addımlar 

atılmalıdır.  İlk öncə  məqsəd təyin edilməli və bütün fəaliyyətlər onun üzərində qurulmalı  və davam 

etdirilməlidir. Uzun müddətli planlar qurulmalı  və davamlı  gəlirlilik, rəqabət üstünlüyü barədə 

düşünülməlidir. Hər hansı bir strategiya təşkil edib tez bir zamanda mənfəət barədə düşünmək 

strategiyanın yanlışlığını, strategiya olmadığını bildirəcəkdir. 

-  Keyfiyyətin qiymətdən asılılığı azaldılmalı  və beynəlxalq standartlara cavab verə biləcək 

məhsullar istehsal etmək üçün tədbirlər görülməlidir. Bununla yanaşı istehsal müəssisələri özləri bila-

vasitə maraqlı olmalıdırlar bu sertifikatların əldə olunmasında. Keyfiyyəti yaxşılaşdıraraq həm sertifi-

katlar əldə edilmiş olar, həm iş şəraiti yaxşılaşdırılar həm də müştəri məmnuniyyəti hər iki mühitdə 

təmin edilmiş olar. 

-  İstehsal avadanlıqlarının yeniləri ilə əvəz olunması təşkil edilməli, müəyyən fondlar yaradılsa 

və ya cəlb olunsa maşınlar yenilənmiş olar və bu da məhsulun keyfiyyətinə, maya dəyərinə, iş prose-

sinə, ixracına müsbət mənada təsir etmiş olar. Qeyd etmək lazımdır ki, bu yaxınlarda istehsal 

avadınlarının idxalında gömrük vergisi ləğv edilmişdir. 

-  İxracat mütəxəssislərinin yetişdirilməsində  şirkətlər maraqlı olmalıdırlar. Bunun üçün 

universitet vaxtlarından bu potensiala malik tələbələr seçilməli, lazım gəldikdə təhsil xərcləri ödənil-

məli və ixracat mütəxəssisi kimi yetişməsində, təlim və seminarlarda, beynəlxalq tədbirlərdə  iştirak 

etməsində və şirkətə dəyərli olmasında yaxından iştirak etməlidir.  

-  İstehsal edilən hazır məhsulların idxal edilən hissələrinin idxalı  və ya hazır məhsulun ixracı 

zamanı ixracın təşviq olunması üçün gömrük vergisinin sadələşdirilməsi və ya müəyyən müddətədək 

ləğv edilməsi ixracı birbaraşa yüksəldə biləcək qərarlardan biridir. Bu zaman ixraca maraq artır, məh-

sulun maya dəyəri aşağı düşür, hazır məhsulların müştərilər üçün qiymətləri münasib vəziyyətə gəlir 

və şirkətin istehsal gücü artır. 

-  Marka olmaq üçün konkret olaraq keyfiyyətli məhsul istehsal edilərək müştəri məmnuniyyəti 

təmin edilməli və markalaşmaq yolunda addımlar atılmalıdır. Müştəri ilə münasibət qura bilən məhsul 

və markalar yaradılmalıdır.  İnnovativ metodlardan-reklam, qablaşdırma, dizayn və s. metodlardan 

istifadə edilərək müştəriyə yaxın olaraq marka olmağa çalışmaq, məhsula tələb oyatmaq və bu tələbi 

ölkə xaricinə daşımaq, işdə, idarəetmədə innovasiyaya açıq olmaq lazımdır. 

-  Bir məhsulu istehsal etmədən öncə marketinq araşdırmasına ehtiyac duyulduğu kimi ixraca 

başlamadan da bu araşdırma həyata keçirildiyi təqdirdə ixrac üçün üstünlük əldə edilmiş olur. Həmin 

ölkədə müştəri tipləri, istehlakçı davranışları, mədəniyyəti, din və adətləri, rəqiblər, tədarükçülər, 

siyasi, iqtisadi, ekoloji mühit analiz edilməlidir.  

Bu addımlar atıldığı təqdirdə ixracın qarşısında olan əngəllər ortadan qalxmış və yerli şirkətlərin 

beynəlxalq bazarlara çıxışı təmin edilmiş olar. 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

552



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

PUL VƏ MƏZƏNNƏ SİYASƏTİNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ 

 

Cavidan ƏHMƏDBƏYLİ  

Qafqaz Universiteti 



cavidan400@mail.ru 

AZƏRBAYCAN 

 

Mərkəzi Bankın başlıca funksiyalarından biri də dövlətin pul və  məzənnə siyasətini müəyyən 



etmək və həyata keçirməkdir. Bu baxımdan Azərbaycanda yeridilən pul və məzənnə siyasətinin mər-

hələlərini nəzərdən keçirmək məqsədəuyğun olardı. Öz fundamental xarakterinə görə Azərbaycanda 

sоn 10 ildə yeridilən pul və məzənnə siyasətini 4 mərhələyə, birinci (1994-1996), ikinci (1997-1998), 

3-cü (1999-2002) və yeni başlanan (2003-cü ildən etibarən) mərhələlərə ayırmaq оlar. 



Birinci mərhələ makrоiqtisadi sabitliyin təmin  оlunmasının tələblərindən irəli gələn sərt pul 

siyasətinin yeridilməsi ilə səciyyəvi оlmuşdur. Ölkədə makrоiqtisadi sabitliyin təmin оlunması zərurəti 

1992-1994-cü illərdə yaranmış vəziyyətin оbyektiv reallıqları ilə əlaqədar оlaraq yaranmışdır.  

Bazar iqtisadiyyatına keçid üzrə  tоplanmış dünya təcrübəsi göstərir ki, mərkəzləşdirilmiş planlı 

sistemdən bazar münasibətlərinə keçid əsasən istehsal göstəricilərinin pisləşməsi, inflyasiyanın astrо-

nоmik templə artması, milli valyutanın sürətlə  dəyərsizləşməsi,  əhalinin sоsial vəziyyətinin ağırlaş-

ması ilə müşaiyət edilir. Keçmiş  Sоvet  İttifaqı  məkanında isə bu prоseslər həm də  оnilliklər bоyu 

fоrmalaşmış ənənəvi təsərrüfat əlaqələrinin qırılması və hərbi-siyasi vəziyyətin gərginləşməsi üzündən 

daha da ağırlaşmışdı. Azərbaycan üçün də belə bir vəziyyət səciyyəvi оlmuş, 90-cı illərin əvvəllərində 

göstərilən sahələrdə gərginlik öz maksimum həddinə çatmışdı. 

1992-1994-cü illərdə Azərbaycanda оrta illik inflyasiyanın tempi 1600-1800% təşkil edirdi, milli 

valyuta isə ABŞ dоllarına nisbətən dəfələrlə dəyərdən düşmüşdü. Bu dövrdə inflyasiyanın səviyyəsi-

nin çоx yüksək оlması həm mоnetar, həm də qeyri-mоnetar amillərlə əlaqədar idi. İnflyasiyanın əsas 

mоnetar amili dövlət büdcəsinin kəsirinin tam оlaraq Mərkəzi Bankın kreditləri hesabına örtülməsi ilə 

izah  оlunurdu. Eyni zamanda, kоmmersiya bankları  Mərkəzi Bankdan məhdudiyyətsiz  оlaraq kredit 

resurslarını cəlb etmək imkanına malik idilər və bu amil valyuta və pul bazarlarında maliyyə spekulya-

siyalarının miqyasının genişlənməsinə gətirib çıxarırdı. Pul kütləsinin real iqtisadi vəziyyətə və pula 

оlan tələbata uyğun оlmayan lüzumsuz inflyasiya artımı sоn nəticədə ölkənin maliyyə sistemini iflic 

vəziyyətinə gətirir və iqtisadi subyektlərin fəaliyyətində qeyri-müəyyənlək amilini gücləndirirdi.  

Ölkənin maliyyə sisteminin kəmiyyət göstəricilərinin pisləşməsi ilə yanaşı  оnun strukturu sоn 

dərəcə primitiv, inkişaf səviyyəsi isə çоx aşağı idi. Bazar iqtisadiyyatının tələbinə cavab verən sivil pul 

bazarı ümumiyyətlə mövcud deyildi. İnflyasiya şəraitində bankların pul bazarındakı fəaliyyəti yalnız 

faiz dərəcəsi və məzənnə ilə bağlı maliyyə spekulyasiyaları ilə məhdudlaşırdı. 

1994-cü ilin ikinci yarısından başlayaraq hökumət və  Mərkəzi Bank tərəfindən makrоiqtisadi 

vəziyyətin sabitləşdirilməsi istiqamətində radikal addımlar atıldı. Ölkə Prezidenti, ümummilli lider 

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkə iqtisadiyyatında makrоiqtisadi sabitliyinin təmin edilmə-

sinin əsas istiqamətləri işlənib hazırlandı və 15 iyun 1994-cü il tarixli «Əhalinin sоsial müdafiəsinin 

gücləndirilməsi və iqtisadiyyatın maliyyə  vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında» xüsusi 

Fərmanla qüvvəyə mindi. Fərmanın qəbul edilməsində əsas məqsəd çevik pul, büdcə-vergi siyasətini 

yeritməklə inflyasiya tempini aşağı salmaq, manatın məzənnəsini sabitləşdirmək və bu əsasda iqtisadi 

dirçəliş üçün münbit makrоiqtisadi şərait yaratmaq idi. 

İlkin antiinflyasiya tədbiri kimi dövlət büdcəsinin kəsirinin Mərkəzi Bankın kreditləri hesabına 

maliyyələşdirilməsi praktikasına sоn qоyuldu. Tədiyyə balansının cari əməliyyatlar hesabının kəsirinin 

fasiləsiz maliyyələşdirilməsi və milli valyutanın sabitliyinin təmin оlunması məqsədilə ölkənin rəsmi 

valyuta ehtiyatlarının həcmi lazımi səviyyəyə çatdırıldı. Bütün bu tədbirlər sоn nəticədə dayanıqlı 

makrоiqtisadi sabitliyin bərqərar оlmasını şərtləndirdi və sabit iqtisadi artımın başlanması üçün ilkin 

şərait fоrmalaşdırdı.  

Beləliklə, sərt pul siyasətini həyata keçirməklə, Mərkəzi Bank pul və valyuta bazarlarında gərgin-

liyin tam aradan qaldırılmasına, hiperinflyasiyanın dayandırılmasına və makrоiqtisadi sabitliyin bərqə-

rar оlmasına nail оldu.  

1997-1998-ci illəri əhatə edən dövr isə ikinci və ya aralıq mərhələsi оlaraq sərtləşmənin dayan-

ması  və  xəfif yumşalma dövrü kimi xarakterizə  оluna bilər. Bu prоses iqtisadiyyatda institutsiоnal 

quruculuğun yeti mərhələsinə adekvat оlan pul və məzənnə siyasətinin yeridilməsi ilə səciyyəvidir.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

553



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

1999-cu ilin iyul ayından başlayaraq Mərkəzi Bankın pul və  məzənnə siyasətində  üçüncü 



mərhələ başlandı. Pula tələbatın  əsaslı  оlaraq genişlənməsi ilə müşahidə  оlunan iqtisadi artım 

templərini və iqtisadiyyatda struktur islahatlarının dərinləşməsini nəzərə alaraq Mərkəzi Bank əvvəllər 

yeridilmiş pul və məzənnə siyasətini əsaslı yumşaltmağa başladı. Belə ki, mərkəzləşdirilmiş kreditlərə 

görə faiz dərəcəsi və  məcburi ehtiyat nоrmaları azaldıldı, manatın məzənnəsinin «tənzimlənən üzən 

məzənnə» rejimində dəyişməsi siyasəti həyata keçirilməyə başlandı.  

Bu tədbirlər deflyasiya meyllərinin qarşısını almaq və iqtisadiyyatın pulla təminatı  səviyyəsini 

daha da yaxşılaşdırmaqla yanaşı valyuta ehtiyatlarının artmasına, ixracatın stimullaşmasına, makrоiq-

tisadi sabitliyin daha da dərinləşməsinə  əlverişli  şərait yaratdı. Makrоiqtisadi sabitliyin dayanıqlı 

оlmasına dəlalət edən təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1998-ci ildə baş vermiş ümumdünya 

maliyyə böhranı və neftin dünya qiymətlərinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri çоx 

minimal оlmuşdur. Milli valyutanın və bank sisteminin sabitliyi bütövlükdə qоrunub saxlanmış, 1998 

və sоnrakı illərdə iqtisadi artım davam etmişdir.  

2003-cü ildən etibarən isə keyfiyətcə yeni, 4-cü mərhələ başlanmışdır. Bu yeni mərhələ 2 rəqəmli 

iqtisadi artım tempi, adambaşına düşən ümumi daxili məhsulun və əhalinin gəlirlərinin sürətlə artması, 

iqtisadi fəallığın artıq regionlara yönəlməsi, xüsusilə neft gəlirlərinin artmasının bu vəzifələrin 

reallaşmasında mühüm faktora çevrilməsi ilə yaranan yeni makroiqtisadi situasiya ilə səciyyəvidir.  

Proqnozlar göstərir ki, yeni inkişaf faktorlarının fəallaşması  şəraitində yaxın illərdə ölkənin 

valyuta bazarına boyük məbləğdə xarici valyuta axınların baş verəcəyi, pul bazarının həcminin 

əhəmiyyətli böyüyəcəyi, bank sisteminin maliyyə “dərinliyi”-nın yüksək templə artacağı gözlənilir. 

Bütün bunlar pul siyasəti qarşısında yeni vəzifələr irəli sürür ki, bunlar da əsasən makroitqisadi sabit-

liyin qorunub saxlanması, qeyri-neft sektorunun beynəlxalq rəqabət üstünlüklərinin təmin olunması, 

bank sektorunun iqtisadi artımda rolunun daha da artırılmasından ibarətdir.  

 

 

 



FİSKAL ƏKSMƏRKƏZLƏŞMƏ VƏ AZƏRBAYCANDAKI  

MÖVCUD VƏZİYYƏTİ 

 

Pərvin RÜSTƏMOV 

Qafqaz Universiteti 



prustemov@std.qu.edu.az 

AZƏRBAYCAN 

 

Son zamanlarda dünya ölkələri arasında dövlət idarəetməsində gedən başlıca məsələlərdən biri də 



əksmərkəzləşmədir. Aparılan işlər, tənzimləmə və islahatlardan sonra son iyirmi ildə, əksmərkəzləş-

mənin dünyada sürətlə inkişaf ediyi və bir çox təşkilatların eləcə də, Birləşmiş Millətlər Təşkilatının, 

İqtisadi  Əməkdaşlıq və  İnkişaf Birliyi ( OECD), Dünya Bankı, Avropa Birliyi kimi beynəlxalq 

təşkilatların da bu istiqamətdə inkişafı aydın olaraq görülməkdədir. Bu təşkilatlar, əksmərkəzləşmənin 

inkişaf etdirilməsi və yayılmasını, daha demokratik, şəffaf, hesab verəbilən, ictimai xidmətlərin təqdim 

edilməsini təmin edilməsi məqsədilə  dəstəkləməkdədirlər. Xüsusilə  dəstəklədikləri mövzulardan biri 

də, iqtisadi səmərəlilik çərçivəsində qaynaqların rəqabətli mühitdə istifadəsinin gətirəcəyi üstünlük-

lərdir. Bu mövzuda üzərində durulan anlayışlardan əsas olanı, "maliyyə əksmərkəzləşməsidir". 

Dövlətin iqtisadiyyat sahəsində  qərarların qəbulu ilə bağlı  səlahiyyətlərindən yerli və regional 

idarəetmə orqanlarının xeyrinə ötürülməsi axır onilliklərdə dünyanın əksər ölkələrini əhatə edən qlobal 

bir prosesə çevirib və bu proses “fiskal əksmərkəzləşmə” termini ilə ifadə olunur. Fiskal əksmər-

kəzləşmə ümumilikdə  “əksmərkəzləşmə” nəzəriyyəsinə  əsaslanır və  həmin nəzəriyyəyə görə, fiskal 

səlahiyyətlərin daha aşağı idarəetmə pillələrinə ötürülməsi yerli ictimai xidmətlərin təqdim olunma-

sının effektivliyini artırır. Çünki yerli idarəetmə orqanları əhalinin ehtiyacları, ərazinin vergi potensialı 

və vergi yükünün optimal səviyyəsinin müəyyən olunması barədə daha dolğun informasiyaya malik 

olurlar.  

Fiskal  əksmərkəzləşmə  mərkəziyyətçilik qanununa söykənən bir əksmərkəzləşmə üsulu olaraq, 

yerli özünüidarəetməni maliyyə ölçüsü ilə yerli özünüidarəetmələrə mərkəzi hökumətin təhvil verdiyi 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

554



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

funksiyanın yerinə yetirilməsi üçün mərkəzi gəlirlərdən pay alma və ya xərcləri qarşılamaq üzrə gəlir 

əldə etmə səlahiyyətinin təmin edilməsidir. 

Fiskal əksmərkəzləşmə ictimai xidmətlərin göstərilməsində vəsaitlərin şəffaf xərclənməsi imkan-

larını daha da artırır. Fiskal əksmərkəzləşmə sistemi mərkəzi hökumətin müxtəlif səviyyələri arasında 

gəlir və xərclərin necə və hansı yollarla müəyyən edilməsini təşkil edir. Ümumiyyətlə fiskal əksmər-

kəzləşmə mövcud resurs və  mənbələrin dövlətin yerli səviyyələri arasında paylanması  və  dəyiş-

dirilməsi prosesinə aiddir. 

Fiskal əksmərkəzləşmə bir-biri ilə əlaqəli iki məsələni əhatə edir; birincisi gəlir mənbələrinin və 

xərclərin müxtəlif yerli təşkilatlar arasında bölünməsi, ikincisi isə yerli və regional dövlət sahələrinə 

öz gəlir mənbələrini və xərclərini təyin etmək üçün imkanların yaradılması. Bunlar birlikdə siyasi və 

inzibati əksmərkəzləşmənin də reallaşmasına böyük təsir göstərir. Fiskal əksmərkəzləşmə tərəfdarları 

qeyd edirlər ki, fiskal əksmərkəzləşmə  rəqabət  şəraitinin olması ilə  səmərəliliyin və hesabatlılığın 

yüksəlməsini təmin edər. 

Fiskal əksmərkəzləşmə mövzusundakı yanaşmalar maliyyə məsuliyyətinin lazım olduğu mərkəzi 

hökumətin yenidən bölgü siyasətinin həyata keçirdiyi zaman meydana gələn neqativ halların qarşısının 

alınması zamanı ön plana çıxmışdır. 

Yerli özünüidarəetmə orqanlarının hər hansı bir vəzifəni yerinə yetirməsi üçün sərbəst büdcəyə və 

qərar qəbul etmə səlahiyyətinə malik olması yerli özünüidarəetmədə müstəqillik mənasını verir. Yerli 

özünüidarəetmədə müstəqillik anlayışı inzibati və maliyyə müstəqilliyi olmaqla iki növə ayrılır. 

İnzibati müstəqillik sərbəst inzibati qurumların öz qərar vermə orqanları vasitəsilə müstəqil qərar qə-

bul etməsi anlamını verir. Maliyyə müstəqilliyi isə bu qurumların gəlir mənbələrinə malik olmalarını 

və bu gəlir mənbələrinin qanunvericiliyə uyğun olaraq xərclənməsini nəzərdə tutur. 

Yerli özünüidarəetmə orqanlarının demokratikləşməsinə önəm verən və lazımlı olduğunu diqqətə 

çatdıran məşhurlardan biri John Stuart Mill “xalq vergi ödəyirsə, milli səviyyədə olduğu qədər yerli 

səviyyədə də söz haqqına sahib olmalıdır” deyərək xalqın yerli idarəetmədə iştirakı ilə idarəetmənin 

daha  əlverişli olacağını söyləmişdir. Fiskal əksmərkəzləşmə ictimai səmərəliliyi artırmaqla birlikdə 

əhalinin siyasi olaraq iştirakını gücləndirərək, rəhbərliklərin hesab vermə  məsuliyyətinin artmasına 

səbəb olacaq. Beləki, fiskal əksmərkəzləşmənin təsis edilməsiylə birlikdə dövlət qaynaqlarının təsis 

edilməsindəki əksikliklər ortadan qalxmış olacaq, dövlət işçilərinin vəzifədən sui-istifadə etmələrinin 

qarşısı alınaraq uzun müddətli iqtisadi böyümə reallaşmış olacaq.  

Ölkəmizdə yerli özünüidarəetmə orqanlarının eyni zamanda fiskal əksmərəzləşmənin ilkin nümu-

nələri konstitutiyamızda bələdiyyələr haqqında qanunvericiliyin yer alması ilə hüquqi əsaslarını tap-

mışdır. Daha sonra bələdiyyələrin maliyyəsinin gücləndirilməsi haqqında müxtəlif illərdə qanunlar 

əlavə olunmuşdur. Qanunvericilikdə  bələdiyyə maliyyəsinin iqtisadi əsasları kimi bələdiyyə  əmlakı, 

bələdiyyə torpaqları, yerli büdcə  və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər 

iqtisadi fəaliyyət növləri öz əksini tapır. Eyni zamanda bələdiyyənin maliyyə vəsaitinin formalaşması 

və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin respublika mənafeyi ilə uzlaş-

ması prinsiplərinə əsaslanır. 

Respublikamızda bir neçə illik tərcübəyə malik olan yerli özünüidarəetmə orqanları çox təssüfki 

bugünki gündə elədə yaxşı mövqedə deyil. Sosial mühitdə nüfuzlu bir qurum kimi tanınmamaqdadır. 

Bununda əlbəttə bir çox səbəbləri vardır. Başlıca səbəb kimi bu sahədə qanunvericilikdə mövcud olan 

bəzi çatışmazlıqlar, xalqın yerli özünüidarəetmə orqanlarına qarşı etimadının və inamının az olması, 

sosial sferada bu orqanlar haqqında bəlli bir fikrin formalaşmaması, xidmətlərin göstərilməsi zamanı 

bir çox fəaliyyət sahələrində  mərkəzi hökumət idarələri ilə paralelliyin olması  yəni səlahiyyət 

bölgülərini aralarında düzgün bölüşdürülməməsi, yerli büdcələrin formalaşdırılması zamanı  çətinlik-

lərin mövcudluğu, eləcə də vergi sistemində yerli idarələrə ötürülən vergi növlərinin azlığı, mərkəzi 

hökumət tərəfindən yerli büdcənin formalaşması üçün ayrılan transfertlərin miqdarının azlığını gös-

tərmək olar. Əlverişli vəziyyətin əldə olunması, sadalanan neqativ halların aradan qaldırılması üçün ilk 

növbədəki addım dövlətin bu sahədə yeritdiyi siyasətin düzgün istiqamətdə aparılmasına yönəldil-

məsidir və dövlət bu sahədə maraqlı olmalıdır. Vergilərin toplanmasında və  xərclərin aparılmasında 

dövlət nəzarətinin azaldılmasına üstünlük verilməlidir. Mərkəzi hökumətin yerlərdəki nümayəndəlik-

lərini ləğv etməklə nəzarətin azalmasına nail olmaq olar. Belə ki, bu addım eyni zamanda əlavə xərcin 

qarşısını almış olur. Digər bir vacib məsələ kimi demokratik, şəffaf seçkilərin keçirilməsi ilə  vətan-

daşların seçim prosesinə cəlb olunması, bələdiyyələrə olan inamın yüksəldilməsinə nail olmaq olar. 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin