Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi


Qadınlarda keçmiş cinsi əlaqənin əlamətlərinə aşağıdakı



Yüklə 322,77 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix16.02.2017
ölçüsü322,77 Kb.
#8866
1   2   3

Qadınlarda keçmiş cinsi əlaqənin əlamətlərinə aşağıdakı 

hallar aiddir: 

- qızlıq pərdəsinin cırılmaları qanayır, qan laxtaları ilə 

örtülür, cırılma nahiyəsində selikli qişa qızartılı,  şişkin olur 

(cinsi aktdan sonrakı ilk 2-3 gündə), həftənin sonlarına iltihabi 

əlamətlər azalır, 10-15 gündə  qızlıq pərdəsinin cırılmaları 

adətən çapıqlaşır (bundan sonra tamlığın pozulma müddətini 

dəqiq təyin etmək mümkün olmur); 

- uşaqlıqda spermanın aşkar olunması (spermatozoidlər 

uşaqlıqda cinsi aktdan sonra 3-5 gün müddətində qalır). Sperma 

mütləq götürülməli və onun qrup xüsusiyyətlərini təyin etmək 

üçün müayinəyə göndərilməlidir; 

- hamiləlik; 

- zöhrəvi xəstəliklə yoluxma. 


 

17 


Məhkəmə-tibbi mama-ginekoloji müayinələri yalnız 

müvafiq xüsusi hazırlığı olan, məhkəmə-tibb ekspertləri apara 

bilər.  Əgər, müayinənin aparılması üçün digər xüsusi tibbi 

biliklər tələb olunarsa, onda müayinə  zəruri mütəxəssislərin 

iştirakı ilə komission qaydada aparılır.  

Ekspertiza aparılmazdan  əvvəl, onu təyin edən  şəxs 

müayinədə iştirak etmirsə, ekspert, təqdim olunmuş pasport və 

ya digər  şəkili olan sənədə  əsasən zərərçəkmişin  şəxsiyyətini 

təyin etməlidir. 

Məhkəmə-tibbi mama-ginekoloji ekspertiza zamanı  əsas 

obyekt qızlıq pərdəsidir. Cinsi toxunulmazlığın pozulması 

(qızlıq pərdəsinin zədələnməsi və ya zədələnməməsi ilə) cinsi 

akt və ya əxlaqsız hərəkətlər nəticəsində baş verə bilər. 

Əvvəllər cinsi əlaqədə olmamış  zərərçəkmişin qızlıq 

pərdəsinin tamlığı pozulduğu zaman, ekspert aşağıda 

göstərilənləri əks etdirməyə borcludur: 

- qızlıq pərdəsini təsvir etmək; 

- zərərçəkmişdə olan xəsarətlərin xarakterini, yetirilmə 

mexanizmini (gərginləşmiş cinsiyyət üzvü ilə, barmaqla, bərk 

və ya deşici-kəsici əşya ilə və s.) təyin etmək

-bu xəsarətlərin ehtimal yaranma müddətini göstərmək. 



Bundan başqa, qızlıq pərdəsində olan xəsarətin sayı, 

dəqiq lokalizasiyası, forma və morfoloji əlamətləri mütləq 

təyin edilməlidir: 

- kənarlarının xarakteri (qanayan, çapıqlaşan, çapıqlaşmış); 

- kənarlarının dərinliyi (cırılma, qızlıq pərdəsinin 

hündürlüyünün yarısına çatır və ya əsasına qədərdir və s.); 

- səthinin rəngi və kənarlarının bərkliyi; 

- qızlıq pərdəsi nahiyəsində qansızmanın olması. 

Qızlıq pərdəsinin zədələnməsinin sağalma müddəti, onun 

anatomik quruluşundan, zədənin ölçüsündən, bu prosesi artıran 

digər faktorlardan (təkrar travmatizasiyası, infeksiyanın 

qoşulması və s.) asılıdır. 



 

18 


Cədvəl 1 

Qızlıq  pərdəsinin  cırılmalarının  törənmə  müddətindən  

asılı  olaraq morfoloji  xarakteri. 

Qızlıq pərdəsinin növü 

Ətli, qalın, 

hündür  

(qalınlıq -

0,3sm, 

hündürlüyü – 

0,5 sm-dən 

çox) 

Orta ətli və 

hündürlüklü 

(qalınlığı 0,2-

0,25 sm, 

hündürlüyü 

0,5 sm-dən az) 

Nazik 

(qalınlığı 

0,15 sm) 

Cırılmaların  

morfoloji  

xarakteri  

 

Cırılmanın müddəti (günlərlə) 

Təzə. Yara səthi 

qanayır, qan 

laxtaları ilə 

örtülüdür. Cırılma 

kənarları ödemlidir, 

ətrafında çoxlu 

ocaqlı və xırda 

nöqğəvari qansız-

malıdır. Qızlıq 

pərdəsinin toxuması 

yara səthi ilə 

sərhəddə mülayim 

və ya kifayət qədər 

qızartılıdır. 



 

 

 

 

 

3-4 

 

 

 

 

 

2-3 

 

 

 

 

 

1-2 

Qranulyasiya edən. 

Cırılmaların 

kənarları qırmızı 

rənglidir, ödemli-dir 

və qançırlıdır, yara 

səthində seroz-irinli 

və ya irinli-fibrinoz 

ərplidir, alt səthində 

qranulyasiya toxu-

ması olur. Mexaniki 

qıcıqlanma zamanı 

 

 



 

 

 



 

 

 



5-8 

 

 



 

 

 



 

 

 



4-6 

 

 



 

 

 



 

 

 



2-4 

 

qanaxma ola bilər. 

Ocaqlı və nöqtəvari 

qansızmalar az 

biruzə olunur. 

Bəzən cırılma 

kənarlarının 

parlaqlığı qeyd 

olunur 

Təzə çapıqlaşan. 

Cırılma kənarları 

bərkiyib, qalınlaşıb, 

parlaq çalarlıdır, 

girdələşmişdir. 

Mexaniki 

qıcıqlanma zamanı 

qanaxma ola bilər. 

Ocaqlı və xırda 

nöqtəvari 

qansızmalar az 

biruzə olunur. 

 

 

 



8-10 

 

 



 

7-9 


 

 

 



4-5 

Çapıqlaşmış

Cırılma kənarları 

nahamardır, 

girdələşmişdir, 

bərki-miş, 

qalınlaşmış, parlaq 

rənglidir 

 

10-12 

 

9-10 

 

5-7 

Köhnə. Cırılma 

kənarları 

nahamardır, 

girdələşmiş, 

bərkimiş, parlaq 

rənglidir, çapıq 

toxumasının varlığı 

aşkar olunur. 



 

 

12-15 və daha 

çox 

 

 

10-12 və daha 

çox 

 

 

8-10 və daha 

çox 

Əgər qızlıq pərdəsinin tamlığı pozulmamışdırsa, bu zaman 

tamlığın pozulmaması ilə cinsi aktın yerinə yetirilməsinin 

 

19 



 

20 


mümkünlüyü barədə sualı, həll etmək zərurəti meydana çıxır. 

Qızlıq pərdəsinin tamlığı pozulmadan cinsi aktın yerinə 

yetirilməsinin mümkünlüyünə yol verən qızlıq pərdəsinin 

xarakterik xüsusiyyətlərinə, onun təbii dəliyinin  əhəmiyyətli 

böyük olması, elastikliyi, qızlıq pərdəsinin nadir rast gəlinən 

növlərinin (saçaqlı, ləçəkvari, dodaqvari və s.) olması aiddir. 

Uşaqlıq yolu girəcəyi qapısında baş verən cinsi əlaqələr zamanı 

qızlıq pərdəsi zədələnmir.  



 

   

Cədvəl 2 

Qızlıq  pərdəsinin  təbii  dəliyi  ilə  köhnə  cırılmalarının  

differensial diaqnostikası.

 

Diaqnostik əlamətlər 

Ümumi  


parametrlər 

 

Köhnə cırılmalar Təbii dəliklər 

1. Topoqrafiya 

Daha çox qızlıq 

pərdəsinin arxa 

seqmentində olması 

tipikdir 

Daha çox pərdənin ön 

və yan seqmentlərində 

olması tipikdir 

2. Qızlıq 

pərdəsinin 

əsasına  

münasibətdə 

Əksər hallarda 

pərdənin əsasına 

qədər çatır 

Əksər hallarda 

pərdənin əsasına 

çatmır 

3. Simmetrikliyi 



Nadir hallarda 

Tez-tez 


4. Forma 

Əksər hallarda 

üçbucaq formalı 

Daha çox yarım-oval 

formalı 

5. Dibinin 

forması 

İti bucaqlı Yarımoval 

6. Kənarlarının  

konsistensiyası 

Bərk Pərdənin digər 

hissələri ilə eyni 

konsistensiyalı 

7. Kənarlarının 

rəngi 

Parlaq Pərdənin digər 



hissələri ilə eyni 

 

21 


rəngdə 

8. Kənarlarının 

qalınlığı 

Bir qədər qalınlaşmış Nazik 

9. Kənarlarının 

girdəliyi 

Az büruzə olunur 

Daha çox büruzə 

olunur 

10. Səthinin 



vəziyyəti 

Tinli sahə şəklində, 

dartınmalarda 

nahamar 


Hamar, düz 

11.Kənarlarının  

aralanması 

Bir-birindən aralanır Aralanmır 

12.Kənarlarının 

bir-birinə nisbəti 

Biri-biri ilə uyğunluq 

təşkil edir 

Uyğun gəlmir 

13. 


Ultrabənövşəyi 

lyüminessensiya 

Cırılma kənarları 

boyu solğun-mavi 

lyüminessensiya 

Lyüminessensiyanın 

olmaması 

 

Qızlıq pərdəsinin tamlığının pozulmadan cinsi əlaqənin 



mümkünlüyü barədə sualı  həll edərkən, zərərçəkmişin və 

təqsirləndirilən  şəxsin cinsiyyət orqanlarının ölçülərinin bir-

birinə nisbətinin aydınlaşdırılması böyük əhəmiyyət kəsb edir. 

Buna görə  də (zərərçəkmişin qızlıq pərdəsinin quruluş 

xüsusiyyətlərindən başqa), təqsirləndirilən  şəxsin cinsiyyət 

üzvünün ereksiya halında diametrinin maksimal ölçüsünün 

müəyyən edilməsi zəruridir. 

Qızlıq pərdəsinin tamlığı pozulmadan, cinsi əlaqənin 

mümkünlüyü və ya mümkün olmaması barədə  nəticə, hər bir 

konkret halda zərərçəkmişin və  təqsirləndirilən  şəxsin 

müayinəsi zamanı alınmış obyektiv məlumatlara əsaslanmalıdır. 

Qızlıq pərdəsinin təzə  zədələnmələri zamanı, uşaqlıq 

yolunun selikli qişasını, uşaqlıq boynunu və artımlarını (əgər bu 

zəruridirsə), zədələr sağaldıqdan sonra (10-12 gündən tez 

olmayaraq) müayinə etmək mümkündür. 

Cinsi həyat yaşayan qadının kişi cinsli şəxslə cinsi əlaqədə 

olma (və ya buna cəhd) faktının müəyyən edilməsi ilə bağlı, 


 

22 


məhkəmə-tibbi ekspertiza zamanı, ekspertin vəzifəsi, keçmiş 

cinsi əlaqəni sübut edən obyektiv əlamətləri aşkar etməkdir. 

Belə hallara, cinsi əlaqənin baş verməsinin  əsas obyektiv 

əlaməti hesab olunan uşaqlıq yolunda spermanın (toxum 

mayesinin çıxması ilə qurtaran cinsi əlaqələr zamanı) aşkar 

olması aiddir. Bu zaman zərərçəkmişin cinsiyyət orqanları 

nahiyəsində, bədənində  və geyim əşyalarında sperma 

ləkələrinin aşkar olunması böyük rol oynayır. Qeyd olunan 

əlamətlərlə yanaşı 

zərərçəkmişin cinsiyyət orqanları 

nahiyəsində və bədənində zədələrin olması, güc tətbiq etməklə 

cinsi əlaqənin olmasının mümkünlüyünü göstərir. 

Uşaqlıq yolunda spermanın olmasını müəyyən etmək üçün, 

uşaqlıq yolu və uşaqlıq boynunun xarici əsnəyinin möhtəviyyatı 

steril tənzif tampona götürülür və yaxma şəklində 2-3 ədəd əşya 

şüşəsi üzərinə  çəkilir. Tampon və  əşya  şüşəsi otaq 

temperaturunda quruduqdan sonra qablaşdırılır. 

Spermatozoidlərin olmasını  və spermanın qrup mənsubluğunu 

təyin etmək məqsədilə Birliyin məhkəmə-biologiya  şöbəsinə 

göndərilir.  Şöbəyə  nəzarət üçün tamponun hazırlandığı 

tənzifdən nümunə də göndərilir. 

Spermanın aşkar olunması üçün uşaqlıq yolu möhtəviyyatı 

cinsi  əlaqədən sonrakı  5 gün müddətində götürülməlidir. 

Göstərilən müddətdən sonra uşaqlıq yolunda spermanın aşkar 

olunması 

məqsədilə laborator analizlərin aparılması 

məqsədəuyğun deyil. 

Zərərçəkmişin və  təqsirləndirilən  şəxsin hadisə vaxtı 

əynində olmuş geyim əşyaları da laborator müayinələrə 

göndərilir. 

Kişi cinsli şəxslərdə, cinsi toxunulmazlığın pozulması 

əlamətlərinin (uşaqbazlıq  əlamətlərinin) müəyyən edilməsi 

üçün aparılan məhkəmə-tibbi ekspertizalar zamanı, 

zərərçəkmişin müayinəsinin 3-ci cədvəldə göstərilənlərə uyğun 

aparılması məsləhətdir.   


 

23 


 

Cədvəl  3. 

Kişi  homoseksualizminin  xarakterik  əlamətləri. 

Aktiv partnyorun 

əlamətləri 

Passiv partnyorun 

əlamətləri 

Erkən əlamətlər 

1. Cinsiyyət üzvü 

üzərində nəcisin olması 

1. Arxa keçəcək dəliyi 

nahiyəsində və düz bağırsağın 

selikli qişasında hiperemiya və 

zədələrin (qansızma, sıyrıqlar, 

cırılmalar) olması. 

2. Cinsiyyət üzvü 

üzərində sərbəst tüklərin 

olması 

2. Düz bağırsaqda bərk şankr 



və ya qonoreya proktitinin 

olması 


3. Zədələrin olmadığı 

halda cinsiyyət üzvü 

üzərində qanın olması 

3. Düz bağırsaqda spermanın 

olması 

4. Cinsiyyət üzvündə 



zədənin olması 

 

Köhnə əlamətlər 

 1. 

Arxa 


keçəcək dəliyinin qıf 

şəkilli olması  

 

2. Arxa keçəcək dəliyi 



büküşlərinin hamarlaşması  

 

3. Düz bağırsaq nahiyəsində 



kobud büküşlərin olması  

 

4. Düz bağırsağın selikli 



qişasının tünd qırmızı və ya tünd 

qırmızı-göyümtül rəngdə olması  



 

24 


 

5. Düz bağırsağın selikli 

qişasında çapıqların olması  

Funksional əlamətlər 

 

1. Düz bağırsağın 



sfinktorunun tonusunun azalması  

 

2. Arxa keçəcək dəliyinin 



açılması (aralı olması) 

 

3. Anusun sərbəst açılması 



 4. 

Qapayıcı sıxacın 

tonusunun funksional ölçülərinin 

dəyişikliyi  

 

5. Prostat vəzinin massaji 



zamanı ümumi oyanma 

fenomeni  

 

Cinsiyyət üzvünə baxış keçirilən zaman, onda olan zədənin 



olmasına və xarakterinə, qan, tük, nəcis və digər yad 

hissəciklərin olmasına fikir verilir. Xüsusən cinsiyyət üzvü 

yuyəninin hər iki tərəfindəki tac şırımları  və cibləri  ətraflı 

müayinə edilir. Belə ki, yad hissəciklər burada daha çox 

saxlanılır.  

Cinsiyyət üzvündə  aşkar olunmuş  hər hansı bir yad 

hissəciklər əksalma yolu ilə əşya şüşəsi üzərinə keçirilir. Nəcis 

hissəciklərinin (əzələ lifləri, qurd yumurtaları  və s.) və qanın 

(passiv partnyorun düz bağırsağında və arxa keçəcək dəliyi 

nahiyəsində  zədə olduqda) olmasını  təyin etmək üçün əşya 

şüşəsi məhkəmə-biologiya şöbəsinə göndərilir. Mümkün olduğu 

hallarda həmçinin bağırsaq çöplərinin olmasını  təyin etmək 

məqsədilə cinsiyyət üzvündən alınmış  əksalmanın bakterioloji 

müayinəsi aparılmalıdır. 



 

25 


Əgər cinsiyyət üzvünün vazelin və ya digər hər hansı bir 

yağabənzər maddələrlə yağlanmasına  şübhə varsa, cinsiyyət 

üzvü tənzif və ya pambıq tamponla silinir və müayinə üçün 

Birliyin məhkmə-kimya şöbəsinə göndərilir. 



Passiv uşaqbazlıq üçün xarakterik olan kişi cinsli şəxsin 

cinsi toxunulmazlığının pozulması  əlamətlərini müəyyən 

edən zaman, sorğu yolu ilə aşağıdakı hallar aydınlaşdırılır: 

- o, qəbizlik və ya ishal ilə müşayiət olunan hər hansı bir 

mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmi? 

- onda düz bağırsağın xəstəlikləri (babasil, proktit, 

dizenteriya, düz bağırsağın düşməsi) və arxa keçəcək dəliyi 

nahiyəsində olan xəstəliklə bağlı cərrahi müdaxilələr olubmu? 

Qeyd olunan xəstəlik və cərrahi müdaxilələrdən sonra qalan 

nəticələr, səhvən sistematik passiv uşaqbazlıqla məşğul olma ilə 

bağlı dəyişikliklər kimi qəbul edilə bilər. 

- Müayinə olunan şəxs hazırda və ya əvvəldən hər hansı bir 

zöhrəvi xəstəliklə xəstələnibmi?   

Zərurət yaranarsa, səhiyyə orqanlarından tibbi sənədlər tələb 

olunur. Belə ki, həmin sənədlərdə arxa keçəcəkdən cinsi 

əlaqədə olmadan yaranan nəticələr əks oluna bilər.  



Zərərçəkmiş və ya passiv partnyor üçün xarakterik olan 

obyektiv  əlamətlərin aşkar edilməsi məqsədilə  aşağıdakı 

ekspert tədbirləri həyata keçirilir: 

- arxa keçəcək dəliyi nahiyəsinin və düz bağırsağın baxışı və 

ətraflı müayinəsi aparılır; 

- sağrılar nahiyəsində  hər hansı bir zədənin olması  və ya 

olmaması müəyyən edilir; 

- sağrılararası yarığının vəziyyəti qeyd olunur

- arxa keçəcək dəliyi nahiyəsinə fikir verilir (onun 

formasına);  

- şüavari büküşlərin biruzə olunma dərəcəsi, zədənin olması 

və onun xarakteri. 



 

26 


- anal dəliyə  və düz bağırsağın selikli qişasının görünən 

hissəsinə baxılır; 

- sfinktorun tonusu və prostat vəzinin vəziyyəti müəyyən 

edilir. 


Düz bağırsağın müayinəsi, onun xarici və daxili 

sfinktorlarının vəziyyətinin müayinəsindən başlanılır. Düz 

bağırsağın müayinəsi sfinktorometriya instrumental metodunun 

köməyi ilə aparırlar, onun tətbiqi mümkün olmadıqda isə  əl 

üsulu ilə təyin edilir. 

 

Cədvəl 4. 

Sfinktorometriya  instrumental  metodu 

1. Kişilərdə düz bağırsağın tonusunun sfinktorometrik 

göstəriciləri (İ.Q.Blyumin  və  L.S.Qelfenbeynə görə) 

Düz bağırsağın sfinktorunun 

tonusu 

-24+\-1,3 mm civə süt  



«İradi» yığılmalar -12+\-1,2 

mm 


c.süt. 

Qapayıcı sfinktorun 

maksimal gücü (sfinktorun 

tonusu ilə «iradi» yığılmaların 

cəmi) 

-36+\-1,2 mm c.süt. 



2.Passiv partnyor qismində sistematik uşaqbazlıqla məşğul 

olan şəxslər üçün xarakterik olan sfinktor tonusunun funksional 

ölçülərinin orta göstəriciləri. 

Düz bağırsağın sfinktorunun 

tonusu 

-13+\-2,3 mm c. süt. 



«İradi» yığılmalar 

-18+\-1,9 mm c. süt. 

Qapayıcı sfinktorun 

maksimal gücü (sfinktorun 

tonusu ilə «iradi» yığılmaların 

cəmi) 


-28+\-2,6 mm c. süt. 

 


 

27 


Düz bağırsağın vəziyyətini müayinə edən zaman onun 

rəngini qeyd edirlər (solğun, çəhrayımtıl, qırmızımtıl, qırmızı, 

tünd-qırmızı, qonur-göyümtül). Arxa keçəcək dəliyi vasitəsilə 

cinsi əlaqənin xarakterik əlaməti düz bağırsağın selikli qişasının 

qıcıqlanmasıdır. Bunun intensivliyi isə  əlaqənin tezliyindən və 

mütəmadiliyindən, həmçinin passiv uşaqbazlıqla bağlı (selikli 

qişanın zədələnməsi, infeksiyanın keçməsi və s.) digər bir sıra 

səbəblərdən asılıdır. 

Zərərçəkmişdə (passiv partnyorda) düz bağırsağın selikli 

qişasının qıcıqlanması ilə yanaşı qançır, çat, sıyrıq və yara 

formasında təzə  zədələr də müşahidə oluna bilər. Belə 

zədələnmələr olduqda onların xarakteri, forması  və 

lokalizasiyası qeyd olunur. 

Selikli qişanın büküşlərinin zirvəsində yerləşən sıyrıqlar ucu 

tinli olan bərk əşyanın təsirindən törənməsi üçün xarakterikdir. 

Belə  əşya düz bağırsağa yeridildikdə sanki onun selikli 

qişasının büküşlərini qaşıyır: cinsiyyət üzvü selikli qişada belə 

zədələr  əmələ  gətirmir. Bəzi hallarda, xüsusən uşaqbazlıq aktı 

yerinə yetirilmiş  uşaqlarda, büküşlərin zirvəsində  və onlar 

arasındakı sahədə oval formalı sıyrıqlar müşahidə olunur. 

Düz bağırsağın selikli qişasında kənarları daxilə qatlanmış, 

bir tərəfi düz bağırsağa münasibətdə köndələn, digər tərəfi isə 

boylama istiqamətli olan düz bucaq formalı cırılmalara da rast 

gəlmək olar. Belə zədələnmələr sürtülməni azaldan maddələrlə 

(vazelin və s.) əvvəlcədən yağlanmış cinsiyyət üzvünün zorla 

düz bağırsağa yeridilməsindən yaranmağa xarakterdir. 

Tək-tək hallarda olmuş uşaqbazlıq aktları, bir qayda olaraq, 

arxa keçəcək nahiyəsində  və düz bağırsaqda davamlı 

dəyişikliklər saxlamır (sağaldıqdan sonra çapıq  əmələ  gətirən 

dərin, böyük zədələnmələr istisna olmaqla). Bu zaman yaranan 

arxa keçəcək dəliyi nahiyəsində, dəri örtüyündə  və düz 

bağırsağın selikli qişasında səthi zədələnmələr adətən izsiz itir. 



 

28 


Əgər düz bağırsağın vizual olaraq təyin olunmayan 

hissəsində  zədə olmasına  şübhə yaranarsa, onda müayinə 

rektoskopik müayinəni bilən həkim-mütəxəssis tərəfindən 

apaılmalıdır.  

Təzə 

uşaqbazlıq hallarında, zərərçəkmişin (passiv 



partnyorun) arxa keçəcək dəliyi və aralıq nahiyəsində aktiv 

partnyorun qasıq tükləri və qurumuş sperma izləri ola bilər 

(onlar götürülür və məhkəmə-biologiya şöbəsinə göndərilir). 

Zərərçəkmişə (passiv partnyora) baxış  və müayinə 

zamanı aşağıdakı hallar təyin olunur: 

- bədəndə hər hansı bir zədənin olması (sağrı nahiyələrində 

barmaqların təzyiqindən yaranan qançırlar və s.); 

- sağrılararası yarığın vəziyyəti (dərin, səthi); 

-  şüavari büküşlərin vəziyyəti (yaxşı büruzə olunan, yaxşı 

büruzə olunmayan, hamarlaşmış, yumşaq, kobud), onların 

rəngi; 

- arxa keçəcək dəliyi nahiyəsində və düz bağırsaqda zədənin 



olub-olmaması (sıyrıqlar, qançırlar, selikli qişanın cırılmaları və 

s.), onların lokalizasiyası; 

- çapıqların olması və onların xarakteri (xətti, qeyri-düzgün 

oval formalı, dartılmış, dartılmamış, bərk, yumşaq və s.) və 

lokalizasiyası (baxış zamanı müayinə olunanın vəziyyətini 

nəzərə alaraq saat siferblatı üzrə); 

- arxa keçəcək dəliyi nahiyəsinin vəziyyəti (azca çökəkli, 

enli və ya dartılmış  qıf  şəkilli, aralanmış, az aralanmış, 

əhəmiyyətli aralanmış). 

Zərərçəkmişin və ya passiv partnyorun geyim əşyasında 

sperma, nəcis izləri qala bilər.  Əgər izlərin uşaqbazlıq aktı 

zamanı yaranmasına 

əsas varsa, spermanın qrup 

mənsubluğunun və sperma ləkələrində  nəcis hissəciklərinin 

aşkar olunması  məqsədilə, geyim əşyalarının məhkəmə-bioloji 

tədqiqatı aparılır. 



 

29 


Yetkinlik yaşına çatmayan şəxslərə qarşı  əxlaqsız 

hərəkətlərlə bağlı müayinələr zamanı cinsiyyət orqanları  və 

arxa keçəcək dəliyi nahiyəsində  zədələrin və  dəyişikliklərin 

olmasına fikir verilir. 



Yüklə 322,77 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin