İstiqamət bucağı



Yüklə 71,5 Kb.
Pdf görüntüsü
tarix29.03.2023
ölçüsü71,5 Kb.
#90878
İstiqamət bucaqları (naviqasiya) — Vikipediya



İstiqamət bucaqları
(naviqasiya)
İstiqamət bucağı — Meridianla verilən xətt (istiqamət) arasında qalan bucağı ifadə edir.
İstiqamət bucağı üçdür- azimut, rumb və direksion bucaq.
Ərazidə hərəkət edərkən, hərəkətin istiqamətini hər hansı əsas qəbul edilmiş xəttə nisbətən
təyin etmək lazım gəlir. Adətən əsas xətt 
meridian
istiqamətində götürülür. Üç cür meridian
var:
İstiqamət bucaqları arasında olan əlaqə
Coğrafi, maqnit və ox meridianı


1. Coğrafi (həqiqi) meridian
2. Maqnit meridianı
3. Ox meridianı
Coğrafi meridian Yerin coğrafi qütüblərindən, maqnit meridianı Yerin maqnit qütüblərindən, ox
meridianı isə 6°-lik zonanın ortasından keçir. Yerin coğrafi və maqnit qütübləri üst-üstə
düşmədiyi üçün, həqiqi və maqnit meridianıları kəsişərək bucaq əmələ gətirir.
Həqiqi və maqnit meridianı arasında kı bucağa inhiraf bucağı deyilir. İnhiraf bucağı β hərfi ilə
işarə olunur. İnhiraf bucağının qiyməti Yer kürəsinin ayrı-ayrı məntəqələrində xeyli müxtəlifdir.
Ona görə də hər bir 
topoqrafik xəritə
vərəqi üçün inhiraf və meridianların yaxınlaşam
bucağının qiyməti vərəqin çərçivəsinin aşağı sol küncündə verilən sxemdə yazılır.
[1]
Həqiqi meridianla zonanaın ox meridianı da üst-üstə düşmür və onların arasında bucaq əmələ
gəlir. Bu bucağa meridianların yaxınlaşma bucağı deyilir. O, δ hərfi ilə işarə olunur.
Meridianların yaxınlaşma bucağı ərazinin coğrafi en dairəsindən asılı olaraq 0-3° arasında
dəyişir. Bu bucağın qiyməti 
ekvatorda
0°, orta en dairəsində 1,5°, 
Yerin qütblərində
isə 3° olur.
Meridianın şimal istiqaməti ilə verilən cismə olan istiqamət arasında qalan və saat əqrəbinin
hərəkəti üzrə ölçülən bucağa azımut bucağı deyilir. Azimutun qiyməti 0-360° arasında dəyişir.
Həqiqi meridiandan ölçülən bucağa həqiqi azimut(A), maqnit meridianından ölçülən bucağa
maqnit azimutu (Am) deyilir. Maqnit azimutu kompas və bussol vasitəsilə ölçülür. Kompasın
və bussolun maqnitləşdirilmiş əqrəbi həmişə maqnit meridianı istiqamətində olur. Topoqrafik
xəritədə xətlərin həqiqi azimutunu və direksion bucağını təyin edirlər. Direksion və azimut
bucaq topqrafik xəritədə transportir vasitəsilə ölçülür.
Ox meridianından ( və ya ona paralel olan kilometr şəbəkəsinin şaquli xəttindən) başlayaraq
azimut kimi ölçülən bucağa direksion bucaq deyilir. Azərbaycan ərazisində həqiqi azimutla
direksion bucağın fərqi 1,5°-dən çox deyildir. Ona görə bəzi təcrübü işlər zamanı bu
bucaqların fərqini nəzərə almırlar.
İnhiraf və meridianların yaxınlaşma bucağı
Azimut bucaq
Direksion bucaq


Meteorologiyada, gəmiçilikdə və yer quruluşunda azimutla yanaşı rumdan da istifadə edirlər.
Meridianın yaxın istiqaməti ilə verilən istqamət arasında qalan iti bucağa rumb deyilir. Rumb r
hərfi ilə işarə olunur. Azimut və direksion bucaq, ancaq meridianın şimal istiqamətindən
başlayaraq saat əqrəbinin hərəkəti üzrə ölçüldüyü halda, rumb meridianın həm şimal və həm
də cənub istiqamətindən başlayaraq şərqə və qərbə doğru ölçülür. Rumbun dərəcə qiyməti
heç vaxt 90°-dən böyük olmur. Üfüq dörd 90°-lik rübdən ibarətdir. Ona görə də rumbun dərəcə
qiymətinin qarşısında onun yerləşdiyi rübün adı yazılır. Məsələn: rumb CQ : 40°30’. Bu onu
göstərir ki, rumb III rübdədir və o, cənubdan qərbə doğru ölçülmüşdür. Azimutla rumb
arasında olan əlaqəni cədvəl şəklində göstərmək olar:
Rüblərin nömrəsi və adı Azimutun dərəcə qiyməti Azimutdan rumba və əksinə keçid
I-ŞmŞ
0°-90°
I rübdə r¹=A¹; A¹=r¹
II-CŞ
90°-180°
II rübdə r²=180°-A²; A²=180°-r²
III-CQ
180°-270°
III rübdə r³=A³-180°; A³=180°+r³
IV-ŞmQ
270°-360°
IV rübdə r4 =360°-A4; A4= 360°-r4
Topoqrafiya
Azimut
Hüseynov A.M. "Topoqrafik biliklərin əsasları". Bakı, 1985.
Hüseynov A.M. "Hüseynov Ə.H. Məktəb topoqrafiyası". Bakı. 1987.
Piriyev R.X. "Kartoqrafiya". Bakı. 1975.
1. 
Путевой угол (http://dic.academic.ru/dic.nsf/ruwiki/308183/%D0%9F%D1%83%D1%82%D
0%B5%D0%B2%D0%BE%D0%B9)
Rumb bucaq
Həmçinin bax
Ədəbiyyat
İstinadlar


Sonuncu redaktə 6 il əvvəl Wertuose tərəfindən edilib
Vikipediya
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA
3.0 çərçivəsində yayımlanır.
Mənbə — "
https://az.wikipedia.org/w/index.php?
title=İstiqamət_bucaqları_(naviqasiya)&oldid=329
6447
"

Yüklə 71,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin