Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Təşkilati - sərəncamverici sənədlərin tərtib



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix30.03.2023
ölçüsü0,58 Mb.
#91515
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   33
krgzrlq

Təşkilati - sərəncamverici sənədlərin tərtib 
olunmasının ümumi qaydaları 
İdarəetmə fəaliyyətinin kargüzarlıqla bağlı mühüm bir hissəsinin icrası təşkilati - 
sərəncamverici sənədlərdə öz əksini tapır. Bu sənədlərdə idarənin müxtəlif məsələlərinin həll 
olunması, onların təsiri, həcmi və əlaqə xüsusiyyətləri qeyd olunur. Hər bir təşkilati - 
sərəncamverici sənədlər aşağıdakı tələblərə cavab verməlidir: 
1) 
müəyyən olunmuş forma və standarta uyğun tərtib olunmalı; 
2) 
qanunla göstərilmiş hüquqlar əsasında səlahiyyətli şəxs tərəfindən verilməli; 
3) 
Qanunlara və hüquq normalarına zidd olmamalıdır. 
Təşkilati - sərəncamverici sənədlər bütövlükdə idarələrdə və onun quruluş bölmələrində böyük 
əhəmiyyətə malikdir. Praktiki olaraq idarələrin bütün qulluqçuları bu sənədlərlə işlərini əlaqəli-
dirlər. Təşkilati - sərəncamverici sənədlər idarənin hüquq və vəzifələrini; onun əlaqələrini
tabeçiliyini idarənin və struktur bölmələrinin idarə edilməsi proseslərini reqlamentləşdirir. Bu 
sənədlərin hazırlanmasına dəftərxana işçiləri ilə bərabər, başqa mütəxəssislər və maliyyə-hesabat 
işçiləri də eyni maraq göstərməlidir. 


46 
Normativ sənədlərə əsasən təşkilati - sərəncamverici sənədlər üç qrupa bölünür: 
1. 
Təşkilati sənədlər (əsasnamələr, nizamnamələr, təlimatlar, qaydalar); 
2. 
Sərəncamverici sənədlər (qərarlar, sərəncamlar, əmrlər, göstərişlər, qətnamələr); 
3. 
Məlumat - arayış sənədləri (protokollar, aktlar, arayışlar, məktublar, məlumat və izahat 
vərəqələri, təhriri mə'ruzəiər,vəsiqələr və s.); 
4. 
Təşkilati - sərəncamverici sənədlər ali hüquqi qüvvəyə malk olan sənədlərdir. 
2. Təşkilati sənədlər 
* Təşkilati sənədlər - təşkilati - sərəncamverici sənədlər içərisində ümumi xarakter daşıyır və 
başqa qrup sənədlərə nisbətən ali hüquqi gücə malikdir. Digər iki qrup sənədlər təşkilati 
sənədlər əsasında yaradılır. ‘ Hal - hazırda ölkəmizdə olan təşkilatlar Ədliyyə Nazirliyi 
tərəfindən təsdiq olunmuş əsasnamələr və nizamnamələr əsasında fəaliyyət göstərirlər. 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin