32
MÜHAZİRƏ 7.
MÖVZU: ЕВ ВЯ ОВ ГУШЛАРЫ ЯТИНДЯН ЩАЗЫРЛАНАН
ЙАРЫМФАБРИКАТЛАР, ОНЛАРЫН ТЯСНИФАТЫ ВЯ ЧЕШИДЛЯРИ
Plan:
1.
Ev və ov quşlarının ilk emalı və yarımfabrikatların hazırlanma
texnalogiyası.
2. Quş yarımfabrikatları və onların saxlanması ev və ov quşlarının tərtibə
salınması.
3. Ev və ov quşlarının filesindən hazırlanan yarımfabrikatlar və bunların
saxlanması.
Ev quşlarına toyuq, cücə, hind toyuğu, qaz və ördək aiddir.
Ov quşlarının sırasına aşağıdakılar daxildir:
a)
meşə quşları- qarabağır, tetra quşu, meşə xoruzu, ağ kəklik, qara toyuq,
meşə cüllütü;
b)
çöl quşları- boz və qırmızı kəklik, çəkçəki, bildirçin;
c)
bataqlıq quşları- cüllüt, ala cüllüt, bataqlıq toyuğu;
d)
köçəri su quşları- çöl qazı, ördək.
Ev və ov quşları ictimai iaşə müəəsisələrinə dondurlmuş vəziyyətdə gətirilir;
bunlardan ev quşları tüksüz , ov quşları isə tüklü (lələkli) olur.
İ
lk emal zamanı ev və ov quşlarının donu açılır, tükü yolunur, ütülür, içalatı
çıxarılır, yuyulur və bunlardan yarımfabrikat hazırlanır, yəni quş cəmdəkcikləri
tətbiqə salınır yaxud file şəklinə salınır.
Quşun donun açılması. Dondurulmuş ev və ov quşları burada arxası aşağı
sıra ilə masanın yaxud qəfəsinin üzərinə düzülür və cəmdəkciklərin arasında 3-5
sm məsafə saxlanır.
Quşun tükünün yolunması. Donu açılmış ev və ov quşlarının boynundan
başlamış tükü yolunur. Burada bir neçə lələk birdən tutulub təbin bitdiyi istiqamətə
tərs tərəfə dartılıb çıxarılır. Quşun dərisi yırtılmasın deyə tüklər yolunmasını
33
asanlaşdırmaq məqsədilə, toyuq və cücə cəmdəkcikləri kəsildikdən sonra 30-60
saniyəliyə qaynar suya (70-80 dərəcə) salınır və sonra tükü yolunur.
Dostları ilə paylaş: |