29
Respublikamazın coğrafi mövqeyi xalqımızın digər xalqlar –gürcü, fars, türk,
ləzgi xalqları ilə sıx əlaqədə inkişafına və qarşılıqlı təsirdə olmasına
şərait
yaratmışdır. Odur ki, bu qonşu xalqalrın, digər sahələrdə olduğu kimi, milli
mətbəxlərində bir çox ümumi cəhətlər özünü göstərir. Bununla belə azərbaycan
kulinariyası öz tarixi kökləri və özünüməxsusluğu ilə o birilərindən xeyli fərqlənir.
Sovet hakimiyyəti illərində xalqın maddi rifah halı yüksəkdikcə onun süfrəsinə
gələn xörəklərin növü və keyfiyyəti də artmışdır.
Azərbaycan xörəkləri yüksək
dad-tam keyfiyyəti də artmışdır. Onları başqaları ilə qarışıq salmaq olmaz. Amma
çox təəsüf ki, son illərdə buraxılmış bir çox kulinariya ədəbiyyatında bizim bəzi
milli xörəklərimiz səhvən başqa xalqların menyüsünə daxil edilir və beləliklə,
oxucularda yanlış təsəvvür yaradılır.
Məlum olduğu kimi Azərbaycan xörəklərindən dolma, bozbaş, bozartma,
çığırtma, xəşil, şişlik, piti, kabab, plov, qovurma və s. qonşu Qafqaz xalqların
kulinariyasına möhkəm daxil olmuşdur. Eləcə də qonşu xalqalrın
bəzi xörəkləri
azərbaycam arasında geniş yayılmışdır. Bu, təbii prosesdir. Lakin bəzi tədqiqatçılar
bu məlum həqiqəti etiraf etmək əvəzinə heç bir elmi əsas olmadan dolmanın,
bozbaşın, pitinin güya erməni, bozartmanın, çığırtmanın güya gürcü, şişliyin tatar
və s. xörəkləri olduğunu iddia edirlər. Bunların yanlış fikir olduğunu müəyyən
etmək üçün çox da uzağa getmək lazım deyil. Kimə məlum deyil ki, xalqın tarixi,
etnoqrafiyası, hər şeydən əvvəl, onun dilində yaşayır...... Gəlin faktlarla müraciət
edək. “Dolma”, “bozbaş”, yaxud “piti” sözzlərin erməni dilində etimolgiyasını
axtaraq, eləcə də gürcü dilində “bozartma”, “çığırtma” sözlərini arayaq... Cəhdi
ə
bəs olduğu bəri başdan aydınlaşar.
Bu ifadələr, bu adlar qədim Azərbaycan
sözləridir. Bəziləri isə ərəb-fars dilindən keçərək çoxdan azərbaycanlaşmış və
vətəndaşlıq hüququ qazanmışdır. Fikrimizi “Əxtər” və “Dehxuda” adlı qadim və
mötəbər lüğətlər də təstiq edir.
Azərbaycanlıların qədim milli xörəyi olan dolmanın adı xalis azərbaycan
Azərbaycan sözündən-“doldurmaq” felindən götürülmüşdür. Yəni bükümüət
qiyməsi ilə doldurmaq. Sonralar dolmanın müxtəlif bükümlərdən hazırlanması
onun bir çox çeşidinin yaranması səbəb olmuşdur.
30
“Bozartma”, “Çığırtma”, “Qovurma” və s. adlarının yaranması
da həmin
qəbildəndir. Yeri gəlmişkən onu da deyək ki, görkəmli dilçi alimlərin
ə
ksəriyyətinin etiraf etdiyi kimi, dilimizdə işlənən bütün fellər tarixən heç bir
xarici assimilyasiyaya uğramadan öz saflığını bu günədək saxlanmış
və onlar
yalnız azərbaycanlılara məxsusdur.
“Şaşlik” rus dilinə azərbaycanca “şişlik” sözündən keçmişdir. Şişlik dedikdə,
ş
işə keçirilib bişirilən ət nəzərdə tutulur. Hazırda istər Qafqaz xalqlarının və istərsə
də başqa millətlərin kulinariyasında şişlik çox geniş yayılmış və ittifaq menyüsünə
daxil edilmişdir.
Zaqafqaziya qədimdən düyünün yalnız yurdumuzun subtrobiklərində -
Lənkəran-Astara və Şəki-Zaqatala zonalarında becərilməsi plovun Azərbaycan
mətbəxində daha erkən daxil olmasına əsaslı sübutldur. Bir çox səyyahlar məşhur
Ş
irvan xanı Abdulla xanın süfrəsində, qismən mübaliğə də olsa, iki yüzdən artıq
plov xuruşu gördüklərini yazırlar.
Hələ 19 əsrin ikinci yarısı və 20 əsrin əvvəllərində Şəkidə piti hazırlayan
Xoruzoğlu adlı məşhur aşpaz – kulinar var imiş. Adamlar Azərbaycanın müxtəlif
guşələrindən ohuh hazırladığı pitini yemək üçün. Şəkiyə gəlirmişlər. Piti həmçinin
qədimdən Cənubi Azərbaycanda da hazırlanır və onlar da haqlı
olaraq bu xörəyi
azərbaycanlıların milli xörəyi hesab edirlər. Sonralar piti başqa adla qonşu
xalqların kulinariyasına da daxil olmuşdur.
Azərbaycan xörəkləri dadı və hazırlanmasına, həmçinin tünd ədviyyə və tamlı
ə
lavələer qatılmasına görə daha çox Şərq mətbəxinəyaxındır.
Hazırda Azərbaycan kulinariyasında xörəklərin hazırlanmasının qədim
üsullarının spesifik xüsusiyyətləri saxlanmaqla yanışı, müasir kulinariyanın
tələbləri geniş surətdə nəzərə alınır.
Azərbaycan milli kulinariyasında 30-dan çox birinci növ xörək var. Bunlara
ə
tdən hazırlanmış xörəklər (piti, küftə-bozbaş, şorba) göyərti və qatıqdan
hazırlanmış xörəklər (dovğa, ovdux, doğramac, balva və s) aiddir.
Bəzi sulu xörəklərin hər pay bir qabda(piti), yaxud
bir neçə pay bir qabda
hazırlanır.
31
Adi şorbalardan fərqli olaraq sulu Azərbaycan xörəkləri öz konsistensiyasına
görə daha qatıdır,çqünki bunların tərkibində, bir qayda olaraq şorba az miqdar olur.
Azərbaycan milli kulinariyasını nəsildən-nəsilə keçərək təşəkkül tapmış və
formalaşmışdır. Yeməklərin yüksək kalorili, dadlı və zahiri gornüşülü olması milli
Azərbaycan mətbəxi üçün xarakterikdir.
Dostları ilə paylaş: