15
Mexaniki ətçəkən maşından istifadə edilən zaman qabaqca maşının altına qab
qoyulub maşın işə salınır və doğranmış ət tikələri maşının içinə doldurulub
döyülür.
Mexaniki kutterdə ət döyülən zaman ət tikələri maşının çanağına doldurulub
çanağın qapağı örtülür və maşın işə salınır.Ət döyüldükdən sonra kutter
dayandırılıb qapağı götürülür və döyülmüş ət kütləsi çanaqdan çıxarılır. Bundan
sonra çanağa yenə ət tikələri doldurulub proses davam etdirilir.
Döyülmüş ət qabaqca suda yaxud süd içində isladılmış buğda çörəyinə qatılır,
sonra buna duz və istiot vurulub hamısı birlikdə qarışdırılır və azacıq çalınır.
Çalınan zaman kotlet kütləsi birnövlü vəziyyətə gəlir və sonrakı isti emal
prosesində kotletyumşaq çıxır, lakin lotlet kütləsi çox çalınmamalıdır, çünki belə
olduğu halda yağ ayrılır və hazırlanan məmulatın təmi pisləşir. ət yağsız olduqda
çəksinə nistəbən buna 5-10%iç yağı qatılır. Çörək kotlet kütləsində bunun tərkib
hissələrini birləşdirir və yumşaqlıq verir.
1kq yumşaq ət üçün burada xalis çəkidə 250q (25%) buğda çörəyi, 300q
(30%) su yaxud süd , 20q (2,0%) duz, 1q (0,1%) narın istiot norma sayılır.
Dostları ilə paylaş: