Yağlı və soğanlı mərci. Burada suda bişirilmiş mərciyə çöp şəklində
doğranıb qızardılmış baş soğan qatılır, sonra duz və kərə yağı vurulur.
Hər pors üçün burada 100 q mərci, 30 q baş soğan və 20 q yağ götürülür.
Tomatlı makaron.
12
Burada yağda qızardılmış tomat-püreyə kərə yağı vurulub içinə bişmiş
makaron qoyulur. Sonra duz və döyülmüş iştiot vurulub hamısı birlikdə ciddi
qarışdırılır və qızardılır.
Süfrəyə verilən zaman bunun üstünə narın doğranmış göyərti səpilir.
Hər pors üçün burada 80 q makaron, 15 q kərə yağı, 30 q tomat –püre və 5 q
göyərti götürülür.
Pendirli makaron. Burada bişmiş makarona şit marqarin qatılıb dibinə yağ sürtülmüş və suxarı
ovuntusu səpilmiş porsluq tavalara qoyulur və üstünə pendir ovuntusu səpildikdən
və yağ çiləndikdən sonra qızdırıcı şkafda bişirilir. Bu xörək tavanın içində süfrəyə
verilir.
Hər pors üçün 100q makaron, 10q şit marqarin, 20q hollandiya pendiri və 5q
kərə yağı götürülür.
Kəsmikli əriştə kökəsi (lapşevnik). Burada kəsmik ovuntusuna çiy yumurta, duz və şəkər qatılır, həmin kütlə
bişmiş əriçtə yaxud vermişel ilə birləşdirilib dibinə yağ sürtülmüş və suxarı
ovuntusu səpilmiş tavanın içinə qoyularaq üzünə xama sürtüldükdən sonra qızdırıcı
ş
kafda bişirilir.
Süfrəyə verilən zaman kəsmikli əriştə kökəsi (lapşevnik) porsluq tikələrə
doğranıb və üstünə yağ tökülür. Bunun yanında sousnik deyilən ayrıca qabda xama
qoyulur.
Hər pors üçün burada 72q əriştə yaxud makaron, 150q su, 100q süd kəsmik, ¼
ə
dəd yumurta, 10q şəkər, 5q şit marqarin, 3q xama, 3q suxarı, 10q kərə yağı və
yaxud 30q xama götürülür.
MÜHAZİRƏ 4.