Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc


Beynəlxalq və milli tərəflərə malik olan beynəlmiləlçilik prinsipi



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə20/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   16   17   18   19   20   21   22   23   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

5.
Beynəlxalq və milli tərəflərə malik olan beynəlmiləlçilik prinsipi. 
Beynəlxalq tərəfdən beynəlmiləlçilik prinsipi ekoloji hüquq münasibətlərində 
ə
traf mühitin mühafızəsi sahəsində bey-nəlxalq əməkdaşlığı nəzərdə tutur (Ətraf 
mühitin mühafızəsi haqqında AR-nın Qanunu). 
Benyəlmiləlçilik prinsipi beynəlxalq hüquq normalarınm milliliyə nisbətən 
üstünlüyünü nəzərdə tutur. Belə ki, əgər ət-raf mühitin mühafizəsi sahəsində 
Azərbaycan Respublikasının digər dövlətlə (və ya dövlətlərlə) bağladığı beynəlxalq 
müqavilədə milli qanunvericilikdə nəzərdə tutulandan başqa qaydalar müəyyən 
edilmişdirsə, onda beynəlxalq müqavilənin qaydaları tətbiq edilir (Ətraf mühitin 
mühafızəsi haqqında Qanun). 
6.
Bütün təsərrüfatçılıq formalarının və təbii obyektlərə münasibətdə bütün 
mülkiyyət formalarının bərabərhüquqluğu prinsipi. O, aşağıdakı normativ qanunlarla 
təmin edilir: 
a)
təbii obyektlərin təsərrüfat istismarı gedişində meydana çıxan inhisarçı 
meyillərin kəsilməsi. Belə ki, dövlət antiinhisar komitəsinin orqanlan təbiətdən 
istifadəçi müəssisələrin fəaliyyətinə, onların məcburi parçalanması və ləğvinə qədər 
qanunla müəyyən olunmuş müdaxiləsini həyata keçirmək hüququna malikdir; 
b)
təbiətdən istifadəçi müəssisələrin təsərrüfat fəaliyyətinə qanunsuz 
müdaxilədən müdafıə edilməsi. Məsələn, müəssisələr onların hüquqlarını pozmuş, 


qanunsuz qərarın qəbul olunmasında günahkar olan vəzifəli şəxslərdən və idarəetmə 
orqanlarından maddi zərərin tam məbləğində cərimə ala bilər, həmçinin qanunsuz 
qərarın məhkəmə ləğvinə nail ola bilər. 
7.
Təbiətdən istifadəçilərin öz hüquq və öhdəliklərinin lazımi icrasının 
stimullaşdırılması prinsipi. Xüsusən də, qanunla ətraf təbii mühitin mühafizəsinin 
iqtisadi mexanizmi nəzərdə tutulmuş (Ətraf mühitin mühafizəsi haqqında AR-nın 
Qanunu), təbii ehtiyatların istifadəsinə görə ödənişlik prinsipi müəyyən olunmuş, 
aztullantılı və tullantısız texnologiyalarm tətbiqi zamanı müəssisələrə vergi və digər 
güzəştlər həyata keçirilmişdir və s. 
Ekoloji qanunvericilikdə tətbiq olunan stimullaşdumanı pozitiv və neqativə 
ayırmaq olar. Birinci, təbiətdən istifadəçilərin öz öhdəliklərinin lazımi icrasının 
stimullaşdırılmasmda, ikinci - pozuntuya görə hüquqi və digər məsuliyyetin 
mövcudluğunda və tətbiqində ifadə olunmasında. 
Adətən, 
öz 
öhdəliklərinin 
lazımi 
icrasına 
təbiətdən 
istifadəçilərin 
stimullaşdrrılması, bir tədbirin digərlərinin zərərinə seçici tətbiqi istisna olmaqla, 
kompleks tədbirlərlə həyata keçirilir. 
8.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin