Ekoloji hüquqların müdafiə si və tə minatı
Konstitusiyasımızn bir sıra müddəalarında öz əksini tapmış, hər bir şəxsin
konstitusion hüququ olan - sağlam ətraf mühitdə yaşamaq hüququ insanların təməl
hüquqlarından biridir. Həmin hüquqlar aşağıdakı qaydada müdafıə olunur:
-
hüquq və azadlıqların məhkəmə təminatı hüququ;
-
yüksəkkeyfıyətli hüquqi yardım almaq hüququ;
-
dövlət orqanlarının, həmkarlar ittifaqlarının, siyasi partiyaların, ictimai
birliklərin və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (və ya hərəkətsizliyindən)
məhkəməyə şikayət etmək hüququ;
-
dövlət orqanlarınm və ya onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri,
yaxud hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfmdən ödənilməsi
hüququ.
Məlumdur ki, Konstitusiya ilə hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarmın
məhkəmədə müdafıə edilməsinə təminat verilir. Eyni zamanda həmin hüquq hər bir
şə
xsə ətraf mühitin mühafızəsi ilə bağlı məhkəmələrə müraciət etmək hüququ da
verir.
Ə
traf mühitin vəziyyəti ilə bağlı dəqiq məlumatm alın-masının təminatı kimi
Konstitusiyamızın 41-ci maddəsinin 3-cü bəndini göstərmək olar. Həmin maddəyə
ə
sasən, insanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları ve halları
gizlədən vəzifəli şəxslər qanun əsasmda məsuliyyətə cəlb edilirlər. Bununla yanaşı,
hər bir şəxsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji
hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini
almaq hüququna da təminat verilir. «Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan
Respublikasının Qanununa görə ölkə vətəndaşlarının ətraf mühitin zərərli
təsirlərindən mühafizə edilməsi, oniara bir sıra mühüm hüquqların verilməsi nəzərdə
tutulmuşdur:
-hər bir vətəndaşın həyatı və sağlamhğı üçün əlverişli ətraf mühitin olması, onun
vəziyyəti və vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqmda dəqiq məlumat
almaq hüququ;
-qanunvericiliyin pozulması nəticəsində onların sağlamIığına və əmlakına
vurulan zərərə görə ödənc almaq hüququ;
-
qanunvericilikdə müəyyən edilmiş qaydada ətraf mühitin mühafızəsinə aid
yığmcaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda
iştirak etmək hüququ;
-
insan həyatına və ətraf mühitə mənfı təsir göstərən müəssisələrin, qurğuların və
başqa ekoloji zərərli obyektlərin yerləşdirihnəsi, tikintisi, yenidən qurulması və
istismara verilməsi haqqmda qərarların inzibati və ya məhkəmə qaydasında ləğv
edilməsini və həmçinin fıziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını,
müvəqqəti dayandırdmasını və hüquqi şəxslərin ləğv edilməsini tələb etmək hüququ;
-
ətraf mühitin mühafızəsi haqqında qanunvericiliyin pozulması nəticəsində
təqsirkar təşkilatlarm, vəzifəli şəxslərin və vətəndaşlann məsuliyyətə cəlb edilməsi
barədə müvafıq orqanlar və məhkəmələr qarşısında iddialar qaldırmaq hüququ.
Ə
traf mühitin mühafizəsi sahəsində vətəndaşlanmızın hüquqları bir sıra digər
hazırda qüvvədə olan qanunvericilik aktlarmda da öz əksini tapmışdır ki, onlardan
biri də «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının
Qanunudur. Qanuna əsasən vətəndaşlar:
-
indiki və gələcək nəsillərin səhhətinə mənfı təsir göstərməyən və onların
sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq
hüququna;
-
xəstələnmə dərəcəsi, epidemioloji vəziyyət və radiasiya şəraiti, ətraf mühitin
vəziyyəti və bunların insan sağlamlığma təsiri, aparılmış gigiyena ekspertizalarının,
digər xüsusi ekspertizaların nəticələri, dövlət orqanlarmın və yəzifəli şəxslərin qəbul
etdiyi, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan
qərarlar haqqında tam, düzgün və pulsuz məlumat almaq hüququna;
-
həyata keçirilməsi əhalinin sağlamhğına və ətraf mühitə təsirlə bağlı qərarların
hazırlanmasında və icrasma nəzarətdə iştirak etmək hüququna;
-
ətraf mühitin kimyəvi, fıziki, bioloji və digər amillərinin, habelə qida
məhsullarının təsiri nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququna və s.
malikdirlər (maddə 5-8).
Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan
şə
xslərin radiasiya təhlükəsizliyi hüququ «Əhalinin radiasiya təhlükəsizliyi
haqqında» Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur.
Ə
hali və ictimai birliklər ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar
fəaliyyət göstərən müəssisə və təşkilatlardan onların səlahiyyətləri çərçivəsində
radiasiya şəraiti və radiasiya təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlər
haqqında obyektiv məlumat almaq hüququna malikdirlər. Qanunvericilikdə nəzərdə
tutulmuş qaydalar və şərtlər daxilində ictimai birliklərin nümayəndələri ionlaşdırıcı
ş
üa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların
ə
razisinə daxil ola bilərlər. İonlaşdırıcı şüalanmanın təsiri və radiasiya qəzası ilə
ə
laqədar əhalinin həyatına, sağlamlığına və əmlakına dəymiş zərərə görə onlar maddi
ödəniş almaq hüququna malikdir (maddə 23, 24, 25 və 27).
Konstitusiyamızın 39-cu maddəsində təsbit olunmuş sağ-lam ətraf mühitdə
yaşamaq hüququ - mahiyyətcə müstəqil, lakin bir-biri ilə sıx əlaqədə olan 3 əsas
ekoloji hüququ müəyyən edir:
-
əlverişli ətraf mühitdə yaşamaq hüququ;
-
ətraf mühitin vəziyyətinə dair dəqiq məlumat almaq hüququ;
-
ekoloji hüquq pozuntusu nəticəsində sağlamlığa və ya əmlaka vurulan zərərin
ə
vəzinin ödənilməsi hüququ.
Azərbaycan Respublikasının qanunvericiliyində əlverişli ətraf mühit anlayışma
ayrıca tərif verilməsə də, bu anlayışın hüquqi əhəmiyyətli əlamətləri öz əksini
tapmışdır.
«Ətraf mühitin mühafızəsi haqqında» Azərbaycan Respublikasının Qanununda
ə
traf mühitin vəziyyətinin qiymətlənüırılməsı baxımından ətraf mühitin ekoloji
tarazlığının nizamlanmasını (maddə 30); ətraf mühitin keyfiyyət normativlərinin əsas
göstəricilərini (maddə 31); əhalinin sağlamhğının, bitki və heyvanlar aləminin
mühafızəsi, onların genetik fondunun qorunması məqsədi ilə atmosferi, suyu, torpağı
və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol
verilə bilən miqdannı və əhalinin sağlamhğının, əmək qabiliyyətinin mühafızəsini
bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin qorunması məqsədi ilə
səs-küyün, silkələnmənin, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv
ş
üalanmanın və digər zərərli fıziki təsirlərin yol verilə bilən son hədlərinin
normativlərini (maddə 32), sanitariya-mühafizə və digər mühafızə zonaları və
onlardan istifadə qaydalannı müəyyən edən maddələr nəzərdə tutulmuşdur.
«Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikasının
Qanununa əsasən, vətəndaşlar ətraf mühitin vəziyyətinə və təbii ehtiyatlardan
istifadəyə dair dövlət, bələdiyyə orqanlarından, həmçinin məsul şəxslərdən tam,
dəqiq və vaxtında informasiya almaq hüququna malikdirlər.
Qanunvericiliyə görə ətraf mühitə dair ınformasiya dedikdə, torpağın, suyun,
yerin təkinin, atmosferin və canlı orqanizmlərin vəziyyəti, ətraf mühitə, insanların
sağlamlığına təsir edən və ya edə biləcək fəaliyyət nəticəsində ətraf mühitin
komponentlərində baş verən və baş verə biləcək dəyişikliklər, onların
qiymətləndirilməsi, ətraf mühitin mühafızəsi və səmərəli istifadəsinə yönəldilmiş
tədbirlər və məsrəflər barədə məlumatlar başa düşülür.
Ə
halinin sağlamhğı və ətraf mühitin mühafizəsi, onlara nəzarət, torpağın, suyun,
yerin təkinin, atmosferin, meşələrin, heyvanlar və bitkilər aləminin qorunması, təbii
ehtiyatlardan, habelə təkrar xammaldan istifadə, bu sahədə qayda və standartları
müəyyənləşdirmək, həmçinin ətraf mühitin vəziyyətinə təsir göstərə bilən qərarlar
qəbul etmək səlahiyyəti olan dövlət hakimiyyəti və bələdiyyə orqanları, onların sahə
strukturları, digər ixtisaslaşdırılmış fəaliyyət növləri ilə məşğul olan qurumlar ətraf
mühitə dair informasiya obyektləri sayılırlar.
Ə
traf mühitə dair informasiyanın iki növü var: əldə edilməsi qaydalarına görə
alınması məhdudlaşdırılan və açıq informasiya.
Ə
traf mühitə dair informasiyanın alınmasma təminat - informasiyanın
axtarılmasına şərait yaratmaq, sənədlərlə tanış olmaq, onların surətini əldə etmək,
vəzifəli şəxslərdən müsahibələr götürmək, mətbuat konfranslarında və digər
tədbirlərdə iştirak etmək, yazılı sorğulara rəsmi cavablar almaq hüququnun dövlət və
yerli özünüidarəetmə orqanları, habelə məsul şəxslər tərəfındən təmin edilməsidir
(maddə 5.).
Ekoloji hüquq pozuntusu nəticəsində sağlamlığa və əmlaka vurulan zərərin
ə
vəzinin ödənilməsi hüququ vətəndaşlarm konstitution hüquqlarından biri
olduğundan, onun araşdırılması üçün ekoloji məsuliyyəti başa düşmək lazımdu.
Ekoloji məsuliyyət - çoxsahəli sosial-iqtisadi və hüquqi institutdur. Ekoloji
məsuliyyətin əsasında ekoloji pozuntular durur. Həmin pozuntular özünü cəmiyyətin
inkişaf prosesində iqtisadi və ekoloji vəhdəti elmi əsaslarla qoruyan normalara əməl
etməməkdə və onları yerinə yetirməməkdə büruzə verir. Öz iqtisadi tələbatmı
ödəmək istəyən insanm təbiətə göstərdiyi təsir ekoloji münasibətlərin yaranması ilə
nəticələnir ki, bu da «cəmiyyət-təbiət» qarşıdurması deməkdir. Bu münasibətlərin
hüquqi tənzimlən-məsi üçün ekoloji məsuliyyət mexanizmi fəaliyyət göstərir.
Ekoloji hüquqpozmada, qanunvericilikdə təsbit olunmuş insan sağlamlığına
dəymiş ziyan, insanın ayrıca fərd şəklində deyil (məsələn, bədən xəsarəti və s.
qəsdlər), təbiət və cəmiyyətin qarşıhqlı fəaliyyətinin nəticəsində ətraf mühitə dəymiş
zərər, ümumilikdə insanların sağlamhğına dəymiş ziyan kimi başa düşülməlidir. Ətraf
mühitə dəymiş ziyan təbiəti kəmiyyət (təbii ehtiyatlann miqdarmın azalması) və
keyfıyyət (ətraf mühitin çirklənməsi, eroziya və s.) cəhətdən mənfi istiqamətdə
dəyişdirir ki, bu da bütövlükdə insan həyatma və sağlamlığına təhlükə yaradır,
vəziyyət dəyişkənliyi prosesi güclənir, əhalinin işgörmə qabiliyyəti aşağı düşür. Bu
isə öz növbəsində iqtisadi və təsərrüfat cəhətdən əlverişsiz şəraitin yaranmasma
sə-bəb olur.
Təbiətə dəymiş ziyana görə ekoloji cinayətlər, bu mənada, özünü iki formada
göstərir: iqtisadi və ekoloji.
İ
qtisadi ziyan dedikdə təbiət istifadəçiləri, onların əmlakma və gəlirlərinə
dəymiş ziyan başa düşülür. Ekoloji ziyan isə ətraf mühitin çirklənməsi, təbii
ehtiyatların dağıddması və tükənməsi, təbii obyektlərə və bütünlükdə ekosistemləro
dəy-miş ziyandır.
Qanunvericiliyə görə ətraf mühitə vurulmuş zərər dedikdə, ətraf mühitin qəza
nəticəsində çirklənməsi zamanı müvafıq ərazi üçün yol verilən həddən artıq
çirklənmiş torpaq sahələrinin və su obyektlərinin bərpasma tələb olunan vəsait,
habelə atmosfer havasmm çirklənməsi, heyvanlar və bitkilər aləminin məhv olması
ilə bağlı zərər başa düşülür.
Ekologiyanın əsas qanunu hesab olunan «Ətraf mühitin mühafızəsi haqqında»
Azərbaycan Respublikası Qanununun 79-cu maddəsində qeyd olunur ki,
vətəndaşların həyatına və əmlakına vurulmuş zərər, zərərçəkənin əmək qabiliyyətinin
itirilməsi dərəcəsi, onun müalicəsi və sağlamlığının bərpası üçün tələb olunan xərclər
və itkilər nəzərə alınmaqla tam həcmdə ödənilməlidir. Eyni zamanda göstəriiir ki,
ə
traf mühitə təhlükəli təsir edən fəaliyyətlə məşğul olan hüquqi və fıziki şəxslər,
oniarın təqsiri müəyyən edildikdə, məhkəmənin qərarı əsasında, ətraf mühitin
pozulmuş vəziyyətinin bərpasına lazım olan faktiki xərclər həcmində zərər çəkmiş
hüquqi və ya fiziki şəxsin hesabma köçürülür.
İ
nsan sağlamlığınm pozulmasına, əmək qabiiiyyətinin tam və ya qismən
itirilməsinə, psixi çatışmazlıqlara və digər məsələlərə görə ətraf mühitin çirklənməsi
nəticəsində dəymiş zərər Azərbaycan Respublikasmm Mülki Məcəlləsində nəzərdə
tutulmuş qaydada ödənilir. Bu zaman ümumi qaydalara görə aşağıdakı xərclər mütləq
nəzərə alınmalıdır:
-
müalicə və sağlamlığın bərpası üçün çəkilən xərclər (ekoloji ziyan);
-
əmək qabiliyyətinin itirilməsi ilə bağlı dəymiş maddi zərərin ödənilməsi
xərcləri (iqtisadi ziyan);
-
digər xərclər (vaxtından əvvəl təqaüdə çıxmağa görə, peşəkarlıqla əlaqədar
buraxdmış imkanlar və s.).
Qanunvcriciliyə görə ətraf mühitin çirklənməsi nəticəsində insan sağlamlığına
dəymiş ziyanın əvəzinin ödənilməsi, ziyana görə obyektiv hüquqi məsuliyyətdir. Bu
zaman hansısa ekoloji normativin pozulması deyil, dəymiş ziyan faktı və ya onun
nəticəlorinin real təhlükəsi əsas götürülür. «Əhalinin sağ-lamlığmm qorunması
haqqında» Azərbaycan Respublikasmm Qanunu (Tibbi-sosial ekspertiza) orqanizmin
funksiyalarmm
davamlı
pozulmaları
nəticəsində
həyat
fəaliyyətinin
məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasmda vətəndaşm sosial müdafıə
tədbirlərinə olan ehtiyaclarmı müəyyən edir (maddə 43).
Hazırda qüvvədə olan başqa bir qanuna - «Əhalinin ra-diasiya təhlükəsizliyi
haqqında» Azərbaycan Respublikası Qa-nununa (1998) əsasən, əhalinin qanunla
müəyyən olunmuş dozadan artıq şüalanma, həmçinin, radiasiya qəzası ilə əlaqədar
onların sağlamlığma, əmlakma və həyatma dəyən zərərə görə maddi ödəniş almaq
hüququ vardır (maddə 27). Qanunvericilikdə daha sonra radiasiya təhlükəsizliyinin
təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarmın, əcnəbilərin ve
vətəndaşlığı olmayan şəxslərin vəzifələri göstərilmişdir. Bunlar aşağıdakılardır:
-
radiasiya təzlükəsizliyinin təmin olunması tələblərinə əməl etmək;
-
radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin yerinə
yetirilməsində iştirak etmək.
Ümumiyyətlə, insanm sağlamlığına dəymiş ziyan özünü fızioloji, iqtisadi,
mənəvi və genetik formada göstərir.
Dəymiş ziyanm ödənilməsi kompensasiya mexanizmi vasitəsi ilə həyata
keçirilir. Kompensasiya məsuliyyətinin üç n ö v ü vardır: mülki məsuliyyət; maddi
məsuliyyət; ekoloji-iqt i s ad i məsuliyyət.
Ekoloji-hüquqi münasibətlərdə «qanunla qadağan olunmayan hər şeyi etmək
olar» prinsipinin tətbiqi yolverilməzdir (Nuriyev və başqaları, 2005). Əvvəla, Mülki
Məcəllədə öz ək-sini tapmış hüquqi normalarda göstərilir ki, xüsusi qanunlarda
göstərilməsə də belə, hər cür ziyanlı hərəkət yolverilməzdir.
Ikincisi, təbiətdən istifadə haqqında qanunvericilikdə tobiəti mühafizə sahəsində
icazə verilən və yaxud lisenziya (xüsusi razdıq) sisteminə görə, təbii mühitə olunacaq
hər hansı bir mü-daxilə səlahiyyətli orqanların razılığı ilə olmalıdır (torpağın
götürülməsi, meşənin qırılması, meliorasiya və s.).
Hüquqazidd hərəkətlər ekoloji hüquqpozmaların obyektiv tərəfı sayılan bir
elementdir. Digər element isə təbiətə vurulmuş ziyandır. Təbiətə vurulmuş ziyan -
hüquqazidd hərəkətlərin obyektiv nəticələridir.
Ziyan - ətraf mühitə və insan sağlamlığına mənfı proseslər üzündən baş verən
dəyişiklikdir. Bununla bərabər ziyan həm də hüquqazidd davranışın neqativ nəticəsi
hesab olunur.
İ
nsan sağlamlığma dəymiş ziyan dedikdə, onun əlverişsiz ətraf mühitin təsiri
nəticəsində müvəqqəti olaraq həyat qabiliyyətini itirməsi və orqanizmin bəzi bioloji
fuknsiyaları yerinə yetirə bilməməsi başa düşülməlidir. Ekoloji və iqtisadi ziyan
nəticəsində ətraf mühitə dəymiş ziyan daha çox antropogen mənşəlidir.
İ
qtisadi və ekoloji olaraq dəymiş ziyan iki qrupa ayrılır: iqtisadi ziyan təbii
ehtiyatların iqtisadi qiymətləndirilməsindən (kadastr) yaranır. İqtisadi ziyan təbiətdən
istifadəçilərin (mülkiyyətçi, sahibkar, istifadəçi, icarəçi və s.) maraqlarına dəymiş
zərərdir. Bu ziyan özünü təbii sərvətlərin itkisində (balıq ehtiyatlarının, faydalı
qazıntıların və s. azalması), maddi dəyərlərin itirilməsində (məhsuldarhq, kənd
təsərrüfatı heyvanlarımn azalması və s.) və əldə olunmamış xərclərdə göstərir.
İ
stehsalat, təsərrüfat və sosial məişət şəraitində insan sağlamlığına dəymiş ziyan
ekoloji ziyan sayılmır.
Ə
traf mühitin çirklənməsi nəticəsində vətəndaşlıran sağlamlığına dəymiş ziyan
həmin ziyanı vuran fıziki və hüquqi şəxslər tərəfmdən ödənilməlidir. («Əhalinin
sağlamlığının qo-runması haqqında» Qanun, maddə 57).
İ
nsanın sağlamhğma əlverişsiz ətraf mühitin vurduğu ziyan da iki formada olur:
-
təbii hadisələr;
-
antropogen amillər.
Təbii hadisələr təbiətdə baş verən proseslərin obyektiv nəticəsi olub, bir çox
hallarda təbii fəlakət də adlanır. Bu cür fəlakətlər lokal şəraitdə insan fəaliyyəti
nəticəsində də baş verə bilər.
Antropogen amillər insan sağlamlığına dəymiş ziyanın əsas səbəbi sayılmalıdır.
Ə
sasən bu, insanın təsərrüfat, istehsalat, istirahət və digər fəaliyyəti nəticəsində baş
verir. Qeyd et-mək lazımdır ki, əlverişsiz ətraf mühit dedikdə, antropogen fəaliyyət
nəticəsində ətraf mühitin kimyəvi və radiasiya çirklənməsi, səs-küy, vibrasiya,
maqnit sahələrinin təsiri və digər fıziki, bioloji və başqa zərərli təsirlər başa düşülür.
Hazırda qüvvədə olan Azərbaycan Respublikasının ekoloji qanunvericiliyi
müasir beynəlxalq tələblərə və ya vətəndaşların ekoloji hüquqlarının təminatma dair
təsəvvürlərə nə dərəcədə uyğun gəldiyini cavablandırmaq üçün ölkə
qanunve-riciliyində olan müddəaları beynəlxalq hüquqi sənədlərin müddəaları ilə
müqayisə etmək lazımdır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
tərəfmdən 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi
insanların əlverişli ətraf mühitə olan hüququnu bilavasitə tanıyrr. Bəyannamənin 3-cü
maddəsində təsbit olunan bu hüquq insanın yaşamaq hüququ vasitəsi ilə ifadə edilib.
Bəyannamədə eyni zamanda insanın özünün və ailəsinin sağlamlığının və rifahının
qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olması hüququ da
təsbit olunmuşdur (maddə 25).
Həmin müddəalar öz inkişafmı BMT-nin Baş Assambleyası tərəfındən 1966-cı
ildə qəbul edilmiş Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda tapmışdır.
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsinə uyğun olaraq
yaşamaq hüququ hər bir insanın alınmaz hüququdur. Bu hüquq qunanla müdafıə
olunur. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci
maddəsi hər bir şəxsin özünün və ailəsinin həyat şəraitüıin daimi yaxşılaşmasını əhatə
edən münasib həyat səviyyəsi hüququnun tanınmasını müəyyən edir.
Insanların əlverişli ətraf mühitdə yaşamaq hüququ müstəqil bir problem kimi ilk
dəfə olaraq beynəlxalq səviyyədə BMT-nin 1972-ci ildə keçirilmiş Stokholm
Konfransında müzakirə edilmişdir. Orada qəbul edilmiş Stokholm Bəyannaməsinin
1-ci maddəsində deyilir: «İnsanın azadhq, bərabərlik və əlverişli ətraf mühitdə
yaşamaq hüququ vardır, bu hüquq insana layiqli və firavan həyat sürməyə imkan
verir, indiki və gələcək nəsillərin rifahı üçün isə ətraf mühitin mühafizəsi və
inkişafına görə mühüm əhəmiyyət kəsb edir.
1992-ci ilin iyununda Stokholm Konfransından 20 il son-ra Braziliyanın Rio-de
Jeneyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT-nin Konfransı öz
Bəyannaməsini birinci prinsip kimi elan etdi: «Daimi inkişafın diqqət mərkəzində
insanlar durur. Onlarm təbiətlə uyğunlaşaraq sağlam ətraf mühitdə yaşamaq
hüquqları vardır».
Ölkəmizin Avropa Şurasına qəbul edilməsi ilə əlaqədar həmin təşkilatın insan
hüquqlarına dair beynəlxalq sənədlərinə müraciət etmək imkanınm yaranması
xüsusilə çox vacibdir. Bu sənədlərdən - İnsan Hüquqlannın və Əsas Azadlıqlann
Müdafıəsi haqqında Konvensiyanı, Avropa Sosial Xartiyasını göstərmək olar. Burada
bir şeyi qeyd etmək lazımdır ki, bu sənədlərdə vətəndaşlann hüquqlarının təsbit
edilməsi ilə yanaşı, onların beynəlxalq hüquqi müdafiəsi mexanizmləri də nəzərdə
tutulmuşdur.
İ
nsan Hüquqlarımn və Əsas Azadlıqlarının Müdafıəsi haqqında Konvensiyada
da ətraf mühitin mühafızəsi sahəsində vətəndaşların hüquqları subyektiv hüquqların
müstəqil növü kimi tanınmır. Belə ki, ekoloji hüquqlar və maraqlar insan sağlamlığı
ilə bağlı olan yaşamaq hüququ ilə əhatə edilir. Konvensiyada deyilir: «Hər kəsin
yaşamaq hüququ qanunla qorunur. Milli qanunvericilik üçün isə bu insanın həyatının
və sağlamlığınm müdafıəsi üçün ətraf mühitin zərərli təsirlərindən mühafızəsi hüququ
da daxil olmaqla hüquqi mexanizmlərin yaradılmasını təmin etmək vəzifəsidir».
Beləliklə, Azərbaycan Respublikası vətəndaşlarının Konstitusiya ilə nəzərdə
turulmuş ekoloji hüquqlarının həcmi və məzmunu beynəlxalq konvensiyaların və
digər beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş hüquqların bu növünün həc-minə
çox yaxındır.
Azərbaycan Respublikası vətəndaşlarının beynəlxalq sənədlərdə nəzərdə
tutulmuş ekoloji hüquqları və onların müdafıəsi mexanizmləri barədə biliklərə malik
olması mühüm praktiki əhəmiyyətə malikdir. Belə ki, əvvəla Konstitusiyamızm 12-ci
maddəsində nəzərdə tutulmuş insan hüquqları və azadlıqlarının təmin edilməsi
hüququ ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.
Sonra isə, artıq respublikamız Avropa Şurasma üzv olan dövlətlərdən biri kimi İnsan
Hüquqlarının və Əsas Azadlıqlarm müdafıəsi haqqında Konvensiyanı 2002-ci ilin
dekabr aymda ratifıkasiya etmiş və bununla da öz üzərinə bir sıra öhdəliklər
götürmüşdür.
Həmin
Konvensiyanın
iştirakçıları
olan
dövlətlərin
qanunvericiliklərindəki bütün konkret normalar isə Konvensiyadakı prinsiplərə uyğun
olaraq hazırlanır. Bu prinsiplər eyni zamanda həmin normaların qanunvericiliyinin
meyarı kimi çıxış edir (A.İsgəndərova, K.Abbasov, 2002).
Dostları ilə paylaş: |