Ə
traf mühitin mühafizəsinin beynəlxalq obyektləri
Ə
traf mühitin qorunması obyektləri milli (dövlətdaxili) və beynəlxalq
(ümumdünya) obyektlərə bölünürlər. Milli obyektlərə torpaq, hava, su, yerin təki,
vəhşi heyvanlar və təbii mühitin dövlətin ərazisində olan başqa ünsürləri aid edilir.
Dövlət milli obyektləri sərbəst idarə edir, onlan öz qərarları ilə və öz xalqının
marağını nəzərə almaqla qoruyur.
Ə
traf mühitin qorunmasınm beynəlxalq obyektlərinə ya beynəlxalq ərazilərdə
olan (kosmos, atmosfer havası, dünya okeanı və Antarktida), ya da müxtəlif ölkələr
arasında yer dəyişən obyektlər (miqrasiya edən heyvan növləri) daxildir. Bu
obyektlər dövlətin yurisdiksiyasına daxil edilmir və heç kimin milli əmlakı olmurlar.
Onlar beynəlxalq birlik tərəfındən birgə qəbul edilmiş müxtəlif, müqavilə,
konvensiya və protokollara əsasən mənimsənilir və qorunur.
Ə
traf mülıitin beynəlxalq obyektləri sırasına milli dövlətlər tərəfmdən idarə
olunan və qorunan, lakin beynəlxalq üçota götürülmüş obyektlər də (qoruqlar, milli
parklar, təbiət abidə-ləri və s.) daxil edilir (Sxem 6).
Sxemdən göründüyü kimi, ətraf mühitin qorunmasının mühüm beynəlxalq
obyektləri sırasına kosmos, dünya okeam və atmosfer havası da aiddir.
Kosmos bütün bəşəriyyətin mülkiyyətidir. Dünyanın heç bir dövləti kosmik
fəzaya sahiblik etmək hüququna malik deyildir. Kosmik fəzanın istifadəsinə dair
beynəlxalq müqavilələrdə onun əsas prinsipləri əks etdirilmişdir. Bu sənədlərə
ə
sa-sən kosmik fəzanın (ayı və başqa göy cisimlərini da daxil etməklə) hər hansı
dövlət tərəfındən hisşələrə bölünərək mənimsənilməsi, kosmosa mənfi təsir
göstərilməsi və kosmik fə-zanınçirkləndirilməsi yolverilməz hesab olunur.
Kosmosun hərbi məqsədlər üçün istifadəsinı məhdudlaşdırmaq məqsədilə
müqavilədə raket əleyhinə müdafıə sistemlərinə və strateji silahların
mohdudlaşduılmasına dair razılaşdrrmaya böyük əhəmiyyət verilir.
Beynəlxalq müdafıə obyekti olan dünya okeanı çox böyük miqyasda faydalı
qazıntılar, bioloji resurslar və enerji ehtiyatma malikdir. Dünya okeanmm
mənimsənilməsi bütün bəşəriyyətin marağını təmin etmək istiqamətində
aparılmalıdır.
Ayrı-ayrı dövlətlərin XX əsrin 50-70-ci illərində dünya okeanının tutduğu
ə
razilərə və onun sərvətlərinə öz milli ideyalarını rəsmiləşdirməyə cəhd etmələri
dünya okeanının mənimsənilməsinin hüquqi tənzimlənməsinə ehtiyac yaratdı. Üç
beynəlxalq konfransda nəzərdən keçirilən bu məsələlər 120 ölkənin imzaladığı
BMT-nin dəniz hüququ üzrə qəbul etdiyi Konvensiyası ilə rəsmüəşdi. BMT-nin
1973-cü il Konvensiyasma əsasən, sahil dövlətləinin sahildən 200 millik
məsafəyə-dək dənizin bioloji ehtiyatlarını mənimsəməyə suveren hüquqları təsdiq
edildi. Dünya okeanında bütün dövlətlərin sərbəst-üzmə hüququna malik olması da
bir daha rəsmiləşdirildi. Bu Konvensiyaya əsasən, daxili sularda üzməyin hüdudları,
sahil-dən 12 millik məsafə ölçüsündə müəyyən edildi.
Yer kürəsinin beşinci qitəsi olan Antraktidanı haqlı olaraq sülh və əməkdaşhq
materiki adlanduırlar.
ABŞ, Böyük Britaniya, Fransa, Argentina, keçmiş SSRİ və başqa ölkələrin
Antraktidaya dair 1959-cu ildə imzaladıqları müqaviləyə əsasən, bu qitədən yalmz
sülh məqsədləri, elmi-tədqiqat işləri aparmaq azadlığı bəyan edildi və Antraktidanın
beynəlxalq hüquqi rejimi müəyyənləşdirildi.
Antraktidada heyvanlar və bitki aləmini qorumaq, tullantıları uzaqlaşdırmaq və
çirklənmənin qarşısını ala bilən yeni və daha sərt tədbirlər Antraktidamn
mənimsənilməsində əmək-daşhğa dair 1991-ci ildə Madriddə imzalanmış protokolda
müəyyən edildi.
Ə
vvəllər qeyd etdiyimiz kimi, atmosfer havası da ətraf mühitin qorunmasının
beynəlxalq obyektlərindən biri hesab edilir. Dünya birliyi son vaxtlarda öz gücünü
atmosfer havasınm çirkləndirilməsinin transsərhəd hərəkətinin qarşısmı almağa və
ozon qatmın dağılmaqdan qorunmasına yönəltmişdir. Bu mə-sələ ilə əlaqədar
beynəlxalq münasibətlər 1987-ci ildə Monereal və 1985-ci il Vyana Konvensiyalarına
ə
sasən tənzimlənir.
Hava hövzəsinin qorunmasma dair qəbul edilmiş konvensiyalar və razılaşmalar
arasında Moskva (1963-cü il) müqa-viləsi xüsusi yer tutur. Bu müqaviləyə əsasən,
atmosferdə, açıq kosmosda və suyun altmda nüvə silahlarınm sınaqdan keçirilməsi
qadağan olundu. 1996-cı ildə isə nüvə silahlarını tamamilə qadağan edən müqavilə
BMT üzvü olan dövlətlərin çoxu tərəfindən imzalandı.
Ə
traf mühitin mühafızəsi sahəsinde beynəlxalq əməkdaşlıq və onun əsas
prinsipləri
Ə
traf mühitin çirklənməsi yerli, regional və qlobal miqyasda baş verə bilər.
Təbii və ekoloji proseslər nə milli, nə də inzibati sərhədlərlə məhdudlaşmır. Yer
kürəsinin bir nöqtəsin-də ətraf mühitin çirklənməsi tədricən genişləndikcə regional
ekoloji problemlərdən qlobal problemə çevrilir. Göstərilənlərlə əlaqədar bəzi qonşu
dövlətlər (hətta bir srra dövlətlər) hamı üçün təhlükəli olan ekoloji təhlükələri aradan
birgə qaldırmaq məqsədilə öz səylərini birləşdirməli olurlar. Baltik, Xəzər və Aralıq
dənizlərinin, Kür, Reyn, Dunay və Tisa çaylarmm qorunması məqsədilə aidiyyəti
olan ölkələrin birgə əməkdaşlığını təmin edən beynelxalq təşkilatların yaranması
deyilənlərə əyani misal ola bilər. Məsələn, Xəzərətrafı dövlətlərin (Rusiya, İran,
Azərbaycan, Qazaxıstan və Türkmənistan) yaratdığı beynəlxalq birlik Xəzər
dənizinin flora və faunasmın qorunması, çirklənməsinin qarşısının alınması və
dənizin dibinin sərvətlərindən istifadə etmək sahəsində vahid proqram qəbul
etmişdilər. Regional xarakter daşıyan belə beynəlxalq müqavilələr və qərarlar
göstərilən təbii məkanda ətraf mühitin pisləşməsinin qarşısının almmasına yönəlsə
də, öz məzmununa görə beynəlxalq xarakter daşıyır.
Təbii proseslər Hövlət sərhədlərinin hüdudlarına sığışmadığına görə bir ölkədə
ekosistemin pozulması qonşu ərazilərin ekologiyasına da mənfı təsir göstərir.
Məsələn, Almaniyada və ya Böyük Britaniyada yerləşən müəssisələrin icazə verilən
normadan artıq atmosferə buraxdıqları zəhərli qaz qonşu Avropa dövlətlərinin də
(Norveç, İsveç, Danimarka və s.) ərazisində atmosfer havasmm çirklənməsinə səbəb
olur.
Beynəlxalq miqyasda ekoloji amillərin prioritetliyinin müntəzəm artması
biosferin sirsilə şəklində artması ilə bağlıdır. Ekoloji böhranm bütün tərkib hissələri
(istixana effekti, ozon qatınm nazilməsi, torpağm deqradasiyası, radiasiya təhlü-kəsi,
yerin təkinin enerji və başqa ehtiyatlarının tükənməsi və s.) çox güclü artan ekoloji
təhlükəyə çevrilir və bu, vəziyyətdən çıxmağm yeni qaydalannı və yollarını tapmağı
tələb edir. Bu yol hansı yoldur? Günü-gündən artan ekoloji fəlakətlərdən necə
qurtarmaq olar? Ekologiya sahəsində tanınmış mütəxəssis M.Stronenin fıkrincə, «Biz
birgə yaşamağa məcburuq, əks təqdirdə heç kim yaşaya bilməz» (Ətraf mühit və
inkişaf» üzrə 1992-ci ildə BMT-nin Rio-de-Jeneyrada təşkil etdiyi konfransda
çıxışından).
Alimlərin fıkrincə, dünya birliyinin beynəlxalq ekoloji böhrandan çıxış
yollarından biri beynəlxalq ekoloji münasibətlərin ahəngdarlaşdınlmasıdır. Artıq
hamı tərəfındən qəbul edilmişdir ki, belə böhran vəziyyətindən ancaq bütün
dövlətlə-rin təbiəti qorumaq sahəsində səylərini birləşdirməklə və vahid strateji
proqram üzrə hərəkət etməklə çıxmaq mümkündür. Məhz elə ona görə də, belə
strategiyanı həyata keçirmək məqsədi ilə ətraf mühitin qlobal miqyasda qorunmasına
nail ola biləcək səlahiyyetlərə malik orqanlarm yaradılmasının zəruriliyi haqqmda
çoxsayh təkliflər irəli sürülmüşdür.
BMT-nin ətraf mühitin qorunması sahəsində fəaliyyəti 40-cı illərin sonlanndan
başlamışdır. 1949-cu ildə ABŞ-ın Leyk-Saksees şəhərində təbiətin qorunması üzrə
Beynəlxalq elmi-texniki konfrans keçirildi. Bu illərdə, əsasən, vəhşi heyvanların və
kökü kəsilməkdə olan bitki növlərinin qorunması, milli qoruqların və parkların təşkili
və sairəyə aid beynəlxalq əməkdaşlıq məsələləri hələ yeni-yeni formalaşırdı.
Ə
traf mühitin qorunması məsələsi BMT səviyyəsində ilk dəfə kompleks şəkildə
1968-ci ildə Parisdə keçirilən biosfer problemlərinə həsr olunmuş beynəlxalq
konfransda müzakirə olundu. YUNESKO-nun təşəbbüsü ilə təşkil olunmuş bu
kon-fransda «İnsan və biosfer» adlı ekoloji tədqiqatlar proqrammı işlənib hazırlandı.
Bu proqramın vəzifəsi bütövlükdə biosistem ehtiyatlarının və ayrı-ayrı ekosistem
tiplərində (dağlıq, tropik, səhra və s.) onların səmərəli istifadəsi və qorunmasımn elmi
ə
saslarını hazırlamaq idi.
Ə
traf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, əsasında hamı
tərəfındən tanınmış prinsiplər və normalar duran, beynəlxalq ekoloji hüquqa əsasən
tənzimlənir. Bu prin-siplərin yaranmasında BMT-nin 1972-ci ildə Stokholmda
keçi-rilmiş ətraf mühitin problemlərinə həsr edilmiş konfransının, BMT Baş
Assambleyasınm 1982-ci ildə (12 oktyabr) qəbul etdiyi təbiətin qorunması üzrə
ümumdünya xartiyası (TQÜX) və ətraf mühitin qorunmasına və inkişafa dair
BMT-nin 1992-ci ildə Rio-de-Jeneyroda təşkil etdiyi beynəlxalq konfranslarm
ro-lunu xüsusilə qeyd etmək lazımdır. Stokholm konfransı dövlətlərin və beynəlxalq
birliyin ekoloji siyasətinin hazırlanmasmda mühüm mərhələ hesab edilir. Bu
konfransda qəbul edilmiş Bəyannamədə ətraf mühitin qorunması sahəsində dünya
birliyinin strateji məqsədi və hərəkət istiqamətləri müəyən edilmişdir.
BMT Baş Asambleyası tərəfındən 1982-ci ildə qəbul edilmiş «Təbiətin
Beynəlxalq Xartiyası (TBX) beynəlxalq birliyin gələcək dövrdə ekoloji fəaliyyətinin
üstün istiqamətlərini müəyyən etdi. Bu istiqamətlər dövlətlərin ekoloji siyasətinin
hazulanması üçün hüquqi baza oldu. Xartiyada aşağıdakı əsas prinsiplər bəyan edildi:
1.
Bəşəriyyət təbiətin tərkib hissəsi olduğunu dərk edir. Buna görə də təbiətə
hörmətlə yanaşdmalı və onun əsas prinsipləri pozulmamalıdu.
2.
Yer üzərində həyatın genetik əsasları təhlükəyə məruz qalmamahdır. Həyatm
hər bir formasının (əhilləşdirilmiş və vəhşi) populyasiyası üçün lazım olan təbii mühit
saxlanıl-malıdır.
3.
Yerin bütün regionları (quruda və suda) bu sahənin qorunması tələblərinə
tabe edilməlidir.
4.
Təbii sərvətlərin (ehtiyatların) istifadəsi zamanı israfçılığa yol
verilməməlidir.
BMT-nin ətraf mühitə və inkişafa dair 1992-ci ildə (3-14 iyun) Rio-de-Jeneyro
şə
hərində keçirdiyi konfransda 114 dövlət başçısı və 1600 qeyri-hökumət
təşkilatlarınm nümayəndəli-yi görüşdülər. Bu görüş XX əsrdə ekologiya üzrə ən
böyük fo-rum (toplantı) idi. Konfransın ən böyük nailiyyəti aşağıdakı amilləri bəyan
etməsi oldu:
1.
«Ətraf mühit və iqtisadi inkişaf problemləri ayrdıqda nəzərdən keçirilə
bilməz» (4-cü prinsip);
2.
Dövlətlər yerdəki ekosistemləri saxlamaq, qorumaq, bərpa etmək məqsədilə
hərtərəfii tərəfı-müqabillik rühünda əməkdaşlıq etməlidir (7-ci prinsip);
3.
Sülh, inkişaf və ətraf mühitin qorunması məsələləri bir-biri ilə əlaqəli və
bölünməzdir (25-ci prinsip).
Konfransa yekun vuran təşkilat komitəsinin Baş Katibi M.Stront (Kanada) belə
toplantılann miqyasının və mahiyyətinin əvəzsiz olmasım qeyd edərək «..konfransdan
sonra dünyanm başqa olacağına, diplomatiyanın və BMT-nin beynəlxalq
münasibətlərinin, habelə öz üzərinə sabit inkişafa doğru hərəkət etmək öhdəçiliyi
götürmüş hökumətlərin də başqa olacaqlar»ma əminliyini bildirdi.
Stokholmda 1972-ci ilin 5-16 avqustunda keçirilmiş konfrans ətraf mühitin
qorunması sahəsində BMT-nin fəaliyyətində əsas mərhələ oldu. Bu konfransda bir
sıra mühüm məsələlərdə onun iştirakçıları arasmda ciddi fikir ayrüığı olduğu
ya-randı. Ümumi ekoloji vəziyyət və iştirakçı dövlətlərin öz üzərlərinə götürəcəkləri
öhdəliklər sahəsində ABŞ-la «Ümumi bazar» ölkələri arasında yaranmış fıkir ayrdığı
deyilənlərə nümunə ola bilər. Lakin belə fıkir ayrdıqlarına baxmayaraq, ətraf mühitə
dair Bəyannamənin qəbul olunması böyük nailiyyət idi. Bu sənəd bütün dünyada
ə
traf mühitin qorunması sahəsində prinsipləri, vəzifələri və həyata keçiriləcək əsas
tədbirləri, habelə bu sahədə beynəlxalq problemlərin həllinin hüquqi əsas-larım
müəyyən etdi.
Stokholm konfransının acddığı gün ətraf mühitin qorunmasmın ümumdünya
günü elan ediidi.
Stokholm konfransının qərarlarını yerinə yetirmək üçün BMT sistemində ətraf
mühit üzrə proqram (YUNEP) yaradıldı. Onun əsas vəzifəsi BMT sistemində ətraf
mühitin problemləri ilə əlaqədar qərarlar tədbirləri hazırlamaqdan, onları həyata
ke-çirməkdən, habelə belə tədbirləri əlaqələndirməkdən ibarət idi.
Bu proqramda əməkdaşlığın aşağıdakı istiqamətləri nə-zərdə tutulurdu:
1.
İnsanların məskunlaşması, sağlamlığı, yaşadığı mühit və rifahı.
2.
Torpaq, su və səhralaşmanın yaydması.
3.
Ticarət, iqtisadiyyat, texnologiya və texnologiyanm başqasına verilməsi.
4.
Okeanlar.
5.
Təbiətin, vəhşi heyvanlann və genetik ehtiyatların qorunması.
6.
Enerji.
YUNEP proqramınm irəlidə göstərilən istiqamətlərinə daxil olan məsələlərin
çoxu onları həyata keçirmək üçün yaraddmış köməkçi və ümumdünya beynəlxalq
orqanlarda müzakirə edildi. YUNEP-in fəaliyyətində mühüm mərhələlərdən biri
qlobal miqyasda ətraf mühitin vəziyyətinə Monitorinqin (mü-şahidənin)
yaraddmasında iştirakı hesab edilir. Qlobal monito-rinqin yaradılması ideyası 1971-ci
ildə Beynəlxalq bioloji proqrama həsr edilmiş III Baş Asambleyada irəli sürülmüşdür.
BMT çərçivəsində təbiətqoruyucu fəaliyyətlə əlaqəli olan başqa təşkilatlar da
vardır. Məsələn, 70-ci illərin əvvəlində Avropa İqtisadi Komissiyasında (AİK) «Ətraf
mühitin problemləri ilə məşğul olan ölkələrin baş müşavirləri» adh xüsusi təşkilat
yaradddı. Bu orqan tərəfmdən havanın çirklənmədən qorunması problemlərinə, təbii
ehtiyatlardan səmərəli istifadə edilməsinə, iqtisadi inkişafın planlaşdınlmasının
ekoloji aspektlərinə, ətraf mühitə atılan toksik tullantıların atılmasına nəzarət, suyun
keyfıyyəti üzrə standartların hazırlanmasına, tullantılann uzaqlaşdırılması və
zərərsizləşdirilməsinə dair və başqa proqramlar hazırlanmışdır.
Ə
traf
mühitin
qorunması
sahəsində
beynəlxalq
ə
məkdaşlığm
möhkəmləndirilməsində Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə həsr
edilmiş müşavirənin (Helsinki, 1975-ci il) rolu böyükdür. Bu müşavirədə qəbul
edilmiş yekun aktına əsasən, müşavirə iştirakçısı olan ölkələrdə təbiətin qorunması
siyasəti aşağıdakı istiqamətlərdə apanlmalıdır:
1.
ətraf mühitin mühafizəsi və yaxşılaşdırılması;
2.
təbiətin qorunması;
3.
təbii ehtiyatlardan səmərəli istifadə etmək. Beynəlxalq əməkdaşlıq
prinsiplərinə uyğun olaraq hər
bir dövlət öhdəsinə götürdü ki, onun ərazisində yerləşən müəssisələrin istehsal
fəaliyyəti nəticəsində qonşu ölkənin təbiətinə zərər vurulmasm.
Helsinki müşavirəsinin yekun aktına əsasən, ətraf mühitin qorunması sahəsində
beynəlxalq əməkdaşhğın havamn çirklənməsi uğrunda mübarizə, suyun çirklənmədən
qorunması və şirin su ehtiyatlarından istifadə, dəniz mühitinin qorunması, torpağm
qorunması və istifadəsi, təbiətin və qoruqların sabitliyinin qorunması, yaşayış
məntəqələrində ətraf mühitin vəziyyətinin yaxşılaşduılması, ətraf mühitin
dəyişməsinin fundamental tədqiqi, müşahidəsi və proqnozlaşdırılması, ətraf mü-hitin
qorunması üzrə hüquqi və inzibati tədbirlər istiqamətində aparüması tövsiyə
olunurdu.
Ə
traf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlığın ən mühüm
istiqamətlərindən biri qlobal monitorinqin, başqa sözlə ətraf mühitin vəziyyətinə
beynəlxalq müşahidə sisteminin yaradlıması, insan fəaliyyəti nəticəsində təbiətdə baş
verən dəyişiklikləri və bu dəyişikliklərin nəticəsini qeydə almaq və təhlil etməkdən
ibarətdir.
Qlobal monitorinqin fiziki, kimyəvi və bioloji alt sistemlərini fərqləndirirlər.
Fiziki monitorinq dedikdə biosferin çoğrafı vəziyyəti və ətraf mühitin ümumi
vəziyyətinin qiymətləndirilməsi məsələləri nəzərdə tutulur. Buraya qazaoxşar, maye
və bərk tullantılann ətraf mühitə atılmasını qeydə almaq, ərazisində tikinti işlərinin
apanlması və onların təsərrüfat baxımından istifadəsinin parametrləri, bərpa olunan
və bərpa olunmayan ehtiyatlar haqqmda, habelə meşələrin vəziyyəti, torpaq örtüyü,
urbanizasiya dərəcəsi və s. haqqında informasiya toplamaq aiddir.
Kimyəvi monitorinq insanın təbiətə geokimyəvi təsirinin miqyası və intensivliyi,
təbii sistemlərə antropogen mənşəli kimyəvi maddələrin daxil olmaları, yerdəyişmə
və akkumulyasiya haqqında suala cavab verməli, əsas kimyəvi elementlərin (karbon,
oksigen, azot, fosfor və s.) lokal və qlobal dövranı haqqında təsəwür yaratmalıdır.
Bioloji monitorinq, irəlidə göstərilən iki monitorinq növü ilə sıx əlaqədə
olmaqla, bioloji sistemlər və landşaftm qiymətləndirilməsinə, onlann sabitliyini
müəyyən etməyə, ekosistemlərin və təbii komplekslərin texnogen təsirlərə
reaksiyasma yönəldilir. Belə halda əsas məqsəd antropogen yüklənmə şəraitində
təbiətin inkişafını proqnozlaşdırmaqdan ibarət olur.
Qlobal və milli monitorinqlərin keçirilməsi üçün ən ilkin şərtlərdən biri belə
müşahidələrin aparılması, məlumatların toplanması və işlənməsini təmin edən geniş
göstəricilər siste-minin hazırlanmasıdır. Belə göstəricilər sistemi ətraf mühitin
qorunması statistikası tərəfmdən hazırlanır. (Məmmədov R., Məmmədli V., 2003).
Ə
traf mühitin mühafızəsi ilə BMT-nin xüsusi idarə və təşkilatları,
hökumətlərarası təşkilatlar, universal tipli beynəl-xalq qeyri-hökumət təşkilatlan,
regional və subregional orqan-lar məşğul olur.
Ə
hatə etdiyi ekoloji problemlərə görə bütün beynəlxalq teşkilatlar 3 qrupa
bölünür:
1)
təbiətqoruyucu istiqamətində olanlar (YUNEP, ÜMT);
2)
xüsusi təbiətqoruyucu profilli (TAO, UST, BDT);
3)
xüsusi təbiətqoruyucu profilli (köçeri quşların müha-fızəsi, balıq
ehtiyatlarınm qorunması, ümumdünya əhəmiyyətli çayların mühafızəsi və s.).
Beynəlxalq Ekoloji Əməkdaşlıq sahəsində önəmli yeri Birləşmiş Millətlər
Təşkilatı (BMT) və onun xüsusüəşdirilmiş idarələri tutur. Ətraf mühitin mühafızəsi
bilavasitə BMT-nin nizamnaməsindən irəli gəlir. Onun məqsəd və vəzifəsi - insan
hüquqlarının qorunması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, sağlamlığın
mühafızəsi, sosial və iqtisadi həyatdakı problemlərin həll edilməsinə yardım
göstərməkdir.
BMT-nin Baş Assambleyası ətraf mühitin qorunması sahəsində ölkələrin iki və
çoxtərəfii əməkdaşlığının inkişaf etdirilməsinə şərait yaradır, yeni təbiətqoruyucu
orqanlar yaradır, ətraf mühitin mühafızəsi haqqında təkliflər və beynəlxalq
kon-vensiyaların layihələrini hazırlayır, ətraf mühitin problemlərinin müzakirə
edilməsi üçün BMT-nin beynəlxalq konfranslarınm keçirilməsi barədə qərar qəbul
edir. O, həmçinin, ətraf mühitin qorunması sahəsində ölkələrin qarşdıqlı əlaqələrinin
prinsiplərini hazırlayır və ümumdünya birliyinin ekoloji siyasətinin əsas
istiqamətlərini müəyyən edir.
BMT təbiətqoruyucu fəaliyyətini bilavasitə ya əsas, ya da köməkçi idarələr
vasitəsilə həyata keçirir. BMT-nin əsas orqanı Iqtisadi və Sosial Şuradır ki, onun da
nəzdində funksional komissiya və komitələr fəaliyyət göstərir.
BMT-nin ətraf mühit üzrə proqramı (YUNEP) BMT-nin Baş Assambleyasının
Stokholm konfransının (1972) təklifinə əsasən, 15 dekabr 1972-ci ildə qəbul
edilmişdir. YUNEP-də dövlətlərin nümayəndələrinin daxil olduğu Direktorlar Şurası,
ə
traf mühitin mühafizəsi üzrə Koordinasiya Şurası və təbiəti mühafızə fondu
fəaliyyət göstərir.
BMT-nin elm, təhsil və mədəniyyət idarəsi (YUNESKO) 1948-ci ildə yaranmış
və qərargahı Parisdədir. Təbiətin müha-fızəsi sahəsində bir neçə istiqamətdə fəaliyyət
göstərir:
1) yüzdən çox dövlətin məşğul olduğu ekoloji proqrama rəhbərlik edir. Ordarın
arasında uzunmüddətli, hökumətlərarası və fənlərarası («İnsan və biosfer»)
proqramlar, ətraf mühitin mühafizəsi barədə Ümumdünya təhsil proqramı,
Beynəlxalq hidroloji proqram və s. vardır.
2)
bəşəriyyətin sərvəti hesab olunan təbiət abidələrinin uçotu vo mühafızə
olunmasınm təşkili;
3) hazırda inkişaf etməkdə olan və digər ölkələrdə eko-loji təhsilin artırdması və
ekoloq-mütəxəssislərin hazırlanmasına kömək etmək.
Beynəlxalq təbiəti mühafızə və təbii ehtiyatların qorunması ittifaqı (BTMİ) -
1948-ci ildə təsis olunmuşdur, 100-dən çox dövlətin 500-dən çox qeyri-hökumət
təşkilatlarmı və beynəlxalq hökumət təşkilatlarını özündə birləşdirən qeyri-hökumət
təşkilatıdır. Onun əsas vəzifələri aşağıdakılardan ibarətdir:
1)
təbii ekosistemin, flora və faunanın mühafızəsi;
2)
nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin, habelə təbiət
abidələrinin saxlandması;
3)
qoruqların, təbii saxlancların, şəhərətrafı milli parkların təşkil edilməsi;
4)
ekoloji təhsil.
Eyni zamanda BTMİ-nin təşəbbüsü ilə nadir və nəsli kəsilməkdə olan növlərin
«Qırmızı kitabı» apardır.
BMT-nin kənd təsərrüfatı və ərzaq təşkilatı (FAO) 1945-ci ildə yaradılmışdır.
Onun fəaliyyət sahəsi kənd təsən-üfatı və dünya ərzaq ehtiyatlarıdır. FAO
torpaqlardan istifadə və onun qorunması, Dünya okeanının bioloji ehtiyatları,
heyvanlar aləmi, meşə örtüyü, su ehtiyatları kimi ekoloji problemlərlə məşğul olur.
FAO dünyanm torpaq xəritəsini hazırlamış, onun təşəbbüsü ilə Ümumdünya
Torpaq Xartiyası qəbul olunmuş, əhalinin yerləşməsi, ərzaq, səhralaşma, su
ehtiyatlarının qorunma-sı üzrə beynəlxalq konfranslar təşkil edilmişdir.
Beynəlxalq Dəniz Təşkilatı (BDT) 1948-ci ildə yaradılmışdır. BDT dəniz
gəmiçiliyi və dənizlərin çirklənməkdən qorunması sahəsində fəaliyyət göstərir,
habelə dənizin neft və digər zərərli maddələrlə çirkləndirilməsinə qarşı beynəlxalq
konvensiyaların hazırlanmasında iştirak edir.
BDT-nin tərkibinə Dəniz mühitinin mühafızəsi Komitəsi daxildir. Hazırda BDT
dəniz mühitinin qorunması üzrə beynəlxalq siyasətin əsas prinsiplərinin hazırlanması
və razlaşdırılması çərçivəsində ən tanınmış beynəlxalq təşkilat hesab olunur.
Umumdünya Səhiyyə Təşkilatı (ÜST) 1946-cı ildə yaradılmışdır. O insan
sağlamlığının qorunmasını ətıaf mühitin mühafizəsi aspektində öyrənir. ÜST ətraf
mühitin sanitar-epidemioloji monitorinqini aparır, ətraf mühitin vəziyyəti ilə əlaqədar
xəstəliklərin
məlumatlarını
ümumiləşdirir,
ə
traf
mühitin sanitar-gigiyena
ekspertizasını apanr və onun keyfıyyətinə qiymət verir.
Atom enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) 1957-ci ildə yaradılmışdu.
Ə
sas məqsədi nüvə təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin radioaktiv
çirklənmədən qorunması proqramlarının icrasmı təmin etməkdir. Eyni zamanda
MAQATE atom elektrostansiyalarının istismarı və tikilməsi qaydalarını işləyib
hazırlayır, layihələşdirilən və fəaliyyət göstərən AES-lərin ekspertizasını apanr, atom
materiallarının ətraf mühitə göstərdiyi təsiri qiymətləndirir, radiasiya təhlükəsizliyi
normalarını müəyyənləşdirir və onların yerinə yetirilməsinə nəzarət edir. Bu
qaydalara tabe olmaq istəməyən dövlətlər isə BMT-nin Təhlükəsizlik Şurasının
iqtisadi sank-siyaları ilə cəzlandırılu.
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 1947-ci ildə
yaradılmışdır. Onun vəzifəsi insanın planetin havasına və iqliminə təsirini,
bütövlükdə regionlar üzrə öyrənib, ümumiləşdirməkdir. ÜMT ətraf mühit
monitorinqinin qlobal sistemi çərçivəsində fəaliyyət göstərir. Sistemin işini YUNEP
koordinasiya edir. Bu sistemə ÜDT, ÜST, TAO və YUNESKO daxildir.
Adları qeyd olunan beynəlxalq ekoloji təşkilatlardan başqa digər beynəlxalq
strukturlar da fəaliyyət göstərir. Belə ki, potensial zəhərli kimyəvi maddələrin
beynəlxalq registri, haqqında irəlidə artıq danışdığımız YUNEP-in bir hissəsi kimi
yaradılmışdu ki, onun da əsas vəzifəsi zəhərli kimyəvi maddələr haqqmda
məlumatları toplamaq, öyrənmək, yaymaq və zəhərli kimyəvi maddələrin (insektsid,
fungisid, herbisid və digər pestisidlər) insan sağlamlığma və ətraf mühitə təsirini
öyrənməkdir.
Bundan başqa Birləşmiş Millətlər Təşkilatının bədbəxt hadisələr zamanı kömək
göstərmək üzrə Bürosu, Avropa İqtisadi Komissiyası və s. kimi beynəlxalq təşkilatlar
və digər regional ekoloji təşkilatlan da mövcuddur. Bizim respublikamızda regional
ekoloji problemlərlə məşğul olan «Xəzər» Beynəlxalq Fondu, bir sıra ekoloji
qeyri-hökumət və beynəlxalq təşkilatların fıliallan dediklərimizə əyani sübutdur.
Dostları ilə paylaş: |