Bahq ehtiyatları - su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə
oluna bilən bütün yaş hədlərindən olan balıq növlərinin, digər su heyvanları və
bitkiləıinin mütləq kütləsi kimi anlaşıhr.
Ölkəmizdə olan bütün balıq ehtiyatları Azərbaycan Respublikasına mənsubdur
və dövlətin mülkiyyətidir.
Ə
rzaq və xammal kimi istifadə edilən balıqlar, digər su heyvanları və bitkiləri,
onların xüsusi, sürfələri və digər məhsulları balıqçılıq fəaliyyətinin obyektləridir. Bu
fəaliyyətin subyektləri isə qanunvericilikdə nəzərdə mtulmuş qaydada balıq
ehtiyatlarının artırılması, yetişdirilməsi, istifadəsi, mühafızəsi, habelə balıq
məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fıziki şəxslərdir.
Balıqçılıq fəaliyyəti subyektləri aşağıdakı hüquqlara malikdir:
-
sahibkarhq fəaliyyətini müstəqil qurmaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış və istehsal edilmiş
məhsullara sahiblik, istifadə və sərəncam hüquqlannı sərbəst həyata keçirmək;
-
əmtəə məqsədi ilə yetişdirmək üçün bahq tingliyi müəssisəlorindən körpə
balıqlar almaq;
-
balıq mühafızə orqanlarından balıq ovu üçün bahqçılıq bileti və icazə
vərəqələri tələb etmək;
-
balıqçılıq əhəmiyyətli su obyektlərinin sahili boyu quru zolaqlardan istifadə
etmək və onlara təhkim edilmiş vətəgə sahələrində balıq ovu alətləri texniki vasitələri
saxlamaq, quraşdırmaq, müvəqqəti yaşayış və istehsalat təyinatlı binalar tikmək;
-
mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurlardan,
axmazlardan, gölməçələrdən balıq yetişdirilməsi və ovlanması üçün istifadə etmək;
-
balıqçılıq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə və
hərraclarda iştirak etmək və müvafıq orqanlardan müəyyən olunmuş qaydada elmi,
texnoloji, statistik və digər məlumatlar almaq;
-
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək (maddə
15),
Qanunvericiliyə görə aşağıdakı hallarda balıqçılıq fəaliyyəti subyektlərinin balıq
ehtiyatlarından istifadə hüquqları dayandırıhr:
-
bahq ehtiyatlarının istifadəsindən könüllü imtina edildikdə;
-
balıqçılıq üzrə sahibkarlıq fəaliyyəti dayandırıldıqda;
-
balıq ehtiyatlarından istifadə hüququ başa çatdıqda;
-
bahq ehtiyatlarından istifadəyə görə ödəmələr verilmədıkdə;
-
təhkim edilmiş vətəgə sahələrində təbiəti mühafizə və başqa sanitariya
qaydaları pozulduqda və su obyektləıindən başqa məqsədlər üçün istifadə edildikdə;
-
təhkim edilmiş vətəgə sahələri üzrə müqavilə şərtləri pozulduqda və ya bu
sahələr qeyri-qanuni olaraq başqa şəxslə-rin istifadəsinə verildikdə;
-
balıqçıhq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi mütəmadi
olaraq pozulduqda.
Bahq ehtiyatlarından istifadə hüquqlarının dayandınlması müvafıq hallarda
məhkəmənin və müvafıq icra hakimiyyəti orqanının qərarı əsasmda həyata keçirilir.
Balıqçılıq foaliyyəti subyektlərinin vəzifələri də qanıınvericilikdə nəzərdə
tutulmuşdur:
-
balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək;
-
balıq ehtiyatlarından yalnız icazə sənədlərində göstərilən müddətlər, ölçülər və
növlər hüdudunda istifadə etmək;
-
balıq ehtiyatlarının məskunlaşdığı təbii şəraitə mənfı təsir göstərə bilən eyni
balıq növlərinin, digər su heyvanları və bitkilərinin mühitə uyğunlaşdırılmasına yol
verməmək;
-
təbii su hövzələrində balıq ehtiyatlannın məhsuldarlığının yüksəldilməsinə
yönəlidilən balıqartırma və balıq təsərrüfatı meliorasiyası işləri aparmaq;
-
bahqçıhq əhəmiyyətli sututarlan çirklənmədən, zibillənmədən və
dayazlaşmadan qorumaq;
-
satışa çıxarılan bahq və digər su heyvanları məhsullarına onların mənşəyini,
keyfıyyətini, növünü və hocmini əks etdirən müşayiətedici sənədlər təqdim etmək;
-
müvafiq icra hakimiyyəti orqanının yazıh göstərişlərinə əməl etmək;
-
balıqçılıq fəaliyyəti üzrə sanitariya, baytarlıq və karantin qaydalarına riayət
etmək;
-
müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara
məlumat vermək;
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Qanunvericiliyə görə bahq ehtiyatlarından istifadə aşağıdakı formalarda həyata
keçirilir:
-balıqların və digər su heyvanlarının sənaye, həvəskar və idman ovu;
-bahqların, digər su heyvanlan və bitkilərinin əmtəə məqsədi ilə yetişdirilməsi;
-bahq ehtiyatlarının vəziyyətinin tədqiqi və bahq ovu limitlərinin miioyyon
edilməsi üçün bahq və digər su heyvanlarınm elmi-tədqiqat və nəzarət məqsədi ilə
ovlanması;
-
bahqların və digər su heyvanlarının təbii mühitə uyğunlaşdırılması və
köçürülməsi məqsədi ilə ovlanması (maddə 9).
«Balıqçıhq haqqında» Qanunda balıqçılıq sahəsində dövlət siyasətinin əsas
prinsipləıi də öz oksini tapmışdır:
-
balıq ehtiyatlarının artırılması, bərpası, istifadəsi və mühafızəsi üzərində
dövlət nəzarəti;
-
balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafızəsinin hövzəçilik prinsipi
ə
sasında idarə edilməsi;
-
balıq ehtiyatlarının məskunlaşdığı mühitin mühafızəsi;
-
balıq ehtiyatlarından istifadənin limitləşdirilməsi;
-
bahq ehtiyatlannın artırılması, istifadəsinin tənzimlənməsi, mühafızəsi və elmi
təminatı sahəsində idarəetmə funksiyaları ilə balıq yetişdirmə, balıq ovu və balıq
məhsullarının istehsah funksiyalarının aynlması (maddə 7).
Balıq ehtiyatlannın artınlması, istifadəsi və mühafizəsi sahəsində dövlətin
vəzifələri aşağıdakılardır:
-
balıq ehtiyatlarınm mühafızəsi və istifadəsi sahəsində normativ hüquqi aktlar
qəbul etmək;
-balıq ehtiyatlarının istifadəsi və mühafızəsi sahəsində dövlət siyasətini həyata
keçirmək;
-
balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;
-
bahq ehtiyatlarının artırılması, bərpası, mühafizəsi, mühitə uyğunlaşdırılması,
su obyektlərinin bahq təsərrüfatı monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil
etmək;
-
Qırmızı kitaba daxil edilmiş balıq növlərinin, sıı heyvanlarının və bitkilərinin
qorunması üçün xüsusi rejimin, ixtioloji və müvəqqəti qoruqların yaradılmasını,
xiisusi qorıınan akvatoriyaların ayrılmasını təşkil etmək;
-
balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafizəsi sahəsində
normativ-metodiki bazanı, standartları, normaları, qaydaları və bahqçılığın
inkişafının elmi əsaslarını hazırlamaq və təsdiq etmək;
-
balıq ehtiyatlarından istifadə limitlorinin müəyyən edilməsini və bahq ovunun
tənzimlənməsini həyata keçirmək;
-
balıq ehtiyatlarının vəziyyətinə təsir edən müəssisələrin, texniki qurğuların,
digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi, yenidən qurulması
layihələrinin dövlət bahq təsərrüfatı ekspertizasının keçirilməsini təşkil etmək;
-
balıq ehtiyatlarının tədqiqi, artırılması, istifadəsi və mühafizəsi sahəsində
beynəlxalq əməkdaşlığı həyata keçirmək;
-
balıq ehtiyatlarının artırılması, istifadəsi və mühafızəsi sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Ə
halinin maddi və mənəvi, iqtsadiyyatın xammal, material və digər
tələbatlarının ödənilməsi məqsədi ilə təbii sərbəstlik şəraitində yaşayan ovçuluq
obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və
vurulması ovçuluq hesab olunur.
Respublikamızda ov ödənişlidir. Müvafıq icra hakimiyyəti orqanlarının verdiyi
xüsusi icazə və ovçuluq biletləri əsasında, onlar tərəfındən ovçuluq cəmiyyətləri,
fıziki və hüquqi şəxslər üçün aynlmış ov yerlərində həyata keçirilir.
Ovçuluq təsərrüfatının təşkili və aparılması məqsədi ilə vəhşi heyvanların
yaşadığı və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir.
Ümumiyyətlə, ov yerləri dedikdə ovçuluğun həyata keçirilməsini və ovçuluq
təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində
yaşayan, habelə ayrı-ayrı hüquqi və fıziki şəxslər tərəfındən yetişdirilib artırılan vəhşi
heyvanlann məskunlaşdığı torpaq sahələri, meşə, digər bıtki və su ılə örtülü olan
təbiət əraziləri başa düşülür.
Qanunvericiliyə görə ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafıq
icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov
etmok üçün icazəsi olan fıziki şəxslərdir. 18 yaşına çatmamış, habelə məhdud
fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslərin ovçuluq fəaliyyəti ilə
məşğul olması qadağan edilir.
Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəd
olub müvafıq icra hakimiyyəti orqanı tərəfindən verilir. Bu biletdən yalnız onun
sahibi istifadə edə bilər.
Hər bir ovçuya ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfındən
üzvlük bileti verilir.
Ov etmək üçün icazə ovçuluq foaliyyətinin hoyata keçi-rilməsinə icazə verən
hüquqi sənəd olub, ovçuluq bileti və üzvlük bileti əsasında təqdim edilir və ov
obyektinin hər növünə görə ayrıca verilir. Ovçu bu icazədən yalnız özü istifadə edə
bilər və icazə verildiyi müddət üçün etibarhdır.
Dostları ilə paylaş: |