Ovçulıq - quruda və suda təbii sərbəstlik və yarımsər-bəst şəraitində daimi,
müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfındən yetişdirilib ov
yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və
məməlilərin (vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması
üzrə fəaliyyət növüdür.
Ölkəmizin ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilinin, onlarm
fəaliyyətinin həyata keçirilməsinin, habelə ov obyektlərinin mühafızəsinin,
axtanlmasınm və istifadəsinin hüquqi əsaslarını müəyyən etmək üçün 20 aprel
2004-cü ildə «Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul
edilmişdir.
Qanunvericiliyin məqsədi respublika ərazisində dövlət ov fondunu qoruyub
saxlamaqla ovçuluq fəaliyyətini səmərəli təşkil etmək, təbii sərbəstlik və
yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin
sayının tənzimlənməsini, mühafızəsini və artırılmasını, habelə onlann yetişdirilib ov
yerlərinə buraxılmasını və yaşayış yerlərinin qorunub saxlanılmasını təmin etməkdir.
Təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi
heyvanların ayrı-ayrı növlərinin qorunması və artınlması, habelə onlann yetişdirilib
ov yerlərino buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafızə rejimli
tə-sərrüfat subyektləri ovçuluq təsərrüfatı olub, bu təsərrüfatlarda və digər ərazilərdə
olan, təbii sərbəstlik və yanmsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı fıziki və
hüquqi şəxslər tərəfındən yetişdirilib artırılan vəhşi heyvan növləri isə ov obyekti
hesab olunur.
Ov obyektləri dövlətə mənsubdur, onun mülkiyyətidir. Qanunvericiliyə görə
vəhşi heyvan növlərinin ov obyektinə aid edilməsi və ovlanma limitləri müvafıq icra
hakimiyyəti orqanı tərəfındən müəyyən edilir. Ov obyektlərinə aid edilmiş vəhşi
heyvanlar dövlət ov fondunu təşkil edir.
Ov yerlərində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ov
obyektinə aid edilmiş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları,
sümükləri, həyat fəaliyyəti-nin məhsulları, habelə məskunlaşma yerləri ovçuluq
fəaliyyətinin obyektləri, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ov etmək
hüququ olan vətəndaşlarımız, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, habelə ovçuluq
təsərrüfatları və ovçular cəmiyyətləri ovçuluq fəaliyyətinin subyektləridirlər (maddə
5).
Ovçuluq və ovçuluq təsərrüfatı sahəsində idarəetmə aşağıdakı prinsiplərə
ə
saslanır:
-
bioloji müxtəlifliyin və təbii ekoloji sistemin qorunub saxlanılması;
-
ovçuluq təsərrufatlarından məqsədli, habelə elmin və mədəniyyətin inkişafı
üçün səmərəli istifadə edilməsi;
-
ovçuluq təsərrüfatlannda vəhşi heyvanların mühafızəsi, artırılması və istifadəsi
üzərində dövlət nəzarətinin zəruriliyi;
-
ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya
yollannın, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin qorunması;
-
heyvanlar aləmindən istifadənin bioloji etikaya uyğun olaraq həyata
keçirilməsi;
-
ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadənin və ovun ödənişli
olması və limitləşdirilməsi;
-
əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının
vaxtında
alınması
məqsədilə
zərərverici
vəhşi
heyvanların
sayının
müəyyənləşdirilməsi və tənzimlənməsi.
Qanunvericiliyə görə ovçu dedikdə ovçuluq fəaliyyətini həyata keçirmək üçün
müvafıq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilmiş qaydada ovçuluq bileti
və ov etmək üçün icazəsi olan fıziki şəxslər başa düşülür.
Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi sahəsində
ovçular cəmiyyətlərinin rolu böyükdür.
Ovçular cəmiyyəti aşağıdakı hüquqlara malikdir:
-
ovçuluq sahəsində dövlət proqramlarmın, ovçuluq təsərrüfatlarının inkişafı və
yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;
-
ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq
təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair təkliflər vermək;
-
respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrü-fatlarının təşkili və ləğv
edilməsi barədə təkliflər vermək;
-
ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;
-
ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə üzvlük bileti
vermək;
-
hər il üçün ovçuların üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;
-
qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sıırsatı, ovçuluq -
balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalannın satışını təşkil
etmək;
-
həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin
(ov silahı və onun üçün sursat istisna olmaqla) istehsahnı təşkil etmək;
-
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hüquqlar həyata keçirmək.
Qanunvericiliyə görə ovçular cəmiyyətlərinin vəzifələri aşağıdakılardır:
-
ovçuluq təsərrüfatlarınm mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş
qaydalara əməl etmək;
-
vəhşi heyvanlann sayca artması və ov obyektlərinə aıd edilmiş vəhşi
heyvanların təsərrüfat subyektləri tərəfındən yetişdirilib ov yerlərinə buraxılması
üçün şərait yaıadılmasına, onların yaşayış mühitinin qorunmasına və
yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirmək;
-
ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və
istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə müvafıq ıcra
hakimiyyəti orqanına məlumat vermək;
-
ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin
etmək;
-
təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq
təsərrüfatlarmı bərpa etmək;
-
ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün öz
səlahiyyətləri daxilində tədbirlər görmək;
-
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər
vəzifələri yerinə yetirmək (maddə 9).
Ov yerlərinin statusu, onların coğrafı mövqeyi və sərhədləri, həmin ərazilərin və
obyektlərin mühafızə rejimi, istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni
mədəniyyəti barədə zəruri məlumatların məcmusu dövlət ovçuluq kadastrı olub,
dövlət ov fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, ovçuluq
təsərrüfatlarının perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafızə rejiminə
riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə apanhr.
Ov obyektlərinin monitorinqi heyvanlar aləmi obyektlərinin dövlət
monitorinqinin tərkib hissəsi olub, ov yerlərində vəhşi heyvanlann yayılmasında,
sayında, fıziki voziyyətindo və yaşayış mühitində baş verən dəyişikliklərin vaxtında
aşkara çıxarılması və qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.
Qanunvericiliyə görə ov obyektlərinə aid edilən vəhşi heyvanların sayının dövlət
uçotu və ovlama norması (sayı) müvafıq icra hakimiyyəti orqanı tərəfındən aparıhr.
Ovçuluq fəaliyyəti ov alətlərindən istifadə etməklə (ov silahlan, ov itləri, ovçu
quşları, digər ov vasitəiəri) həvəskar və idman ovu (ov məhsullarının əldə
edilmosindon gəlir məqsədi daşımayan ov növü) növləri formasında, ov
mövsümündə həyata keçirilir.
Qanunvericilikdə ovçuların hüquq və vəzifələri də nəzərdə tutulmuşdur.
Ovçuların hüquqları bunlardır:
-
ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə
tutulmuş qaydada istifadə etmək;
-
ovçular cəmiyyətinə üzv olmaq;
-
ov yerlərində ov alətlərindən istifadə etmək;
-
qanuni əldə edilən ov məhsullarına sahiblik etmək;
-
heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
Ovçuların vəzifələri aşağıdakılardır:
-
ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə
və müddətlərə əməl etmək;
-
hor il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək;
-
ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq
təsərrüfatlarında qeydiyyatdan keçmək;
-
ov silahından təyinatı üzrə istifadə etmək;
-
ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək;
-
ov yerlərində vəhşi heyvanlann yaşayış mühitinin ekoloji vəziyyətinin
pisləşməsinə yol verməmək;
-
ovçuluq təsərrüfatlarının mühafızəsi məsələləri üzrə ekoloji proqramların
yerinə yetirilməsində iştirak etmək;
-
vəhşi heyvanlar arasmda xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti
pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallannda
dərhal ovçuluq təsərrüfatlarına və müvafıq icra hakimiyyəti orqanlarma məlumat
vermək;
-
Azərbaycan Respublikasının «Qırmızı kitabı»na daxil edilmiş və xüsusi
mühafızə olunan vəhşi heyvan növlərinin mühafızə rejiminə əməl etmək.
Aşağıdakı hallarda qanunvericiliyə görə ov etmək hüququ dayandırılır:
-
hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında
ödəmədikdə;
-
ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda;
-
ov etmək üçün icazədən istifadoyə lüzum qalmadıqda, yaxud bu hüquqdan
könüllü imtina edildikdə;
-
ovçuluq fəaliyyətinə xitam verildikdə;
-
vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda;
-
heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda;
-
ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə
yetirilmədikdə;
-
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər
hallarda.
Aşağıdakı hallarda isə ov etmək qadağandır:
-
müvafiq icra hakimiyyəti orqanı tərəfındən nəzərdə tutulmamış günlərdə;
-
ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda;
-
başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov
silahından istifadə edildikdə;
-
ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə;
-
ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə;
-
ov etmək üçün icazə göstərilmiş normadan (saydan) artıq ov edildikdə.
Ə
gər ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqhq
kimi təbii fəlakot vo vohşi lıcyvanlar arasında epidemiya hadisələri baş verərsə, ov
müvafıq icra hakimiyyəti orqanı tərəfındən məhdudlaşdrrıla və ya dayandırıla bilər.
«Ovçuluq haqqında» Azərbaycan Respublikasının Qanununa görə ovçuluq
təsərrüfatlarından ov da daxil olmaqla aşağıdakı məqsədlərlə istifadə edilə bilər:
-
təbiəti mühafızə;
-
ovçuluq;
-
elmi-tədqiqat;
-
vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması,
yetişdirilməsi və artırılması məqsədilə tutulması;
-
sağlamlaşdırma;
-
təlim-tərbiyə;
-
ekoloji maarifiəndirmə, turizm və istirahət (rekreasiya). Heyvanlar aləmi
haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər aşağıdakı hallarda
Azərbaycan Respubli-kasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məsu-liyyət daşıyırlar:
-
heyvanlar aləmi obyektlərinin istifadəyə verilməsi qaydasını pozduqda;
-
heyvanlar aləminin obyektlərini təbii mühitdən icazəsiz götürdükdə;
-
heyvanlar aləminin obyektlərindən özbaşına xüsusi istifadə etdikdə;
-
heyvanlar aləminin obyektlərindən istifadənin limitlərini artırdıqda və başqa
tələblərini pozduqda;
-
dövlət ekoloji ekspertizasının tələblərini yerinə yetirmədikdə;
-
heyvanların yaşayış mühitinin, çoxalma şəraitinin və miqrasiya yollarının
mühafızəsi üzrə tələbləri pozduqda;
-
qurumuş bitkiləri və ya onların qalıqlarını özbaşına yandırdıqda;
-
bitki mühafizəsi vasitələrinin, onlaruı boy stimulyatorlarının, mineral
gübrələrin və başqa maddələrin (preparatlarm) saxlanması, daşınması və tətbiq
edilməsi qaydalarmı pozduqda;
-
zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi
və dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına
gətirilməsi, onun hüdudlarmdan kənara göndərilməsi və aparılması qaydalarmı
pozduqda;
-
özbaşına, yaxud müəyyən edilmiş qaydanı pozmaqla heyvanları köçürdükdə,
iqlimə uyğunlaşdırdıqda və artırdıqda, genetik cəhətdən dəyişmiş orqanizmlərdən
istifadə etdikdə;
-
heyvanlarla rəhimsizcəsinə rəftar etdikdə;
-
heyvanlar aləmi obyektlərinin vəziyyəti və sayı, onlann istifadəsi haqqında
məlumatları gizlətdikdə və təhrif etdikdə;
-
heyvanların tələf olmasının, onların yaşayış mühitinin pisləşməsinin qarşısını
almaq üçün və heyvanlar aləminə mənfı təsirin ləğv edilməsi məqsədi ilə tədbirlər
görmədikdə.
МЮВЗУ 12.
ЯТРАФ МЦЩИТИН МЦЩАФИЗЯСИНИН БЕЙНЯЛХАЛГ ЩЦГУГИ
МЕХАНИЗМЛЯРИ.
PLAN:
1. Ятраф мцщитин мцщафизясинин тянзимлянмясиндя бейнялхалг обйектляр.
Ятраф мцщитин мцщафизясиндя милли вя бейнялхалг обйектляр, онларын
елементляри. Милли обйектлярин идаря едилмяси хцсусиййятляри.
2. Бейнялхалг обйектлярин идаря едилмяси формалары вя онларын
тянзимлянмясинин щцгуги ясаслары.
3. Ятраф мцщитин мцщафизяси сащясиндя бейнялхалг ямякдашлыг вя онун
реаллашдырылмасы принсипляри. Ятраф мцщитин мцщафизяси сащясиндя
бейнялхалг ямякдашлыьын щяйата кечириломясиндя бейнялхалг тяшкилатларын
ролу.
4. Ятраф мцщитин мцщафизяси сащясиндя бейнялхалг ямякдашлыьын ясас
истигамятляри.
5. Ятраф мцщитин мцщафизяси сащясиня бейнялхалг нязарятин формалары вя бу
сащядя глобал мониторингин формалары.
6. Еколоъи щцгуглар вя онларын мцдафиясинин щцгуги тяминаты.
Dostları ilə paylaş: |