II. Düzən meşələr və dağətəyi kolluqlar zonası. Bu zona dəniz səviyyəsindən
600 m hündürlüyə qədər olan əzazını əhatə edir. Bu zona Samur-Dəvəçi ovalığında,
Alazan-Həf-təran vadisində, Qarabağ silsiləsinin şimal-şərq qurtaracağında daha
yaxşı görünür. Burada tez-tez vaşaq (Felis lynx), vəhşi pişik, meşə süleysini
(Dyromus pitedula), sincab (Sciurus per-sicus), gecə yarasası (Myotis), uzun qanad
(Miniopterus shrei-bersil), quşlardan sağsağan (Pica pica), alaçölıro (Lanius
coilu-rio), qaratoyuq (Turdus merula), ağdaçapan (Motacilla alba), qırqovul
(Phasianus colchicus), bülbül (Luscinia megarhync-hos), qarabaş yulaq quşu
(Emberiza melanocephala), sarıköynək (Oriolus oriolus), yaşıl ağacdələn (Picus
viridis), sürünənlərdən zolaqlı kərtonkolə (Lacerta strigata) çöl gürzəsi (Vipera ursini
renordi) təsadüf olunur. III.
Dağ meşələri zonası. Dəniz səviyyəsindən 600 m hündürlükdən 2200 m-ə
qədər olan ərazidə yayılmışdır. Dağ meşələri zonası dırnaqlılarla daha çox zəngindir.
Burada Qafqaz maralı, cüyür (Capreolus caprea), qarapaça (Rupicapra rupicapra),
Dağıstan dağ keçisi (Capra sylindricornis) yayılmışdır. Sonuncu Balakəndən
İ
smayıllıya qədər olan ərazidə tə-sadüf edilir. İri yırtıcı heyvanlardan ayı, vaşaq,
meşə pişiyi (Felis silivestrus), porsuq (Meles meles), daşlıq dələsi (Martes martes),
həşərat yeyənlərdən su kutoru (Neomys fodiens), qonurdış (Sorex raddei), yarasaya
(Myotis oxugnathus) təsadüf olunur. Quşlardan qara ağacdələn (Dryocopus martius),
süzər (Certhia familiaris), sitta (Sitta europaea), qarquşu (Pyrrhula pyrrhula),
alaqanad (Fringilla coelebs), şofəqquşu (Erthacus rubecula), uzunquyruq arıquşu
(Aegithalas caudatus), qara arıquşu (Parus ater), cincarquşu (Troglodytes
troglodytes), sürünənlərdən qonur ilan (Coronelloa austriaca), cılız koramal (Anguis
fragilis), suda-quruda yaşayanlardan Zaqafqaziya qurbağası və yaşıl quru qurbağası
(Bufo vıridis) yayılmışdır.