Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə78/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   74   75   76   77   78   79   80   81   82
T bi td n-istifad nin-huquqi- saslar

Heyvanlar aləmindən istifadə və mühafızə hüququ 
Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən Xəzər dənizinin 
(gölünün) Azorbaycan Rcspublikasına mənsub olan bölməsində, quruda, suda, 
torpaqda və havada təbii olaraq sərbəst, yanmsərbəst və qeyri-sərbəst şəraitdə daimi, 
müvəqqəti vıə köçəri yaşayan vəhşi heyvan növlərinın kəmiyyət məcmusu 
qanunvericilikdə heyvanlar aləmi kimi təsbit edilmişdir. 
Kənd təsərrüfatı və ev heyvanlannın, başqa əhliləşdirilmiş heyvanların 
mühafızəsi və istifadəsi qaydaları, bu heyvanlar mülki hüququn obyekti olduğu üçün, 
Azərbaycan Respublikasının müvafıq qanunvericilik aktları ilə tənzimlənir. 
Odur ki, heyvanlar aləmi haqqında qanunvericiliyin məqsədi ölkə ərazisində 
təbii sərbəstlik, yarımsərbost və qeyri-sərbəst şəraitdə daimi, müvəqqəti və köçəri 
yaşayan bütün vəhşi heyvan növlərinin, onlann yaşayış yerlərinin nəsil verməsinin 
populyasiyalarının, cinsiyyət hiiceyrələrinin, rüşeymlərinin və heyvanlar aləminin 
digər obyektlərinin qorunub saxlamlmasını və səmərəli istifadəsini təmin etməkdən 
ibarətdir. 
Heyvanlar aləmindən istifadə dedikdə insanların maddi və mənəvi tələbatının 
ödənilməsi məqsədi ilo hcyvanlar aləmi obyektlərinin təbii mühitdən aynlmaqla və ya 
aynlmamaqla öyrənilməsi, yetişdirilməsi, artırılması, ovlanması və digər fəaliyyət 
növləri başa düşülür. 
Heyvanlar aləminin istifadəçiləri isə qanunvericilikdə müəyyən olunmuş 


qaydada heyvanlar aləmi obyektlərindən istifadə edən fıziki və hüquqi şəxslərdir. 
«Heyvanlar aləmi haqqında» Azərbaycan Respublikasının Qanununda (8 
sentyabr 1999-cu il) heyvanlar aləminin mühafızəsinin və istifadəsinin hüquqi 
ə
sasları müəyyən edilmiş və heyvanlar aləminin obyektləri və subyektləri təyin 
edilmişdir. Heyvanlar aləminin obyektləri aşağıdakılardır: 
- ibtidai orqanizmlər, bağırsaqboşluqlular, qurdlar, buğum-ayaqlılar, 
molyuskalar, dəyirmiağızhlar, balıqlar, suda-quruda ya-şayanlar, sürünənlər, quşlar 
və məməlilər (vəhşi heyvanlar); 
-
vəhşi heyvanların populyasiyaları, cinsiyyət hüceyrələri, rüşeymləri, 
mayalanmış kürüləri, sürfələri və generativ orqanlan; 
-
vohşi hcyvanların dorilori, dori örtüklori, buynuzları, sümükləri və heyvan 
orqanizmlərinin digər hissələri; 
-
vəhşi heyvanların həyat fəaliyyətinin məhsuüarı (ilan, əqrəb, arı və digər 
heyvan zəhəri, arı balı, propolis, mum, hormonlar və s.); 
-
heyvanların paleontoloji qalıqlan; 
- vəhşi heyvanların yuvaları, sığınacaqlan, səsləşmə, tüləmə, balalama, 
kürütökmə, daimi və müvəqqəti yığışma və digər məskunlaşma yerləri. 
Azərbaycan Respublikasmın qanunvericiliyində nəzərdə tutulmuş qaydada 
heyvanlar aləmi obyektlərinin mühafizəsi, istifadəsi, habelə vəhşi heyvanlarm 
elmi-tədqiqat, təbabət, təlim-tərbiyə, təsərrüfatçılıq, estetik, tamaşa və digər 
məqsədlər üçün yetişdirilməsi artırılması və saxlanması ilə məşğul olan fıziki və 
hüquqi şəxslər heyvanlar aləminin subyektləridir (maddə 4). 
Ölkəmizin ərazisində heyvanlar aləmi dövlətə mənsubdur və onun 
mülkiyyətidir. Xüsusi mühafızə olunan təbiət ərazilərində və obyektlərində, Xəzər 
dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, digər su 
obyektlərində, ov yerlərində və meşə fondu sahələrində təbii sərbəstlik şəraitində olan 
heyvanlar aləminin obyektləri qanunvericiliyə görə dövlət əhəmiyyətli təbii sərvətlərə 
aid edilirlər. 
Qeyd etmək lazımdır ki, təbii sərbəstlik şəraitində və ya təbii mühitdən ayrıhb, 
yarımsərbəst və qeyri-sərbəst şəraitdə yetişdirilmiş (alınmış), yaxud qanunvericiliklə 
icazə verilən digər yollarla əldə edilmiş vəhşi heyvanlar və heyvanlar aləminin digər 
obyektləri bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə ola bilərlər. Bunun 
üçün, yəni xüsusi mülkiyyət hüququnun əldə edilməsinin (ümumi istifadə qaydasında 
ə
ldə edilməsindən başqa) qanuniliyi müvafıq sənədlərlə rəsmiləşdirilməlidir. Lakin 
bu hüquqlar qanunvericilik qaydasmda heyvanlar aləminin mühafızəsinin xeyrinə 
məhdudlaşdınla bilərlər. 
Xüsusi təbiəti mühafızə, elmi və estetik dəyərli heyvanlar aləminin obyektləri, 
habelə Azərbaycan Respublıkasının «Qırmızı kitab»ına daxil edilmiş heyvan növləri 
(qeyri-sərbəst şəraitdə yetişdirilmiş (ahnmış) və ya Azərbaycan Respublikasının 


hüdudlarından kənarda qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə 
mülkiyyəti və ya xüsusi mülkiyyət üçün əldə edilmiş heyvanlardan başqa) bələdıyyə 
mülkiyyətinə və ya xüsusi mülkiyyətə aid edilə bilməzlər. 
Heyvanlar aləmi haqqında qanunvericiliyin vəzifələri heyvanlar aləminin 
mühafızəsinin və istifadosinin təşkilinə, idarə edilməsinə və dövlət tənzimlənməsinə 
hüquqi baza yaratmaqdan ibarət olub, bu sahədə idarəetmənin aşağıdakı əsas 
prinsiplərinə əsaslanır: 
-
heyvanlar aləminin mühafızəsi, artırılması və istifadəsi üzərində dövlət 
nəzarətinin zəruriliyi; 
-
vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarınm, qışlama yerlərinin 
nəsilartırma və çoxalma şəraitinin mühafizəsi; 
-
heyvanlar aləmindən istifadənin humanist prinsiplərə uyğun olaraq həyata 
keçirilməsi; 
-
heyvanlar aləmindən istifadə hüququnun su obyektlərindən, meşələrdən və 
digər təbii sərvətlərdən istifadə hüququndan ayrılması; 
-
heyvanlar aləminin və onların yaşayış mühitinin mühafızəsi istiqamətində 
fəaliyyət növlərinə dövlət hımayəsi; 
-
heyvanlar aləmindən istifadənin ödənişli olması və limitləşdirilməsi; 
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi üzərində nəzarət funksiyaları ilə 
istifadə fəaliyyəti funksiyalarının ayrılması; 
-
əhalinin sağlamlığına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının 
vaxtında alınması məqsədilə heyvanların sayının tənzimlənməsi; 
-
heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir 
göstərə bilən müəssisə və obyektlərin ekoloji ekspertizasınm aparılması (maddə 7). 
Qanunvericilikdə heyvanlar aləminin mühafızəsi vo istifadəsi sahəsində dövlətın 
vəzifələri belə göstərilmışdır: 
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata 
keçirmək və müvafıq normativ hüquqi aktlar qəbul etmək; 
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi üzərində dövlət nəzarətini həyata 
keçirmək; 
-
heyvanlar aləmi obyektlərinin mühafızəsi, səmərəli istifadəsi, artırılması və 
bərpası qaydalarını və normalarını müəyyən etmək; 
-
ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının 
hüdudlarından kənara aparılmasını və respublikaya gətirilməsini qadağan etmək və ya 
məhdudlaşdırmaq; 
-
heyvanların areahnın genişlənməsi, törəyib artması və qorunub saxlanması 
məqsədilə, qoruqlar, yasaqlıqlar, zooloji parklar, xüsusi mühafızə olunan təbiət 
ə
raziləri yaratmaq; 


-
heyvanlar aləminin dövlət üçotu, kadastrı və monitorin-qi sistemini yaratmaq, 
Azərbaycan Respublikasının «Qırmızı kitabı»nın aparılmasını təşkil etmək; 
-
Azərbaycan Respublikasının «Qırmızı kitabı»na daxil edilmiş, habelə qiymətli, 
nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə 
rejimini müəyyən etmək, onların qeyri-sərbəst şəraitdə artırılmasını təşkil etmək, 
genctik materialların saxlanması üçün seleksiya mərkəzləri və genobanklar yaratmaq; 
-
heyvanlar aləmindən istifadə limitlərini, istifadəyə görə ödəmə növlərini və 
dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək; 
-
hcyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir edə 
bilən müəssisələrin, texniki qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və 
yenidən qurul-ması layihələrinin dövlət ekoloji ekspertizasınm keçirilməsini təşkil 
etmək; 
-
təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş 
heyvanlar aləmi obyektlərinin bərpasını təşkil etmək; 
- heyvanlar aləminin öyrənilməsini, səmərəli istifadəsinin və mühafizəsinin 
vacibliyıni geniş təbliğ etmək; 
-
fıziki və hüquqi şəxslərin heyvanlar aləmi üzərində mülkiyyət və istifadə 
hüquqlarının mühafızəsini təmin etmək; 
-
heyvanlar aləminin mühafizəsinə, somərəli istifadəsinə və artınlmasına 
yönəldilmiş fəaliyyəti stimullaşdırmaq; 
-
heyvanlar aləminin mühafızəsi və istifadəsi sahəsində Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək 
(maddə 9). 
Heyvanlar aləmindən istifadənin vo mühafizəsinin həyata keçirilməsi sahəsində 
bələdiyyələrin, fıziki və hüquqi şəxslərin səlahiyyətləri, hüquq və vəzifələri də 
qanunvericilik qaydasında müəyyən edilmişdir. 
Heyvanlar aləmindən istifadənin formalanna gəldikdə isə bu mülkiyyət, ümumi 
və xüsusi istifadə hüquqlan əsasında, ümumi istifadə, idman və həvəskar bahq ovu 
istisna olmaqla, vəhşi heyvanları təbii mühitdən ayırmadan insanlann həyati vacib 
tələbatlarını (estetik, sağlamlıq, istirahət (rekreasiya) və s.) təmin etmək məqsədilə 
ödənişsiz həyata keçirilir. Heyvanlar aləmindən ümumi istifadə zamam, əgər vəhşi 
heyvanlann məhv edilməsi, onlann yaşayış mühitinə və nəsilartırma yerlərinə ziyan 
vurulması qadağan edilirsə, xüsusi istıfadədə vəhşi heyvanlan təbii mühitdən 
ayırmaqla həyata keçirilən bütün istifadə növləri ödənişli şərtlərlə qanunvericilk 
qaydasında yerinə yetirilir. Sonuncu xüsusi icazə sənədləri əsasında baş verir. Bu 
tələblər su obyektlərinin, torpaq və meşə mülkiyyətçilərinin və istfıadəçilərinin 
ə
razilərində məskunlaşan heyvanlar aləminin obyektlərinə də şamil edilir. 
Heyvanlar aləmindən istifadənin növləri kimi aşağıdakılar həyata keçirilməlidir: 
-
ovçuluq; 


-
balıq ehtiyatlarından istifadə; 
-
heyvanlar aləmi obyektlərindən elmi-tədqiqat, estetik, mədəni-maarif
təlim-tərbiyə, digər məqsədlər üçün istifadə; 
-
vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, 
yetişdirilməsi və artırılması məqsədilə tutulması; 
-
heyvanlar aləmi obyektlərinin faydalı funksiyalanndan istifadə edilməsi 
(bitkilərin tozlanması, ətraf mühitin təbii sanitarı və s.) 
-
heyvanlar aləmindən onların həyat fəaliyyətini təşkil edən məhsulların əldə 
edilməsi məqsədilə istifadə olunması (maddə 13). 
İ
nsanların sağlamlığını və təhlükəsizliyini mühafızə etmək, kənd təsərrüfatı və 
başqa ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış 
mühitinə və iqtisadiyyatına zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı 
vəhşi heyvan növlərinin sayının tənzimlənməsinə yönəlmiş tədbirlər, başqa heyvan 
növlərinə zərər vurmamaqla və heyvanların yaşayış mühitinin qorunub saxlanılmasını 
təmin etməklə hoyata keçirilməlidir. 
Qanunvericiliyə görə sayı tənzimlənən vəhşi heyvanların növləri, bu zaman 
müvafiq tədbirlərin keçirilməsi qaydalan elmi təşkilatların və əlaqədar dövlət 
orqanlannın rəyi nəzərə alınmaqla müvafıq icra hakimiyyəti orqanı tərəfındən 
müəy-yən edilir. 
Digər təbii ehtiyatların istifadəçiləri kimi heyvanlar aləmindən istifadə 
hüququnu qazanmış şəxslərin aşağıdakı hüquqları vardır: 
-
heyvanlar aləminin obyektlərindən qanunvericiliklə müəyyən olunmuş 
qaydada istifadə etmək; 
-
qanuni əldə edilən heyvanlar aləmi obyektlərinin və onların satışından alınan 
gəlirə sahiblik etmək; 
-
heyvanlar aləmi obyektlərinin mühafızəsi və istifadəsi məsələlərinin həllində 
iştirak etmək; 
-
heyvanlar aləmi obyektlərindən istifadə hüquqlarmm po-zulmasına yönəlmiş 
dövlət orqanlarmm qərarlarmdan və vəzifəli şəxslərin hərəkətlərindən müvafıq 
qaydada şikayət etmək; 
-
heyvanlar aləmi obyektlərinin istifadəsi üzrə Azərbaycan Respublikasının 
qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 
Hüquqlarla yanaşı, həmin istifadəçilərin vəzifələri də qanunvericilikdə nəzərdə 
rurulmuşdur: 
-
heyvanlar aləmi obyektlərindən istifadə üzrə müəyyən olunmuş qaydalara, 
normalara, limitlərə və müddətlərə əməl etmək; 
-
heyvanların tobii birliklərinin bütövlüyünü pozmayan və istifadəsinə icazə 
verilməyən heyvan növlərinin qorunmasını təmin edən üsullarla heyvanlar aləmindən 
istifadə etmək; 


-
heyvanlar aləminin obyektləri saxlanılan, artırılan və satılan bütün obyektlərə 
heyvanlar aləminin mühafizəsinə və istifadəsinə dövlət nəzarətini həyata keçirən 
orqanların nümayəndələrini maneəsiz buraxmaq və onlann qanuni tələblərini və 
qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək; 
-
heyvanlar aləminin obyektlərindən istifadəyə görə ödənişi vaxtlı-vaxtında 
köçürmək; 
-
heyvanlar aləminin obyektlərindən səmərəli istifadə etmək, heyvanların 
yaşayış mühitinin xüsusi fəaliyyət nəticəsində ekoloji vəziyyətinin pisləşməsinə yol 
verməmək, istehsalat proseslərini həyata keçirərkən təbiəti mühafizə qaydalarına 
riayət etmək; 
-
vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların 
vəziyyətini və heyvanlar aləmi obyektlərinin yaşayış yerlərinin xarakterini öyrənmək, 
bu məiumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunun 
kadastrını və monitorinqini həyata keçirən orqanlara vermək; 
-
vəhşi heyvanların təbii və süni artmasına, onların yaşayış mühitinin 
qorunmasına və yaxşılaşmasına yönəldilən kompleks tədbirlər görmək; 
-
heyvanlar xəstəliyə yoluxluqda, onların yaşayış mühiti pisləşdikdə, 
heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal 
müvafıq icra hakimiyyəti orqanlarına məlumat vermək, xəstəliklərin profılaktikası və 
ləğvi üzrə kompleks tədbirlər həyata keçirmək; 
-
heyvanlar aləminin mühafızəsi məsələləri üzrə ekoloji proqramların yerinə 
yetirilməsi üçün tədbirlər həyata keçirmək; 
-
bitişik ərazilərin hüdudlarında heyvanlar aləmi obyektlərinin mühafizəsini 
həyata keçirmək, Azərbaycan Respublika-sının «Qırmızı kitabı»na daxil edilmiş və 
xüsusi mühafızə olu-nan heyvan növlərinin mühafızə rejimino əməl etmək; 
-
heyvanlar aləminin obyektlərindən onların vəziyyətinin vo yaşayış şoraitinin 
pisləşməsi hallannda, artım qabiliyyəti aşağı düşdiikdə və heyvanların məhv olmaq 
təhlükəsi yarandıqda istifadəni sərbəst dayandırmaq, heyvanlara və onların yaşayış 
mühitinə zərərlərin təsirinin qarşısını almaq üçün təcili tədbirlər görmək. 
Artıq yuxarıda qeyd etdiyimiz kimi, xüsusi icazə sənədləri əsasında əldə edilən 
xüsusi istifadə hüququna aşağıdakı hallar xitam vermək üçün əsas ola bilər: 
-
istifadə üçün verilmiş icazənin müddəti qurtardıqda; 
-
istifadəyə lüzum qalmadıqda, yaxud istifadədən könüllü imtina edildikdə; 
-
heyvanlar aləminin obyektlərindən istifadə edən hüquqi şəxslərin fəaliyyətinə 
xitam verildikdə; 
-
heyvanlar aləminin obyektlərindən xüsusi istifadə qaydaları pozulduqda; 
-
heyvanlar aləmi obyektlərinin mühafızəsi, istifadəsi və törəyib artması üzrə 
müəyyən edilmiş qaydalar, normalar və digər tələblər müntəzəm yerinə 
yetirilmədikdə, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 


Qeyd etmək Iazımdır ki, xüsusi istifadə hüququna xitam verilməsi xüsusi 
icazənin ləğv edilməsi yolu ilə həyata keçirilir və bu zaman dəymiş ziyanın 
ödənilməsi üçün götürülmüş öhdəçilik öz qüvvəsində qalır. 
Heyvanlar aləminin obyektləri üzərində mülkiyyət hüququna isə qanunvericiliyə 
görə aşağıdakı hallarda xitam verilir: 
-
vəhşi heyvanlarla vəhşicəsinə rəftar edildikdə; 
-
ayn-ayrı heyvanlar aləmi obyektlərinin xüsusi mülkiyyətdə olmasına 
qanunvericilik aktları ilə qadağan qoyulduqda və digər hallarda. 
Ölkəmizin ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi 
qarşısında olan heyvan növləri xüsusi mühafizə edilir və onlar Azərbaycan 
Respublikasının «Qırmızı kitabı»na daxil edilmişdir. Odur ki, bu heyvan növlərinin 
mühafizəsi, törəyib artması və istifadəsi qaydaları və tələbləri Azərbaycan 
Respublikasının «Qırmızı kitabı haqqında Əsasnamə» ilə müəyyən edilir. 
Hazırda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların genetik 
fondunun qorunub saxlanılmasını təmin etmək məqsədilə elmi idarələr və təşkilatlar 
müvafıq icra hakimiyyəti orqanlarının icazəsi ilə heyvanların süni çoxaldılması üçün 
tədqiqatlar apanr, genetik materialların qorunub saxlamlması üçün xüsusi mərkəzlər 
və genobanklar yaradır. 
Heyvanlar aləminin mühafızəsini təmin etmək və ondan səmərəli istifadəni 
təşkil etmək üçün heyvanlar aləminin obyektləri və onların əldə edilməsinin həcmi 
dövlət uçotuna ahnır, habelə heyvanlar aləmi obyektlərinin dövlət kadastrı apanlır. 
Heyvanlar aləmi obyektlərinin yayılmasına, sayına, fıziki vəziyyətinə, onların 
yaşayış mühitinin strukturuna, keyfıyyətinə və sahəsinə müntəzəm müşahidə sistemi 
olan heyvanlar aləmi obyektlərinin dövlət monitorinqi, göstərilən parametrlərdə baş 
veron dəyişikliklərin vaxtında aşkara çıxanlması və qiymətləndirilməsi, həmin 
dəyişikliklərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, 
heyvanlar aləmi obyektlərinin vəziyyətinin sabitliyini və onlardan istifadəni elmi 
ə
saslarla təmin etmək üçün aparılır. 
«Heyvanlar aləmi haqqında» Qanunun 16-cı maddəsində su hövzələrində 
balıqların sənaye, idman və həvəskar ovu, habelə elmi-tədqiqat, nəzarət və təbii 
mühitə uyğunlaşdırılması üçün ovlanması və əmtəə məqsədi ilə yetişdirilməsi balıq 
eh-tiyatlarından istifadə hesab edilir. 
«Balıqçıhq haqqında» Azərbaycan Respublikası Qanununda balıqçıhq dedikdə 
su hövzələrində balıqların, digər su heyvanları və bitkilərinin artırılması, bərpası, 
yetişdirilməsi, istifadəsi, mühafizəsi və faydah əlamətlərinin yaxşılaşdırılmasına 
yönəldilmiş bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi başa düşülür. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin