Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə72/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   68   69   70   71   72   73   74   75   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Meşələrdən istifadə hüququ 
Bu Azərbaycan Respublikasının Meşə Məcəlləsi ilə və digər qanunvericilik 
aktları ilə tənzimlənir. Məcəlləyə görə meşə dedikdə, bioloji cəhətdən qarşıhqlı 
ə
laqəli və bir-birinə təsir göstərən torpağm, suyun, ağac, kol və ot bitkilərinin, 
heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti 
başa düşülür (maddə 1). 
Meşə Məcəlləsinin 48-ci maddəsində meşə fondundan istifadənin təsnifatı 
aparılır və bu təsnifata əsasən, meşə fondundan istifadə aşağıdakı növlərə ayrılır: 
-
oduncaq tədarükü; 
-
ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqalan); 
-
meşədən əlavə istifadə (ot çalımı, pətəklərin və arıxa-naların yerloşdirilməsi, 
yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman 
bitkiləri, tex-niki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, cil 
və digərlərinin tədarükü və yığılması, müvafıq icra hakimiyyoti orqanı tərəfındən 
təsdiq edilmiş siyahı ilə müəy-yənləşdirilən başqa əlavə istifadə); 
-
elmi-tədqiqat məqsədləri üçün; 
-
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün; 
-
ovçuluq təsərrüfatı. 
Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini göt-ürməklə və ya 
götürmədən həyata keçirilə bilər. 
Məcəllədə, həmçinin meşə fondu sahələrinin bir və ya bir neçə meşə 
istifadəçisinə bir və ya bir neçə növ üzrə əlavə istifadə üçün verilə bilməsi 
göstərilmişdir. 
Qanunvericilikdə meşə servitutlan (meşə sahələrindən başqasının müəyyən 
dərəcədə istifadə etmək hüququ) da öz əksini tapmış, fıziki şəxslərin sərbəst surətdə 
meşələrdə olmaq hüququna malik olması (kütləvi meşə servitutu), meşə fondu 
sahələrindən və meşə fonduna daxil olmayan sahələrdən fıziki və hüquqi şəxslərin 
istifadə hüquqlarının müqavilolər, habelə məhkəmə qərarları əsasında başqa maraqh 
ş
oxslərin xeyrinə məhdudlaşdırıla bilməsi təsbit olunmuşdur. 
Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çox-funksiyah mahiyyəti 
nəzərə ahnmaqla həyata keçirilir. Bu eyni zamanda müxtəlif şəxslər tərəfındən 
müxtəlif məqsədlər üçün istifadə də adlanır. 
«Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 
olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları 
meşələrin bərpası məqsədi ilə öz təyinatı üzrə Meşə Məcəllosi ilo müoyyon edil-miş 


şə
rtlərlə fıziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. 
Meşə fondu sahələrindən istifadə hüququna dair Meşə Məcəlləsi ilə nəzərdə 
tutulmamış hallarda mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. 
Qanunvericiliyə görə Azərbaycan Respublıkasında meşə fondu dövlətə 
mənsubdur və onun mülkiyyətidir. Odur ki, meşələr və meşə fondunun torpaqları 
özəlləşdirilmir. Lakin fıziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq 
sahələrində yerləşən ağac-kol bitkiləri, qanunvericilikdə başqa hallar müəyyən 
edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Həmin ağac-kol bitkiləri 
üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericiliyə uyğun olaraq 
mülkiyyətçi tərə-fındən həyata keçirilir. 
Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır: 
müqavilələr, məhkəmə qərarları, Meşə Məcəlləsi ilo yol verilən digər əsaslar. 
Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu 
sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatmdan keçdiyi, meşəqurma bileti, 
order, meşə bileti alındığı vaxtdan əldə edilir. 
Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (meşə fondu 
torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin 
ə
sasında yaramr. 
Meşə istifadəçisi qanunvericiliklə müəyyən edilmiş hallarla və şərtlərlə 
istifadəyə verənin razıhğı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün 
hüquqi varisi olmayan şəx-sə müqavilə əsasında verə bilər. Həmin istifadəçi vəfat 
etdikdə isə ona məxsus olan istifadə hüququ qanunvericilikdə müəy-yən olunmuş 
qaydada başqa şəxslərə keçə bilər. İstifadə hüqu-qunun başqasına keçməsi 
müqaviləyə, meşəqurma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə 
rəsmiləşdirilir. 
Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hü-ququnu bu meşələrin və 
meşə fondu torpaqlarının vəziyyətinin pisləşməməsi, ətraf mühitə zərər vurulmaması, 
habelə digər şəxslərin qanuni mənafclərinə xələl gətirilməməsi halında sərbəst həyata 
keçirirlər. 
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət hakimiyyəti 
orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin 
fəaliyyətinə qarışmasına yol verilmir. 
Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli 
istifadəsini, mühafizəsini, qorunmasmı və bərpasını, ölkənin müdafıəsini və dövlətin 
təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığmı, ətraf mühiti, tarixi-mədəni və 
təbii irsi, vətəndaşların hüquqlarını və qanuni mənafelərini qorumaq zərurəti 
yarandığı hallarda meşə fondu sahələrində istifadə hüququ qanunvericihklə müəyyən 
olunmuş qaydada məhdudlaşdırılır və dayandırılır. Bu aşağıdakı hallarda baş verə 
bilər: 


1)
meşə istifadəçisi tərəfmdən meşə qanunvericiliyinin tələbləri pozulduqda; 
2)
meşə istifadəçisi tərəfındən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, 
meşə biletinin şərtlərinə əməl edilmodikdə. 
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdınlmasına və ya 
dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam 
həcmdə bərpa olunur. 
Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, 
istifadə hüququnun müddəti başa çatdıqda, meşə istifadəçisi olan istər fıziki, istərsə 
də hüquqi şəxsin fəaliyyəti dayandıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər 
hallarda onun meşə fondu sahəiərindən istifadə hüququna xitam verilir. Bu hüquqlara 
məcburi xitam vcrilməsi isə aşağıdakı hallarda ola bilər: 
1)
meşə istifadəçisi tərəfındən meşə qanunvericiliyi pozulduqda; 
2)
fövqəladə vəziyyət yaradan qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş 
verdikdə; 
3)
meşə istifadəçisi tərəfındən meşə fondu sahələrindən istifadə üçün haqq 
müəyyən olunmuş müddətdə ödənilmədikdə; 
4)
meşə istifadəçisi tərəfındən meşə fondu sahələrindən istifadə qaydaları və ya 
icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş 
şə
rtlər pozulduqda; 
5)
meşə istifadəçisi tərəfındən yanğın tohlükosizliyi qaydalarına əməl 
edilmədikdə; 
6) meşə 
fondu 
sahələri 
dövlət 
ehtiyacları 
üçün 
geri 
alındıqda. 
Qanunvericiliyə görə meşə fondu sahələrindən istifadə 
hüququna xitam verilməsi meşə istifadəçisini məsuliyyətdən azad etmir. 
Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin icarə 
müqaviləsinin, meşəqurma biletinin, orderin, meşə biletinin ləğv olunması 
nəticəsində xitam verilir. Əgər meşə istifadəçisi istifadə hüququndan özü imtina 
edərsə, bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır. 
Artıq yuxanda qeyd edildiyi kimi, Meşə Məcəlləsinin I4-cü maddəsinə uyğun 
olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin 
borpası məqsədi ilə öz təyinatı üzrə meşə istifadəçisinə icarəyo müqavilə əsasında 
müvafıq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfın-dən bir ildən on ilədək verilə 
bilər. Bu zaman əldə edilmiş me-şə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. 
Meşə fondu torpaqlannın subicarəsi qadağandır. 
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilməlidir: 
-
icarəyə verilən sahənin sərhədləri; 
-
işin həcmi (ölçüləri); 
-
icaronin müddəti; 


-
icarə haqqının miqdarı və onun ödənmə qaydası; 
-
icarəyə verilən sahənin mühafızəsi, qorunması və bərpası sahəsində tərəflərin 
öhdəlikləri; 
-
meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş digər şərtlər. 
Meşə Məcəlləsinə görə meşəqırma bileti, oduncaq və ikinci dərəcəli meşə 
materiallarının tədarükü, daşınması üçün hüquqi sənəddir. Bu biletdə meşə quruluşu 
layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və 
ikinci dərəcəli materialların miqdarı, keyfıyyəti, onların qiyməti, işin apanlma 
müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları 
göstərilir. 
Order, özü yıxılmış və ya qurumuş ağaclardan odundac hazırlamaq, ağac 
tör-töküntüsü və ikinci dərəcəli meşə materiallannın tədarükü, daşınması üçün hüquq 
verən sənəddir. Order meşəqurma bileti əsasında verilir. 
Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəd olub, 
orada meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti 
göstərilir. 
Meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası 
sahəsində dövlət idarəetməsini Azərbaycan Respubilkasının müvafıq icra hakimiyyəti 
orqanı həyata keçi-rir. Bu məqsədlə: 
-
meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini 
müəyyənləşdirir; 
-
meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondıından istifadəyə, 
onun mühafızəsinə, qorunmasma və meşələrin bərpasına dövlət nəzarətini həyata 
keçirir, onun aparılması qaydalarını müəyyən edir; 
-
meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir; 
-
investisiya siyasətini həyata keçirir; 
-
meşə fondundan istifadənin, onun mühafızəsinin, qorunmasının və meşələrin 
bərpasının dövlət proqramlarını təsdiq edir; 
- meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir; 
-
hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir; 
-
meşə fondundan ıstifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan 
oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə 
güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir, meşə 
materiallarına qiymət qoyur; 
-
meşələrin qorunub saxlanılması və təkrar istehsah üzrə respublika fondunu 
yaradır, ondan istifadə qaydalarını müəyyən edir; 
-
köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, 
qorunması və mcşolorin borpası qaydalarını təsdiq edir; 
-
meşə təsərrüfatının aparılması üzrə elmi-tədqiqat və layihə-axtarış işlərini 


təşkil edir və əlaqələndirir; 
-
meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin 
və meşə quruluşu işlərinin apanlması qaydalarını müəyyən edir; 
-
meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası 
sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onlann 
yerinə yetirilməsini təşkil edir; 
-
meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını 
müəyyən edir; 
-
meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və 
bərpasına təhlükə yaradan işləri da-yandırır, məhdudlaşdırır, onlara xitam verir; 
-
meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan 
məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarma keçirir, meşə fondu 
torpaqlarını geri alır; 
-
meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonalan 
elan cdir; 
-
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. 
Meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası 
sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır: 
-
iqtisadiyyatın inkişafı; 
-
ətraf mühitin mühafizəsi; 
-
ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi 
(maddə 27). 
Qanunvericilikdə, həmçinin meşə təsərrüfatınm təşkili və meşə fondundan 
istifadənin ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən 
prinsiplər əsasında həyata keçirilməli olduğu qeyd edilmiş, bu işlərin aparılması 
zamanı aşağıdakıların təmin olunması göstərilmişdir: 
-
insanlann sağlamhğı naminə meşələrin mühityaradıcı, suyu mühafızo, 
qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərin 
saxlanılması və giicləndirilməsi; 
-
oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli 
və səmərəli istifadə; 
-
meşələrin bərpası, onların cins tərkibinin, keyfıyyətinin yaxşılaşdırılması, 
məhsuldarlığının yüksəldilməsi, mühafızəsi və qorunması; 
-
meşə fondu torpaqlanndan səmərəli istifadə; 
-
meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl 
təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi; 
-
bioloji müxtəlifliyin saxlanılması; 
- tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması. Artıq qeyd olunduğu 
kimi, respublikamızın meşə fondu 


dağ və düzən meşələrindən ibarətdir. İqtisadi və ekoloji əhəmiyyətinə, 
yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə meşə fondumuz dünyada mövcud 
olan üç qrup meşələrdən birinci qrupa aid olub aşağıdakı qoruyucu kateqoriyalara 
bölünür: 
-
qovuq meşələri; 
-
kurort meşələri; 
-
xüsusi qiymətli meşə massivləri; 
-
şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının 
meşələri; 
-
yabanı meyvə meşələri; 
-
dövlət qoruyucu meşə zolaqları; 
- sair meşələr. 
Qanunvcriciliyə görə zoruri hallarda göstorilon kateqoriyalara aid edilmiş 
meşələrdə xüsusi qoruyucu meşə sahəlori (eroziyadan mühafızə meşələri, çayların, 
göllərin vo digər su obyektlərinin sahiüərində olan meşə sahələri, doniz yollannın və 
avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri 
(elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr, meşə-parklar, seyrək arid 
meşələri, ziyarət edilən yerlərdəki meşəiər və s.) müəyyən edilir. 
Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun 
mühafızəsini, qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun 
kəmiyyət və keyfıyyət dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, 
bələdiyyələri, əlaqədar fıziki və hüquqi şəxsləri meşə fondu haqqında məlumatla 
təmin etmək məqsədilə apanlır və bu məlumatlar dövlət meşə kadastrınm 
apanlmasında istifadə edilir. 
Qanunvericiliyə görə meşələrin dövlət kadastrı meşə fondunun qeydiyyatı, onun 
ekoloji, iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsidir. 
Dövlət meşə kadastnndan meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində 
və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının 
qeyri-meşə torpaqlanna keçirilməsində və meşə fondu torpaqlarının geri ahnmasında, 
meşə fondundan istifadə üçün ödəmələrin miqdannın müəyyən edilməsində, meşə 
istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin 
qiymətləndirilməsində istifadə olunur. 
Qanunvericilikdə, həmçinin meşələrin monitorinqi ilə əlaqədar aynca bir maddə 
də özünə yer almışdır. Bu meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və 
meşələrin bərpası, onların ekoloji funksiyalannın artırılması sahəsində dövlət 
idarəetməsi 
məqsədilə 
meşə 
fondunun 
vəziyyətinin 
və 
dinamikasının 
qiymətləndirilməsi və proqramlaşdırılması sistemindən ibarətdir. 
Meşə fondundan istifadə, onun mühafızəsi, qorunması və meşələrin bərpası 
üçün dövlət proqramlan hazırlanır. 


Meşə fondundan səmərəli istifadə, meşə-təsərrüfatının düzgün aparılması, bu 
sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş 
tədbirlər sistemindən ibarət olan meşə quruluşu işləri yerinə yetirilir ki, bu zaman 
aşağıdakılar həyata keçirilir: 
-
müəyyən edilmiş qaydada meşə təsərrüfatlannın, milli parklann, dövlət təbiət 
qoruqlarımn, digər meşə təsərrüfatı müəssisələrinin meşə fondu sahələrinin və 
ə
razilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi; 
-
topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin 
hazırlanması; 
-
meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə me-şə ehtiyatlannın 
keyfıyyət və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun 
inventarlaşdınlması; 
-
relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və 
xüsusi qorunan meşə sahələrinin aşkara çıxanlması; 
-
meşələrin bərpası və aralıq istifadə üçün qırılmasmı, meşəsalma, meliorasiya, 
meşələrin mühafızəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini 
tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin 
apa-rılması qaydaları və üsullarınm müəyyən edilməsi; 
-
meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu 
kateqoriyadan digərinə keçirilməsinin əsaslandınlması, meşə ilə örtülü olmayan 
torpaqlann meşə ilə örtülü 
olan torpaqlara, qeyri-meşə torpaqlarmın meşə torpaqlarına keçirilməsi; 
-
hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən 
edilməsi; 
-
meşobərpa, meşəsalma, meşələrin mühafızəsi və qorunması tədbirlərinin, 
həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi; 
- meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü 
miqdarının, meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni- 
sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi; 
-
meşə-bioloji və digər xüsusi müayinələrin aparılması; 
-
meşə qurucuiuğu layihələrinin həyata keçirilməsinə nəzarət; 
-
digər meşə quruculuğu işləri. 
Meşə quruculuğu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib 
edilir. Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatının aparılması və meşə 
fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları 
hazırlanır. Sonra həmin layihələr, ona edilmış olavələr müvafıq icra hakimiyyəti 
orqanı tərəfındən müəyyən cdilmiş qaydada təsdiq edilir və onlar meşə təsərrüfatının 
apanlması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı 
işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd hesab edilir. 


Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin 
həyata keçirilməsi qadağandır (Azərbaycan Respublikasının Meşə Məcəlləsi, maddə 
43). 
Məcəllədə həmçinin meşədən istifadəyə qoyulan əsas tələblər kimi aşağıdakılar 
göstərilmişdir: 
-
meşələrdən fasiləsiz və səmərəli istifadə; 
-
əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və 
iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafızə, qoruyucu və 
digər funksiyaiarının saxlanılması və gücləndirilməsi; 
-
meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri 
funksiyalardan, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq 
müəyyənləşdirilməsi; 
-
meşələrin bərpası üçün şəraitin yaradılması; 
-
meşədən istifadənin ödənişli olması; 
-
meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi. 
Hər bir Azərbaycan Respublikasının vətəndaşı qanunvericilikdə başqa hallar 
nəzərdə tutulmadıqda ümumi istifadə hüququ qaydasında, haqqı ödənilmədən 
meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvo, giləmeyvo, göbələk, 
gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, 
mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna 
malikdirlər. Qeyd etmək lazımdır ki, bu zaman Azərbaycan Respublikasının «Qırmızı 
kitab»ına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və 
digər xammalın yığılması, tədarük edilməsi qadağandır. 
Vətəndaşlar, həmçinin bütün fıziki şəxslər meşədə yan-ğın təhlükəsizliyi 
qaydalarına əməl etməyə, ağacların və kolla-rın zədələnməsinə, sındırılmasına, 
kəsilməsinə, meşə əkinləri-nin koılanmasına, meşələrin zibiüənməsinə, qarışqa və quş 
yuvalarının dağılmasına yol verməməyə, habelə qanunverici-liyin digər tələblərinə 
riayət etməyə borcludurlar. 
Fiziki şəxslərin meşədə olması və meşə sorvətlərini yığması qanunvericilikdə 
müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və 
digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq, qoruq meşələrində, milli parklarda 
və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya 
müvafıq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 sayh 
qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası meşələrində köküstü oduncaq 
buraxıhşı Qaydalan» meşələrimizdə köküstü oduncaq buraxılışını tənzimləyir və 
meşə-də oduncaq tədarükü, onun daşmması zamanı tətbiq olunur. 
Qaydalara görə köküstü oduncaq buraxıhşı meşədən istifadə rejiminə uyğun 
olaraq aşağıdakı kimi aparılır: 


-
meşəbərpa qırması qaydası ilə - kurort meşələri, xüsusi qiymətli meşə 
massivləri, şəhərlərin və digər yaşayış məntə-qələri ətrafındakı yaşıllıq zonalarının 
meşələri və dövlət meşə zolaqları istisna olmaqla, digər meşələrdə bərpa məqsədi ilə 
aparılan qırmalar; 
-
aralıq istifadə qırması ilə - meşələrdə qulluq, sanitariya və az qiymətli 
meşəliklərin rekonstruksiyası (yenidən əkmə qırmaları) ilə əlaqədar aparılan 
qırmalar; 
-
başqa qırmaları ilə - başdanbaşa sanitariya qırmaları (su qovşaqlarının, boru 
kəmərlərinin, yolların, rabitə elektrik xətlərinin tikintisi və digər işlərlə əlaqədar, 
meşə sahələrinin müəyyən olunmuş qaydada qeyri-meşə sahələrino keçirildiyi 
zaman), həmçinin yanğmdan mühafızə keçidlərinin açılması və digər belə məqsədlər 
üçün aparılan qırmalar. 
Bu qırmalar təsdiq olunmuş layihələr və aparılan işlərin texniki şərtlərinə uyğun 
olaraq yalnız meşəqırma bileti və or-der əsasında aparılır. 
Aşağıdakı hallarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin razılığı ilə köküstü oduncaq buraxılışı rəsmiləşmədən aparıla bilər və bir 
ay müddətində bu əməliyyata meşəqırma bileti və order yazılır: 
-
ağacların rabitə və elektrik xətlərinin üstünə düşmək təhlükəsi olduqda və 
yaxud həmin xətlərdə qəzanın aradan götürülməsi vacibliyi yarandıqda; 
-
meşə yanğınlarının söndürülməsi və qəza-xilasetmə tədbirləri həyata 
keçirildikdə. 
Meşə istifadəçiləri köküstü oduncaq buraxıhşı haqqında yerli meşə təsərrüfatı 
müəssisələrinə ərizə ilə müraciət etməli, bir ay müddətində qırma sahəsinin aynlması 
haqqında rəsmi cavab almalıdırlar. Qırma sahəsinin ayrılmasından imtina olun-duqda 
da səbəbi rəsmi olaraq izah edilməlidir. 
Meşə istifadəçiləri ayrılmış sahəyə texnoloji xəritəni hazırlayır, onu meşə 
təsərrüfatı müəssisəsi ilə razılaşdınr və köküstü oduncaq buraxılışına meşəqırma 
bileti, order alır. Meşəqırma sahələri meşə istifadəçisinə verildiyi gündən onun 
mühafızəsində sayılır və həmin gündən Qaydalarda nəzərdə tutulmuş bütün 
öhdəliklər meşə istifadəçilərinə həvalə edilir. 
Meşə istifadəçiləri qurmalara başlamazdan əvvəl aşağıdakı hazırhq işlərini 
apanrlar: 
-
oduncağın doğranması və ilkin emalı üçün qurğulann quraşdırılması; 
-
müxtəliftipli müvəqqəti yaşayış və təsərrüfat tikililəri-nin quraşdırılması; 
-
meşə anbarları üçün sahənin təmizlənməsi və onların yerləşdirilməsi; 
-
meşədaşıma yollarının çəkilməsi; 
-
işin təhlükosizliyinə mane olan ağaclann götürülmosi və hazırhq ilə əlaqədar 
digər ışlər. 
Meşə istifadəsiçi qurma sahələrində bütün işlər (qurma, tədarük, daşıma) başa 


çatdıqdan sonra 6 ay ərzində sahədəki qurğuları, müvəqqəti tikililəri götürməlidir. 
Meşə təsərrüfatı müəssisəsi tərəfındən köküstü oduncaq buraxılışı aşağıdakı 
hallarda dayandırıla bilər: 
-
meşə istifadəçisinin rəsmi ərizəsi əsasında; 
-
meşədən istifadənin müddəti başa çatdıqda; 
- idarə, təşkilat, müəssisə ləğv olunduqda, müəyyən olunmuş qaydada onun 
varisi elan olunmuş fıziki və ya hüquqi şəxsin ərizəsi əsasında; 
-
dövlət ehtiyaclan üçün meşə torpaqları geri alındıqda; 
-
mcşodon istifadə meşəqırma biletində və orderdə göstərilən məqsədlərə və 
tələblərə uyğun gəlmədikdə; 
-
mcşəqırma bileti, order yazılarkən qanunvericilikdə nəzərdə tutulmuş tələblər 
və qaydalar pozulduqda; 
-
qırma sahələri meşə təsərrüfatı müəssisələri tərəfındən dəyişdirildikdə. 
Meşə istifadəçiləri köküstü oduncaq buraxılışı zamanı aşağıdakı tələblərə əməl 
etməlidirlər: 
-
meşəqurma biletində və orderdə müəyyən olunmuş qurma sahələrindən tam və 
səmərəli istifadə etmək; 
-
tədarük və daşınmanın müddəti başa çatdıqdan sonra, qırıntı yerlərində və 
meşədə hazır oduncağın, habelə qırıntıya təyin edilmiş ağacların köküstü 
saxlanılmasına yol verməmək; 
-
torpağın eroziyaya uğramasına yol verməyen, meşənin vəziyyətinə və təkrar 
istehsalına (bərpasına), həmçinin suları və təbii guşələrə mənfı təsir göstərməyən, 
meşə istifadəsini məhdudlaşdırmayan və ya istisna etməyən üsullan tətbiq etmək; 
-
işlək oduncaqdan təyinatı üzrə istifadə etmək, həmçinin oduncaq itkisinə, işlək 
oduncağın oduna çevrilməsinə yol verməmək; 
-
qırma sahələrini qırıntı qalıqlarından təmizləmək və strukturu pozulmuş torpaq 
sahələrini öz hesabına təyinatı üzrə istifadə etmək üçün yararh vəziyyətə gətirmək; 
- oduncaq tədarükü zamanı alınan tullantının istifadəsini təşkil etmək; 
-
meşə ilə örtülü olmayan sahələrin zibillonməsinə yol verməmək; 
-
qırma sahəsinə bitişik 50 metrlik zolaqlarda ağaclann, həmçinin sərhəd, 
kvartal, qırma sahələrini göstərən künc dirəkləri; ağac və kötüklərdəki dağmaların 
saxlanılmasını təmin etmək; 
-
oduncaq daşmması zamanı dağılmış yollan, körpüləri və cığırları, həmçinin 
qurulma şəbəkəni və sair qurğuları yararlı vəziyyətə salmaq və saxlamaq; 
-
meşələrdə yanğm təhlükəsizliyi qaydalarına, habelə meşə istifadəsi ilə bağh 
digər qayda və təlimatlara əməl etmək. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 saylı qəran ilə (26 aprel 
1999-cu il) təsdiq edilmiş «Meşəqırma qaydaları»na görə qiymətli cinslərdən ibarət 
meşələrin formalaşmasını, oduncaq ehtiyatmdan səmərəli istifadə olunmasını, 


me-şələrin bərpasını, davamhğı və yüksək məhsuldarhqh ağacların yetişdirilməsini, 
onlann qoruyucu funksiyalarını tənzimləmək üçün qoruq meşələri istisna olunmaqla, 
meşələrdə bitmə şəraitindən, sahənin relyefındən, mailliyindən, vəziyyətindən, 
doluluğundan, cins tərkibindən, yaşından, bonitetindən və digər əlamətlərindən asılı 
olaraq aşağıdakı qırma növləri tətbiq olunur: meşəbərpa qırmaları və aralıq istifadə 
üçün qırmalar. 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin