sə
bə
b olur.
5.
Tə
bii sə
rbə
stlik və
ziyyə
tinde heyvanların
mövcudluq şə
raitinin prioriteti.
Heyvanlar aləmindən elmi və təcrübəçilik
məqsədi üçün istifadə, heyvanlann təbii
mühitdən ayrılması və yaşayış mühitinə zərər vurulması, eləcə də heyvanlar
aləmindən istifadə ilə əlaqədardırsa, belə hala yol verilmir («Heyvanlar
aləmi
haqqında» Azərbaycan Respublikasının Qanunu, maddə 53).
Yuxarıda göstərilən prinsiplər ekologiya hüququnun «mikrosxemi» olmaqla, nə
birdəfəlik, nə də həmişəlik müəyyən olunmayıb. Ölkə vətəndaşları qarşısında duran
siyasi vəzifələrin və tarixi şəraitin dəyişməsi ilə bu prinsiplərin məcmusu dəyişə bilər
və yaxud yeni prinsiplərlə tamamlana bilər.
Ekologiya hüququnun mə
nbə
lə
ri
Ekoloji-hüquqi normalar, institutlar və ekologiya hüququ hüquq sahəsi kimi
ekoloji-hüquqi tənzimləmənin mahiyyətidir.
Ekologiya hüququnun mənbələrinin inkişaf
etmiş sistemi ekoloji hüquq
normaları məcmusunun ayrıca hüquq sahəsi kimi fərqləndirilməsi mühüm şərtdir. Bu
baxımdan ekologiya hüququnun mənbələri dedikdə, cəmiyyətlə təbiətin qarşılıqlı
təsiri sahəsində meydana çıxan münasibətləri tənzimləyən normaların əks olunduğu
normativ-hüquqi aktlar başa düşülür.
Hər hansı səlahiyyətli dövlət orqanının konkret
iş üzrə və konkret şəxslər
barəsində qəbul etdiyi fərdi-konkret xarakterli qərar, hüququn mənbəyi, o cümlədən
ekologiya hüququ-nun mənbəyi sayıla bilməz.
Ekologiya hüququnun mənbələri bir sıra xüsusiyyətlərə malikdir. Həmin sahəyə
aid olan hüquq normalarınm digər hüquq sahələrinə də aidiyyəti ola bilər. Təbiətdən
istifadə və ətraf mühitin mühafizəsi sahəsinə dair qanunvericilik üzrə normalarla
yanaşı, həmin normalar konstitusion, mülki, cinayət qanunvericiliyi aktlarında,
sahibkarlıq haqqında və digər normativ-hüquqi sənədlərdə öz əksini tapmışdır.
Müxtəlif səviyyələrdə çoxsayh normativ-hüquqi
aktlarm qəbul edilməsi
ekologiya hüququnun mənbələrinin müəyyən edilməsini çətinləşdirir ki, onların
təsnifləşdirilməsi bu çətinlikləri aradan qaldırmağa yönəlmişdir. Təsnifat aşağıdakı
ə
sas-lara görə aparılu:
1.
Hüquqi qüwəsinə görə - qanunlar və qanun qüwəü aktlar:
a)
qanunlar - nümayəndəli dövlət hakimiyyəti orqanları tərəfindən qəbul edilən
normativ hüquqi aktlar;
b)
bütün digər normativ hüquqi aktlar qanun qüvvəli aktlardır. Buraya
Azərbaycan Respublikası
Prezidentinin, Nazirlər Kabinetinin, mərkəzi icra
hakimiyyəti orqanlarmm və bələdiyyələrin qəbul etdiyi aktlar aiddir.
Dostları ilə paylaş: