inzibati rayonun ərazisini əhatə etməkiə bir şkala vasitəsilə tapıhr. İkinci halda
inzibati rayonun müxtəlif torpaq kadastr (qiymət) rayonlarına daxil olmuş hissə-lori
iiçün ayrı-ayrılıqda şkalalar tərtib edilir, onların orta hesabı balı
və ya qiymət
göstəricisi müəyyənləşdirilir.
Torpaq yerlərinin qiymətləndirilməsinin nəticəsi kimi əsas kənd təsərrüfatı
yerlərinin ümumi qiymət cədvəli və ayrı-ayrı kənd təsərrüfatı bitkilərinin fərdi
qiymətləndirilməsinin səmərolilik codvəli tərtib edilir. Bu torpaq-qiymət göstəriciləri
həmçinin rayonun qiymət xəritəsində öz əksini tapır.
Yerquruluşu Layihə İnstimtunun mütəxəssisləri tərəfın-dən inzibati rayonda
torpaq-qiymətləndirmə işləri aparılır. Torpaq istifadəçiliyində
sərhəd dəyişiklikləri
zamanı, ərazidə əsaslı meliorativ tədbirlər həyata keçiriləndə, kənd təsərrüfatı
yerlərinin strukturunda dəyişikliklər baş verəndə həm ayrı-ayrı torpaq
mülkiyyətçilərinin və istifadəçilərinin
torpaq sahələrində, həm də bütövlükdə rayon
üzrə torpaq-qiymətləndirmə işləri yenidən aparıhr.
Rayonlarda torpaqlann qiymətləndirilməsi nəticəsində əldə edilmiş materiallar
aşağıdakı konkret praktiki işlərin həyata keçirilməsində
çox mühüm vasitə kimi
özünü göstərir:
1)
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatların,
təşkilatların və müəssisələrin təsərrüfat fəaliyyətinin təhlil edilməsində;
2)
torpaq vergilərinin, normativ qiymətlərinin rayon üzrə ölçülərinin
müəyyənləşdirilməsində;
3)
torpaqların
icarəyə götürülməsi, alqı-satqısı, girov qoyulması zamanı ilkin
qiymətin müəyyənləşdirilməsində;
4)
kənd təsərrüfatına yararlı torpaqların qeyri-kənd təsərrüfatı sahələrində
istifadəsi nəticəsində baş vermiş itkilərin hesablanmasında;
5)
yerquruluşu tədbirlərinin texniki-iqtisadi əsaslandı-rılmasında.
Dostları ilə paylaş: