2
Tərtibçilər: Aynurə Əliyeva
Sevil Əhmədova
Redaktor: Könül Ağazadə
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar mədəniyyət işçisi
Əbdüləzəl Dəmirçizadə dünyası: Əbdüləzəl Dəmirçizadənin
110 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq
şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün
hazırlanmış metodik vəsait / Azərbaycan Respublikası
Mədəniyyət
Nazirliyi, F. Köçərli ad. Respublika Uşaq
Kitabxanası ; tərt.ed. A.Əliyeva; ixt.red. və burax.məsul
Ş. Qəmbərova ; red. K. Ağazadə. - Bakı : F. Köçərli ad.
Respublika Uşaq Kitabxanası, 2019. - 20 s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2019
3
Giriş
Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin
bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara
türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün
xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu
onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq
üzrə qüvvətləndirdi. Türklərlə əlbir olanlarını və tərəfdarlarını
əziz tutdu, türklərin sayəsində bütün arzularına çatdırdı, pislərin,
qaragüruhun şərindən qorudu. Türklərin oxlarından
qorunmaq
üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və
münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth etmək
üçün onların dilində danışmaqdan başqa yol yoxdur. Əgər kimsə
öz qövmindən
ayrılaraq türklərə sığınsa, o bütün qorxu və
bəlalardan xilas olar. Türk dilini öyrənmək çox vacib işdir, türk
dilini öyrənmək ağıl əmr edir. İllərdən bəri istila və əsarət altında
yaşayan türk qardaşlarımızın milli birlik və varlığını bu yolla
tədqiq etmək,
şübhəsiz, hər türk ziyalısının birinci və ümdə
vəzifəsi olmalıdır... Türk dili qrupunun ən ümdə qollarından biri
isə Azərbaycan dilidir. Azərbaycan dili Azərbaycanda və bir sıra
qonşu ölkələrdə əsrlərdən bəri yaşayan azərbaycanlılara
ünsiyyət vasitəsi kimi xidmət edən ana dilidir. Azərbaycan dili
türk
dilləri ailəsinin qərb qrupuna mənsub olmaqla bu qrup
daxilində mərkəzi mövqe tutan və geniş nüfuz dairəsinə malik
olan bir dildir. Həm də bu qrupa mənsub dillər arasında ən əvvəl,
yəni təqribən VII-IX əsrlər arasında ümumxalq dili halında
formalaşmışdır. Bu dilin formalaşmasında misilsiz və
əvəzolunmaz xidmət göstərən
şəxsiyyətlərdən biri də
Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan
SSR Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadədir.
Ə.Dəmirçizadə ana dilinin, Azərbaycan türkcəsinin ürək
4
döyüntülərini, qan yaddaşını duyurdu, o dilin keçib gəldiyi tarix,
təkamül yollarının ayağı dəmir çarıqlı, əli dəmir əsalı
müdrik
yolçusu ola bilirdi. Tale onu dilimizin bəxtinə seçib
göndərmişdi. O, Mahmud Kaşğarlı, Mirzə Kazımbəy, Bəkir
Çobanzadə kimi elm korifeylərinin mənəvi varisi, sədaqətli,
fədakar davamçısı idi. Azərbaycan dilçiliyinin
gizli ciddi elmi
təfəkkürə, yaradıcı milli alim şəxsiyyətinə olan böyük
ehtiyacından yaranmışdı
Əbdüləzəl Dəmirçizadə. Bir vaxtlar
böyük alim Bəkir Çobanzadənin aspirantı olan Əbdüləzəl
Dəmirçizadə öz fonemenal araşdırmaları, fundamental elmi
tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları
ilə müasir
Azərbaycan dilçiliyinin yolgöstərən ağsaqqallarından birinə
çevrilmişdi. Onun elmi fəaliyyətində, yüksəlişində təsadüflər
yox, zərurətlər intelekt və istedadın, zəhmət və fədakarlığın
bütöv vəhdətinə əsaslanan halal,
özünəməxsus təkamül yolu
mühüm rol oynamışdı. Ziyalı qələm sahibi,
Azərbaycan dilçilik
elmində məxsusi yer tutmuş görkəmli alim Əbdüləzəl
Dəmirçizadənin 110 illik yubileyi münasibəti ilə yazılmış bu
vəsaiti işləməyi özümüzə borc bildik. Vəsait iki hissədən
ibarətdir. I hissə “Müasir Azərbaycan dili və Əbdüləzəl
Dəmirçizadə” adlanır və Əbdüləzəl Dəmirçizadənin həyatından
bəhs edir. II hissədə isə onun yaradıcılığından bəhs edən
tədbirlərdən söhbət açılır.