““Kitabi-Dədə Qorqud” dastanlarının dili” adlı kitab təhlili
edə bilər. Kitabxanaçı əvvəlcə adı çəkilən bu kitab haqqında
məlumat verir.
Kitabxanaçı: “Azərbaycan xalqının mühüm tarix və mədəniyyət
qaynaqlarından biri olan “Kitabi-Dədə Qorqud” dastanının
yaranmasından 1300 ildən çox bir müddət keçir. Oğuz
türklərinin tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək
bəşəri ideallar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi
sərvətlər xəzinəsinə daxil olmuşdur.
Ə.Dəmirçizadənin iyirmi ilə yaxın bir zaman bundan əvvəl
“Azərbaycan ədəbi dili tarixi xülasələri” adlı kitabında
“Kitabi-Dədə Qorqud” dastanları şifahi
ədəbi dilimizin ilk
abidələrindən sayılaraq onun dil xüsusiyyətlərinə 17 səhifə həsr
edilmişdir.
“Kitabi-Dədə Qorqud” qəhrəmanlıq dastanları
olduğu kimi, ümumxalq Azərbaycan
dilinin ilk təşəkkül
dövrünün aydınlaşdırmaq üçün də zəngin və dolğun, həm də
dürüst faktlar verən bir abidə olaraq o dövrdə müəllifin tədqiq
etdiyi mühüm mənbələrdən biri olmuşdur və oxuculara təqdim
olunan bu əsər də məhz bu dövrdə yazılmışdı.
Kitabxanada keçiriləcək ənənəvi tədbir forması kimi “Lalın
dilini anası, dilin dilini Dəmirçizadə bilər” adlı oxucularla kitab
17
müzakirəsi keçirilə bilər. Tədbir ali məktəbin filologiya
tələbələri ilə keçirilir. Tədbirdə kitabxanaçının dəyərli
məlumatlarından sonra iştirakçılar və oxucular ədibin həyat və
yaradıcılığı haqqında öz fikirlərini bildirirlər.
Azərbaycan dili ədəbi rəsmi dövlət dilidir. Azərbaycan ədəbi
dilinin belə bir yüksək hüquqa malik olması onun şifahi qolunun
qurultay, konfrans, məruzə, mühazirə dili kimi də tam halda
formalaşmasına imkan yaratmışdır. Beləliklə də müasir
Azərbaycan dili bütün üslub qolları üzrə şaxələnərək hərtərəfli
inkişaf etmiş dillərdəndir.
Müasir Azərbaycan ədəbi dili dedikdə əsasən müasir dövrdə
yüksək səviyyəli, hərtərəfli inkişaf etmiş və bütün sahələr üzrə
hər cür anlayışı ifadə etmək imkanları olan Azərbaycan ədəbi
dili nəzərdə tutulur. Azərbaycan EA-nın müxbir üzvü, filologiya
elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm
xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl
Dəmirçizadənin böyük araşdırma və tədqiqatlar nəticəsində
yazdığı “Müasir Azərbaycan dili” kitabı ali məktəblərin
filologiya fakültələrinin müəllimləri və tələbələri üçün
nəzərdə tutulmuş bu dərslik üç hissədən ibarətdir. Birinci
hissədə ̶ “Müasir Azərbaycan ədəbi dilinin fonetikası” bəhsində
fonetik qanunlar, vurğu, intonasiya və eləcə də hecaların növləri
haqqında geniş məlumat verilir. İkinci hissə “Müasir
Azərbaycan dilinin orfoepiyası” bəhsidir. Burada müasir
Azərbaycan dilinin orfoepiyasının əsasları, saitlərin, samitlərin
və mürəkkəb sözlərin tələffüz qaydaları izah olunur. Üçüncü
hissədə ̶ “Müasir Azərbaycan dilinin orfoepiyası” bəhsində
Azərbaycan dilinin yazısı və orfoqrafiyası haqqında qısa
məlumat verilir.
Kitabxanada
keçiriləcək tədbirlərdən ən möhtəşəmi
ədəbi-bədii gecədir. Əbdüləzəl Dəmirçizadəyə həsr olunmuş
“Yaradıcılıq yollarında” adlı ədəbi-bədii gecəyə Azərbaycanın
18
görkəmli ədiblərini, dilçi-alimlərini, folklorşünas və sənət-söz
adamlarını dəvət etmək olar. Tədbir iştirakçıları kitab sərgisi ilə
tanış olduqdan sonra zalda əyləşirlər. Görkəmli elim xadimi
haqqında slayd göstərildikdən sonra tədbiri açıq elan etmək üçün
aparıcılar səhnəyə daxil olurlar.
Azərbaycan dilçilik elmində məxsusi yer tutmuş görkəmli
alim Əbdüləzəl Dəmirçizadənin anadan olmasının 110 illiyinin
yüksək səviyyədə qeyd olunması, dövlətimizin, ilk növbədə,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
elmə və elm adamlarına verdiyi dəyərin nümunəsidir.
O, dəmirçioğlu idi. Taleyində nəslinin dəmirçi möhkəmliyi
ilə şəxsiyyətinin elmi-intelektual ucalığı qovuşmuş, bütöv
vəhdət yaratmışdı. Bədii təxəyyül zənginliyi, elmi təfəkkür
qüdrəti ilə sonsuz zəhmətdən, fədakar, yaradıcı əməkdən
yaranmışdı. Professor Əbdüləzəl Dəmirçizadə dünyası...
|