SEYİD CƏLALƏDDİN
Rəhman və Rəhim olan Allahın adı ilə
eyid Cəlaləddin Siracəddin oğlu 1892-ci ildə
Quba rayonunun ikinci Nügədi kəndində
doğulub. Babası Hacı Musa kəramətli seyid olmaqla,
XIX əsrdə üç dəfə Həcc ziyarətində olub. Sonuncu
dəfə gedəndə əcdadlarının uyuduğu bu müqəddəs
torpaqlarda ölməyi arzulayıb, Rəbbim niyyətini qəbul
edib. Qəbri-şərifi Məkkədəki Fatimə vadisindədir.
Yurdunda Pirbaba və Hacı Siracəddin adında övladları
qaldı.
Hacı Siracəddin kəraməti və
səxavəti ilə məşhur olan övliya-
lardan idi. Onun 1904-cü ildə
Nügədidə tikdirdiyi məscid bu
gün də fəaliyyət göstərməkdədir.
Y
S
Paşa Yaqub
58
1917-ci ildə ahıl yaşlarında dünyasını dəyişən Hacı
Siracəddinin yurdunda Cəlaləddin, Kəmaləddin, və
Sədi adlı oğulları, Sədyət adlı qıızı qaldı.
Seyid Cəlaləddin ilk təhsilini doğulduğu kənddə
alıb. Daha sonra Səmərqənddə və İstanbulda Ali
Ruhani Məktəb bitirib. O, bu elm ocaqlarında şəriət
elmi ilə yanaşı, riyaziyyat, fizika, astronomiya, tibb,
kimya, biologiya elmlərinə də mükəmməl yiyələn-
mişdi. Odur ki, 1919-cu ildən Qubanın Rustov kənd
məktəbində pedoqoji fəaliyyətə başlayıb. 1926-cı
ildən isə II Nügədi kəndində müəllimlik fəaliyyətini
davam etdirib. 1939-da pedoqoji qiyabi məktəbi
bitirən Cəlaləddin müəllim 1957-ci ilə qədər pedoqoji
fəaliyyətlə məşğul olub. Bu müddətdə uğurlu fəa-
liyyətinə görə orden və medallarla təltif edilib.
Əməkdar artistin ağzı niyə əyilmişdi
eyid Cəlaləddin Quba bölgəsində həm müəllim
kimi, həm də səxavət və kəramət sahibi övliya
kimi xalqın etimad və rəğbətini qazanmışdı.
Onun kəramətlərinə dair kəndin 76 yaşlı sakini
Mürşidov Əhmədağa Mürşid oğlu maraqlı əhvalatlar
danışdı. Oxucuların da marağına səbəb olacağını
nəzərə alıb, həmin əhvalatlardan ikisini diqqətinizə
çatdırıram:
S
Övliyalar məkanı. Quba mahalı
59
- 1963-cü ilin yazında güclü seldən Qara çay daşa-
raq, kəndin bir hissəsini basmışdı. Aşağıdakı evlərin
çoxusu suyun altında idi. Camaat Seyid Cəlaləddin
Babadan xahiş etdi ki, selin dayanması üçün dua etsin.
Baba çayın sahilinə gəlib, əsasına söykənərək, dua
etməyə başladı. Duanı tamamlayıb, camaata dedi ki,
qorxmayın, bu saat sel çəkiləcək. Həqiqətən də çox
keçmədən su çəkilərək, əvvəlki
vəziyyətini aldı.
Dördüncü sinifdə oxuyur-
duq – deyə, Əhmədağa müəl-
lim söhbətini davam etdirir –
indi Respubilkanın Əmakdar
Artisti olan Məcnun Hacıbəyov
da bizimlə bir sinifdə oxu-
yurdu. Tənəffüs vaxtı məktəbin
eyvanında müəllimlərdən biri
ilə söhbət edirdik. Söhbətin
mövzusu Allahın varlığı idi. Bu vaxt hündür eyvandan
sallançan Məcnun diskussiyaya qoşularaq, dedi ki,
Allah yoxdur, varsa niyə mənə heç nə eləmir? Elə belə
demişdi ki, əli eyvanın qırağından çıxdı və başı aşağı
yerə dəydi. Yaxınlaşıb gördük çənəsi çıxıb, ağzı
əyilib.
Atası Salam kişi Məcnunu Seyid Cəlaləddinin
ziyarətinə apardı. Övliya uşağın sifətinə əlini çəkən
kimi çənəsi yerinə qayıtdı və ağzı düzəldi.
Paşa Yaqub
60
ALTMIŞ ALTI ÖVLİYA
Rəhman və Rəhim olan Allahın adı ilə
ltmiş altı övliya adı ilə tanınan müqəddəs zi-
yarətgah Quba rayonunun Pir Vahid kəndində
yerləşir. Qəbir daşlarındakı yazılardan aydın olur ki,
orta əsrlərdə burada sufiliyin Xəlvətiyyə qoluna mən-
sub şeyxlər fəaliyyət göstərmiş, onlar öz həyatlarını
İslam dininin yayılmasına həsr etdiklərindən, övliyalıq
məqamına yüksəlmişlər. Odur ki, yerli əhali onların
şərif məzarlarını zaman-zaman ziyarət edərək, ruh-
larına dular oxuyurlar.
Məzarlıdakı 66 övliyadan biri olan Şeyx Oqtayın
başdaşında yazılıb:
“Möcüzələr yaradan Əlini çağır. Sən onda
bəlalardan xilaskarını taparsan. Sənin vasitəçiliyinlə
bütün kədər və qüssələr keçib gedər Ya Əli! Ya Əli! Ya
Əli!
Ya Allah! Sənin itaət etməyən qulun günahlarını
boynuna alaraq, Sənin qarşında dayanmışdır. Səni
çağırır. Əgər bağışlasan Sən buna qadirsən, əyər rədd
etsən - Səndən başqa bağışlayan ki yoxdur. Ya Allah!
Məhəmməd Mustafa, Allahın ona salamı olsun.
Bu qəbir Şeyx Aslanın oğlu Şeyx Oqtayındır.
1047 hicri = 1637/38 miladi”
A
Övliyalar məkanı. Quba mahalı
61
Məzarlıqdakı müqəddəs qəbirlərdən biri Pir Va-
hidin nəvəsi, Şeyx Məhəmmədin oğlu Şeyx Səfinindir.
Onun məzar daşındakı yazı Quranın ikinci surəsinin
256-cı ayəsi ilə başlayır:
“Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman)
azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu
(Şeytanı) inkar edib Allaha iman gətirərsə, o, artıq ən
möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir,
biləndir!”
“Dünya bir saatlıqdır, onu itaətlə keçirməyə
çalışın.
Şeyx Səfi b. Şeyx Məhəmməd b. Pir Vahid”.
1054 hicri = 1644/45
Başdaşında bir kuplet də şeir həkk olunmuşdur:
Bir cavan nazəninin məskənidir bu məzar,
Eyləmiş nazik tənin xakilə yeksən ruzigar.
Arzum budur duayi xeyir qılmış ola,
Hər kim bura etsə güzar.
Paşa Yaqub
62
Pir Vahid qəbiristanlığındakı 66 övliyadan daha
birinin başdaşında yazılıb:
“Bu qəbir rəhmətlik Maşallahın oğlu, rəhmətlik,
bağışlanmış Əhmədindir”.
1216 hicri = 1801/02
Yazıdakı bağışlanmış sözündən məlum olur ki,
qəbirdə dəfn olunan övliyadır.
Ziyarətgahdakı digər bir şərif məzarın başdaşında
yazılıb:
“Bu qazi Məhəmmədin qəbridir”.
1217 hicri = 1802/03
ltmış altı övliya ziyarətgahında olarkən bu
övliyaların kəramətindən faydalanan bir çox
ziyarətçilərlə söhbət etdim. Bu söhbətlərdən bəzilərini
diqqətinizə çatdırıram.
Quliyeva Xatirə Becan qızı – Quba rayonu, II
Nügədi kənd sakini:
- Keçən il infakt keçirmişdim, vəziyyətim get-gedə
ağırlaşırdı. Xahiş etdim ki, məni bu övliyaların
ziyarətinə gətirsinlər. Buranı ziyarət edib, qayıdandan
sonra yüngülləşməyə başladım. Üstündən bir il ötüb,
yenə özümdə narahatlıq hiss edib, ziyarətə gəldim.
İnanıram ki, qyıdandan sonra yenə də yüngülləşəcəm.
iyarətgahda tanış olduğum ailələrdən biri də
Birinci Nügədi kənd sakinləri Mirzəyev
Çingiz Ağabala oğlu və onun həyat yoldaşıdır. Bu ailə
A
Z
Övliyalar məkanı. Quba mahalı
63
də pirin daimi ziyarətçilərindəndir. Çingizin həyat
yoldaşı söhbət edir ki, evləndiklərindən beş il sonra
övladları olub. Bu müddətdə bura tez-tez ziyarətə
gəlib, dualar ediblər. Nəhayət arzuları hasil olub:
- Buradakı övliyalara çox böyük inamımız var.
Odur ki, ailəlikcə tez-tez ziyarətə gəlirik. Yaşadığımız
Nügədi kəndinin beşinci məhləsində övlad piri deyilən
bir ocaq var. Orada da övladla bağlı niyyətlər hasil
olur. Həmişə istəyirdim ki, ora gedib, övladla bağlı
niyyət tutum. Amma nədənsə həmişə bunu sonraya
saxlayırdım. Bir gün yuxuda gördüm həmin pirdəyəm,
tütyə içirəm, tütyənin torpağı ağzıma, boğazıma,
sinəmə yapışıb. Bu vaxt yuxudan ayıldım, amma, ayıq
olmağıma baxmayaraq, ağzımda, boğaz və sinəmdə
çoxlu torpaq olduğunu hiss edirdim. Biraz udqunan-
dan, su içəndən sonra ağzım təmizləndi. Səhər durub,
qonşuluğumuzdakı həmin pirə getdim. Oranın xid-
mətçisi Həzrə xala mənə tütyə içirtdi. Bir müddətdən
sonra hamilə qaldım və oğlum Murad dünyaya gəldi
(indi onun 14 yaşı var). Sonrakı illərdə daha iki
övladım dünyaya gəldi.
Paşa Yaqub
64
XƏLƏNC PİRİ
Rəhman və Rəhim olan Allahın adı ilə
ələnc piri adı ilə tanınan müqəddəs ziyarətgah
Quba rayonunun Bi-
rinci Nügədi kəndində yerləşir.
Bura ən çox yel xəstəliyindən
əziyyət çəkənlər gəldiyindən, el
arasında bura yel piri də deyilir.
Buradakı günbəzdə üç övliya-
nın müqəddəs məzarı vardır.
Ziyarətçilər onların ruhlarına
dualar oxuyub, Allahdan bu
övliyaların xatirinə şəfa dilə-
yirlər.
Pirdə olarkən rastlaşdığım adamlar burada in-
sanların şəfa tapmasına dair saysız-hesabsız faktlar
sadaladılar. Onlardan bəzilərini diqqətinizə çatdırmağı
lazım bilirəm.
Bayramov Əhməd Əli oğlu – Quba rayonu, I
Nügədi sakini:
- Qardaşım Əmrahın 5-6 il bundan qabaq ayaqları
qıc olmuşdu, yeriyə bilmirdi. Müalicələrin də effekti
yox idi. Üç dəfə yel pirinə ziyarətə gətirdik, iki
dəfəsini qucağımızda gətirdik, üçüncü ziyarətə qoltuq
X
Övliyalar məkanı. Quba mahalı
65
ağacı ilə axsaya-axsaya gəlmişdi, qayıdanda qoltuq
ağacını tullayıb, özü sərbəst yeriyə-yeriyə getdi.
Əsədullayeva Nazilə Şeydabət qızı – I Nügədi
sakini, pirin mücövürçüsü:
- Bir neçə il bundan qabaq bura bir hüquqşünas
oğlan gəlmişdi. Dedi ki, Moskvadan xəstəxanadan
müalicəmi yarımçıq qoyub gəlmişəm. Sağ ayağı və
qıçı şişmişdi, ayaqqabı geyinməmişdi. Şişən qıçının
qıpqırmızı olması qızıl yelin əlaməti idi. Həm də çoxlu
yaralar əmələ gəlmişdi. Moskva xəstəxanasında onu
əməliyyat etmək istəyiblər, amma sağalmasına qaran-
tiya verməyiblər. Tanışlarından biri ona bu pirin kəra-
mətlərindən danışıb, ziyarət etməyi məsləhət görüb.
Ziyarət edib, getdi Rusiyaya. Növbəti il yenidən
ziyarətə gəlmişdi. Tanışlıq verdi ki, həmin adamam,
ziyarət edib gedəndən sonra sağaldım.
Qonşu Talıblı kəndindən də Rusiyanın Perm
vilayətində yaşayan bir ailə uşaqlarını bura qucaq-
larında gətirmişdilər – deyə, Nazilə xanım söhbətini
davam etdirir: - Qorxub, ayaqları tutulmuşdu. İki dəfə
qucaqlarında gətirdilər, üçüncüdə uşaq özü yeriyə-
yeriyə getdi.
Paşa Yaqub
66
QƏFLƏ PİRİ
Rəhman və Rəhim olan Allahın adı ilə
uba əhalisinin, eləcə də bölgədə yaşayanların
üz tutduqları ziyarətgahlardan biri də Qəflə piri
adıyla tanınan müqəddəs məkandır. Bu pir Qusar
rayonunun Yeni Həyat kəndində, şosse yolunun kə-
narında yerləşir. Bura əsasən qor-
xu, həyacan nəticəsində problem
yaranan insanlar üz tuturlar. Pirin
adı da buradan götürülmüşdür.
Pirdə mücövürçülük edən Mirzə-
liyev Mehtər Əmralı oğlu və
Mirzəliyeva Dilbər Paşa qızı ər
arvaddılar. Onlar burada tanış
olub, evləniblər. Bu evlənmənin
çox ibrətamiz və maraqlı məqam-
ları vardır. Bunu nəzərə alıb, onların həyat hekayəsini
oxuculara təqdim etməyi lazım bilirəm.
Əvvəlcə Dilbər xanımı dinləyək:
- 20 yaşımda məni Türkmənistana ərə verdilər.
Ora gedəndən sonra bidim ki, ərim qumarbaz və içki
düşkünüdür. Bütün günü məni pambıq tarlasında
işlədir, qazandığım pulu əlimdən alaraq, ya arağa, ya
da qumara verirdi. Baldızım mənim halıma acıyırdı.
Q
Övliyalar məkanı. Quba mahalı
67
Dedi bu səndən qabaqkı arvadını qumarda uduzub, bir
gün səni də uduzacaq, başına çarə qıl.
Mən evdən qaçıb, dəniz vağzalına gəldim və gəmi-
yə minib, Azərbaycana gəldim. Gələndən sonra məndə
sudurğa yarandı. Tez-tez özümdən gedirdim. Məni
aparmaq üçün Türkmənistandan arxamca gəldilər.
Lakin tez-tez sudurğa keçirdiyimdən, atam məni
vermədi.
Sonralar mən bu xəstəlikdən xilas olmaq üçün çox
müalicələr elədim, heç bir nəticəsi olmadı. Üç il əziy-
yət çəkəndən sonra Qəflə pirinə gəldim. Bir müddət
ziyarət günlərində buranı ziyarət edib, pirdə yatdım.
Hər ziyarətdən sonra özümdə yüngüllük hiss edirdim.
Nəhayət tamam sağaldım. Pirə xidmət edən Mehtər
adlı oğlan mənə elçi göndərdi və biz evləndik. İndi
bizim xoşbəxt ailəmiz, övladlarımız var. Hər ikimiz bu
ziyarətgahda xidmət edirik. Nə qədər xidmət etsək, bu
övliyanın borcundan çıxa bilmərik.
ilbər xanımın həyat yoldaşı, Qusar rayonunun
Lanqu kənd sakini Mirzəliyev Mehtər Əmralı
oğlunun dediklərindən:
- 1972 təvəllüdəm. Rusiyanın Həştərxan şəhərində
işləyərkən, avtomobil qəzasında sağ qıçımı itirdim və
evə qayıtdım. Burada mənə çox çətin oldu. İşləyə
bilmədiyimdən maddi çətinlik çəkirdim, ailə qura
bilmirdim. Bir gün gəldim Qəflə pirinin mücövürçüsü
Hacı Rövbərin yanına, xahiş etdim ki, icazə versin
pirdə xidmətçi işləyim. O da icazə verdi. Mən burada
D
Paşa Yaqub
68
təmizlik işlərinə baxırdım. Yorulanda hərdən pirdə
yatırdım. Maraqlıdır ki, gözümü yuman kimi, uşaq-
lıqda mənimlə bir sinifdə oxuyan Dilbər adlı qız gəlib
dururdu gözümün qabağında. Fikirləşirdim ki, görəsən
o haradadır, nə işlə məşğuldur, ailə qurubmu? Onu da
deyim ki, heç əvvəllər o qız mənim yadıma düşməzdi,
indi də başqa yerdə olanda yadıma düşmürdü, ancaq
pirdə uzanankimi, gəlib gözümün qabağında dururdu.
Bir müddət belə davam elədi, sonra bir gün ziyarətə
bir ailə gəldi, xəstə qızlarını gətirmişdilər. Fikir
verdim ki, həmin sinif yoldaşım Dilbərdi; xəstə halda
idi, dedilər tez-tez özündən gedir. Amma bir müddət
gəlib-gedəndən sonra onda sağalma hiss olunurdu.
Mən atama dedim ki, o qızla evlənmək istəyirəm.
Atam dedi sənin bir ayağın yoxdur, o da ağır xəstədir,
siz necə dolanacaqsınız? Amma, mənim əl çəkmə-
diyimi görüb, elçi getməyə razı oldu. İndi də Dilbərin
atasıgil razı olmadılar ki, qız xəstədir, tez-tez sudurğa
keçirir, siz onu saxlamayacaqsınız. Amma mənim əl
çəkmədiyimi, qızın da mənə meyli olduğunu görüb,
evlənməyimizə razılıq verdilər. Evlənəndən sonra
Dilbərin səhhətində heç bir problem olmadı. Hər
ikimiz ziyarətgaha xidmət edirik. İki övladımız var,
xoşbəxtik. Allah bu pirə üz tutanların hamısına xoş-
bəxtlik nəsib etsin.
Mehtər və onun həyat yoldaşı Dilbər xanım söhbət
etdikcə, yadıma Mövlana Cəlaləddin Rumi ilə kar-
Övliyalar məkanı. Quba mahalı
69
vansarada sakin olan Tavusi Gənci arasında baş verən
bir əhvalat döşdü. Əhvalat belə olmuşdur:
Mövlana, Vəzir Ziyaəddinin karvansarasına getmişdi.
O karvansarada “Tavusi Gənci” adında bir qadın var idi.
Mövlana bu qadının otağının qarşısında oturdu.
Bu qadının adı həmişə günahlarla xatırlanırdı.
Ancaq Mövlananı otağının qarşısında gördükdə inan-
madı. Dərhal gedib Mövlananı öz otağına dəvət etdi.
Mövlana böyük hörmətlə bu dəvəti qəbul edib, Tavusi
Gəncinin otağına girdi. Orada namaz qılmaq və dua
etməklə məşğul oldu. Bu qadın üçün də dua etdi.
Çıxıb gedərkən də sarığının ucundan bir parça kəsib
ona verdi.
Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi.
Tavusi Gəncini görən kimi ona aşiq oldu. Habuki Əmir bu
qadını əvvəllər də tanıyırdı. Amma ilk dəfə idi onu gözəl
görüb sevdi və ona evlənməyi təklif etdi.
Evləndikləri gecə Əmir Şərafəddin Tavusi Gəncidən
soruşdu:
- Səni “zamanın Rəbiəsi”
1
kimi görməyimin səbəbi
nədir?
Tavusi Gənci başındakı sarıq parçasını göstərərək
belə dedi:
- Gözəlliyim mndən deyildir. Məni daxilim və
xaricimlə dəyişdirən Mövlananın kərəm əlidir
.
1
Rəbiə - VII əsrdə yaşamış xanım övliyadır.
Paşa Yaqub
70
SEYİD KƏRİM, SEYİD ŞƏMSƏDDİN
MƏHƏMMƏD ŞABRANİ PİRİ
Rəhman və Rəhim olan Allahın adı ilə
uba və ətraf rayonların əhalisinin ehtiramla yad
etdikləri müqəddəs yerlərdən biri də Gədik
kəndində yerləşən və Şah Abbas tərəfindən tikilən
türbədir. Türbədə üç qəbir vardır. Qəbirlərdən biri
Soltan Seyid Kərimə, ikincisi, oğlu Seyid Şəmsəddin
Məhəmmədə, üçüncüsü isə, həyat yoldaşına məx-
susdur.
Seyidlərin qəbri üzə-
rindəki günbəzin Şah
Abbas tərəfindən tikil-
məsinin maraqlı bir ta-
rixçəsi vardır.
Rəvayətə görə Şah
Abbas 1607 miladi ilində
Dərbəndə doğru yürüş
edərkən, Vəlvələ çayının sağ sahilində Çəpərxana
adlanan ərazidə düşərgə salır. Şah libasını dəyişərək,
bir neşə əsgərlə ova çıxır ki, qoşunu yedizdirmək üçün
heyvan vursun. Bir yerdə Quran oxuyan pirani qocaya
rast gəlir. Şah Abbas salam verir. Kişi Quranı tamam-
layandan sonra şahın adıyla salamı alır və deyir ki,
Q
Övliyalar məkanı. Quba mahalı
71
Quran şahdan irəli olduğundan, onu qurtarmamış sizin
salamınızı ala bilməzdim. Yanındakı bələdçi Şaha bil-
dirir ki, bu pirani şəxs Seyid Şəmsəddin Məhəm-
məddir. Şah Abbas ona deyir ki, ordumuzun azuqəsi
tükənib, əgər həqiqi seyidsənsə bir kəramət göstər,
Allahdan bizə ruzi gəlsin. Bu vaxt Heykallı dağından
iki ceyran onlara tərəf gəlir. Seyid Şaha deyir ki,
əsgərlərinə tapşır, onlara güllə atmasınlar, yanımıza
gələcəklər. Ceyranlar gəlib çatanda seyid ocaqdan iki
dənə kösöv götürüb, yerə çalır və ceyranları bu
mıxçalalara bağlayır. Daha sonra ceyranları sağaraq,
südlüaş bişirir və şahın bütün əsgərlərini qonaq edir.
Qüdrəti-İlahidən verilən bərəkətlə bir qazan yemək
bütün əsgərləri doyuzdurur.
Şah Abbas seyiddən xahiş edir ki, bu yürüşdə qələ-
bə çalması üçün ona xeyir-dua versin. Seyid Şəm-
səddin Məhəmməd yerə çaldığı kösövlərin dibində
dəstamaz alıb, namaz qılaraq, onların qələbə çalması
üçün dua edir. Namazını qurtaranda görürlər ki,
kösövlər göyərib.
Şah Abbas Dağıstanı fəth edir və orada məscid
tikdirir. Qayıdarkən gördüyü kəramətlərin müqa-
bilində yenidən Seyid Şəmsəddin Məhəmmədi ziyarət
etmək istəyir. Lakin, onun dünyasını dəyişdiyini eşi-
dərək, məzarını ziyarət edir və bu şərif məzar üzərində
həmin bu günbəzi tikdirir. Bundan əlavə seyidin nəs-
linə 50 desyatin torpaq bağışlayır. Daha sonra isə, fər-
man imzalayaraq, onları bütün vergilərdən azad edir:
Paşa Yaqub
72
HACI MƏHƏMMƏD ÇƏLƏBİ ƏFƏNDİ
Rəhman və Rəhim olan Allahın adı ilə
zərbaycanda insanlığa xidmət etmiş dahi
şəxslərdən biri də Qubanın Alıc kəndində
yaşamış Hacı Məhəmməd Çələbi Əfəndidir.
Zəmanənin çox böyük alimlərindən olmuş Hacı
Məhəmməd Çələbi Əfəndi, dərin zəkası və çox geniş
dini elmi ilə öz dövrünün alimlərinin rəğbətini qazan-
mışdır. Onun zamanında Alıc kəndi sanki böyük bir
şəhər qədər elm mərkəzinə çevrilmişdir. Elm, hikmət
təşnəsi olan insanlar axın-axın Hacı Məhəmməd Çələ-
bi Əfəndinin xidmətinə gəlir və elm şərbətini o
Həzrətin əlindən doya-doya içirdilər. Onun kimi
qardaşları Hacı Mahmud Çələbi və Hacı Əhməd
Çələbi də dini elmləri dərindən bilən din xadimləri
olmuşlar. Qeyd etmək istərdim ki, din xadimi dedikdə
zəmanəmizin mollalarını düşünərək, dəfn mərasimləri
idarə edən, dini elmlərdən xəbəri olmayan, kütləni az
bilgi ilə idarə etməyə bəs edəcək qədər savadı olan
müasir din xadimlərini düşünməyək. Hacı Məhəmməd
Çələbi Əfəndi dini elmlərdən təfsir, əqaid, fiqh elmləri
ilə yanaşı, ərəb dilinin qrammatikasından bəhs edən
nəhb və sərf elmlərini, astronomiya, hüquq, tarix, ədə-
biyyat, riyaziyyat və s. elmləri də mükəmməl bilmiş-
A
Övliyalar məkanı. Quba mahalı
73
dir. Onun kimi qardaşları da bu elmləri bilmiş, xalqın
maariflənməsində yaxından iştirak etmişlər. Qardaşı
Hacı Əhməd Çələbi Əfəndinin oğlu Qazi İsa Əfəndi
uzun illər Qubanın qazısı işləmişdir. Bu vəzifə indiki
prokror, məhkəmə, VAAQ, bələdiyyə kimi vəzifələri
özündə cəm edirdi.
zərbaycan dilindən başqa bir neçə dili mü-
kəmməl bilən Hacı Çələbi Əfəndi, ətraf
bölgələrdən, İslam coğrafiyasının uzaq yerlərindən
gələn müsəlmanlarda dərin təssürat yaradırdı.
Bu elmi biliklərə malik olmuş Hacı Çələbi Əfəndi
öz elminin meyvəsi olaraq “Tədvinul- Əlici” kitabını
yazmışdır. A.A.Bakıxanovun müəllifi olduğu “Gülüs-
tani- İrəm” əsərində qeyd etdiyinə görə, bu əsər zə-
manə alimlərinin rəğbətini qazanmışdır. Ağsaqqalların
dediyinə görə, bu kitab islam hüquqlarından bəhs
etməklə yanaşı, bütün ümməti narahat edən təriqət
qarşıdurmasını çözəcək məsələlərdən yazmışdır. La-
kin, “parçala və hökm et” siyasətini yürüdərək, sün-
nilər üçün “Ömər” məktəbi, şiyələr üçün “Əli” mək-
təbi açan çar Rusiyası bu kitabın oxunması və tədrisini
qadağan etmişdir. Sonradan isə bu kitab ümumiyyətlə
yoxa çıxmışdır. Burada qeyd etməyi özümə borc
bilirəm ki, Quba şəhər Cümə məscidinin tikilməsində
Çələbi Əfəndinin böyük xidməti olmuşdur, Bu
məsciddə 1900- cü illərdə 30 ildən artıq imamlıq etmiş
dahi insan, böyük din xadimi, gözəl ziyalı, xalq ara-
sında “İmam Əfəndi” adı ilə şöhrət tapmış Əbdür-
A
Paşa Yaqub
74
rəhim Əfəndi, Hacı Çələbi Əfəndinin nəslindəndir.
Onun nəvəsi molla Ələddin də uzun illər xalqın
xidmətində olmuşdur.
acı Çələbi Əfəndi yeddi dəfə Həcc ziya-
rətində olmuşdur. Ən maraqlısı isə budur ki,
o bu ziyarətin yeddisinə də bir atla gedib-gəlmişdir.
Rəvayətə görə səfər əsnasında o, bu ata minməmiş,
ancaq yol ləvazimatını yükləmişdir.
Deyilənlərə görə Əfəndi altıncı dəfə ziyarətə ge-
dəndə atını, xəstə və ya başqa səbəbdən özü ilə götür-
məmişdir. Zəvvar yoldaşları ilə Qubadan bir qədər
uzaqlaşmış Əfəndi, yol boyu atı götürə bilməməsinin
mənəvi istirabından danışırmış. Allah-təalanın nurla-
rına qarşı qabiliyyətini itirmiş insanlardan fərqli ola-
raq, at da bu Həcc ayrılığına dözə bilməmişdir. Əfəndi
və yanındakılar görmüşlər ki, bir at tozu dumana
qataraq onlara sarı gəlir. Bu, Əfəndinin atı idi. O, Hacı
Çələbi Əfəndinin qabağına gələrək, dizlərini yerə atıb,
gözlərindən yaşlar tökərək, üzünü və göz yaşlarını
Əfəndinin ayaqlarına sürtmüşdür. Bu hal həm Əfən-
dini, həm də yanındakıları ağlatmışdır.
Yenə rəvayət olunur ki, Hacı Çələbi Əfəndi
ölümünün yaxınlaşdığını dərk edərək, bütün əzizlərini
ziyarət etmiş və son olaraq qızının evinə gəlmişdir.
Bütün gecəni ibadətlə məşqul olan Əfəndi, sübh
namazına yaxın, namaz üstdə vəfat etmişdir. Bu ərə-
fədə həyətə çıxmış onun kürəkəni, Hacının atının da
H
Övliyalar məkanı. Quba mahalı
75
həyətdə öldüyünü görmüşdür. Yeddi dəfə Həccə get-
miş bu atı xalq, insan kimi yuyub, kəfənləyib, Alıc
kənd qəbirstanlığının kənarında dəfn etmişlər. Son-
radan onun qəbrinin yanından ata bənzər qoz ağacı
çıxmıdır. Hazırda bu yerə “At piri” deyilir.
Naxırçı Əhməd
eyilənlərə görə Hacı Çələbi Əfəndi beşinci
dəfə Həcc ziyarətindən qayıdanda özü ilə
Əhməd adında kimsəsiz bir uşaq gətirir. Bu uşağa iş
olaraq naxırçılıq tapşırılır. Dürüstlüyü, mənəvi paklığı
ilə Çələbi Əfəndinin diqqətini cəlb edən Əhməd, ca-
maat tərəfindən sadəcə naxırçı Əhməd kimi tanınırdı.
Əhməd isə tamam başqa birisi idi.
Hacı Çələbi Əfəndi növbəti Hac ziyarətində Kə-
bədə namaz qılarkən, camaatın içində Əhmədi görür.
Lakin, onu gözdən itirir. Səhərisi gün yenə də onu
görür, lap yanına gedərək, arxasınca namaz qılır. Na-
mazdan sonra onun paltarından tutaraq, bu qəri-
bəlikləri qısa olaraq belə soruşur: “Əhməd bəs naxırı
kimə tapşırmısan?” Əhməd də qolunu yuxarı qal-
dıraraq, qoltuğunun altından sanki bir televiziya seyr
edərcəsinə Alıcda məgəl yerində yatmış malları
göstərir. Bununla da onun sıradan bir insan olmayıb,
Allah-təalanın sevdiyi qulu olduğu məlum olur.
acı Çələbi Əfəndi Həcc ziyarətindən qayıt-
dıqda, kənddən ta dənizə kimi xalq, yol boyu
D
H
Paşa Yaqub
76
xalçalar döşəyərək, onun qarşısına çıxmışlar. Hacı isə,
ziyarətinə gəlmiş insanlara onu yox, naxırçı Əhmədi
ziyarət etmələrini tövsiyə etmiş və demişdir: “Məni
deyil, Əhmədi ziyarət edin. Mən Həccə ildə bir dəfə
gedirəm, o isə hər gün gedir. Onun dərəcəsi mənim-
kindən üstündür.”
Hazırda naxırçı Əhmədin məqamı xalq tərəfindən
ziyarət edilməkdədir. Mala-qaraya xəstəlik gələndə bu
ziyarətgahda Qurani Kərim oxudulur, türbətindən
heyvanlara verilir.
Hacı Çələbi Əfəndi 1808-ci ilda vəfat etmişdir.
“Gülüstani- İrəm” kitabında yazıldığına görə o zaman
rus qoşunları ilə Şirvanlı Mustafa xan, Quba xanlığı
ilə müharibə edirmiş. Vəsiyyətinə görə Hacını Quba
qəbirstanlığında “Sultan Baba Rüstəm” ziyarətgahında
dəfn etmək lazım idi. Quba mahalının bütün üləmaları
bir yerə yığışaraq, Hacının tabutuna ağ bayraq
vuraraq, Alıcdan, xalqın çiynində Qubaya gətiriblər.
Bütün ətraf kəndlərdən insanlar axın-axın dəfn məra-
siminə qoşulmuşlar. Görünməmiş bir izdiham yaran-
mışdır. Müharibə edən hər iki tərəf bu böyük şəxsiy-
yətin cənazəsinə hörmət edərək, müharibəni saxlayıb,
bir yerdə meyit namazına durmuşlar. Deyilənə görə bu
namazda minlərlə insan olmuşdur. Hacını “Sultan
Baba Rüstəm” pirindən 10 metr şimalda dəfn etmişlər.
Səhərisi gün müharibə Dəvədabanı adlanan təpədə
davam etdirilmişdir. Hacının qardaşları Hacı Mahmud
Övliyalar məkanı. Quba mahalı
77
Çələbi, Hacı Əhməd Çələbi, qardaşı oğlu qazı İsa
Əfəndi, Əbdürrəhim Əfəndi də bu gürgahda dəfn
edilmişdir.
Onun üç oğlu olmuşdur: Hacı Əsədulla Əfəndi,
Seyfulla Əfəndi, İsmail Əfəndi.
acı Əsədulla Əfəndinin də üç oğlu olmuşdur,
Nizaməddin Axund, Cəmaləddin Axund,
Şərafəddin Axund.
Çələbi Əfəndinin nəsli bu gün də davam etmək-
dədir. Qubada din xadimi kimi tanınan Hacı Elnur
Əfəndi də bu nəsli təmsil edir.
H
Paşa Yaqub
78
Dostları ilə paylaş: |