Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 14 örtülü hiss
ələrdə cavan, hətta basdırılmış strukturlar yerləşir. Belə
strukturlardan şimalda Qusar-Dəvəçi törəmə çökəkliyi, cənub-
q
ərbdə müasir Alazan-Əyriçay əyilməsidir. Böyük Qafqaz
meqantiklinoriumunda T
əngi-Beşbarmaq antiklinoriumu, Şahdağ,
Xızı, Şamaxı-Qobustan sinklinoriumları, Abşeron periklinal
əyilmə və bir neçə başqa strukturlar mövcuddur.
Kiçik
Qafqaz meqantiklinoriumun tektonik quruluşu V. Y.
Xain, Ş. Ə. Əzizbəyov, M. Ə. Qaşqay, Ə. Ş. Şıxəlibəyli, Ə. İ.
M
əmmədov və
b.
t
ərəfindən tədqiq
edilmişdir.
Meqantiklinoriumun geoloji quruluşunda, əsas etibarilə,
püskürm
ə, tuflu-çökmə, karbonat süxurlardan ibarət aşağıdakı
tektonik zonalar mövcuddur:
a) Lök-
Ağdam tektonik zonası (tərkibində Şəmkir, Murovdağ,
Ağdam antiklinoriumları və onları ayıran Qazax, Daşkəsən,
Ağdərə sinklinoriumlarıdır);
b) Göyç
ə-Qarabağ tektonik zonası (Lök-Ağdam zonasından
c
ənub və cənub-qərbdə yerləşir. Onun tərkibində Turaqaçay,
Xocav
ənd, Sarıbaba, Azıx sinklinoriumları və onları ayıran
Qarabağ və Zəmzur antiklinoriumları məlumdur);
c) Misxan-
Qafan zonası (Sarıbaba sinklinoriumunun cənub-
q
ərbində yerləşir. Zona Tərtər çayının mənbəyindən şərq
istiqam
ətində uzanaraq, Qarabağ və Zəngəzur dağlararası sahəni
əhatə edir. Tərkibi - Laçın, Starotaq, Qafan antiklinoriumları və
onları ayıran Kəlbəcər törəmə muldasından, Xuzabirt və Qoçaz
sinklinoriumlarından ibarətdir);
ç)
Araz tektonik zonası (Naxçıvan ərazisində yerləşərək
t
ərkibində Şərur-Culfa, Zəngəzur antiklinoriumları və Ordubad
sinklinoriumu mövcuddur.
Strukturlar Fanerozoy eratemi
çöküntül
ərindən təşkil olunaraq, çökmə, püskürmə, karbonat və s.
süxurlardan ibar
ətdir);
d)
Talış tektonik zonası (Talış dağlıq ərazisinin böyük hissəsini
əhatə edir. Litofasial cəhətdən püskürmə və çökmə mənşəli
kompleks süxurlardan t
əşkil edilmişdir. Tərkibində Astara
antiklinoriumu v
ə Lerik sinklinoriumu ayrılır).