Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 26 G
ədəbəy, Çovdar; Naxçıvan MR-da Şəkərdərə, Pyəzbaşı, Ağyurt,
Bask
ənd yataqları yayılmışlar. Bu yataqlarda həmçinin sənaye
əhəmiyyətli gümüş, mis və s. qarışıqlar iştirak edirlər. Hal-hazırda
qızılın çoxsaylı təzahürləri (Tülallar, Kəpəz, Dabalt, Küngütçay,
K
ələki, Unus və s) aşkar edilmişdir. Əlincəçay və Kürəkçay
hövz
əsində aşkar edilmiş səpinti qızıl yataqlarında
qiym
ətləndirmə işləri aparılmış, ilkin ehtiyatları hesablanmış və
s
ənaye əhəmiyyətliliyi müəyyən edilmişdir.
Xromit yataqları və təzahürlər (Göydərə, Kazımbinəsi, İpək,
Xat
əvəng və s. ), əsasən Kəlbəcər və Laçın rayonları
ərazisindədir.
Manqanın kiçik həcmli yataqları və təzahürləri Kiçik Qafqazın
Somxet-
Ağdam (Mollacəlilli, Daş Salahlı və s. ), Böyk Qafqazın
V
əndam (Mücü, Balakənçay) və Araz (Biçənək, Ələhi) struktur-
formasiya zonalarında məlumdur.
Mis filizl
əri Azərbaycan Respublikasında mis-kolçedan və mis-
porfir formasiyalıdır. Mis-kolçedan formasiyalı filizlərin mineral
t
ərkibi, əsasən, pirit və xalkopiritdən ibarətdir. Çox vaxt filizin
t
ərkibində sfalerit və qalenit də rast gəlinir. Mis-porfir formasiyalı
filizl
ərin tərkibində misdən əlavə molibden, az miqdarda qiymətli
metallar olur. H
ər iki formasiyanın filizləri Gədəbəy filiz
rayonunda tör
əmə kvarsitlərdə yerləşir. Mis-porfir filizləşməsi
daha geniş yayılmışdır. Qaradağ və Xarxar yataqlarından
(G
ədəbəy filiz rayonu) başqa bu rayonda mis-porfir
filizl
əşməsinin bir çox təzahürləri də var. Gədəbəy rayonunda
ştok formalı ehtiyatı tükənmiş eyni adlı mis-kolçedan yatağı da
m
əlumdur. Mehmana filiz rayonunda mis-porfir təzahürləri
(D
əmirli və Xançınçay) mövcuddur.
Alüminium filizinin (alunit)
ən böyük yatağı Daşkəsən
rayonundadır (Zəylik alunit yatağı). Alunit təzahürləri Şəmkir və