Elnur İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 27 Ordubad rayonlarında da məlumdur. Zəylik alunit yatağı 1960-cı
ild
ən istismar edilir. Bu yataq Avropada ən böyük yataqdır.
G
əncə alüminium zavodunda bu filizdən alüminium-oksidlə
b
ərabər kalium kübrəsi, soda, sulfat turşusu və s. alınır.
Civ ə filizi yataqları və təzahürləri Kiçik Qafqazın mərkəzi
hiss
əsində (Kəlbəcər-Laçın zonası) geniş yayılmışdır. Ən böyük
yataqlarının - Ağyataq, Şorbulaq, Levçay (Kəlbəcər rayonu),
Çilg
əzçay və Narzanlı (Laçın rayonu) ehtiyatı hesablanmışdır.
Civ
ə filizləşməsi (kinovar) hiperbazitlərin və Miosen-Pliosen
yaşlı turş maqmatik süxurların yayıldığı sahələrdə müxtəlif yaşlı
v
ə tərkibli süxurlarda, ən çox Üst Təbaşirin vulkanogen-çökmə və
vulkanogen süxurlarda rast g
əlinir. Kinovar filizlərdə pirit,
xalkopirit, antimonit, maqnetit, hematit, sfalerit v
ə s. minerallarla
assosiasiya t
əşkil edir.
M ərgümüşün Azərbaycan Respublikasında ən böyük yataqları
G
ədəbəy (Bitibulağ enargit yatağı) və Culfa (Darıdağ
auripiqment-
realqar yatağı) rayonlarında məlumdur. Bu yataq
1941-ci il
ədək istismar edilmişdir. Filiz cismi ştok formasındadır.
Filizin t
ərkibi auripiqment, realqar, antimonit, arsenopiritdən
ibar
ətdir.
Volframın şeyelit mineralı şəklində kiçik təzahürləri Ordubad
v
ə Kəlbəcər rayonlarında Mehri-Ordubad, Dəlidağ qranitoid
plutonlarının təmasında müşahidə edilmişdir.
Qeyri- filiz faydalı qazıntılar Az
ərbaycan Respublikasının mineral xammal ehtiyatlarının
ümumi balansında mühüm rol oynayır. Bu qrupa daşduz, gips,
anhidrit, g
əc, bentonit gilləri, tikinti materialları, pirit, barit,
yarımqiymətli və rəngli daşlar, dolomit, İslandiya şpatı və s.
daxildir.